N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

15 



identifikasiya edilir: URL serverdə istifadə olunan protokolun adı 

ilə başlayır: http:// 

URL  ünvanı  bir  neçə  hissədən  ibarətdir:  protokol,  host  və 

sənədin  yerləşdiyi  qovluğu  göstərən  yol.  Məsələn,  URL  ünvanı 

aşağıdakı şəkildə ola bilər, məsələn: 

http://www.science.az 

http:// – serverlə əlaqə protokolu; 

www – qovşağın tipi; 

science – qovşağın adı; 

.az – yuxarı səviyyəli domen. 

1990-cı  ildə  Tim  Berners-Li  internetlə  işləyən  hər  bir  kəsin 

tanıdığı  vahid  resurs  lokatoru  (URL)  adlanan  internet  ünvanın 

yazılışının əvvəli kimi http://www işarəsini icad edib

1



Lakin  İnternetdə  digər  əlaqə  tiplərindən  də  istifadə  edilir: 



File  Transfer  Protocol  (FTP)  və  ya  Gopher.  Tiplərin  ardınca 

serverin  ünvanı  yazılır  (host).  Bu  ünvanı  domen  ünvanı  da 

adlandırırlar. Domen ünvanına domenin özü (serverin aid olduğu 

təşkilatın tipi) və qovşağın adı daxildir. 

Domenlərin adları iyerarxik ardıcıllıqla yazılır: soldan başla-

yaraq  əvvəlcə  ən  aşağı  səviyyənin  domeni,  sonra  isə  yuxarı 

səviyyələrin  domenləri.  Ən  yuxarı  səviyyədəki  (sağdan  1-ci) 

domendən solda yazılan domenlərə altdomenlər deyilir. Beləlik-

lə, host kompüterin adınm yazılış forması belə olur: 

.  [<  altdomen2>.  <  altdomen3>...]   

burada <,> -işarələrindən adın tərkib hissələrini ayırmaq üçün, [,] 

-mötərizələrindən  isə  onların  içərisindəkilərinin  vacib  olma-

masını göstərmək üçün istifadə edilmişdir. 

İNTERNET-də ünvanlaşdırma inzibati və ya ərazi prinsipləri 

ilə  aparılır.  Hər  iki  halda  yuxarı  səviyyənin  domeni  standart 

qəbul olunmuş adla göstərilir.  

Məsələn,  inzibati  prinsiplə  ünvanlaşdırılmada  yuxarı 

səviyyənin (Funksional domenlər) domen adları belə ola bilər:  

edu- təhsil idarələri;  

                                            

1

 http://az.wikipedia.org/wiki/URL 




 

 

16 



mıl-  hərbi müəssisələr;  

gov- dövlət təşkilatları; 

net – şəbəkə;  

com – kommersiya təşkilatları;  

org - təşkilatlar. 

int-beynəlxalq təşkilatlar  

Ərazi  prinsipi  ilə  ünvanlaşdırmada  (Milli  domenlər)isə 

yuxarı səviyyənin iki simvoldan ibarət standart domen adları belə 

ola bilər:  



az-Azərbaycan  

tr-Türkiyə 

de-Almaniya 

ru-Rusiya  

ch-Isveçrə 

uk- Böyük Briyaniya 

fr-Fransa 

ca-Kanada  

Domen  ünvanlaşdırma  sistemi  (ingiliscə:  Domain  Name 

Sistem-  DNS)  İNTERNET  ünvanlar  fəzasının  iyerarxik  təşkili 

metodudur. "Domain"  Fransız sözü olaraq, orta əsirlərdə, Fransa 

şahının  və  ya  hər  hansı  bir  zadəganın  mülkiyyətinə(daşınmaz 

əmlak)  deyilirdi.  Bu  gün  isə  domain  –  İnternet  şəbəkəsində 

domen, adlar fəzasının unvanıdır. Yenə də keçmişdə olduğu kimi 

hər  hansı  mülkə,  yəni  indi  virtual  mülkə sahib  olmaq  üçün  özəl 

seçilmiş  domen  adına  malik  olmalısınız.  Domen  ad  dedikdə 

domenin  simvolik  adı  nəzərdə  tutulur.  Domen  ad  bir  domen 

daxilində  istənilən  hərf  və  rəqəm  birləşməsi  ola  bilər.  Domenin 

tam  adı  nöqtə  ilə  ayrılmış  bütün  domenlərin  adlarından  təşkil 

olunur  və  İnternetdə  nəşr  edilmış  hər  hansı  veb-saytın  ünvanını 

göstərir.  İNTERNET  adları  DNS  serveri  vasitəsilə  rəqəm  for-

masında ifadə olunan həqiqi ünvanlara çevrilir. Həmin ünvanlara 

İP  (İnternet  Protocol)  ünvanları  deyilir.  DNS  serveri  əks 

çevirməni də, yəni İP ünvanını domen adına çevirnəni də aparır. 



 

 

17 



WEB-saytların  (səhifələrin)  HTML  kodunda  yığılması  üçün 

aşağıdakı  redaktorlardan  (proqramlardan)  istifadə  etmək  olar: 

NETSCAPE COMPOSER, HOTDOG, MS FRONTPAGE və s. 

WEB-sayt  bir-biri  ilə  əlaqəli  olan  və  eyni  birWEB-serverdə 

yerləşən bir və ya bir neçə WEB-səhifəsindən ibarət olur. WEB-

səhifə WEB-saytın ayrıca bir hissəsi olub, «.htm» və ya «.html» 

genişlənməsi  ilə  təyin  olunan  mətn  faylıdır.  İNTERNET  şəbə-

kəsinin  bir  qovşağı  olan  WEB-server  bu  faylların  fiziki  olaraq 

saxlanılmasını  və  istifadəçilərə  çatdırılmasını  həyata  keçirir. 

Fayllarda mətni informasiya və bu informasiyanın WEB-brouze-

rin pəncərəsində necə təsvir olunmasını müəyyənləşdirən HTML-

kodlar  saxlanılır.  Digər  tip-qrafiki,  audio,video-  informasiya 

WEB-səhifəyə  daxil  olmur  və  ayrıca  olaraq  «.gif»,  «.jpg», 

«.mid», «.mp3», «.avi» genişlənmələri ilə təyin olunan fayllarda 

saxlanır. HTML-kodda yalnız bu fayllara aparan yol göstərilir. 

Ünvanı  bəlli  olmayan  WEB-saytları  mövzuya  görə  axtarıb 

tapmaq üçün informasiya-axtarış sistemlərindən istifadə edilir. 

Hipermüraciət  -  İnternetin  müxtəlif  resursları  arasında 

müraciətdir. 



World Wide Web (Dünyəvi   Hörümçək toru) sözü haradan 

meydana  gəlmişdir.  World  Wide  (dünyəvi)  -  Web  kompüterlər  

Internetə qoşularaq bütün dünyanı təmin edir. Web - ( hörümçək 

toru) kimi bu kompüterlərdə informasiyanı birləşdirir. 

Web  -  qlobal  multimediya  kommunikasiya  sistemi  olaraq, 

informasiyanın  ötürülüməsinin  yeni  üsuludur.  Hipermətn  - 

hipermüraciətləri  istifadə  edən  elektron  sənəddir.  İstənilən  növ 

sənəd, biznes plan və yaxud bədii əsər və s. hipermətn ola bilər. 

Hipermətnlərdə hər hansı bir söz ilə digər bir infomsiya mənbəyi 

arasında  əlaqə  (hipermüraciət)    yaradıla  bilər  .  Hipermüraciət 

mətndə  izahı  tələb  oluna  bilən  sözlər  olurlar.  Onlar  elektron 

sənəddə  seçilirlər  (diqər  rənqlə,  qalın  şriftlə  və  s.).  İstifadəçi 

kursoru həmin sözün üzəri ilə yerləşdirdikdə kursor əl formasına 

çevrilir.  Bu  zaman  mausun  sol  düyməsini  basdıqda  istifadəçi 

hipermətnə müraciət edir, həmin sözlə əlaqədar informasiya əldə 

edir.    Hipermediya  -  hipermətnin  geniş  imkanlı  formasıdır. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə