N. M. Bayramova



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix12.10.2018
ölçüsü3,17 Mb.
#73989
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

80 



ƏLAVƏLƏR 

 

Tim Berners-Li  

Tam adı: Timoti Con Berners-Li  

Doğum tarixi: 1955-ci il 8 iyun 

Doğum yeri: London, İngiltərə 

Ailə vəziyyəti: Evlidir 

Yaşadığı yer: ABŞ (Amerika Birləşmiş Ştatları) 

Fəaliyyət növü: Biznes 

Təhsil: Oksford universiteti  

Vəzifə:  World  Wide  Web  ixtiraçısı,  World  Wide  Web 

Konsorsiumunun rəhbəri 

Cənab  Timoti  Con  Berners-Li  ümumdünya  hörümçək  torunun  və 

Vorld  Wide  Web  Konsorsiumunun  rəhbəri  kimi  tanınır.  O,  internetin 

inkişafını müşahidə və ona nəzarət edir. 

Berners-Li  Konvey  Berners-Li  (Conway  Berners-Lee)  və  Meri  Li 

Vudsun (Marry Lee Woods) oğludur. O, 1955-ci ilin iyun ayının 8-də 

İngiltərənin  London  şəhərində  doğulub.  Valideynləri  riyaziyyatçı 

idilər;  hər  ikisi  ilk  kompüterlərdən  biri  olan  "Manchester  Mark  I"-in 

hazırlanması ilə bağlı  komandada  çalışıblar.  Tim Uandsvort  şəhərində 

yerləşən  Emanuel  məktəbində  oxuyub.  O,  1976-cı  ildə  fizika  ixtisası 

üzrə  Oksford  universiteti  nəzdindəki  Kral  Kollecini  fərqlənmə  ilə 

bitirib.  Kollecdə  oxuduğu  illərdə  Timə  bir  dəfə  kompüterə  daxil 

olmağa icazə verməyiblər, belə ki o, dərs vaxtı elmlə heç bir aidiyyatı 

olmayan kompüter oyunları oynamışdı. O, kollecdə M6800 prosessoru 

əsasında  özünün  monitor  əvəzinə  televizorla  olan  ilk  kompüterini 

yaratmışdı.  Oksford  universitetində  oxuduğu  illərdə  Berners-Li  öz 

dostları  ilə  birlikdə  hakerlik  ilə  məşğul  olurdular.  Bir  dəfə onlar  buna 

görə  tutulmuş  və  universitet  kompüterlərindən  istifadə  etmək 

hüququndan məhrum edilmişdilər. 

1976-cı  ildə  Tim  "Plessey  Telecommunications  Limited" 

şirkətində proqramçı kimi işləməyə başlayır.  1978-ci ildə isə o, "D.G. 

Nash  Limited"  şirkətində  periferiya  avadanlığı  və  çoxməsələli 

əməliyyat sistemi üçün proqram təminatının yaradılması ilə məşğul idi. 

1980-cı  ildə  Tim  Berners-Li  Avropa  Nüvə  Tədqiqat  mərkəzində 

(CERN)  müstəqil  konsultant  (öz  ixtisasına  aid  məsləhətlər  verən 

mütəxəssis)  kimi  işləməyə başlayır. O, CERN-də işləyəndə  hipermətn 




 

 

81 



konsepsiyasına əsaslanan layihə  təklif edir.  Məhz o zaman Berners-Li 

Enquire proqramını yazır. Proqram hipermətn bazasını təşkil edirdi. 

1980-cı  ildə  Tim  Berners-Li  Con  Pulun  (John  Pool)  "Image 

Computer  Systems  Ltd"  şirkətində  işləmək  üçün  CERN-i  tərk  edir, 

lakin  1984-cü  ildə  daimi  əməkdaş  kimi  CERN-ə  qayıdır.  1989-cu  ildə 

CERN Avropada ən böyük internet qovşaq idi və Berners-Li hipermətn 

və  internetin  əlaqəsi  imkanını  görürdü.  O  demişdi:"Mən  sadəcə 

hipermətn  ideyasını  əsas  götürməli,  onun  TCP  və  DNS  ideyaları  ilə 

əlaqələndirməliyəm  və  beləliklə,  ümumdünya  hörümçək  toru 

yaranacaq."  O,  ümumdünya  hörümçək  torunun  yaradılması  üçün 

Enquire sisteminin əsasını təşkil edən ideyadan istifadə edir. Həmçinin 

ilk  veb  səyyah  və  redaktor,  httpd  (HyperText  Transfer  Protocol 

daemon) adlanan ilk veb server yaradır. 

İlk  veb  sayt  1991-ci  il  avqust  ayının  6-da  yaradılıb.  Sayt  www 

(World Wide Web), səyyahlar və server sazlamaları haqqında izahedici 

informasiyadan  ibarət  idi.  Sayt,  həmçinin  ilk  veb  kataloq  idi.  Belə  ki 

saytda  şəbəkədəki  digər  saytların  siyahısı  yerləşdirilmişdi.  Bu  barədə 

daha ətraflı bu məqalədə oxuya bilərsiniz. 

1994-cü 

ildə  Tim  Berners-Li  Massaçusets  Texnologiya 

universitetində  World  Wide  Web  Konsorsiumunun  (W3C)  əsasını 

qoyur.  Konsorsiuma  internetin  keyfiyyətini  artıran  standartlar  və 

tövsiyələr  yaratmaq  istəyən  müxtəlif  şirkətlər  daxil  idi.  World  Wide 

Web  Konsorsiumunun  bir  çox  nailiyyətlərini  hal-hazırda  internetdə 

olan veb saytlarda görmək mümkündür. 

O,  2004-cü  ilin  dekabr  ayında  Southempton  universitetinin 

professoru  olur.  Universitetin  dəstəyi  ilə  Tim  Berners-Li  semantik 

şəbəkə (semantic web) layihəsini həyata keçirməyə ümid edir. 

Tim  Berners-Li  Britaniya  Kompüter  Cəmiyyətinin  (British 

Computer  Society),  Elektrotexnika  İnstitutunun  (Institution  of 

Electrical  Engineers)  fəxri  üzvüdür  və  Amerika  Elm  və  İncəsənət 

Akademiyasının (American Academy of Arts and Sciences) üzvüdür. 

1999-cu  ildə  çıxan  Time  Magazine  Tim  Berners  Lini  20-ci 

yüzilliyin 100 ən nüfuzlu insanı siyahısına daxil edib. 

2002-ci  ildə  o,  BBC  sorğusuna  əsasən,  tarix  boyu  ən  məşhur  100 

britaniyalı  siyahısına  daxil  edilib,  2003-cü  ilin  dekabr  ayında  isə  Tim 

Berners-Li Britaniya imperiyasının cəngavər ordeninə layiq görülüb. 

2004-cü  il  iyul  ayının  21-də  Tim  Berners-Li  Lankaster 

universitetində (Lancaster University) fəxri elmlər doktoru adına layiq 



 

 

82 



görülüb. 2005-ci  yanvar  ayının  27-də  o,  həm  peşakar  uğurlarına,  həm 

də  "utancaq,  qətiyyətli,  kəskin  yumor  hissi,  rahat  uyğunlaşma"  kimi 

xalis  ingilis  xarekterinə  xas  olan  cizgilərinə  görə  2004-cü  ilin  adamı 

elan edilib. 

Mənbə: 

http://e-eye.az/node/1638



 

 

  




 

 

83 



Əlavə 2.  

Funksional domenlər 

Name 

Entity 

.aero 


air-transport industry 

.asia 


Asia-Pacific region 

.biz 


business 

.com 


commercial 

.coop 


cooperatives 

.edu 


educational 

.gov 


governmental 

.info 


information 

.int 


international organizations 

.jobs 


companies 

.mil 


U.S. military 

.mobi 


mobile devices 

.museum museums 

.name 

individuals, by name 



.net 

network 


.org 

organization 

.pro 

professions 



.tel 

Internet communication 

services 

.travel 


travel and tourism industry 

related sites 



 

 

 

 

Milli domenlərin siyahısı 

 

a  


 

.ac Ascension Island  

.ad Andorra  

.ae United Arab Emir-

ates  

.af Afghanistan  



.ag Antigua and Barbu-

da  


.ai Anguilla  

.al Albania  

.am Armenia  

.an Netherlands Antilles  

.ao Angola  

.aq Antarctica  

.ar Argentina  

.as American Samoa  

.at Austria  

.au Australia  

.aw Aruba  

.ax Åland Islands  

.az Azerbaijan  

 

b  



 

.ba Bosnia and Herze-

govina  

.bb Barbados  

.bd Bangladesh  

.be Belgium  

.bf Burkina Faso  

.bg Bulgaria  

.bh Bahrain  

.bi Burundi  

.bj Benin  

.bm Bermuda  

.bn Brunei Darussalam  

.bo Bolivia  

.br Brazil  

.bs Bahamas  

.bt Bhutan  

.bv Bouvet Island  

.bw Botswana  

.by Belarus  

.bz Belize  

 

c  



 

.ca Canada  

.cc Cocos (Keeling) 

Islands  

.cd Congo, Democratic 

republic of the (former 

Zaire)  

.cf Central African Re-

public  

.cg Congo, Republic of  

.ch Switzerland  

.ci Côte d'Ivoire  

.ck Cook Islands  

.cl Chile  

.cm Cameroon  

.cn China  

.co Colombia  

.cr Costa Rica  

.cs Czechoslovakia 

(former – non-existing)  

.cu Cuba  

.cv Cape Verde  




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə