N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

 

 

32 



Müxtəlif serverlər bir fəzada eyni addla və kanallarda birləşə 

(linkləşmək) bilirlər. Nəhəng dünya  IRC  serverləri öz heyətində 

yüzlərlə serverlər birləşdirilər. Bəzən IRC-şəbəkələr qəza olaraq 

bir neçə hissəyə bölünürlər ki, buna da netsplit deyilir. 

IRC həm qrup, həm də privat şəkildə söhbət imkanı yaradır. 

Qrup çatı apartmaq üçün IRC-də kanallar mövcudur. Bura daxil 

olub, privat danışıqlar da aparmaq olur. 

IRC-şəbəkənin  operatorları  server  və  şəbəkənin  bütünlüklü 

işini idarə edirlər. Bir qayda olaraq IRC  şəbəkələrdə operatorlar 

üçün  şəbəkə  və  ya  kanal  səviyyəsində  müəyyən  məhdudiyyətlər 

qoyulur.  Adətən  bu  cür  limitlər  şəbəkə  etiketinə  söykənir  və 

bəzən hətta IRCd səviyyəsində qorunur

1



 Bu  xidmət  iki  və  daha  çox  istifadəçinin  real  vaxt  (on-line) 



rejimində  informasiya  mübadiləsi  aparmasını  təmin  edir.  Bu 

xidmət IRC (İnternet Relay Chat-İnternet vasitəsilə Söhbət üçün 

Retranslyator)  adlanan  protokol  və  serverlərin  köməyilə  həyata 

keçirilir.  Odur  ki,  bu  xidmətlə  bəzən  İRC  və  ya  Çat  (Chat) 

deyilir. İRC-nin strukturu  İRC  -serverlər şəbəkəsindən ibarətdir. 

Hər  bir  İRC-server  İRC-kliyentlərdən  (proqramlardan)  sorğulan 

qəbul edib, real vaxt rejimində yerinə yetirir. 

İRC  ilə  işləmək  üçün  çoxlu  İRC  kliyent  proqramları 

mövcuddur.  Onlardan  ən  geniş  yayılanları  və  geniş  imkanlara 

malik olanlan bunlardır: İCQ (ünvanı: www.icq.com), Microsoft 

Chat  (İnternet  Explorer  proqramının  tərkibinə  daxildir),  mİRC 

(ünvanı:  www.  mirc.com)  və  s.  Bunlardan  başqa  çoxlu  regional 

Çat proqramları da mövcuddur. 

İRC  xidmətlərindən  istifadə  etmək  istəyən  istifadəçi  bu 

kliyent  proqramlarından  birini  öz  kompüterinə  yükləməli,  sonra 

isə  əlverişli  bir  serverə  qoşulub,  qeydiyyat  prosedurunu 

keçməlidir. Qeydiyyatdan keçən hər bir istifadəçiyə unikal ad və 

ya identifikator verilir. 

İNTERNET  vasitəsilə  səsli  telefon  əlaqəsi  qurmağa, 

həmçinin  görüntülü  və  səsli  telefon  bağlantısı  qurmağa  imkan 

                                            

1

 http://az.wikipedia.org/wiki/Internet_Relay_Chat 




 

 

33 



verən vasitələr və proqramlar da mövcuddur. Səsti telefon əlaqəsi 

(Səsli  Çat)  3-cür  yaradıla  bilər  «kompüter-kompüter»,  «  kom-

püter-telefon»  və  «telefon-telefon».  Hər  üç  halda  səsli  telefon 

əlaqəsi  yaratmaq  üçün  yüksək  sürətli  kompüter,  ötürmə  sürəti 

28800  bod-dan  az  olmayan  modem  və  uyğun  proqram  təminatı 

olmalıdır. İternetə qoşulan kompüterdə əlavə olaraq səs kartı, səs 

kolonkası və mikrofon olmalıdır. Aralarında səsli əlaqə yaradılan 

kompüterlərdə  eyni  proqram  təminatından  istifadə  olunmalıdır. 

Bu  məqsədlə,  məsələn,  «NetMeetinq»  proqramından,  tərkibinə 

«Net2Phone»  proqramı  daxil  edilmiş  ICQ  proqram  paketindən, 

«Vocaltec  İnternet  Phone»  proqram  kompleksindən,  «Media-

Ring» proqramından və s. istifadə edilə bilər. 

Kompüterlər  arasında  real  vaxt  rejimində  səsli  əlaqənin 

yaradılması müxtəlif coğrafı nöqtələrdə yerləşmiş şəxslərin (elmi 

işçilərin,  iş  adamlarınm  və  s.)  iştirakı  ilə  audio-konfrans  keçir-

məyə real imkan yaradır. Bu cür audio-konfransları reallaşdırmaq 

üçün  yuxanda  göstərilən  proqramlarla  yanaşı,  bu  məqsəd  üçün 

daha geniş yayılmış « Paltalk» proqramından istifadə etmək olar. 

Müasir  informasiya  texnologiyasmm  metod  və  vasitələri 

INTERNET  vasitəsilə  kompüterlər  arasında  real  vaxt  rejimində 

həm  səsli,  həm  də  görüntulu  əlaqənin  yaradılmasına  imkan 

verirlər, yəni bir-birilə səsli əlaqə quran şəxslər, həm də bir-birini 

görə bilirlər. Görüntülü əlaqənin yaradılması üçün istifadə edilən 

kompüterlərdən  və  modemlərdən  səsli  əlaqəyə  nisbətən  daha 

yüksək  sürət  tələb  olunur.  Görüntülü  əlaqə  yaratmaq  üçün  səsli 

əlaqədə  tətbiq  edilən  texniki  avadanlığa  əlavə  olaraq  WEB 

kamera da daxil edilməlidir. 

INTERNET  vasitəsilə  kompüterlər  arasında  real  vaxt  reji-

mində  səsli  və  görüntülü  əlaqənin  qurulması  imkanı  videokon-

franslar  keçirməyə  real  şərait  yaradır.  Videokonfrans  yuxarıda 

baxılan  «  Səs  Çatı»nın  analoqudur,  lakin  burada  səslə  bərabər 

videotəsvirlər də ötürülür və qəbul edilir. 

Kompüterlər arasında səsli və görüntülü əlaqənin yaradılması 

üçün  şəbəkədə  səsin  və  təsvirin  sıxılıb  ötürülməsini  və  qəbul 

edilib  açılmasını  təmin  edən  xüsusi  proqram  təminatı  tətbiq 



 

 

34 



edilir.  Bu  proqramlardan  ən  tanınmışları  yuxanda  adı  çəkilən 

«NetMeeting» və xüsusilə videokonfrans keçirmək üçün nəzərdə 

tutulan « CU-SeeMe» proqramlarıdır. 

 

2.6. Elektron elanlar lövhələri 

 

Bu  xidmət  növü  elektron  poçtundan,  müxtəlif  informasiya 



xidmətldərindən,  interaktiv  səsli  və  görüntülü  əlaqələrdən  və 

konfranslardan  birgə  istifadə  edilməklə  reallaşdırılır.  ABŞ-ın 

NPTN  (National  Publik  Telecomputinq  Network-  Milli  İctimai 

Kompüter  Şəbəkəsi)  kompüter  şəbəkəsinin  tərkibinə  daxil  olan 

bu sistem pulsuz telekommunikasiya və şəbəkə xidmətləri təqdim 

edir. 


Elektron  lövhələr  onlarda  yerləşdirilmiş  elanların  mövzula-

rına görə xüsusiləşdirilmiş və ümumi xarakterli ola bilərlər. 1-ci 

halda elektron  lövhədə  yerləşdirilmiş elanlar  müəyyən  mövzuya 

görə  qruplaşdırılır,  məsələn,  daşınmaz  əmlak  satışı,  avtomobil 

satışı  və  s.,  2-ci  halda  isə  lövhədə  bütün  mövzulara  aid  elanlar 

yerləşdirilir.  Elektron  elanlar  adi  qəzet  və  ya  divar  elanlarından 

fərqli olaraq, daha çox müddətdə fəaliyyət göstərir və onları daha 

çox  sayda  istifadəçi  oxuyur.  Qəzetlərdəki  elanların  elektron 

variantlarını da INTERNET-də yerləşdirmək mümkündür. 

INTERNET  vasitəsilə  alqı-satqı  əməliyyatlarının  aparılması 

da  çox  səmərəlidir.  INTERNET-in  bu  xidmət  obyektlərinə 

INTERNET-mağazalar  deyilir.  INTERNET-mağazalarda  satılan 

mallar  haqqında  ətraflı  məlumat  verilir  və  qrafık  vasitələrin 

köməyilə əks etdirilir. Alıcı ona lazım olan malı seçdikdən sonra 

satıçı  ilə  «  online»  və  ya  «offline»  rejimində  əlaqə  saxlaya  və 

onunla  sövdələşə  bilər.  Ən  geniş  yayılmış  INTERNET-mağaza 

proqramlarına  misal  olaraq  «Copernic  Shopper»  (ünvanı: 

www.copernic.com

), 

«Half» 


(ünvanı: 

www.half.com

), 

«Shopping» (ünvanı: 



www.shopping.ru

) və s. göstərmək olar. 

Elektron elanlar lövhələrinin bir növü də INTERNET və  ya 

şəbəkə auksionlarıdır. INTERNET- auksion istənilən mal növləri 

üzrə  və  istənilən  istifadəçiyə  görə  təşkil  edilə  bilər.  Məsələn, 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə