N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 

 

60 



güclü  axtarış  sistemlərinin  indekslərindəki  sənədlərin  sayını 

INTERNET-dəki  sənədlərin  ümumi  sayına  nisbəti  get-gedə 

azalır.  Maraqalı  cəhət  ondan  ibarətdir  ki,  ən  böyük  axtarış 

sistemlərinin indeksləri çox az kəsişirlər. Yəni bir axtarış sistemi 

vasitəsilə  tapıla  bilməyən  informasiyanı  digər  sistemlərin 

köməyilə tapmaq olar. 

 

 

 



Şək. 

3.18. 

Barauzerin baş səhifəsi 

 

Axtarış  sistemləri  arasında  NORTHERNLIGHT  sisteminin 



də  özünə  məxsus  yeri  var.  Onu  digər  sistemlərdən  fərqləndirən 

faydalı  cəhətlərindən  biri  ondan  ibarətdir  ki,  o,  sorğuya  cavab 

kimi  seçilən  sənədlərin  siyahısını  verməklə  yanaşı,  tapılan 

sənədləri  sorğu  çərçivəsində  mövzulara  (qovluqlara)  ayırır  və 

həmin  mövzuların  siyahısını  ekrana  çaxarır.  Əgər  seçilən 

sənədlər  istifadəçini  qane  etmirsə,  o,  təqdim  edilən  mövzular 

siyahısından  lazımi  mövzunu  seçməklə  sorğunu  dəqiqləşdirib, 

təkrar axtarış apara bilər. Təkrar axtarışın nəticələri də mövzulara 

görə qovluqlara aynlır. NORTHERNLIGHT sisteminin sorğu dili 

ALTAVISTA-nın  dilinə  oxşardır.  Burada  da  sorğudakı  sözün 




 

 

61 



əvvəlində «+» (söz sənəddə mütləq olmalıdır), «-» (söz sənəddə 

mütləq  olmamalıdır)  və  frazalarm  axtarışı  üçün  dırnaq 

işarələrindən  istifadə  olunur.  Sözün  ilk  dörd  hərfindən  sonra 

istənilən  hərfləri  əvəz  edən  «*»  işərəsindən  və  yalnız  bir  hərfı 

əvəz edən «?» işərəsindən istifadə edilə bilər. Sorğuda AND, OR, 

NOT məntiqi operatorlar da istifadə edilə bilər. ALTAVISTA-da 

olduğu  kimi,  sorğunun  yazılmasında  mötərizələrdən  istifadə 

etmək  olar,  məsələn:  (Pascal  OR  Basic)  AND  (Java  OR  C++). 

Axtarılan  sözün  sənəddə  yerləşdiyi  sahənin  adını  da  göstərmək 

olar, məsələn: url, title və s. «SORT: date» operatoru ilə tapılan 

sənədləri yaranma tarixlərinə görə nizamlamaq olar. 

 

APORT  (

www.aport.ru

)  Rusiyanın  «Runet»  adlanan  3 

axtarış serverindən biridir. Onun indeks bazası o qədər də böyük 

deyil  və  operativliyi  də  yüksək  deyil.  Lakin  APORT  sistemi 

bəzən  digər  sistemlər  tərəfındən  tapılmayan  sənədləri  tapa  bilir. 

Bu  sistemin  digər  üstün  cəhəti  ondan  ibarətdir  ki,  o,  sənədin 

indeksinə  görə  onun  ilkin  mətnini  bərpa  edə  bilir  (hətta  sənəd 

İnternetdən  kənarlaşdırılsa  da).  Sistem  axtarış  üçün  daxil  edilən 

sözdəki səhvləri düzəldir və müxtəlif sözformalarına görə axtarış 

apara  bilir.  AND  (&),  OR  (  |  ),  NOT  məntiqi  operatorları, 

mötərizəyə  alınmış  məntiqi  qrupları,  frazalara  görə  axtarışı 

dəstəkləyir, sözlər arasındakı məsafənin məhdudluğunu, sözlərin 

və  frazaların  sayını  nəzərə  ala  bilir.  URL-ə  görə  axtarış  apara 

bilir və sənədin yaranma tarixinin qəbul edilən qiymətini nəzərə 

ala bilir. 

Bütün  bunlarla  yanaşı,  APORT  həm  sorğunu,  həm  də 

sorğuya görə alınan nəticələri ingilis dilindən rus dilinə və əksinə 

çevirə  bilir.  Bu  sistemdə  də  sözün  sənəddə  yerləşdiyi  sahənin 

adına görə axtarış aparmaq imkanı var.  

 

RAMBLER 

(

www.rambler.ru



-çoxlu 


sayda  axtarış 

servislərinə,  o cümlədən:  «Rambler  Top 100»  reytinqi,  müxtəlif 

mövzulara  (məsələn,  şəbəkə  mağazaları,  hədiyyələr,  iş,  hüquq, 

kompüter və s.) aid kataloqlar, fayllarm axtarışı, müxtəlif suallar 




 

 

62 



üzrə  arayış  sistemi  və  s.  malik  olan  çoxfunksiyalı  sistemdir. 

RAMBLER-in bir çox serverləri ayrıca axtarış serverləri kimi də 

istifadə edilir. 

 

 



 

Şək. 

3.19. 

APORT Barauzerin baş səhifəsi 

 

 



 

Şək. 

3.20. 

Barauzerin baş səhifəsi 


 

 

63 



Axtarış  kefiyyətinə  görə  RAMBLER  digər  tanınmış  sistem-

lərdən  geri  qalmır.  Burada  da  AND,  OR,  NOT  məntiqi  opera-

torlar,  məntiqi  qruplar,  bir  simvolu  əvəz  edən  «?»  və  bir  neçə 

simvolu  əvəz  edən  «*»  metasimvollar  dəstəklənir.  Axtarış  üçün 

sorğu  formasında  axtarışın  harada  (sənəddə,  sənədin  əvvəlində, 

başlığında, adında, URL-də) aparılmasını, axtarılan sənədin dilini 

(rus,  ingilis  və  digər),  sözlər  arasındakı  məsafəni,  sənədlərin 

yaranma  tarixlərinin  intervalını  (nə  vaxtdan  nə  vaxtadək) 

göstərmək olar.  

 

YANDEX  (

www.yandex.ru

)  -rus  axtarış  sistemləri  arasmda 

ən populyar, indeks bazası ən böyük və axtarış imkanları ən yaxşı 

olan  sistem  hesab  olunur.  Onun  indeks  bazasında  təkcə  Rusiya 

saytlan  deyil,  MDB  ölkələrinin  və  digər  ölkələrin  də  saytlan 

əhatə olunur. 

 

Şək. 

3.21. 

Barauzerin baş səhifəsi 

 

YANDEX-in  əsas  üstünlüyü  sorğudakı  sözlərin  bütün 



formalarına görə axtarış apara bilməsidər. Hətta lüğətdə olmayan 

sözlər  üçün  də  onlann  sözformalarını  tərtib  edə  bilir.  Sistem 

AND, OR, NOT məntiqi operatorları, məntiqi qruplan, frazalara 

görə axtarışı dəstəkləyir. Axtarışı açar sözlərin bütün formalarına 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə