N. M. Bayramova



Yüklə 0,58 Mb.

səhifə1/22
tarix12.10.2018
ölçüsü0,58 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   22


 

 



Аzərbаycаn Respublikаsı Kənd Təsərrüfаtı Nаzirliyi 

Аzərbаycаn Dövlət Aqrar Universiteti 



 

M. İ. MƏMMƏDOV 

V.T.AĞAYEV 

N.M.BAYRAMOVA 

 

 

 

 

 

 

İNTERNET XİDMƏTLƏRİ  

 

 

Azərbaycan    Respublikasi    Təhsil  

Nazirliyi 

Elmi-Metodiki 

Şurasının 

“informatika  və  kompüter  texnologiyası”  

bölməsinin    03.07.2014-cü il tarixli iclası-

nın  qərarı  ilə  təsdiq  edilmişdir    (Əmr 

№765 ) 

 

 

 

 

 

 

GƏNCƏ – 2014 

 


 

 



L – 104 

Аz – 2014 

 

Azərbaycan 

Respublikası 

Təhsil 

Nazirliyinin   

03.07.2014-ci il tarixli  765     saylı əmri ilə qrif verilmişdir. 

 

M.İ.MƏMMƏDOV, V.T.AĞAYEV, N.M.BAYRAMOVA– 



İnternet xidmətləri. (Dərs vəsaiti). ADAU nəşr., 2014. –səh 

  

 

 



Rəy verənlər:  

Azərbaycan Texnologiya Universitetinin İnformatika və 

telekommunikasiya  kafedrasının  müdiri,  prof.,  fizika-

riyaziyyat elmləri doktoru S. Q.Verdiyev  

 

Gəncə  Dövlət  Universitetinin  İnformatika  kafedrasının 

müdiri  dosenti,  fizika-riyaziyyat  elmləri  üzrə  fəlsəfə 

doktoru Ə.Ə. Aslanov 

 

Dərs  vəsaitindən  ali  təhsil  müəssisələrinin  informasiya 

texnologiyaları  və  sistemləri  mühəndisliyi,  kompüter 

mühəndisliyi,  kompüter  elmləri,  informatika  və  riyaziyyat 

ixtisaslarının  tələbələri,  müəllimlər  və  mütəxəssislər 

istifadə edə bilərlər. 

Rəy 

və 

təkliflərini 

bildirən 

oxuçularımıza 

təşəkkürümüzü bildiririk. 

mahilmi@rambler.ru 

 

 

  -qrifli nəşr 

 

 

© “Araz-M poliqrafiya”  MMC, 2014 


 

 



©. 

M.İ.MƏMMƏDOV, 

V.T.AĞAYEV, 

N.M.BAYRAMOVA  


 

 



 

1.KOMPÜTER ŞƏBƏKƏLƏRİNƏ GİRİŞ 

 

1.1.Kompüter şəbəkələrinin inkişaf mərhələləri



 

 

İnsan  cəmiyyətinin  tarixində  müəyyən  elmi  kəşflər  və 



ixtiralar  nəinki  onun  gedişatına  güclü  təsir  göstərmiş  hətta 

sivilizasiyanın  inkişafına  (köklü  dəyişməsinə)  səbəb  olmuşdur. 

Bunlara  misal  olaraq  ilk  mühərrikin  ixtirasını,  elektrikləşmənin 

kəşfini, atom enerjisinin əldə edilməsini, radionun ixtirasını və s. 

göstərmək  olar.  Belə  elmi  kəşflərin  və  ixtiraların  nəticəsində 

istehsal  prosesinin  xarakterində  və  məişətdə  baş  verən  kəskin 

dəyişiriklər prosesi elmi-texniki inqilab kimi qiymətləndirilir.  

XX  əsrin  ikinci  yarısında  kompüter  texnikasının  yaranması 

və  sürətli  inkişafı  elmi-texniki  inqilabın  mühüm  faktorarından 

biridir. Bu prosesi şərti olaraq üc mərhələyə bölmək olar. 



Birinci  mərhələ  (1950-1960).  1945-ci  ildə  ilk  elektron 

hesablama  maşınının  yaradılması  ilə  başlayır.  Təqribən  30  il 

ərzində  (1970-ci  illərədək)  kompüterlər  məhdud  sayda  insanlar 

tərəfindən  əsasən  elmi  və  istehsalat  sahələrində  istifadə 

edilmişdir. Çəkisinin ağırlığı, enerji tutumluluğuu və bahalığı ilk 

Elektron  Hesablama  Maşınlarından  demək  olar  ki,  yalnız  paket 

rejimdə  istifadə  etməyə  imkan  verirdi  (Şəkil  1.1.)  alınması  ilə 

məlumatların  verilməsi  proqramının  hazırlanmasını  nəzərdə 

tuturdu. 

Bu  rejim  informasiya  daşıyıcısında  məsələnin  həlli  proqra-

mının hazırlığını nəzərdə tuturdu, EHM-ə proqram və  verilənlər 

daşıyıcıdan daxil edilirdi və nəticələr də daşıyıcılara çıxarılırdı.  

Bu  isə  EHM-lə  istifadəçilərin  inkeraktiv  rejimininin  praktik 

olaraq reallaşmasına imkan vermirdi. Yəni istifadəçi öz əmrlərinə 

EHM-in  reaksiyalarını  görmürdü,  və  proqramın  işinin  son 

nəticəsi cavab şəklində daşıyıcıda alınırdı. 

 



 

 



 

 

 



 

 

 


 

 



 GİRİŞ 

 

İnsan cəmiyyətinin tarixində müəyyən elmi kəşflər və ixtiralar 



nəinki onun gedişatına güclü təsir göstərmiş hətta sivilizasiyanın 

inkişafına  (köklü  dəyişməsinə)  səbəb  olmuşdur.  Bunlara  misal 

olaraq  ilk  mühərrikin  ixtirasını,  elektrikləşmənin  kəşfini,  atom 

enerjisinin  əldə  edilməsini,  radionun  ixtirasını  və  s.  göstərmək 

olar. Belə elmi kəşflərin və ixtiraların nəticəsində istehsal prose-

sinin xarakterində və məişətdə baş verən kəskin dəyişiriklər pro-

sesi elmi-texniki inqilab kimi qiymətləndirilir.  

XX əsrin ikinci yarısında  kompüter texnikasının yaranması və 

sürətli  inkişafı  elmi-texniki  inqilabın  mühüm  faktorarından  biri-

dir.  Bu prosesi şərti olaraq üc mərhələyə bölmək olar. 

Birinci mərhələ 1945-ci ildə ilk elektron hesablama maşınının 

yaradılması  ilə  başlayır.  Təqribən  30  il  ərzində  (1970-ci  illərə-

dək)  kompüterlər  məhdud  sayda  insanlar  tərəfindən  əsasən  elmi 

və istehsalat sahələrində istifadə edilmişdir. 

Ikinci mərhələ 1970-ci illərdən fərdi kompeterərin yaradılması 

ilə  əlaqədardır.  Bu  mərhələdə  kompeterlər  daha  geniş  tətbiq  sa-

həsi qazandı. Belə ki, kompüterlərdən nəinki elm və istehsalatda, 

həmçinin xidmət və məişət sahəsində də geniş istifadə edilməyə 

başladı.    Artıq  kompüterlər  adi  məişət 

cihazları-radio, televizya, maqnitafon və 

s. kimi evlərə daxi oldu.   

Ücüncü  mərhələ  internetin-qlobal 

kompüter  şəbəkəsinin  yaradılması  ilə 

başlayır.  Internetin  yaranması  kompü-

terləri  çox  geniş  informasiyaya  açılan 

pəncərəyə  çevirdi.  Bu  isə  “geniş  infor-

masiya dünyası” hüpergeniş məkan” an-

layışlarının yaranmasına səbəb oldu.   İnternetin geniş yayılması 

çox vacib sosial problemi  – müxtəlif ölkələrdə və qitələrdə, bö-

yük  şəhərlərdə  və  ucqarlarda  yaşayan  insanlar  arasında  “infor-

masiya  qeyribərabərliyi”  problemini  həll  etmiş  oldu.  Internetin 

inkişafı  tam  mənada  insan  sivilizasiyasının  tarixində  “informa-






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə