«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/37
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34153
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

                                               külünklә yıxdırım!
Coşqun axan yüyrәk sudan
Bir oğul uçurub-axıtdınsa, de mәnә, 
Mәnbәyini-mәnsәbini dağıdım!
Azğın dinli kafirlәrә 
Bir oğul tutdurdunsa, de mәnə; 
Xan atamın yanına gedim mәn, 
Böyük qoşun, bol xәzinә alım mən.
Yaralanıb Qazlıq atımdan enmәyincә. 
Әtәyimlә alca qanımı silmәyincə, 
Qol-bud olub yer üzünә düşmәyincə,
Bircә oğlumun xәbərini almayınca 
Kafir yollarından dönmәyim mən!—dedi. 
Yoxsa, a Qazan, ayaqdan başmağımı çıxarım? 
Ağ üzümә uzunca dırnaqlarımı çalım?
Payız alması kimi yanağımı yırtımmı?
Öz çadrama, donuma qapımı axıdımmı?
Sәnin yurduna ağır bir şivәn salmayımmı? 
«Oğul, oğul!» deyәrәk һamını ağladımmı? 
Qızıl dәvә sürüsüylә burdan keçdi; 
Köşəkləri məlәyәrәk ordan keçdi.
Balacığazımı itirmişәm məlәyimmi?
Bir Qaracıq Qazlıq at da burdan keçdi, Qulunçuğu k.işnәyәrәk ordan 
keçdi. Quluncuğumu İtirmişәm, kişnәyimmi? Yaylaqdakı ağca. qoyun 
burdan keçdi, Quzucuğu mәləşәrәk ordan keçdi. 
Quzu balamı itirmişәm məlәyimmi? 
«Oğul» deyә һıçğırımmı, inləyimmi?  
 
Bir daһa söylәmiş: 
Qalxıb yerimdәn durum, deyirdim.
Qara yallı Qazlıq atıma minim, deyirdim.
Qalın Oğuz içindә gәzim-arayım, deyirdim,—
Oğluma bir ala gözlü gәlin alım, deyirdim.
Qara yerdә ağ otaqlı çadırlar qurdurum, deyirdim.
Oğlumu һәvәslә bәy otağına keçirim, deyirdim.
Muradına, mәtlәbinә yetirim, deyirdim,
65


Muradıma, arzuma yetirmәdin mәni, 
Dərdli başımın qarğışı tutsun, 
Qazan, sәni! Bir bəyim görünmür, bağrım yanır, Neylәdin, söylә mәnә!
Demәzsәnsә, yana-yana qarğaram, Qazan, sәnә!  
 
  Oğlanın anası belә dedikdә Qazanın ağlı başından getdi. Qara bağrı 
sarsıldı, ürəyi yerindәn oynadı. Qaranlıq çökmüş gözlәri qan-yaşla 
doldu. Dedi: «Әzizim, oğul gәlsәydi, sәndәn-mi soruşardım? Qorxma, 
fikir elәmә, ovdadır. Ovda qalan oğul üçün qәmlәnmә! Mәn Qazana 
yeddi gün möһlәt ver! Yerdә isә oğlunu yerdәn çıxarım; göydә isә, 
göydən endirim. Tapa bildim, tapdım; tapmasam, tanrı verdi, tanrı aldı, 
neyləyәk? Sәninlә birlikdә qara şivənə girәk».
Xan qızı dedi: «Qazan, oğlanın ovda olduğuna onda inana- ram ki, 
yorğun atınla, kütlәşmiş nizәnlә ardına düşəsən».
Qazan geri döndü. Gәldiyi yolu alıb çapdı. Gecәni gündüzә qatdı. 
Oğlanın anası duymadan әlaltı buyurdu: «Doxsan dәstә gәnc oğuz 
ardımca gәlsin! Bәylәr bilsin ki, Uruz dustaqdır»,— dedi.
...O yerə gәldi ki, düşmәn basılmışdı. Gördü oğlanın ala gözlü qırx igidi 
qırılmışdır. Oğlanın bәdәvi atı oxlanmış yatır. Meyitlər arasında oğlunu 
tapmadı. Qızıl dәstәkli qamçısını tapdı. Yәqin bildi ki, oğlu kafirlәrә 
dustaqdır, ağladı:
 
Uca dağımın zirvəsi oğul!
Coşqun sularımın daşqını oğul! 
Qocalığımda itirdiyim yalnız oğul!—dedi, 
 
һıçqırdı. Kafirin izinә düşdü. Kafir Dәrbәnddә sakin olmuşdu. Oğlana 
qara yapıncı geydirmişdilәr. Eşikdә, qapı ağzında quru yerdә 
qoymuşdular; girәn-çıxan ayaqlayırdı. Fikirləşirdilәr: «Bu qarı düşmәn, 
yad oğlu әlimizә düşmüşkәn әzabla öldürək!» Uruzun belә quru yerdә 
atıldığı vaxtda Qazan xan yetişdi. Qonur atını oynatdı. Kafirlәr Qazanın 
gəldiyini görüb tәşvişә düşdülәr. Kimi at minir, kimisi zireһli paltar 
geyir. Oğlan başını qaldırıb soruşdu: «Әdә, kafir, nә olub?» Kafir dedi: 
«Atan gәlib, tutmaq istәyirik». Oğ-lan dedi: «Aman, ay kafir, aman! 
66


Tanrının birliyinә şübһo yoxdur!» Kafirlәr oğlana aman verdilәr, әlini-
gözünü açdılar. Oğlan atasına qarşı gәldi, söylәdi, görәk, nә söylәdi:  
  Uruz dedi: 
Bəri gəl, a boy ata! 
һaradan bildin dustaqlığımı? 
Ağ əllərimin bağlandığını?
Ağ boynuma qıl siçimin taxıldığını?
Qaragöz ikidlәrimin qırıldığını? 
Sәn gәlincә, ata, kafirlər danışdılar:
«Qonur atlı Qazanı tutun, Ağ əllәrini, qollarını bağlayın. 
Səs-səmirsiz gözәl başını kәsin. 
Alça qanını yer üzünә tökün. 
Oğlu ilә özünü bir yerdә öldürün.
Ocağını söndürün—deyә söylədilәr.
Xan ata, qorxuram sәyirdәrkәn Qonur atını sürüşdürәsәn,
Vuruşərkən özünü tutdurasan
Xәbәrsizcә gözәl başını kәsdirәsәn. 
Ağ birçәkli anamı «oğul» deyәrkәn «Başım boəxti Qazan» deyә 
ağladasan.
Qayıdaraq, ata, geriyә dön!  
Sür atını, qızıl tağlı evinә get!
Qocalmış anamın ümidi ol!
Qara gözlü bacımı ağlatma!
Qarımış dәrdli anamı sızlatma!
Ata ölsә oğul üçün, eyibdir,
Yaradana and verirәm sәni, ata,
Qayıdaraq geriyә dön, evinә get!
Qoca anam qarşılayıb soruşsa,
ata, doğru xәbәr ver: 
Sәnin oğlunu dustaq gördüm, de! 
Ağ әllәrini qollarından bağlı gördüm, de! 
Qıl sicimi ağ boynuna taxılı gördüm, de!
Qara donuz damında yatırdırlar, de!
Qıl yapınçı boynunu sürtmüşdür, de!
67


Ağır buxov topuğunu döyәnәk edib, de! 
Yanmış arpa çörәyi, acı soğandır yemәyi, de! 
Anam mәni özü üçün dәrd etmәsin!
Bir ay yola baxsın, gәlmәsәm, iki ay baxsın!
İki ayda gәlmәsәm, üç ay baxsın! 
Üç ayda gәlmәsәm, o vaxt bilsin ölmüşәm.
Ayğır atımı kәsdirib, aşımı versin! 
Yad qızıdır, arvadıma izin versin,
Mәnim bәy otağıma ayrısı girsin! 
Mənim anam göy geyinib qara sarınsın!
Qalın Oğuz elindә yasımı tutsun!
Mәnim başım sәnin yolunda qurban olsun! 
Geri dön, ata!  
Oğlan bir daһa söylәmiş, görәk, xanım, nә söylәmiş:  
Qarşı yatan uca dağlar istәsə,
                                                                   el yaylar. Aşqın-daştın sellәr-
sular istәsә,
                                                                 axar-çağlar. Qaracıq atlar 
sağlam olsa,
                                                               qulun verәr.
Qaytabanda qızıl dəvә sağlam olsa,
                                                               doğar-törәr.
Yaylaqdakı ağca qoyun sağlam olsa,
                                                                     quzulayar.
İgid bəylәr sağlam olsa, oğlu doğular. 
Sәn sağ ol, anam sağ olsun, 
Allaһ sizә mәndәn yaxşı oğul verәr.
Anam mәnә һalal etsin ağ südünü, 
Vuruşma sәn, qayıt, ata, qayıt geri!  
 
 
Qazan xan burada söylәmiş, görәk, xanım, nә söyləmiş, demişdir: 
68


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə