Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə184/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   180   181   182   183   184   185   186   187   ...   306

Fəsil 17 

KƏND TƏSƏRRÜFATI İSTEHSALINDA VƏ 

İNFRASTRUKTUR LAYİHƏLƏRİNDƏ TMK-lar: 

İNKİŞAF ETMƏKDƏ OLAN VƏ KEÇİD 

İQTİSADİYYATI ÖLKƏLƏRİ 

17.1.

 

Dünyada ərzaqla təminatın ümumi vəziyyəti 

Kənd təsərrüfatı ərzaqla təchizatda, yoxsul ölkələrdə səfalətin və aclığın 

aradan qaldırılması üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu sahə kütləvi 

məşğulluğu təmin etməklə bərabər (xüsusilə kənd yerlərində), milli iqtisadiyyatın 

artımına mühüm təsir göstərir, inkişaf etməkdə olan ölkələrin bir çoxu üçün xarici 

valyuta  daxilolmalarının  mənbəyidir.  Kənd  təsərrüfatının  inkişaf  etməkdə  olan 

ölkələrin  əksəriyyəti  üçün  fundamental  əhəmiyyətini  nəzərə  alaraq,  bu  sahədə 

ənənə  kimi,  çoxsaylı  problemlərin  mövcudluğu  və  onlara  elə  ənənəvi  surətdə 

onilliklərlə lazımi diqqətin yetirilməməsi ilə bağlı narahatçılıq anlanılandır. 

Bununla  belə,  son  zaman  bəzi  amillərin  təsiri  altında  bir  çox  inkişaf 

etməkdə  olan  ölkələrin  kənd  təsərrüfatı  sektorunda  özəl,  o  cümlədən  xarici 

şirkətlərin  iştirak  miqyasının  sürətlə  genişlənməsi  ilə  nətieələnmişdir.  Bu, 

problemin  müvəffəqiyyətlə  həll  ediləcəyinə  əvvəlki  dövrdə  müəyyən  inamın 

olmasına  baxmayaraq,  onilliyin  sonuna  yaxın  və  gələcək  perspektivdə  böyük 

ərzaq  qıtlığı  yaranacağının  aşkar  edilməsi  ilə  bağlıdır.  Buna  görə  də  inkişaf 

etməkdə  olan  ölkələrin  kənd  təsərrüfatı  istehsalında  məhsuldarlığın 

yüksəldilməsində və iqtisadi inkişafın dəstəklənməsində xarici şirkətlərin iştirakı, 

habelə daxili investisiyaların rolu' UNCTAD-m Hesabatında xüsusi qeyd edilir. 

Kənd  təsərrüfatına  investisiyaların  stimullaşdırılmasmm  əsas  amilləri  qismində 

müəyyən  bölgələrdə  torpaqdan  və  sudan  istifadə  etmək  imkanın  mövcudluğu, 

habelə  müxtəlif,  o  cümlədən  Braziliya,  Hindistan,  Çin,  Cənubi  Koreya  kimi 

əhalisi  böyük,  bazar  iqtisadiyyatı  fonnalaşmaqda  olan  ölkələrdə,  torpaq  və  su 

resursları çatışmayan (məsələn. Fars körfəzi ölkələrinin əməkdaş- 

^  UNCTAD.  World  Investment  Report,  2009:  Transnational  Corporations,  Agricurtural 

Production and Development. Table III. 7. P, 31. 

460 



lığı  Şurasının  üzvləri)  dövlətlərdə  ərzağa  tələbatın  artması  və  onun  idxalının 

sürətlə çoxalması çıxış edir. 

Kənd təsənlifatı məhsullarına beynəlxalq tələbat başqa amillərin, məsələn, 

bütün dünyada bioloji yanacağa keçid təşəbbüsü ilə bağlı olaraq, şəkər qamışmın, 

dənli  bitkilərin  (məsələn,  qarğıdalı),  yağlı  bitkilərin  (soya  paxlası) 

yetişdirilməsinin  inkişaf  etməkdə  olan  ölkələrdə  təşkili  məqsədilə  investisiya 

yatırımları axınının güclənməsinin təsiri altında artır. Bu meyillər son bir neçə il 

ərzində ərzağın qiymətinin sürətlə bahalaşması və inkişaf etməkdə olan ölkələrdə 

düyü  kimi  vacib  məhsulun  qıtlığının  yaranması  ilə  çarpazlaşır.  Bütün  bunlar 

«yeni  investorlar»  sırasının  meydana  çıxmasına,  kənd  təsərrüfatına  və  torpaq 

resurslarına möhtəkirlik məqsədilə birbaşa investisiya axınlarının genişlənməsinə 

süni təkan verdi. 



17.2.

 

Bəzi ölkələrin aqrar sektorunda 

birbaşa xarici investisiyaların artması 

1980-1990-cı  illərlə  müqayisə  olunduqda,  cari  onillik  ərzində  kənd 

təsərrüfatına  XBİ  qoyuluşları  daha  intensiv  artmışdır.  Amma  onların  ümumi 

həcmi  qlobal  pozitiv  effekt  alınması  üçün  hələ  kifayət  qədər  deyil.  Belə  ki, 

2007-ci ildə ölkələrə daxil olan XBİ-nin ümumi məbləği 32 milyard dollar olub, 

2008-2009-cu  illərdə  azalaraq  22  milyard  dollara  düşsə  də,  2010-cu  ildən  yeni 

artım  nümayiş  etdirir. Ümumilikdə götürüldükdə, qeyd etdiyimiz kimi,  yüksək 

artım  meyillərinin  davam  edəcəyi  görünməkdə  olsa  da,  onların  məbləği  başqa 

sahələrlə  müqayisədə  xeyli  azdır.  Buna  baxmayaraq,  1990-cı  illərin  sonunda 

dünya  üzrə  kənd  təsərrüfatına  XBİ  axını  ildə  1  milyard  dollardan  aşağı  idisə, 

2005-2007-ci  illərdə  bu  məbləğ  artaraq,  ildə  3  milyard  dollara  çatmışdı.  Digər 

tərəfdən,  qəbul  edən  ölkənin  istehsal-satış  zəncirinin  növbəti  həlqələrində 

(məsələn, yeyinti sənayesində və supennarketlər şəbəkəsində) yer tapan TMK-lar 

kənd təsərrüfatı istehsalına və podrat işlərinə investisiya qoymaqla, özlərinin bu 

sahədə  iştirak  miqyasını  xeyli  genişləndirir.  2000-ci  illərin  əvvəlindəki  sürətli 

artımdan  sonra,  təkcə  qida  məhsulları  və  içkilər  istehsal  edən  sahələrə  (yəni 

istehsal-satış  zəncirinin  sonrakı  həlqələri  nəzərə  alınmadan)  XBİ  axını 

2005-2007-ci illərdə 40 milyard dollardan çox olmuşdur (cədvəl 17.1). 

Cədvəlin  məlumatları  müxtəlif  ölkələrin  investorları  tərəfindən  kənd 

təsərrüfatına yatırılan XBİ-nin xüsusi çəkisinin az olduğunu göstərir. Lakin son 



461 


100 ildə inkişaf etmiş ölkələrdə kənd təsəiTüfatı texniki, texnoloji və enerji ilə 

silahlanma baxımından intensiv tərəqqinin obyektinə çevrilmiş və indi sənayedən 

geridə qalmırsa, inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə vəziyyət 

tamamilə  başqadır:  buranın  son  dərəcə  geridə  qalmış  aqrar  strukturlarında 

sənayeləşmə  yenicə  başlayır.  Həmin  ölkələrə  XBİ-nin  böyük  axınlarının 

yönəldilməsi gərəkdir. 

Ümumilikdə  isə,  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrin,  keçid 

iqtisadiyyatlı ölkələrin məcmu XBİ-nin həcmində kənd təsərrüfatına yönəldilən 

hissənin  payı  aşağıdır;  zəif  inkişaf  etmiş  ölkələrin  bəzisində  isə,  məsələn 

Kamboca, Laos, Malavi, Mozambik və Tanzaniyada XBİ-nin ümumi axınlarında 

yaxud  həcmində  kənd  təsərrüfatına  yönəldilən  hissənin  xüsusi  çəkisi  bir qədər 

çoxdur. Bu, zəif inkişaf  etmiş  ölkələr kateqoriyasına aid  olunmayan  Vyetnam, 

Honduras,  İndoneziya,  Malayziya,  Papua-Yeni  Qvineya  və  Ekvador  kimi 

ölkələrə  da  aiddir.  Həmin  ölkələrdə  aqrar  sektorun  payının  çoxluğu  milli 

iqtisadiyyatın strukturu, kənd təsərrüfatı üçün yararlı torpaqların olması (əsasən 

uzunmüddətli icarə üçün) və hökumətin dəstəkləmə siyasəti kimi amillərdən irəli 

gəlir (şəkil 17.1). 

17.1-ci  şəkil  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrin  böyük 

qrupunun kənd təsərrüfatına XBİ axınları barədə müəyyən məlumat verir. İnamla 

demək  olar  ki,  kənd  təsərrüfatı  XBİ  üçün  ən  az  maraq  doğuran  sahələrdəndir. 

İnkişaf etməkdə olan ölkələrə yönəldilən XBİ-nin əsas hissəsi ərzaq və ixrac üçün 

yetişdirilən bitkilərin istehsalına sərf olunur. 

Təəssüf  ki,  bioloji  yanacaq  üçün  xammal  istehsalına  maraq  da  getdikcə 

güclənir  və  XXI  əsrin  birinci  onilliyinin  ortalarından  başlayaraq,  şumluq 

torpaqların  sahəsinin  azaldılması  hesabına  Afrikada  yağlı  bitkilərin.  Latın 

Amerikası,  Kanada  və  Qərbi  Avropada  şəkər  qamışmm  yetişdirilməsinin 

genişlənməsi  buna  nümunədir.  Dərhal  bundan  sonra  dünyada  ərzaq  qıtlığının 

əlamətləri görünməyə başladı. 



462 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə