Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə190/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   186   187   188   189   190   191   192   193   ...   306

həm  də  keçid  iqtisadiyyatlı  ölkələrdə  infrastruktur  ağır  tənəzzülə  uğradı.  Bəzi 

pozitiv təzahürlər yalnız son illərdə müşahidə olunmağa başlamışdır. 

Burada  nəzərə  alınmalıdır  ki:  birincisi,  infrastruktura  yönəldilən 

investisiyaların  kapital  tutumu,  adətən  böyükdür  və  kompleks  halda  olmalıdır. 

İkincisi, infrastmktur layihələri çox zaman real şəbəkələrin mövcudluğunu tələb 

edir,  oliqopoliya  yaxud  inhisar  xarakterindədir.  Üçüncüsü,  bir  çox  hallarda 

ictimaiyyət  tamamilə  düzgün  olaraq,  infrastruktur  layihələrinə  vəsait 

yatırılmalarını  siyasi  məsələlərə  aid  edir.  Fəaliyyətin  bu  sahələrinə  ictimai 



sərvətlər qismində yalnız bütün vətəndaşlar üçün əlçatan olduqda yanaşıla bilər 

və  bəzi  hallarda,  məsələn,  su  təchizatında  qazanc  əldə  edilməsi  arxa  plana 

keçməlidir.  Dördüncüsü,  infrastruktur  sahələri  iqtisadiyyatın  rəqabət 

qabiliyyətinə  bütövlükdə  həlledici  təsir  edir,  infrastmkturun  keyfiyyəti  isə 

XBİ-ni  həll  edən  əsas  amillərdəndir.  Beşincisi,  infrastruktur  ölkənin  iqtisadi 

inkişafı  və  dünya  təsərrüfatına  inteqrasiyası  üçün  son  dərəcə  vacibdir.  Bütün 

bunlar  infrastrukturun  qurulmasının  özəl  sektorun  deyil,  dövlətin  obyekti 

olmasını zəruriləşdirir. 

Son dövrdə TMK-nm infrastruktur sektorunda iştirakının miqyası  xeyli, 

xüsusilə də inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə genişlənmişdir. 

İnkişaf etməkdə olan ölkələrin hökumətləri sənayenin infrastruktur sahələrinə və 

xidmətlər sektoruna özəl müəssisələrin, o cümlədən TMK-nm daxil olması üçün 

geniş  imkanlar  yaradır.  Belə  ki,  ölkəyə  gətirilən  XBİ-nin  ümumi  həcmində 

infrastruktur sahələrinin payı sürətlə artır. 1990-2006-cı illəri əhatə edən dövrdə 

dünyanın  bütün  ölkələrində  infrastruktura  yönəldilən  XBİ-  nin  həcmi  31  dəfə 

artaraq 786 milyard dollara, inkişaf etməkdə olan ölkələrdə isə 29 dəfə çoxalaraq 

200  milyard  dollara  çatmışdır.  Göstərilən  dövrdə  bu  rəqəm  infrastruktur 

sahələrinin əksəriyyətində artmaqda davam etmişdir: ən böyük yüksəliş elektrik 

təchizatı və telekommunikasiyada, nisbətən az isə nəqliyyatda və su təchizatında 

olmuşdur.  Bütövlükdə  götürüldükdə,  dünya  üzrə  XBİ-nin  ümumi  həcmində 

infrastrukturun  payı  1990-cı  ildəki  2%-dən  yüksələrək,  10%-ə  çatmaqdadır. 

Lakin  bu  artımın  əsas  hissəsi  telekommunikasiya  və  enerji-yanacaq  təminatı 

hesabına  təmin  edilir,  çox  kiçik  hissəsi  isə  baha  başa  gələn  və  biznes  üçün 

maraqlı olmayan yol tikintisi, köhnə mənzil fondunun təmiri və sökülməsi, daxili 

hava xətlərinin, başqa layihələrin payına düşür. 

Digər  göstərici  infrastruktur  layihələrində  özəl  sektorun  iştirakı 

çərçivəsində xarici investisiya öhdəliklərinin həcmidir. Bu göstərici də TMK- 

479 



nın  inkişaf  etməkdə  olan  ölkələrə  böyük  məbləğdə  kapital  qoyuluşlarının 

mövcudluğunu  sübut  edir.  1996-2008-ci  illərdə  bu  cür  öhdəliklərin  həcmi 

təqribən  280  milyard  dollar  olmuşdur.  Özü  də,  1996-2000-ci  illərdə  Latın 

Amerikası və Karib dənizi hövzəsinin ölkələrinə investisiya qoyuluşları üstünlük 

təşkil  edirdisə  (öhdəliklərin  67%-i  regionun  payına  düşürdü),  XXI  əsrin 

əvvəlindən bu layihələrdə TMK-nın payı Çin, Cənubi Koreya, Malayziya və bir 

sıra başqa ölkələrin sayəsində Afrika və Asiyada sürətlə artmağa başlamışdır. 

Qeyd  olunmalıdır  ki,  infrastruktura  yönəldilən  investisiyaların 

qloballaşması  prosesi  zəif  inkişaf  etmiş  ölkələrdən  yan  keçir  və  2006-2008-ci 

illərdə inkişaf etməkdə olan ölkələrə qoyulan XBİ-nin cəmi 2%-i onların payına 

düşürdü.  1996-2008-ci  illərdə  inkişaf  etməkdə  olan  ölkələrin  infrastruktur 

sahələrinə investisiya qoyuluşları öhdəliklərində onların payı 5%-dən bir qədər 

çox olmuşdu. 

İştirakın formaları. TMK-nın iştirak fomıalan infrastruktur sahələri üzrə 

fərqlənir.  Məsələn,  TMK-nın  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı 

ölkələrin  bazarlarına  XBİ  ilə  çıxmasının  dominantlıq  təşkil  etdiyi  sahə 

telekommunikasiyadır. 

Elektroenergetikada 

bunun 


üçün 

konsessiya 

müqavilələrindən (62%), özəlləşdirmə və start layihələrindən daha çox istifadə 

olunur  (36%).  Konsessiya  müqavilələri  əcnəbilərin  nəqlİ3^at  infrastrukturunda 

(80%)  və  su  təchizatında  (layihələrin  70%-i)  iştirakının  əsas  növlərindəndir. 

Bundan  başqa,  su  təsərrüfatında  idarəçilik  və  icarə  müqavilələrindən  tez-tez 

istifadə olunur (25%). 17.2-ci şəkildəki diaqramlar 1996-2006-cı illərdə inkişaf 

etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrin  infra-struktur  sahələri 

kompleksində əcnəbilərin iştirakı barədə ümumi təsəvvür yaradır. 

480 



Energetika 

Nəqliyyat 

Yeni layihələrə 

XBİ 


10%

 

özəlləşdirmə 



70/^ Yeni layihələrə XBİ 

 

 



Telekommunikasiya 

Su təchizatı 

özəlləşdirmə 

idarəetmə və 

icarə 

1

%



 

Konsessiya 

sazişləri 

16%


 

Yeni layihələrə 

XBİ özəlləşdirmə 

Q



İdarəetmə və icarə 

Yeni layihələrə 

XBİ 

67%


 

Konsessiya 

sazişləri 

70%


 

Şəkil 17.2.

  İnkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrin  infrastruktur 

sahələrində əcnəbilərin iştirakı: layihələrin ümumi sayının sahələr üzrə bölgüsü* 

*UNCTAD.  World  Investment  Report.  2008;  Transnational  Corporations  and  the 

Infrastructure Challenge Figure III. P. 6. 

Qeyd.

  Məlumatlar  yalnız  özəl sektorun  iştirak  etdiyi  layihələr  üzrə  investisiya  öhdəliklərinə 

aiddir.  Bəzi  hallarda  bu  layihələrə  dövlət  sektorunun  investisiya  öhdəlikləri  daxildir.  Müstəsna 

olaraq dövlət sektorunun vəsaitləri hesabına maliyyələşdirilən layihələr nəzərə alınmır. 

TMK-nın  infrastruktur  layihələrinin  həyata  keçirilməsində  iştirakı  17.3- 

cü cədvəldə göstərilmişdir. 



481 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə