Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə62/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   58   59   60   61   62   63   64   65   ...   78

140 
 
tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı 
nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 
27  dekabr  tarixli  sərəncamları  xüsusi  əhəmiyyət  daşıyır.  Belə  ki, 
kitabxanalarda  olan  ədəbiyyatın  kiril  qrafikasından  latın  qrafikasına 
çevrilərək,  yenidən  nəşr  edilib  kitabxanalara  pulsuz  paylanması, 
kitabxana  fondlarından  məzmunca  əhəmiyyətini  itirmiş  və  köhnəlmiş 
kitabların çıxarılması da bu sərəncamın gözlənilən nəticələri arasındadır. 
Kitabxanaların  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  və 
modernləşdirilməsi, kitabxana-informasiya resurslarının dünya məkanına 
inteqrasiyasının  təmin  edilməsi,  elektron  informasiya  fondlarının 
formalaşdırılması  və  virtual  kitabxanaların  inkişaf  etdirilməsi, 
kompüterləşdirilmiş  kitabxana  infrastrukturunun  qurulması,  kitabxana-
ların  yeni  informasiya  texnologiyaları  ilə  təmin  edilməsi  və.  bu  kimi 
digər  vəzifələr  də  kitabxanaların  inkişafı  üçün  nəzərdə  tutulmuşdur. 
Kitabxana-biblioqrafiya  işinin  inkişafı  və  bu  sahənin  daha  da 
yaxşılaşdırılmasına  dövlətimiz  tərəfindən  daim  qayğı  göstərilmişdir. 
“Azərbaycanda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırılması  haqqında” 
Azərbaycan  Respublikasının  Prezidentinin  20  aprel  2007-ci  il  sərən-
camında  deyildiyi  kimi  “Bəşər  mədəniyyətinin  qazandığı  nailiyyətlərin 
nəsildən-nəslə  çatdırılmasında  və  cəmiyyətimizin  intellektual-mənəvi 
potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır” (4) 
Azərbaycan 
Respublikasında  əhalinin  kitabxana-informasiya 
təminatının  ödənilməsi,  ayrı-ayrı  regionlarda  təşkil  olunmuş  kitabxana 
infrastrukturunun  inkişaf  etmiş  cəmiyyətin  tələbləri  səviyyəsində 
modernləşdirilməsi,  onların  informasiya  mənbələrinin  elektron  informa-
siya  daşıyıcılarına  köçürülməsi,  kitabxanaların  kadr  potensialının 
yaxşılaşdırılması,  eləcə  də bu inkişafın regionların  sosial-iqtisadi poten-
sialına  uyğun  şəkildə  həyata  keçirilməsi  və  cəmiyyətin  intellektual 
potensialının  tərkib  hissəsi  kimi  dövlət  siyasətinin  aparıcı  prioritetinə 
çevrilməsində mühüm əhəmiyyət daşıyır. 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
«Azərbaycan Respublikası regionlarının sosial- iqtisadi inkişafı 
Dövlət Proqramı (2004- 2008-ci illər)».// Azərbaycan.- 2004.- 11 fevral. 
2.
 
«Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə 
sosial-iqtisadi inkişafı Dövlət Proqramı».-Bakı: Nurlar, 2009.-184s. 
3.
 
«Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı».//Kitabxanaşünaslıq 


141 
 
və biblioqrafiya: elmi- nəzəri, metodiki və təcrübi jurnal.-2008.№ 2.-s.6-
29. 
4.
 
«Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması 
haqqında». Azərbaycan Respublikası Prezidentinin 
sərəncamı.//Azərbaycan.-2007.-21 aprel. ”Azərbaycanın statistik 
göstəriciləri 2009”.-Bakı.-“Səda”, 2009.-772s. 
5.
 
«Kitabxanaların  fəaliyyəti  haqqında»  statistik  müayinənin 
nəticələri barədə. 
6.
 
Statistik  bülleten.  Azərbaycan  Respublikasının  Dövlət  Statistika 
Komitəsi.-Bakı.-2009.-88s. 
6.
 
Kitabxana  işi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu// 
Kitabxanaşünaslıq və biblioqrafiya.1999.-N1.-S.3-16.  
7.
 
İsmayılov.N.İ.  Kitabxana-informasiya  resurslarının  yerləş-
məsinin  nəzəri  və  təcrübi  məsələləri  //  Kitabxanaşünaslıq  və 
biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi yurnal.- 2010.N1.-s.67-78.  
 
И. БАЙРАМОВА 
СОВРЕМЕННОЕ СОСТОЯНИЕ РАЗМЕЩЕНИЯ 
БИБЛИОТЕЧНО-ИНФОРМАЦИОННЫХ РЕСУРСОВ В 
РЕГИОНАХ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ 
РЕЗЮМЕ 
 
В  статье  анализируются  современное  состояние  размещения 
библиотечное-информационных  ресурсов  в  регионах  Азербайд-
жанской Республики, о также проявление заботы государства в этой 
области,  о  роле  библиотек  в  повышение  интеллектуально- 
культурного развития уровня населения.  
 
I. BAYRAMOVA 
THE POSITION OF LOCATION LIBRARY- 
INFORMATION RESOURSES IN REGIONS OF 
AZERBAIYAN REPUBLIK 
SUMMARY 
 
In this article analyses the situation of library-information resources 
in  the  regions  of  Azerbaijan  Republic.  At  the  some  trine  in  this  specter 
deals with the increasing of libraries because of development of people’s 
intellectual-cultural leve lthe reflection of state’s care to it. 
 
 


142 
 
Əliyusif MƏMMƏDOV 
BiblioqrafiyaĢünaslıq kafedrasının baĢ müəllimi 
 
AZƏRBAYCAN RESPUBLĠKASI PREZĠDENTĠNĠN ĠġLƏR 
ĠDARƏSĠNĠN PREZĠDENT KĠTABXANASINDA YARADILMIġ 
“AZƏRBAYCAN RESPUBLĠKASI – 20” ELEKTRON SƏNƏD-
ĠNFORMASĠYA LAYĠHƏSĠNĠN QURULUġU VƏ 
ĠNFORMASĠYA-AXTARIġ ĠMKANLARI 
 
 
Açar  sözlər:  ilkin  sənəd-informasiya  mənbələri,  törəmə  sənəd-
informasiya  mənbələri,  elektron  sənəd-informasiya  toplusu,  faktoqrafik-
xronoloji göstəricilər, Prezident Kitabxanası 
Ключевые  слова:  первичные документально-информационные 
источники,  вторичные  документально-информационные  источ-
ники, электронные документально-информационные сборники, фак-
тографическо-  хронологический  указатель,  Президентская  библио-
тека 
Key words: primary documentary-information sources, secondary 
documentary-information sources, electronic documentary-information 
compilation, factografical –chorological indexes, Presidential Library 
 
2011-ci  il  Azərbaycanda  kitabxana  işi  sahəsində  uğurlu  bir  il 
olmuşdur. Ölkəmizin bütün dövlət və qeyri-dövlət müəssisələri, təşkilat-
ları  kimi  respublikanın  kitabxanaları  da  Azərbaycan  Respublikasının 
dövlət  müstəqilliyinin  bərpasının  20  illik  yubileyini  geniş  qeyd  etmiş, 
“Azərbaycan  Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-
2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı”nın  icrasını  davam 
etdirmiş,  kitabxanalarda  mütərəqqi  informasiya  texnologiyalarının, 
qabaqcıl  metodların  tətbiqi  sahəsində  yeni  nailiyyətlər  qazanmışlar. 
Məlumdur ki, Dövlət Proqramında ölkəmizin kitabxanalarının XXI əsrin 
çağırışlarına  cavab  verə  bilən  səviyyəyə  çatdırılması  istiqamətləri 
müəyyənləşdirilmiş,  prioritetlər  nəzərdə  tutulmuşdur.  Dövlət  Proq-
ramında nəzərdə tutulmuş istiqamətlərdən kitabxanaların sənəd-informa-
siya resurslarının daha da inkişaf etdirilməsi, həmin resursların təşkilinin 
və təqdim edilməsinin yeni metodlarının tətbiqi xüsusi qeyd edilməlidir. 
Dövlət  Proqramında  bu  istiqamətdə  nəzərdə  tutulmuş  tədbirlərdən 
aşağıdakıları göstərmək mümkündür; 
“-köklü islahatların aparılması, kitabxana- informasiya resurslarının 
dünya  məkanına  inteqrasiyasının  təmin  edilməsi,  beynəlxalq  təcrübənin 
öyrənilməsi və tətbiqi, idarələrarası koordinasiyanın təşkil; 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə