fonnasına çevrildiyinə görə,) öz əksini turizmin artım tempinin ÜDM-in artım
tempindən yüksək olmasında tapır. Gəlirlərin ümumi artımı baş verdikdə, onun
səyahətlərə sərf olunan hissəsi, bir qayda kimi, tam təmin olunma səviyyəsinə
çatanadək çoxalır. Gəlirlərin səviyyəsinin dövri dəyişməsi ilə turizmə tələbatın,
demək olar ki, paralel surətdə artıb-azalması bu pozitiv qarşılıqlı əlaqənin
mövcudluğunu sübut edir. Amma turizm enmədən daha çox yüksəlişə reaksiya
verdiyinə görə (bu, əsasən sosial güzəştlər və qloballaşma prosesləri kimi struktur
amilləri ilə izah olunur), onun göstəricilərinin gəlirlərin dəyişməsinin
dövriliyindən asılılığı nəzərəçarpan dərəcədə asimmetrikdir. Dünya üzrə turizmə
çəkilən xərclərdə əhalisinin gəlirləri yüksək olan ölkələrin xüsusi çəkisinin
böyüklüyü də gəlirlərdən asılılığı əks etdirir.
Tələbatı müəjryənləşdirən mühüm amillərdən biri də sərnişin
daşımalarının tarifləridir. Belə ki, hava yolu ilə daşımaların qiymətinin kəskin
ucuzlaşması uzun məsafələrə səyahətlərin əlçatanlığmı təmin etdi və sonuncu 10
ildə beynəlxalq turist axınlarının artmasında həlledici rol oynadı. Turistlərin
xərclərinə (səyahətlərin dəyərinə) valyutaların mübadilə məzənnələrinin
dəyişməsi və inflyasiya da təsir göstərir.
İş həftəsinin ixtisarı nəticəsində asudə vaxtın çoxalması və yeni rəsmi
bayramların təsis olunması da xarici turizmə tələbatın dayanıqlı artımına şərait
yaratmışdır. İnkişaf etmiş ölkələrdə ödənişli məzunİ3^ətlər ABŞ-dakı 2 həftədən
Niderlanddakı 7 həftəyədək davam edir və bu fərq turist səfərlərinin müddətinə
ciddi təsir göstərir. Amma son vaxtlar bu güzəştin verilməsinə münasibət
dəyişmişdir və inkişaf etmiş ölkələrin çoxunda ödənişli məzuniyyətlər uzadılmır.
Bu ölkələrin bir çoxunda məzuniyyət müddətinin yuxarı həddinin
müəyyənləşdirilməsi xarici turist səfərlərinə tələbatın artımını məhdudlaşdıran
amilə çevrilir.
Ölkələrin çoxunda xaricə getmək istəyən vətəndaşlar və ölkəyə gələn
turistlər üçün müxtəlif məhdudiyyətlərin azaldılması da beynəlxalq turist
səyahətlərinin sürətli artımını təmin edən səbəblərdəndir. Məsələn, Cənubi
Koreyada ölkədən çıxış məhdudiyyətlərinin yumşaldılması 1980-ci illərin ikinci
yarısında xaricə istirahətə gedənlərin sayını kəskin surətdə, hər il 30% artması ilə
nəticələnmişdir. Son illərdə keçid iqtisadiyyatlı ölkələrin dünya bazarı sisteminə
qovuşması da onlardan xarici ölkələrə, o cümlədən Cənub- Şərqi Asiyaya və
Cənubi Afrikaya gedən vətəndaşların sayını çoxaltmışdır.
Regional inteqrasiya templərinin sürətləndiyi bölgələrdə regiondaxili
səyahətlərin həcmi durmadan artır. İnteqrasiya qısa müddətə istirahətə
276
gedənlərin, əmək miqrantlarınm və işgüzar məqsədlərlə ölkədən çıxanların
region daxilində hərəkətini asanlaşdınmşdır. Şengen sazişinin bağlanması
Avropa İttifaqı ölkələrində sərhəd nəzarətini aradan qaldırmışdır. Bu tərəqqiyə
baxmayaraq, ölkələrin çoxunda şəxslərin hərəkəti qarşısındakı maneələr hələ da
qalmaqdadır. Bunların ən əsasları giriş-çıxışda birbaşa inzibati nəzarət, məsələn,
vizanın, xarici pasportun və giriş üçün icazənin tələb edilməsi; dolayı nəzarət,
məsələn,
xarici
valyutanın
gətirilməsinin
yaxud
aparılmasının
məhdudlaşdırılması, əsasən immiqrasiyaya və işçilərin miqrasiyasına aid olunsa
da, həmçinin, səyyahlara da şamil edilən müxtəlif qanunlar və qaydalardır. Bu
maneələrin aradan qaldırılması, inkişaf etməkdə olan ölkələrin çoxunda və keçid
iqtisadiyyatlı ölkələrdə turizmə indiyədək reallaşdırılmamış tələbatın kəskin
surətdə artması ilə nəticələnə bilər.
Demoqrafik dəyişikliklər, sosial-mədəni və ekoloji şəraitə diqqətin artması
nəticəsində istehlakçıların verdiyi üstünlüklərin dəyişməsi inkişaf etmiş
ölkələrdə turistlərin tələbatının xarakterinə getdikcə daha güclü təsir göstərir.
Məsələn, İkinci Dünya müharibəsindən sonra doğulmuş nəsil və bu adamların
firavanlıq şəraitində ömrünün uzanması ehtimalı potensial turist-səyyahların
sayının artmasına gətirib çıxarmışdır. Bunun nəticəsində ağırlıq mərkəzi
(xüsusilə inkişaf etmiş ölkələrdə) ənənə üzrə Günəşə, dənizə, qumlu çimərliklərə
istinad edən standart kütləvi turizmdən, istirahətin geniş maraqlar dairəsini, 0
cümlədən mədəniyyətin, tarixi irsin, təbii landşaftının öyrənilməsini, əyləncələri,
habelə idmanı, tədrisi, sağlamlığın möhkəmləndirilməsini və başqa özəl
tələbatları əhatə edən, daha çevik və rəngarəng formalarına keçir.
Bununla belə, xərclərə miqyas və standartlaşdırma hesabına qənaət
olunmasına əsaslanan ucuz, kütləvi turizmin yayılması gəlirləri nisbətən aşağı
səviyyədə olan adamlara xaricə səfər etmək imkanı yaratdığına görə beynəlxalq
turizmi inkişaf etdirir. Son illər inkişaf etmiş ölkələrdə turizmin yeni növlərinin
artım templəri ciddi reqlamentləşdirilmiş kompleks turlardan istifadə olunmasını
üstələməyə başlasa da, adi kütləvi turizm hələ müəyyən müddət ərzində inkişaf
etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə istirahətin əsas forması kimi
qalacaqdır. Beləliklə, turistlərin hər bir yaş qrupu dünya turizm sənayesində öz
yerini tutacaq.
Ticarətə və xarici investisiyalara qoyulan məhdudiyyətlər işgüzar səfərlərə
dolayısı ilə təsir göstərir. Son vaxtlar sahibkarlıq fəaliyyətinin qloballaşmasının
təsiri altında işgüzar, o cümlədən ticarət yarmarkalarına, sərgilərə və seminarlara
səfərlərin sayı sürətli templərlə artmağa başlamışdır.
277