N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

 

 

42 



onların  müqayisəli  xarakteristikaları  ətraflı  əks  olunur  .  WEB 

üçün  axtarış  sistemləri  arasında  daha  yaxşı  axtanş  imkanlarına 

malik  olan  və  ona  görə  də  daha  geniş  tətbiq  edilənləri 

aşağıdakılardır: 

-  xarici  axtanş  sistemləri:  ALTAVİSTA,  FAST,  DİREC-

THİT, SNAP, GOOGLE, OINGO, NORTHERNLIGHT, OPEN-

TEXT, İNFOSEEK, WAIS, YAHOO; 

-  rus axtanş sistemləri: APORT, RAMBLER,YANDEX. 

 

Bu sistemlərdən bəzilərini qısaca nəzərdən keçirdək

 

ALTAVİSTA  (

www.altavista.com

)  –  ən  böyük  axtarış  

portallarından  biri  olub,  təqdim  etdiyi  servislərin  sayına  görə 

axtarış  sistemləri arasında  liderlik edir,  30-a  qədər  dildə  (rus  və 

türk dilləri də daxil olmaqla) informasiya axtarışı apara və tapılan 

sənədləri lazımi dilə çevirə bilir. Bu sistem yazıldığı dildən asılı 

olmayaraq  bütün  WEB  səhifələrini  indeksləyir.  ALTAVİSTA-

nın  sorğu  dili  ən  güclü  dillərdən  biri  hesab  olunur.  Burada 

sorğunun 

genişləndirilməsi, 

yəni 

mürəkkəb 



sorğu 

formalaşdırmaq imkanı var. Açar sözləri «AND», «OR», «NOT» 

operatorları  ilə  əlaqələndirmək,  frazalara  görə  axtanş  aparmaq, 

beşə  qədər  istənilən  hərfı  əvəz  edən  «*»  metasimvolundan 

istifadə  etmək  mümkündür.  Bundan  əlavə,  məzmunlu  axtarışı 

reallaşdırmaq  üçün  terminlərin  bir-birilə  yanaşı  yerləşməsini 

tələb edən «NEAR» (yanaşı) operatoru da mövcuddur. Frazalara 

görə  axtarış  aparmaq  üçün  həmin  frazaları  özündə  cəmləyən 

kifayət qədər böyük lüğətə malikdir. 

Bütün bunlarla yanaşı, axtarış apararkən sorğuda açar sözün 

sənəddə  rast  gəldiyi  sahənin  adını  -  hiperistinad  (link),  applet 

(ingilis  dilində  app  –  application  sözündən,  -let  isə  kiçiltmə 

sufiksindən gəlir), hostların adları, şəkillərin adları, mətn, başlıq, 

URL  -  da  vermək  olar.  Xəbərlər  qruplarında  axtarış  aparmaq 

mümkündür.  Verilən  dildə  sənədlərin  axtarışını  aparmaq  olar. 

Lakin  bu  halda  digər  dillərdəki  səhifələrə  baxmaq  mumkün 

olmur. (Bu sistem artıq yahooşcom-la birləşdirilib) 



 

 

43 



GOOGLE (

www.google.com

) –  

Google  dünyanın  ən  böyük  axtarış  sistemləri  və  reklam 

sahəsində  ixtisaslaşmış  ABŞ-da  yerləşən  Transmilli  şirkətidir. 

Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik 

etməklə yanaşı onları inkişaf etdirir. 

 

Şək.3.1. 



www.google.az

 

 

Stenfordda  Tibb  məktəbinin  iki  tələbəsi,  Larry  Page  və 



Sergey Brin, Google-ni 1998-ci ildə başlanğıc sərmayəsi 25 mil-

yon dollar olaraq qurdular. Şirkətin GooglePlex adlanan mərkəzi 

işyeri Kaliforniyada yerləşir və dünyada 5000-ə yaxın işçisi var. 

Şirkətin sərmayə ortaqları, Kleiner Perkins  Caufield & Byers və 

Sequoia Capitalıdırlar. 

Google adı 10100 rəqəminin adından götürülmüşdür. 

Google  öz  tarixinə  1996-cı  ilin  yanvar  ayından  başlamışdır. 

Həmin  dövrdə  Kaliforniyadakı  Stenford  Universitetinin  dokto-

rantura pilləsində təhsil alan tələbələri Larry Page və Sergey Brin 

tərəfindən  tədqiqat  lahiyəsi  çərçivəsində  bu  saytı  hazırlayıblar. 




 

 

44 



Ənənəvi  axtarış  sistemləri  axtarılan  sözlərin  hansı  saytda  neçe 

dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar 

arasındakı əlaqəni analiz edirdi. Larry Page və Sergey Brin baş-

lanğıcda sürətli işləməsi olaraq BackRub adlı bir axtarma sistemi 

üzerində çalışmağa başladılar. Məqsədləri iri bir məlumat yığını 

olan  interneti  bölümləmək  və  axtarılanları  daha  asan  tapılan  bir 

hala gətirməkdir. Bunun üçün yeni bir texnologiya yaratdılar. Bu 

texnologiya,  interneti  klassik  sistemlərə  görə  daha  fərqli  bir  şə-

kildə tədqiq edirdi. Bu səbəbdən qısa zamanda adları tanınmağa 

başladı. 

 

Google Məhsul və Xidmətləri 

 

Şək. 3.2. Google xidmətləri 

 

Google  Maps  (keçmiş  Google  Local)-  veb  xəritə  tətbiqet-

məsidir, pulsuzdur (qeyri-kommersiya məqsədilə), bir çox xəritə 

əsaslı  xidmətləri  özündə  birləşdirir.  Bu  xidmət  həmçinin  küçə 

xəritələri, nəqliyyat marşrutlarının planlaşdırmalarını təklif edir.  




 

 

45 



Veb brauzerin ünvan sətrində 

https://www.google.com/maps/

 

daxil  edib  “Ender”  sıxsaq  Google  Maps  saytının  baş  axrarış 



pəncərəsi açılacaq (Şəkil 3.3). Açılan pənçərənin müvafiq axtarış 

sətrində  axtarılacaq  ərazi  (ölkə,  şəhər  və  s.)  adını  daxil  etsək 

(şəkil 3.4) aktiv səhifədə həmin ərazinin xəritəsi və məlumatları 

əks olunacaq (şəkil 3.5). 

 

 

 



Şək 3.3. 

https://www.google.com/maps/

 

 

 

 



 

Şək. 3.4. Axtarışın daxil edilmə nümunəsi  


 

 

46 



 

 

Şək. 3.5. Axtarışın nəticəsi 

 

"Google  SketchUp"-  adlı  dizayn  proqramında  əsasən  dizayn 



işləri, müxtəlif modellər, planlar və s çəkmək olur. 

Google  SketchUp  —  sadə  üçölçülü  obyektləri  modelləşdir-

mək  üçün  proqramdır  (quruluşlar,  mebellər,  interyer).  2006-cı 

ilin martında çox da böyük olmayan  @Last Software firmasıyla 

birlikdə Google şirkəti tərəfindən inkişaf etdirilir. Proqramın iki 

versiyası  mövcuddur  —  pulsuz,  məhdudlaşdırılmış  (başqa 

formatlara  ixrac  funksiyası  ilə)  və  pullu  (SketchUp  Pro,  $495). 

Ancaq,  məhsulun  daha  yeni  versiyasının  çıxışından  sonra  Pro-

nun köhnəlmiş versiyası pulsuz olur

1



"Google  Picasa"-  adlı  proqram  vasitəsilə  kompyuterinizdə 

bütün  itmiş,  sənədlərin  arasına  girmiş  şəkilləri  bu  proqram 

vasitəsilə tapa bilərsiniz.  

Picasa  —  Lifescape  şirkəti  tərəfindən  yaradılmış  rəqəmsal 

təsvirlərin  icrası  üçün  nəzərdə  tutulmuş  pulsuz  proqram[1]. 

                                            

1

 http://az.wikipedia.org/wiki/Google_SketchUp 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə