Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə13/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   9   10   11   12   13   14   15   16   ...   306

Bütün  mədəniyyətlər  qlobal  etikanın  təməlini  təşkil  edən  ümumi  baza 

dəyərlərinə  tərəfdar  çıxır.  BMT-nin  «İnsan  İnkişafı  -  2000»  Hesabatında  qeyd 

olunur ki, qlobal etika bəşəriyyətə Qərb dəyərlərinin zorla qəbul etdirilməsindən 

ibarət  deyil.  Bu  eür  fikir  qlobal  etika  sahəsinin  süni  məhdudlaşdırılması  ilə 

bərabər,  başqa  mədəniyyətlərin,  dinlərin,  eəmiyyətlərin  təhqir  olunmasıdır. 

Qlobal  etikanın  başlıca  mənbəyi  insanın  zəifliyi  və  hər  bir  şəxsin  iztirablarını 

mümkün  qədər  yüngülləşdinnək  ideyasıdır.  Digər  mənbə  bütün  insanların 

əzəldən  mənəvi  bərabərliyinə  inamdır.  Başqalarına  qarşı  özünə  münasibət 

göstərilməsini  arzuladığın  tərzdə  yanaşılmasını  əmr  edən  ehkam  xristianlıqda, 

islamda,  konfusiçilikdə,  induizmdə  birbaşa  göstərilir  və  demək  olar  ki,  bütün 

etiqadların praktikasında nəzərdə tutulur. 

Bütün  mədəniyyətlərdə  əks  olunmuş  məhz  bu  nəzəriyyələrin  əsasında 

dünya  dövlətləri  Ünmmdünya  İnsan  Hüquqları  Bəyannaməsini,  ona  əlavə 

olunmuş  vətəndaş  və  siyasi  hüquqlar,  iqtisadi,  sosial  və  mədəni  hüquqlar 

haqqında beynəlxalq paktları qəbul etmişdir. İnsan hüquqları və əsas azadlıqların 

müdafiəsi  haqqında  Avropa  Konvensiyası,  Amerika  İnsan  Hüquqları 

Konvensiyası,  İnsan  və  Xalqların  Hüquqları  haqqında  Afrika  Xartiyası  buna 

bənzər  yaxud  analoji  sənədlərdən  irəli  gəlir.  2000-ci  ildə  BMT-  nin  Baş 

Məclisində onun üzvü olan bütün dövlətlər tərəfindən qəbul edilmiş Minilliyin 

Bəyannaməsində insan hüquqlarına, əsas azadlıqlara, istisna qoyulmadan bütün 

insanların hüquq bərabərliyinə hörmətlə yanaşılması təsdiqlənmişdir. Adı çəkilən 

Hesabata əsasən, qlobal etika anlayışına beş əsas element daxildir: 

1)

 

bərabərlik.  Sinfi,  irqi  yaxud  gender  mənsubiyyətindən,  hər  hansı 



cəmiyyətə  və  ya  yaş  qrupuna  aidiyyətindən  asılı  olmayaraq  bütün  insanların 

bərabərliyinin  tanınması  ümumbəşəri  dəyərlərin  mahiyyətini  təşkil  edir. 

Bərabərlik həmçinin, növbəti nəsillər tərəfindən istifadə oluna biləcək ekoloji və 

təbii resursların qorunub saxlanmasının zəruriliyini əhatə edir

2)

 

insanın  hüquqları  və  məsuliyyəti.  İnsan  hüquqlarına  riayət  olunması 



beynəlxalq davranışın mütləq normasıdır. Əsas məsələ bütün insanların azadlığa 

və  bərabərliyə  təhdidlərdən  qorunmasıdır.  İlk  növbədə  insan  hüquqlarına 

əhəmiyyət verilməsi onda təcəssüm olunmuş, qrup və kollektiv dəyərlərə istinad 

edən  bütün  iddialardan  üstün  tutulan  bərabərliyi  əks  edir.  Amma  hüquqlar 

vəzifələrdən ayrılmazdır. Seçim hüququ olmadıqda, vəzifələr çətinliklər törədir, 

vəzifələr yaratmayan seçim isə anarxiyaya aparır; 



35 


3)

 

ədalətlilik. İnsanın ayrılmaz hüquqları barədə zaman keçdikcə dəyişən 

təsəvvürlərlə bağlı zərurət anlayışı olmaqla, ədalətlilik prinsipinin kökləri uzaq 

keçmişə  gedir.  Qədim  Çinin,  antik  dünyanın  (Yunanıstan  və  Roma)  filosofları 

bərabərlik məsələləri ilə yanaşı ədalət məsələlərinə də mühüm əhəmiyyət verir, 

onları  dövlət  idarəçiliyi  sistemi,  mülkiyyət  və  mövcud  ictimai-siyasi 

münasibətlərlə  əlaqələndirirdi.  Əsrlər  boyu  bütün  böyük  inqilabi  hadisələr 

azadlıq,  bərabərlik,  ədalətlilik  və  qardaşlıq  şüarları  altında  baş  vermişdir. 

«Ədalətlilik»  kateqoriyasının  məzmununun  mühüm  tərəfi,  şübhəsiz  ki,  «sosial 

ədalət»  - XX əsrdə müxtəlif dövlətlərin,  o cümlədən sosialist  ölkələrinin elmi- 

praktiki  təcrübəsinin  ümumiləşdirilməsinin  nəticəsi  anlayışıdır.  Sosializm 

iqtisadi sisteminin dünya kapitalizmi ilə rəqabətə tab gətinuəməsi, heç də müasir 

iqtisadi  siyasətdə  olduğu  kimi,  sosial  ədalət  ideyasının  və  praktikasının  inkar 

edilməsinə əsas vermir. 

Aydındır  ki,  «qlobal  etika»  anlayışının  tərkib  hissələrinin  sadalandığı 

BMT-nin  «İnsan  İnkişafı  2000»  Hesabatında  (habelə  sonrakı  hesabatlarda) 

«ədalətlilik»  kateqoriyasının  adının  çəkilməməsi  təsadüf  deyil.  Buna  görə  də 

Hesabatı hazırlayan BMT mütəxəssislərinin təfsirində «qlobal etika» anlayışının 

başqa mühüm tərəfləri (demokratiya, bərabərlik və s.) açıqlansa da, onun təsviri 

bütövlüklə  verilmir.  1980-ci  illərdən  başlayaraq  rəsmi  iqtisadi  doktrinada 

maddi-pul amilinin qüdrətinin total təbliğatı XXI əsr dünyasına inkarolunmaz və 

son dərəcə təhlükəli bir təzahür - cəmiyyətin azsaylı həddən ziyadə varlı hissəsi 

ilə  dünyanın  əksər  ölkələrində  yoxsulların  sayı  arasında  fərqlərin  sürətlə 

artmasını  gətirmişdir.  Başqa  bir  nəticə  isə  mədəni  səviyyənin  enməsi 

meyillərinin, 

əxlaqi-mənəvi 

düşkünlüyün 

ümumdünya 

tendensiyasına 

çevrilməsidir. Aydındır ki, ədalətlilik ideyasını boğan universal libertarianiz- min 

qalib gəldiyinə görə, iri xüsusi mülkiyyəti absolyuta çevirən modellər və  onun 

tənzimlənməsindən imtina olunması cəhdləri «ədalətlilik» anlayışı ilə açıq-aşkar 

ziddiyyət təşkil edir. Bu cür yanaşma, sözsüz ki, tarixi perspektivdə yeni sosial 

fəlakətlərə və inqilablara aparır, formal olaraq yeni inqilabların əleyhinə çıxan, 

əslində isə bir ovuc super-varhlarm maraqlarını qoruyan, «şəxsi azadlıq», «seçim 

hüququ», «imkanların bərabərliyi», «qanun qarşısında eyni məsuliyyət» və sair 

şüarları istismar edən müstəbid rejimlərin meydana çıxmasına səbəb olur; 

4)

 



demokratiya. Bu prinsip siyasi müstəqilliyin təmin olunmasına, insanın 

əsas hüquqlarının qorunmasına, vətəndaşların sosial, siyasi və iqtisadi 



36 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə