Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə218/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   214   215   216   217   218   219   220   221   ...   306

əsas kanalları (banklar, fondlar, maliyyə mərkəzləri, maliyyə-kredit təsisatları, 

kapital  bazarları  və  s.)  nümayiş  etdirmək;  vahid  dünya  maliyyə  sisteminin 

formalaşmasında, onun təşəkkülündə beynəlxalq maliyyə qurumlarının rolunu 

göstənnəkdir. Dünya maliyyə sisteminin tərkibi və strukturu mürəkkəbdir və 

burada  hər  bir  həlqənin  (burada  valyuta  məzənnələri  sistemi  xüsusi 

fərqləndirilməlidir) öz əhəmiyyəti var. 

 

Dünya  malij^ə  sisteminin  və  onun  subyektlərinin  fəaliyyətinin  əsas 



vəzifəsi ssuda kapitalının hərəkətini nizamlamaq və kredit resurslarını qlobal 

maliyyə  kanalları  vasitəsilə  bölməkdir.  ABŞ-ın  ssuda  kapitalları  bazarı  və 

Avropanın  kreditlər  və  istiqrazlar  bazarı  maliyyə  resurslarının  dünya 

axınlarında  dominant  mövqelər  tutur.  Amma  sistemin  öz  vəzifələrini  yerinə 

yetirə  bilməməsi  nəticəsində  2008-ci  ildə  güclü  maliyyə-iqtisadi  böhran 

başlamışdır və indi də davam edir. 

 

Müasir  vaİ50ita  sistemi  uzun  çəkən  tarixi  təkamülün,  qızıl  standartı 



sistemindən milli  pul  vahidlərinin paritetləri sisteminə əsaslanan müasir  pul- 

valyuta  sisteminə  keçidin  məhsuludur.  Genuya  sistemindən  Bretton-Vuds 

sisteminə,  sonra  isə  Yamayka  sisteminə  keçid  iqtisadi  tələblərdən,  dünya 

təsərrüfatında  baş  verən  dəyişikliklərin  nəzərə  alınması  zərurətindən 

yaranmışdır.  Həmin  dəyişikliklərə  dünya  müharibələri  və  qlobal  böhranlar 

güclü təsir göstərmiş və göstərməkdədir. 

 

Bazarın mexanizmləri və alətləri (derivativlər, fyuçerslər, opsionlar və 



s.)  maliyyə  bazarlarının  başa  düşülməsində  böyük  rol  oynayır.  Pul,  maliyyə, 

valyuta  bazarlarının  ayrı-ayrı  seqmentlərinin  necə  fəaliyyət  göstərdiyini  və 

fond  bazarlarında  baş  verən  ümumi  dəyişiklikləri  yalnız  bunlar  yaxşı 

mənimsənildiyi halda dərk etmək mümkündür. 

 

Müasir  dünyada  maliyyə  bazarları  təkcə  böhranın  başladığı  ölkənin 



daxilində  deyil,  həmçinin,  onun  ətrafındakı  makroiqtisadi  şəraitdə  baş  verən 

dəyişikliklərlə  əlaqəlidir.  Kapitalın  həm  ölkəyə,  həm  də  ölkədən  axınını 

yaratdığına görə böhranın genişlənməsində xarici amillər daxili amillərdən az 

rol  oynamır.  Maliyyənin  idarə  olunmasının  qlobal  sistemində  dünya 

iqtisadiyyatı  və  mali}^əsi  sistemlərində  baş  verən  qeyri-mütənasibliklərin 

aradan qaldırılmasının mexanizmi yoxdur. Bu, dünya maliyyəsinin bütün əsas 

təsisatlarına sirayət etmiş qlobal böhran zamanı aşkarlanmışdır. 

 



Valyuta məzənnələrinin idarə olunması rejimi qısamüddətli borcların 

yığılıb qalması problemi ilə əlaqədardır. Həmin rejimdən ən çevik istifadə 



555 


halında  belə,  arzulanan  nəticə  yalnız  xarici  borcun  azalması  ilə  müşayiət 

olunduqda, əldə edilə bilər. BVF və liberal xarici iqtisadi siyasət tərəfdarlarının 

narazılığına  səbəb  olsa  da,  bu  vəzifələrin  yerinə  yetirilməsi,  əksər  hallarda 

kapitalın hərəkəti üzərində nəzarətin sərtləşdirilməsini tələb edir. Amma yaxın 

dövrdə baş vermiş ümumdünya böhranı onların mövqeyində də dəyişikliklərə 

səbəb 


olmuş 

və 


millətüstü 

tənzimləmə 

mexanizmlərinin 

möhkəmləndirilməsinə yönəlmiş tədbirləri həyata keçirməyə vadar etmişdir. 

 

Maliyyə-iqtisadi proseslərin qlobal tənzimlənməsi hələ formalaşmaqda 



olan sahədir. Bu sahə beynəlxalq iqtisadi münasibətlərin əsas subyektlərindən - 

dövlətlər  və  hökumətlərdən,  BMT-nin  əsas  maliyyə-iqtisadi  təşkilatlarından, 

beynəlxalq,  millətüstü,  kollektiv  və  regional  orqanlardan  və  təşkilatlardan, 

TMK, TMB, BVF, DB və ekspertlər birliyindən ibarətdir. 

 

Qlobal  böhran  zamanı  BVF-in  nəzarət  hüquqları  artırılmış,  maliyyə 



böhranlarının qarşısının səmərəli tərzdə alınmasına yönəlmiş bir sıra tədbirlər 

həyata  keçirilmiş,  G-20  çərçivəsində  Maliyyə  Sabitliyi  Şurası  yaradılmış, 

hecinq  fondlarının  və  bankların,  ofşor  zonalannda  yerləşən  şirkətlərin 

fəaliyyətinə nəzarət artırılmışdır. 

 

Hazırda  dünya  maliyyə  sistemində  aparılmış  institusional 



dəyişikliklərə,  kapitalın  dünya  miqyasında  hərəkətində  baş  verən  real 

proseslərə,  həm  ümumdünya  (qlobal),  həm  də  regional-qitə  inteqrasiyasına 

uyğunlaşma prosesi davam edir. 

 



Bunun  əsasında  dünya  maliyyəsində  iki  meylin:  1)  ümumdünya 

inteqrasiya  prosesinə  cəlb  olunmuş  dövlətlərin  maliyyə  qurumlarının 

tarazlaşmasma və eyniləşməsinə aparan qlobal və 2) Qərbi Avropada ən klassik 

fonnada inkişaf edən regional-qitə güclənməsi baş verir. Bunların hər ikisinin 

müəyyən  dərəcədə  müxtəlif  istiqamətli  və  qarşılıqlı  ziddiyyətli  olmasına 

baxmayaraq,  dünya  və  milli  maliyyə  sistemlərində  baş  verən  dəyişiklikləri 

sürətləndirir,  onları  müasirləşməyə  məcbur  edir.  Hər  iki  meyil,  bir  tərəfdən, 

maliyyə  sistemlərinin  tarazlaşmasma  və  eyniləşmə-sinə,  digər  tərəfdən  isə, 

onların  funksiyalarının  universallaşmasma,  müxtəlif  maliyyə  alətlərinin 

yaranmasına,  maliyyə  alətləri  ilə  yanaşı,  birgə  tənzimlənməli  olan  maliyyə 

problemlərinin də bir ölkədən digərinə köçürülməsinə səbəb olur. 

 



Beynəlxalq təşkilatlar aparıcı dövlətlərin liderlərinin dəstəyi sayəsində 

böhran  nəticəsində  yaranan  ziddiyyətlərin  aradan  qaldırılması  vasitələrinin 

axtarışında kifayət qədər yüksək fəallıq nümayiş etdirmişdir. Belə ki. Bank 

556 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə