N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

18 



Hipermediya  sənədi  qrafika,  foto,  audio  və  video  yazılar  ilə 

canlandırır.  Əlbəttə  ki,  hər  hansı  bir  şəxs  tarixi  abidə,  elmi  əsər 

və s. haqqında Web  səhifə yaratdıqda onun istifadə etdiyi qrafi-

ka, şəkil, musiqi həmin sənədi daha effektiv edir . Web-in geniş 

proqram təminatı imkan verir ki, hipermediya sənədi digər kom-

püterlərdə  qorunaraq,  müxtəlif  müəlliflər  tərəfindən  yaradılmış 

sənədə  myraciəti  təşkil  etsin.  Məsələn,  müəllif  hipermətnlə  

məqalə  yaradır.  Bu  zaman  həmin  məqaləyə,  digər  mənbələrdən 

müraciət  edilir.  Həmin  müraciət  vasitəsilə  müxtəlif  ölkələrdə 

yerləşən kompüterdəki hipermətnlər arasında əlaqə yaralıdır. 

 

 

2.2. Elektron poçt 



 

Elektron poçt - (Electronic Mail və ya E-Mail) hazırkı dövr-

də insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan 

bir  neçə  saniyə  ərzində  İnternet  şəbəkəsinin  yerləşdiyi  istənilən 

yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən 

faylı göndərməyə imkan verir. 

ABŞ  və  Avropadan  başlayaraq  bu  rabitənin  adı  "e-mail"  və 

ya "email" formasında yazılır. 

Elektron  ünvanla  işləyərkən  SMTP  və  POP3  protokolla-

rından istifadə edilir. SMTP protokolu məktubun göndərilməsinə, 

POP3  protokolu  isə  məktubun  çatdırılmasına  cavabdehdir.  Gön-

dəriləcək poçt "elektron poçt qutusuna"  yazılır. Bu poçt  serverin 

daimi  yaddaşında  yerləşən  kataloqdur  və  ona  yalnız  həmin  poçt 

qutusunun  abonenti  daxil  ola  bilər.  Abonent  serverə  müraciət 

edərkən  poçtu  oradan  çıxarır,  poçt  qutusundan  çıxarılan  məktub 

serverdə saxlanılmır. 

Elektron məktubların ünvanı DNS sistemlərində qəbul olun-

muş ünvanlardan fərqlənir. 

Yazılış qaydası: abonent@ünvan - @ ("ət" və ya "doq") işa-

rəsi  kompyuterə  məktubun  göndərildiyi  server  ünvanı  ilə  abo-

nentin  adını  ayırmağa  kömək  edir.  Burada  abonent  dedikdə  hə-

min  serverin  məktubu  köçürəcəyi  şəxsi  kataloq  nəzərdə  tutulur. 




 

 

19 



Bu  kataloq  serverdə  istifadəçinin  ora  daxil  olana  və  ya  saxlama 

müddəti  qurtarana  qədər  qalır.  Abonentin  adını  istifadəçi  özü 

seçir.  Sonra  o  poçt  ünvanının  qeydiyyatını  keçirir  və  proqram 

təminatını  nizamlayır.  Bütün  bu  əməliyyatlardan  sonra  elektron 

ünvanla  işləmək  olar.  Müasir  dövrdə  ən  geniş  yayılmış  poçt 

hostinq  serverləri  kimi  Gmail.com,  Yahoo!,  Hotmail  tanınır. 

MDB  məkanında  isə  Yandex,  Mail.ru,  Rambler  kimi  p  oçt 

servisləri məşhurdur1. 

İlk e-mail tam 40 il əvvəl göndərilmişdi. E-mail internetin də 

yayılmasıyla  insan  həyatındakı  əhəmiyyətini  olduqca  artırmış 

vəziyyətdə.  Artıq,  əvvəlki  kimi  məktublar  qalmamış  hər  şey  e-

mail sayəsində elektronik hala çevrilmişdi. Son zamanlarda sosial 

şəbəkələrdəki  mesajlaşma  xüsusiyyətləri  e-mailin  istifadəsini 

azaltsa da e-mail hələ əhəmiyyətini qorumaqda.  

İlk  e-mail  də  bir  çox  texnoloji  yeniliklərin  başlanğıcı  kimi 

əsgəri  işlərdən  ötəri  çıxmış.  1960-cı  illərin  sonlarında  hərbi 

sistem  üçün  sistemlər  inkişaf  etdirməyə  çalışan  Rels  Tomlinson 

ilk  olaraq  1971-ci  il  Oktyabr  ayında  iki  kompüter  arasında  fayl 

alveri göndərməyi bacarmışdı. 

Tomlinson,  The  Times  qəzetinə  isə  "İlk  e-

 

maildə  nə  yaz-



dığını mən da xatırlamıram. Yalnız aralarında 

bir  metr  məsafə  olan  iki  kompüter  arasında 

edilən  fayl  transferi  idi.  Mesajlaşma  üçün 

kiçik bir addım idi, insanoğlu üçün isə böyük 

bir sıçrama." dediyini söylədi.  

 

 



 

 

 



Ayrıca  "@"  işarəsini  də  icad  edən  adam  olaraq  Tomlinson 

tarixə  keçmişdir.  Alıcı  ilə  kompüter  və  ya  şəbəkələri  ayırmaq 

üçün  bir  simvol  axtarışına  girən  Tomlinson  sonunda  @  sim-

volunda qərar etmişdir. 

E-mail  isə  1990-cı  illərə  qədər  böyük  bir  inkişaf  qazanma-

mışdı.  İnternetin  90-cı  illərdə  yayılmasıyla  birlikdə  e-mail  çox 

əhəmiyyətli  nöqtələrə  gəlmiş  olmaqdadır.  Belə  ki,  Amerikanın 

                                            

1

 http://az.wikipedia.org/wiki/Elektron_po%C3%A7t 




 

 

20 



Kaliforniya Universiteti, Berkeleyin 2001-də açıqladığı rəqəmlər 

bizə  e-mailin  inanılmaz  statistikalarını  göstərdi.  Araşdırmaya 

görə  2001-ci  ildə  gündə  ortalama  31  milyard  e-mail  göndə-

rilməkdə idi. 2008-ci ildə isə bu rəqəm 170 milyarda qədər çatdı. 

E-mailin  bu  yüksəlişi  isə  hələ  dayanmış  vəziyyətdə  deyil.  2010-

cu ildə gündəlik e-mail göndərilmə nisbəti isə 294 milyard idi. 

Elektron  poçtun  yayılması  XX  əsrin  80-cı  illərinin  ortala-

rında fərdi kompüterlər meydana gəldikdən sonra kəskin şəkildə 

sürətləndi. 

Elektron poçt (E-mail) - İNTERNET istifadəçilərinin ən çox 

istifadə  etdiyi  xidmətlərdən  biridir.  Elektron  poçt  vasitəsilə  ani 

bir  zamanda  bütün  dünya  miqyasında  istənilən  şəxslə  (kompü-

terlə) məktublaşmaq olar. Bu xidmətdən istifadə etmək üçün hər 

bir şəxsin elektron poçt ünvanı olmalıdır. Həmin ünvanı kompu-

terin İNTERNET-lə əlaqəsini təşkil edən provayder təqdim edir. 

Bu xidmət tam pulsuzdur. İNTERNET-ə qoşulan hər bir şəxs bu 

xidmətdən istifadə etmək üçün özünə elektron poçt ünvanı götürə 

bilər. 


Elektron poçt ünvanı əməliyyat mühitindən asılı olaraq DNS 

üslubunda  (WINDOWS  mühitində)  və  ya  aşkar  ünvanlaşdırma 

üslubunda (UNİX mühitində) tərtib edilə bilər. Domen ünvanlaş-

dırma  üslubunda  qurulan  elektron  poçt  ünvanı  ümumi  şəkildə 

belə yazılır: 

< userid> @ < nodeid> 

burada    –  istifadəçinin  identiflkatoru,    – 

şəbəkə qovşağının identifıkatorudur. Bu iki identifıkator arasında 

«@»  (“at  commercial”)  işarəsini  yazmaq  vacibdir.  Bu  səbəbdən 

də o «elektron poçt işarəsi» adını almışdır. 

İstifadəçinin  identifikatoru  (userid)  baxılan  şəbəkə  qovşağı 

çərçivəsində  unikal  olmalıdır.  Qovşağın  identifikatoru  (nodeid) 

nöqtə işarəsi ilə ayrılmış domenlərin adlarından ibarət olan mətni 

sətirdir.  Qovşağm  identifikatoru  bütöv  İNTERNET  çərçivəsində 

unikal olmalıdır. 

Elektron 

poçt 


ünvanlarının 

yazlışma 

aid 

misal: 


nk@rambler.ru

  



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə