nəzəriyyəsi» kitabında (1936) ilk növbədə siyasətin güclü əks-tsiklik təsiri
əsaslandırılırdı. Bu dahi iqtisadçı XX əsr iqtisadiyyatında dövlətin fəal rolu
olmadan kapitalizmin inkişafını qeyri-mümkün edən səbəbləri izah edərək
yazırdı ki, «Sərbəst sahibkarlıq kraliça Viktoriyanın dövründə qalmışdır». Keyns
nəzəriyyəsi yalnız müharibədən sonrakı onilliklərdə, onun əsas ideyaları bütün
qeyri-sosializm ölkələrinin iqtisadi siyasətinin tərkib hissəsinə çevrildikdə
özünün hərtərəfli fundamental və praktiki təsdiqini tapdı. Keynsçi ideyalar
həmçinin, beynəlxalq siyasət praktikasında və dünya iqtisadiyyatı nəzəriyyəsində
konkret təzahür olunmuşdur.
2.2.
Keyns məktəbinin sonu və libertarianizmin
beynəlxalq siyasi arenaya çıxması
1970-ci illər bütövlükdə inkişaf etmiş ölkələr üçün çətin dövr olmuşdur:
Yaxın Şərqdə ərəblər və yəhudilər arasındakı müharibə nəticəsində baş verən
«neft şokları» (neftin qiymətinin dəfələrlə bahalaşması) onların bu regiondan
idxal edilən neftdən asılı olan iqtisadiyyatlarını, demək olar ki, dağıtmışdı.
İşsizliyin kəskin surətdə artdığı vəziyyətdə keynsçi anti-böhran və anti-tsiklik
siyasətlər öz təsirini göstənuirdi. Avropa və ABŞ-da transmilli kapitalın
mənafelərini əhəmiyyətli dərəcədə ifadə edən, iqtisadçı-libertarianizm
düşərgəsindən olan keynsçilik əleyhdarları bu ideyalardan imtina edilməsinə
müvəffəq olaraq, liderlik edən (rəsmi) iqtisadi doktrinanın nümayəndələri
qismində onun yerini tutdular və bu, dərhal ümumdünya iqtisadi siyasətində və
beynəlxalq iqtisadi münasibətlərin konsepsiyalarında öz əksini tapdı. Belə ki,
bütün sonrakı onilliklər ərzində, qlobal böhran başlayanadək iri korporasiyaların,
bankların, maliyyə mərkəzlərinin fəaliyyəti (həm milli, həm də beynəlxalq
səviyyədə), kapital axınlarının beynəlxalq hərəkəti, qiymətli kağızlarla və törəmə
alətlərlə (hedcinq-fondlar, derivativlər və s.) tiearət üzərində nəzarət
mexanizmləri müntəzəm qaydada zəiflədilirdi. Bu, 2008-ci ildə başlamış qlobal
böhranın səbəblərindən biridir.
Beynəlxalq monetarizm libertarianizmin növü kimi. Beynəlxalq
monetarizm neoliberal-monetarist istiqaməti məktəbindən törəmə olan iqtisadi
təfəkkür cərəyanıdır. Onun nəzəriyyəçiləri ümumdünya pul kütləsinin (money
supply) dəyişməsinin dünya iqtisadiyyatında inflyasiya və deflyasiya
proseslərinin başlıca mənbəyi olması barədə müddəaya istinad edirlər. Belə ki,
nisbətən iri ölkədə yaxud çoxsaylı kiçik ölkələrdə pul kütləsinin eyni vaxtda
44
sürətlə artması təsbit edilmiş valyuta məzənnələri (fıxed exchange rate) rejimi
şəraitində bütün dünya üzrə inflyasiya təzyiqi yaradır. Valyuta məzənnələrinin
təsbit olunması nəticəsində beynəlxalq ehtiyatlar axınlarının tədiyyə balansı
profısitli yaxud kəsirli olan ölkələrdə pul kütləsini müvafiq olaraq artırması
yaxud azaltması, inflyasiya templərinin bütün dünya üzrə bərabərləşməsi meylini
yaradır. Buradan belə nəticə çıxarmaq olar ki, təsbit edilmiş valyuta məzənnələri
olan dünyada açıq iqtisadiyyatlı kiçik ölkədə inflyasiyanın templəri onun
ümumdünya templərindən asılıdır.
Bu nəzəriyyələrə uyğun olaraq, aşağıdakı mexanizm işləyir. Konkret
ölkədə pul kütləsinin izafi artımı nağd pul ehtiyatlarının izafi çoxalmasına və
bundan sonra yerli və xarici əmtəələri, qiymətli kağızları almaq yolu ilə ölkə
daxilində pul və başqa aktivlər arasında arzulanan nisbətin bərpası cəhdlərinə
səbəb olur. Nəticədə tədiyyə balansının cari və (və ya) kapitalın hərəkəti
maddələri üzrə xarici borclar və valyuta ehtiyatlarının azaldılması hesabına
maliyyələşdirilməli olan kəsir yaranır. Ehtiyatların həcmi və borclanma
imkanları ölkənin pul kütləsini və deməli, daxili qiymətlərin səviyyəsinin arta
biləcəyi hüdudları müəyyənləşdirir. Bunun əksinə olaraq, tədiyyə balansının
(balance of payments) cari əməliyyatlar və kapitalın hərəkəti maddələri üzrə yeni
valyuta axınlarının profisiti olan ölkələrə yönəldilməsi pul kütləsinin artmasına
gətirib çıxaracaq. Nağd pulların həcminin azaldılması üçün dövlət istiqrazlarının
genişmiqyaslı satışı vasitəsilə daxil olan bu geniş axının qarşısını almağa cəhd
göstənnək olar, amma həmin prosesin də müəyyən hüdudları vardır. İstiqrazların
fasiləsiz satılması onların qiymətinin ucuzlaşması və faiz dərəcəsinin yüksəlməsi
ilə nəticələnəcək, bu isə, öz növbəsində, kapital axınını stimullaşdıracaq.
Beləliklə, kəsiri olan ölkədə pulların ölkədən çıxarılması və inflyasiya təzyiqinin
azalması meyli müşahidə olunacaq, profisiti olan ölkədə isə pulların ölkəyə axını
və deməli, inflyasiya baş verəcək. Bu proseslər nəticəsində inflyasiyanın templəri
bərabərləşməli, tədiyyə balanslarının tarazlığı isə bərpa olunmalıdır.
«Üzən» valyuta məzənnələri halında daxili pul kütləsinin sürətli artımı
bilavasitə valyutanın dəyərsizləşməsinə səbəb olur. Bu ölkənin rezidentləri
onlarda olan pulun məbləğini azaltmağa və dəyərini xarici malların və qiymətli
kağızların əldə olunması yolu ilə bərpa etməyə çalışacaqlar. Pul kütləsinin artım
sürətinin gəlirlərin çoxalması sürətindən az olduğu ölkələrdə isə rezidentlər öz
pul vəsaitlərinin məbləğini artırmağa cəhd göstərəcək və bu.
45