N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

 

 

64 



görə və ya konkret verilmiş formaya görə aparmaq olar. Sözlərin 

arasındakı  məsafəni  onların  ardıcıllığım  nəzərə  almaqla  təyin 

etmək mümkündür. Sənədlərin başlıqlarına və onlardakı istinad-

lara (linklərə) görə xüsusi axtarış da aparmaq imkanı var. Bandan 

əlavə,  əvvəlki  sorğuda  tapılmış  sənədlərə  oxşar  sənədlərin  axta-

rışını da aparmaq olar. Axtarış üçün kataloqun konkret bölməsini 

secməklə, axtarış fəzasım daraltmaq mümkündür. Axtarışın nəti-

cələri istifadəçini qane etmirsə, axtarışı ALTA VISTA sistemində 

davam  etdirmək  olar.  Bu  halda  YANDEX-də  emal  olunmuş 

sorğu hazır şəkildə ALTA VISTA-ya ötürülür. 

YANDEX ailəsinə axtarış sistemindən əlavə istifadəçilərə öz 

WEB-saytlarını yerləşdirmək üçün pulsuz disk yaddaşı və əlavə 

elektron poçt qutusu təqdim edən «Narod.Ru» adlı «virtual 

şəhər»də daxildir. 

 



 

 

65 



4. İNTERNETƏ QOŞULMA 

 

Günümüzdə həyatı və işi internetsiz təsəvvür etmək çətindir. 



İnternet evimizə, işyerimizə hətta mobil və planşet qurğular vasi-

təsilə  ovucumuzun  içinə  qədər  özünə  yol  tapmışdır.   Bu  məqa-

ləmizdə  bizi  internetlə  təchiz  edən  provayderlərin  internetə 

qoşulmaq  üçün  təklif  etdikləri  xidmət  tipləri  haqqında  danı-

şacağıq.  

 Hazırda  yüksək  sürətli  internetə  qoşulmaq  üçün  4  xidmət 

tipi vardır: kabel, peyk, DSL və  fiber-optik. Gəlin bu xidmət tip-

lərini ayrı-ayrılıqda nəzərdən keçirək. 



DSL 

 DSL - rəqəmsal abunəçi xidməti (ing. digital subscriber line) 

deməkdir.  Bu xidmət adi telefon xəttləri üzərindən istifadəçilərə 

saniyədə  25  meqabitə  qədər  endirmə  sürəti  verir.  Mütəxəssislər 

qeyd  edirlər  ki,  inkişaf  etmiş  ölkələrdə  bu  göstərici  bu  ilin 

sonunadək 100 və daha artıq meqabutə qədər yüksələcək. 

 DSL xidmətinin 2 tipi vardır: Assymmetric DSL (ADSL) və 

Symmetric DSL (SDSL). ADSL xidmətində istifadəçilərə təqdim 

edilən  endirmə  (download)  sürəti  yükləmə  (upload)  sürətindən 

daha  yüksək  olur.  Adi  istifadəçilər  daha  çox  ADSL  xidmətinə 

üstünlük  verirlər,  çünki  SDSL  ilə  müqayisədə  bu  xidmət  daha 

ucuzdur.  SDSL  xidmətində  isə endirmə  (download)  sürəti  ilə 

yükləmə  (upload)  sürəti  eyni  olur.  VPN  istifadəçiləri  və  ya  öz 

datalarını  bulud  yaddaşlarda  saxlamaq  istəyənlər  də  SDSL 

xidmətinə üstünlük verirlər. 

Üstünlükləri: DSL xidmətinin üstün cəhətləri ondan ibarətdir 

ki, bu xidmət daha ucuzdur və digər xidmətlərlə (kabel, peyk və 

 fiber  optik)  müqayisədə  seçim  imkanı  daha  genişdir.  Çünki  bu 

xidməti  göstərən  provayderlərin  sayı  daha  çoxdur  və  keyfiyyət, 

qiymət amillərini nəzərə alaraq daha münasib olanı seçmək olar. 

Və  əgər  təklif  olunan  DSL  xidmətində  ayrılmış  xətt  təqdim 

olunursa o zaman stabil sürətə də tam zəmanət verilir. 




 

 

66 



Əksiklikləri: DSL  xidmətinin  mənfi  cəhəti  onun  sürət  və 

keyfiyyətinin  məsafədən  asılı  olmasıdır.  Provayderin  ofisindən 

uzaqlaşdıqca internetin sürəti və etibarlılığı da azalmış olur. 

Kabel 

 Kabel  tipli  internet  xidməti,  kabel  TV  xidməti  göstərən 

provayderlər  tərəfindən  təqdim  edilir.  Koaksial  TV  kabelləri 

vasitəsilə  realizə  edilən  bu  xidmət  istifadəçiləri  3-100  Mbit/san 

internet ilə təmin edir. 

Üstünlükləri: Təqdim  edilən  internet  xidmətinin  sürəti  və 

keyfiyyəti  məsafədən  asılı  deyil.  Kabel  internet  xidmətinin  əldə 

edilməsi  fiber-optik  xidmətlə  müqayisədə  daha  əlçatandır. 

Bundan başqa kabel internet xidmətinin təqdim etdiyi sürət DSL 

və peyk internet xidmətləri ilə müqayisədə daha yüksəkdir. 

Əksiklikləri: Kabel  internet  xidmətinin  ən  nəzərə  çarpan 

mənfi cəhəti ondan ibarətdir ki, xidmətin təqdim edildiyi ərazidə 

istifadəçilərin  sayı  artdıqca  sürət  aşağı  düşür.  Xüsusilə  də  pik 

saatlarda bu diskomfort özünü daha bariz şəkildə biruzə verir. 



Peyk 

 Peyk  internet  xidməti,  peyk  antenləri  vasitəsilə  peykə 

qoşulmaqla  istifadəçiləri  internet  ilə  təmin  edir.  Bu  xidmət 

vasitəsilə qoşulan peykdən asılı olaraq və  yerləşdiyiniz ərazidən 

asılı  olmayaraq  3-15  Mbit/san  internet  sürəti  əldə  etmək 

mümkündür. 

Üstünlükləri: Peyk  internet  xidmətinin  ən  böyük  üstünlüyü 

onun əhatə dairəsinin geniş olmasıdır. Xüsusilə də kabel, DSL və 

fiber-optik  xidmətlərin  əlçatmaz  olduğu  ərazilərdə  peyk  internet 

xidmətinin istifadəsi əvəzsizdir. 

Əksiklikləri: Peyk  internet  xidmətinin  mənfi  cəhəti  isə  odur 

ki, digər tip internet xidmətlər ilə müqayisədə daha az sürət vəd 

edir və bu xidmətə qoşulmaq daha baha başa gəlir. 

Fiber-optik 

 Fiber-optik  internet  xidməti  işıqdan  istifadə  etməklə  optik 

şəbəkələr  üzərindən  realizə  edilən  internet  xidməti  tipidir.  Bu 

xidmət  vasitəsilə  65-300  Mbit/san  internet  sürəti  əldə  etmək 

mümkündür. 



 

 

67 



Üstünlükləri: Fiber-optik  internet  xidməti  digər  xidmətlərlə 

müqayisədə ən yüksək sürətli interneti təmin edir. 

Əksiklikləri: Fber-optik  internet  xidməti  məhdud  ərazilərdə 

reallaşdırıla bilir. 

 Sonda  onu  qeyd  etmək  yerinə  düşər  ki,  internet  xidməti 

tipini  seçərkən  hər  birinin  yuxarıda  sadalanan müsbət  və  mənfi 

cəhətlərini və eləcə də Sizə hansının daha uyğun olduğunu nəzərə 

almaq lazımdır. 

İnternetlə işləmək üçün aşağıdakılar vajibdir:  

 



kompüteri fiziki olaraq Ümümdünya şəbəkəsinə qoşmaq;  

 



daimi və ya müvəqqəti əsasda İP-ünvanını almaq;  

 



proqram təminatını sazlamaq və tənzimləmək; 

 



İnternetin  xidmətlərində  istifadə  edilən  müştəri-

proqramlar.  

Öz şəbəkəsinə qoşulmaq imkanı verən, İP- ünvanı ayıran və 

İnternet xidməti göstərən təşkilatlar (servis) provayder adlanırlar.  

Fiziki  qoşulma  seçilmiş  və  ya  kommutasiyalı  ola  bilər. 

Seçilmiş  birləşmə  üçün,  yeni  rabitə  xətti  çəkmək  və  ya  hazır 

fiziki  rabitə  xəttini  ijarəyə  götürmək  vajibdir  (kabel,  optik  lifli, 

radiokanal,  sputnik  kanalı  və  s.).  Belə  əlaqədən  lazım  gəldikdə 

böyük həjmli verilənləri ötürmək üçün istifadə olunur. 

Əlaqə xəttinin buraxma qabiliyyəti (saniyədə bitlərlə ölçülür) 

onun növündən asılıdır. Hal-hazırda güjlü əlaqə xətlərinin (optik  

lifli və sputnik)  buraxma qabiliyyəti saniyədə yüzlərlə meqabitə 

çatır.  Seçilmiş  birləşmənin  əksinə  olaraq  kommutasiyalı  birləş-

mə-  müvəqqətidir.  Kommutasiyalı  birləşmə  xüsusi  əlaqə  xətti 

tələb etmir. O, telefon xətti ilə də həyata keçirilə bilər. Kommu-

tasiyanı  (qoşulmanı)  telefon  nömrəsi  yığılan  anda  telefon 

stansiyası  verilən  siqnala  görə  avtomatik  olaraq  yerinə  yetirir. 

Telefon  əlaqə  xətləri  üçün  buraxma  qabiliyyətinin  aşağı  olması 

xarakterikdir. 

ATS-  də  siqnalların  keçdiyi  yol  boyunja  hansı  avadanlıq-

lardan  istifadə  olmasından  asılı  olaraq  telefon  xəttləri  analoq  və 

rəqəmli  olur.  Analoq  xətlərinin  buraxma qabiliyyətinin  sərhəddi 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə