N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

 

 

38 



Kompüterdən kompüterə. 

Kompüterdən telefona. 

Telefondan telefona. 

 

Şək. 2.11. IP-telefoniya 

 

İnternet-telefoniyada  ötürücü  xətt  kimi  İnternet  kanalların-



dan,  IP-Telefoniya-da  İnternet  kanallarından  və  ya  informasiya-

nın ötürülməsi üçün xüsusi ayrılmış rəqəmsal kanallardan istifadə 

edilir

1



Mütərəqqi  texnologiya  olan  İP  telefonun  kəşfi  İsrailin 

Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnal-

ların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin 

tətbiqi  ilə  kodek,  kompüter  və  İP  protokolundan  istifadə  edərək 

İnternet  şəbəkəsi  ilə  danışıq  siqnallarının  verilməsinə  nail 

olmuşdur.  1995-ci  ildən  başlayaraq  İP  telefon  üçün  səsin  sıxıl-

ması  prosesində  iki  -  GSM  və  TrueSpeech  (DSP  Group  İnc. 

                                            

1

 http://az.wikipedia.org/wiki/%C4%B0P_telefoniya 




 

 

39 



Şirkəti),  daha  sonra  isə  SİP  (Session  İnitiation  Protocol)  proto-

kolu təkmilləşdirildi. 

 Xarici ölkələrdə isə İP telefonun digər abbreviaturalarından: 

VoİP-Voice over İP və “İnternet-telefon” terminlərindən istifadə 

edilir. 

Son illər ərzində respublikamızın telekommunikasiya şəbəkə-

sində  də  İP  telefon  rabitəsindən istifadə edilir.  Bütün  bu  amillər 

ondan  xəbər  verir  ki,  İP  texnologiyası  olduqca  perspektivli  bir 

informasiya verilişi sahəsidir. Əgər İP telefon rabitəsinin tarixinə 

nəzər salsaq görərik ki, onu tətbiq etmək üçün ilk cəhd 1983-cü 

ildə ABŞ-ın Massaçusets ştatının Kembric Universiteti tərəfindən 

göstərilmişdir.  Həmin  layihədə  kompyuterlərin  tərkibinə  analoq 

səs  siqnalına  çevirərək  paket  şəklinə  salan  xüsusi  avadanlıqlar 

daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt 

Berankand Newman şirkətinin ABŞ-ın qərb və şərq hissələrində 

yerləşən  ofisləri  arasında  İnternet  şəbəkəsindən  istifadə  etməklə 

səs  siqnal  verilişinin  təşkil  olunmasına  baxmayaraq,  rabitə 

zamanı  paketlərin  itkisi  və  gecikməsi  nəticəsində  fasilələr  yara-

naraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır. 

 

2.10. Netmetting.  

 

Netmetting  xidmət  növü  məsafədən  asılı  olmayaraq  isti-



fadəçilər  arasında  səs,  mətn,  video  formasında 

informasiya  mübadiləsini,  diaqram,  qrafiklər  və 

proqramlarla  birgə  işi  təmin  edir.  Bu  xidmət 

növündən  video  konfransların  keçirilməsində, 

bir  sıra  televiziya  kanalları  (məs.  CNN,  NTV, 

ORT  və  s.)  xəbərlər  verilişlərində  hadisə 

yerlərində  olan  müxbirlərlə  “canlı  video”  əlaqə  yaratmaq  üçün, 

“tele-körpü”  adlanan  verilişlərdə  istifadə  olunur.  Bu  xidmətdən 

istifadə etmək üçün kompüterdə Netmetting proqramının olması 

vacib şərtdir. 

 



 

 

40 



2.11. 

İCQ

 

xidməti

.  

 

İnternetin  İCQ  xidməti  1996-cı  ildə  4  İsrail  mütəxəssisinin 



yaratdığı İCQ proqramı ilə fəaliyyətə başlamışdır və o 

bu  gün  geniş  istifadə  olunan  elektron  ünsiyyət 

vasitəsindən  biridir.  İCQ  proqramı  istifadəçilərə  real  vaxtda 

başqa istifadəçilərlə ünsiyyət aparmağa imkan verir. Yeganə şərt, 

ünsiyyətdə  iştirak  edən  istifadəçilərin  kompüterlərində  İCQ 

proqramı  yüklənilməlidir.  İCQ  İNTERNET-  peycer  xidmətidir. 

Adi peycer xidmətindən fərqli olaraq əlaqə iki tərəflidir. Sadə və 

rahat interfeys həmsöhbəti axtarıb tapmaq (yaşayış yerinə, adına, 

yaşına, maraq dairəsinə görə və s.) və ona söhbətə qatılması üçün 

məlumat vermək vasitəsinə malikdir. 

 

 

 




 

 

41 



3. İNFORMASİYA AXTARIŞ SİSTEMLƏRİ 

 

İnformasiya  axtarışı,  istifadəçinin  sorğusuna  uyğun  sənədlə-

rin  tapılması  və  istifadəçiyə  təqdim  olunması  prosedurudur. 

İnformasiya axtarışına başlamaq üçün sistemə sorğu ilə müraciət 

etmək lazımdır. Sorğu, istifadəçinin informasiyaya olan tələbatı-

nın təbii dildəki ifadə formasıdır. 

İnformasiya  axtarışının  əsas  prinsipləri  ilk  dəfə  30-40-cı 

illərdə  U.E.  Batten tərəfindən  patentlərin  axtarış  sistemi  üçün  rə 

görişlənmişdir.  Axtarışın  təşkil  olunmasına  görə  aşağıdakı  üsul-

ları  var:  fəsilləə,  açar  sözlərə  görə,  təbii  dildə  olan  sorğu  ilə, 

ontologiyadan  istifadə  etmə  yolu  ilə,  ssenarilər  yolu  ilə,  qarışıq 

üsullardan istifadə ilə. 

Nə Gopher ierarxik modeli, nə Web hipermətn modeli ümu-

mi  həcmi  terabaytlarla  ölçülən  milyonlarla  müxtəlif  tipli  sənəd-

lərdən  ibarət  olan  İNTERNET-in  nəhəng  informasiya  anbarında 

informasiya-axtanş  problemini  həll  etmirlər.  Hazırda  bu  prob-

lemin həlli üçün yeganə yol açar sözlərlə sürətli informasiya ax-

tarışını  yerinə  yetirən  informasiya-axtarış  sistemlərindən  ibarət-

dir. 

İlk  axtarış  motoru  1990-cı  ildə  ortaya  çıxan  Archie  oldu. 



Bunu  Jughead-Veronica  (1991),  Vlib  (1991),  W3Catalog  (1993) 

WebCrawler  (1994),  Aliweb  (1994)  kimi  sistemlər  davam 

etdirdi.  1994-cü  ilin  aprelində  Yahoo  açıldı.  Yahoo  2002-ci  ildə 

bəzi digər axtarış sistemlərini də alaraq daha da güclənmək istədi.  

1998-ci ildə qurulan Google axtarış sahəsində uzun müddət-

dir  bir  nömrəli  sistem  olmağa  davam  edir.  Buna  səbəb  kimi 

Google  hər  il  özünü  yeniləməsi,  yeni  texnologiyalar  və  əlavə 

funksiyaların  inkişaf  etdirilməsidir.  Ancaq  Google-ın  əsas  sirri 

PageRank texnologiyası hesab olunur. 

Sonrakı  illərdə  WEB  üçün  çoxlu  sayda  informasiya-axtarış 

sistemləri  yaradılmışdır.  Həmin  sistemlər  üzrə  İNTERNET-də 

xüsusi  kataloqlar  təşkil  edilmişdir,  məsələn:  SEARCH  KİT 

(www.alf.ru/search),  BUKI  (www.rinet.ru/buki)  və  s.  Həmin 

kataloqlarda  axtarış  sistemlərinin  adları,  URL  ünvanları  və 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə