N. M. Bayramova


Microsoft Internet Explorer



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

71 



5.1. Microsoft Internet Explorer 

Bu    brauzerin  müxtəlif    versiyaları  var.  Siz  4-jü,  5-ji 

versiyaları  və  ya  daha  müasirlərindən  istifadə  edə  bilərsiniz. 

Microsoft  Internet  Explorer  (MSIE)  Windowsla  birləşdirilib, 

onu  müstəqil  proqram  adlandırmaq  çətindir.  Yəni,  bu  əməliyyat 

sisteminin  komponentlərindən  biridir.  Brauzerlə  Internetə 

qoşulmaq və ya müstəqil işləmək olar. 

Əgər  lazım  olan  fayıllar  lokal  sərt  diskdə  yerləşirsə  (yəni 

kompüterdəki  diskdə),  alətlər  panelinin  Adres  xanasında  URL 

göstərilir.  O,  IP-ünvanla  eyni  ola  bilər  və  sənədi  təyin  etmək 

üçün əlavə informasiyanı  özündə birləşdirə bilər. 

Ünvan  kodla  göstərilir  və  Internetin  hansı  alt  sistemi  ilə 

işləmək  istədiyimizi  tə'yin  edir.  Məsələn:  biz  Microsoft 

kompaniyasını axtarırıqsa ünvan aşağıdakı kimi olmalıdır. 

http://www.microsoft.com 

http  (Hyper  Text  Transfer  Protocol)  kodu  göstərir  ki, 

proqram  hipermətn  sənədlər  sistemi  ilə  işləməlidir  və  müvafiq 

protokoldan istifadə etməlidir.  

Ünvanın  başqa  variantları  da  ola  bilər.  ftp  kodu  arxiv 

fayllarını göstərir, mailto kodu elektron poçtun ünvanını bildirir, 

file  kodu  isə  şəxsi  kompüterdə  fayyları  bildirir.  Məsələn:  hər 

hansı faylı kompüterə yükləmək üçün  



ftp://ftp.microsoft.com 

ünvanından istifadə edə bilərik. 



URL  göstəriləndən  sonra  Internetdən  verilənlər  brauzerə 

yüklənir  və  verilmiş  ünvanda  yerləşən  hipermətn  sənədi  bizə 

nümaiş etdirilir. 

Bu  zaman  hər  hansı  təşkilatı  tapdıqda,  əvvəljə  onun  ev 

səhifəsini  (home  page)  görürük.  Onun  üzərində  altından  xətt 

çəkilmiş  yazıları  asanlıqla  görmək  olar.  Bu  mürajiətlər  başqa 

səhifələrə  istinadlardır.  Bütün  səhifə  kompleksi  (sayt)  çox 

böyükdür  və  onu  bütövlükdə  görmək  mümkün  deyil.  Hiper-

müraciət  başqa  səhifələrə  və  ya  hər  hansı  böyük  səhifənin  bəzi 

hissəsinə  keçməyə  imkan  verir.  Hipermürajiət  yalnız  mətndən 

ibarət deyil. O, işarə, şəkil və  ya şəkilin bir hissəsi də ola bilər.  



 

 

72 



Hipermürajiəti 

siçanın  göstərijisinin  xariji  görünüşünün 

dəyişməsi ilə də bilmək olar. 

 

 



Şək. 5.1. Proqramın işçi pəncərəsi 

 

File- Файл – Fayl Menyusu 

 

 



 

 

73 



Edit – Правка - Redaktə  

 

 



 

View- Вид – Görünüş 

 

 



 

Fovorites 



 

Sevimlilər

 

 

 



 

 



 

 

74 



Tools- 

Xidmətlər (Servis)

 

 

 



Help – kömək  

 

 



 

Brauzerdəki  düymələri  nəzərdən  keçirək. 

İrəli (Вперед  

) və Geri (Назад 

) düymələri baxılan 

(aktiv)  veb-səhifədə  səhifələr  arası  hərəkəti  təmin  edir.  Yəni 

tutaq ki istifadəçi 

 

http://www.adau.edu.az/view.php?lang=az&menu=0



  

veb-səhifəsindədir (baş səhifə).  




 

 

75 



 

İstifadəçi bu səhifədəki “Videodərslər” linki vasitəsilə  

http://adau.edu.az/view.php?lang=az&menu=98

 

veb—səhifəsinə  keçmişdir.  Bu  halda  əvvəlki  səhifəyə 



qayıtmaq üçün 

 düyməsindən istifadə edə bilər. 

Hər səhifə bir və ya bir neçə fayldan ibarət ola bilər. Brauzer 

onları müvəqqəti saxlama qovluğunda yerləşdirir (keşdə). 

Ona görə də siz artıq yüklənmiş səhifəyə qayıtdıqda proqram 

onu Internetdən yox sərt diskdən oxuyur. Bu isə  sənədə müraciət 

vaxtını bir qədər azaldır. 

“ESC”  klavişi,  ВИД  menyusundan  Остоно-

вить  əmri  -  Səhifənin  yüklənməsi  zamanı  müəyyən 

problem  yaranır.  Bu  zaman  istifadəçi  Остоновить  əmrindən 

istifadə edə bilər. Bu əmr səhifənin yüklənməsini dayandırır.   

Bu düymədən aşağıdakı hallarda istifadə edilə bilər.  

1)

 

Səhifə artıq yüklənməkdədir və bu zaman həmin səhifənin 



artıq lazım olmayacağı təyin etmişsə. 

2)

 



Səhifədə  çoxlu  miqdarda  qrafikalar  var  və  onun 

yüklənməsini gözləməyə vaxtınız yoxdur. 




 

 

76 



3)

 

Nəhayət,  brauzer  hərdən  yüklənməni  təkrarlayır  (yəni 



yüklənmə  kompüteri  asılı  vəziyyətə  salır).  Bu  mövcud  olmayan 

səhifəni açmağa cəhd etdikdə baş verir. 



F5  klavişi  -  ВИД  menyusundan  Обнавить 

əmri-    Bu  əmr  istifadə  edildikdə  səhifənin  yüklən-

məsini  təkrar  etmək  olar,  yəni  aktiv  səhifə  yenidən 

yüklənir. Internetdə işlədikdə bu düymədən tez-tez istifadə edilir. 

Hipermətn sənədi istifadəçiləri üçün bu vajib alətdir. Əgər siz öz 

faylınızda  nə  isə  dəyişiklik  etmisinizsə  və  onun  nə  jür  görünə-

cəyini görmək istəyirsinizsə bu düymədən istifadə edə bilərsiniz. 



Домашная  страница  (home  page)-  Əsas 

səhifə (Baş səhifə) anlayışı şərti anlayışdır. 

Şəbəkədə  işləyən  hər  firma  özünün  şəxsi  ev  səhifəsinə 

malikdir.  Siz  ev  səhifəsi  kimi  öz  səhifənizi,  öz  provayderinizin 

səhifəsini  və  başqa  səhifələri  istifadə  edə  bilərsiniz.  Ev  səhifə-

sinin ünvanı proqramın parametri kimi göstərilir  və   Сервис – 

свойства обозревателя    əmrləri ilə dəyişdirilə bilər. 

 

 



Internetdə  axtarış  hər  hansı  axtarış  serverinə  daxil 

olmaqla yerinə yetirilir. Hal-hazırda çoxlu sayda axtarış 

serverləri mövjuddur. Siz istənilən birini seçə bilərsiniz. 

Səhifənin ünvanı axtarışın parametri kimi verilə bilər. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə