•
AİB üzvü olan dövlətlərin iqtisadi və maliyyə siyasətlərini
yaxmlaşdımıaq.
AİB-in əhalinin (370 milyon nəfərdən çox) pul xidmətlərinə olan
tələbatının ödənilməsində, Avropa İttifaqının qurumlarının inkişafındakı rolu
əhəmiyyətlidir. AİB-in yaradılmasına doğru irəliləyiş uzun müddət davam
etmiş, öz inkişafında bir neçə mərhələdən keçmiş və Avropanın vahid valyutası
- avronun meydana çıxması ilə başa çatmışdır. Ancaq buna qədər EKYU
yaradılmışdır. EKYU qədim fransız qızıl sikkəsidir və 1979-cu ildə AİB
ölkələri tərəfindən hesablaşma vahidi kimi qəbul edilmişdir. Əvvəlcə EKYU
Avropanın 9 dövlətinin valyutası əsasında qiymətləndirilirdi və həmin ölkələr
onun təminatı üçün 2800 ton qızıl (amma qızıl yalnız yazı şəklində idi) və
dollar aktivlərini deponentləşdirmişdi. AİB-in valyutası avropalılar tərəfindən
qızıl standartı iflasa uğradıqdan və Bretton-Vuds valyuta sisteminin böhranı
nəticəsində Yamayka sisteminin tətbiqindən sonra işlənib hazırlanmışdır.
Tədricən EKYU hesablaşma vahidindən, demək olar ki, real pula, beynəlxalq
hesablaşmaların tənzimlənməsi alətinə çevrildi. Ancaq EKYU-nun yaradıcıları
onu sadəcə hesablaşma vahidi kimi deyil, birləşməkdə olan Qərbi Avropanın
ehtiyaclarını ödəyə bilən gələcək valyuta sisteminin nümunəsi kimi nəzərdən
keçirirdilər. Yamayka konfransından sonra AİB strukturlarında Avropanın
gələcəyi ciddi müzakirə olunurdu. 1979-cu ildə Avropa valyuta sistemi tətbiq
edildikdə isə EKYU onun əsası oldu. Aİ-nin 1991-ci ilin dekabrında
Maastrixdə keçirilən sessiyasında XX əsrin sonunadək EKYU-nun real tədi}^ə
vasitəsinə çevrilməsi barədə qərar qəbul edildi (o vaxt yeni pul vahidinin məhz
EKYU adlanacağı nəzərdə tutulurdu və avro haqqında heç bir fikir yox idi).
Avropa Valyuta Sistemində hər bir valyutanın EKYU-da ifadə olunan
məzənnəsi müəyyənləşdirilmiş və valyutaların ikitərəfli əsas məzənnələri onun
əsasında hesablanırdı. Valyutaların faktiki məzənnələri müəyyənləşdirilmiş
həddən ən çoxu ± 2,26% kənarlaşa bilərdi (məzənnəsi müvəqqəti olaraq 6%
kənarlaşa bilən italyan lirəsi istisna edilməklə). Böyük Britaniya və İsveçin Aİ-
nin yaradılmasında iştirakı davam etsə də, onlar bu yeni valyuta sistemində
iştirakdan imtina etdilər.
Həmin dövrdə milli valyutaların EKYU-ya nisbəti aşağıdakı kimi
olmuşdur:
•
Belçika frankı - 39,7897;
•
Danimarka kronu - 7,72336;
560
•
AFR markası - 2,48208;
•
Fransa frankı - 5,84700;
•
Niderland quldeni - 2,74362;
•
İrlandiya funtu - 0,668201;
•
İtaliya lirəsi - 1157,79.
Bu məhdudİ3ryətlərə əməl olunması Aİ-nin üzv-dövlətləri tərəfindən ilkin
məbləği 25 milyard ABŞ dolları olan ümumi fonda 20% qızıl və 20% başqa
ehtiyatlar köçürüldükdən sonra onların sərəncamına verilən EKYU resursları
kütləsinin tənzimlənməsi yolu ilə təmin olunmalı idi. Ayrı-ayrı ölkələr öz
valyutalarının məzənnəsini müəyyən olunmuş diapazon hüdudunda saxlaya
bilmədikdə, onun məzənnəsi valyutanın devalvasiyası yaxud revalvasiyası
vasitəsilə dəyişdirilir və bununla da müxtəlif valyutalar üçün EKYTJ-nun əsas
norması dəyişdirilirdi. EKYU-nun yaradıldığı vaxtdan bir neçə belə dəyişiklik
aparılmışdır (məsələn, AFR markası yüksəlmiş, Fransa frankı enmişdi və s.).
Yeni valyutanın konstruktorlarımn ideyasına görə, onun yaradılması
AİB-i yalnız bir valyutanın, yəni dollara əsaslanan Bretton-Vuds sistemindəki
ABŞ dollarının məzənnəsinin qarşısıalınmaz enib-qalxmasının mənfi
nəticələrindən qorumaq, onun dominanthğmı aradan qaldırmaq məqsədi
güdürdü. Beləliklə, sadə hesablaşma vahidi deyil, Avropa İttifaqının bütün
valyuta-pul sisteminin istinad etdiyi, yaradıcılarının niyyətinə görə ABŞ
dollarından asılılıqdan nisbətən azad olan, real fəaliyyət göstərən valyuta
meydana çıxırdı. Aİ-nin üzv-dövlətləri Amerika dollarının iri saxlayıcıları
olduğundan və tədiyyə balanslarının tarazlaşdırılması, cari ticarət üzrə
ödəmələrin, valyuta bazarlarının tənzimlənməsi və s. üçün ondan geniş istifadə
etdiklərinə görə, təbii ki, burada tam sərbəstlik mümkün deyil və bu, heç nəzərdə
də tutulmurdu.
İnteqrasiya olunmuş valyuta zonası. Avropa iqtisadiyyatının
qurulmasında əldə edilən müvəffəqiyyətlər inteqrasiya olunmuş valyuta
zonasının formalaşmasının təməlini qoydu. Məlumdur ki, bunun üçün 2
elementin birləşdirilməsi:
1)
təsərrüfatçılıq subyektlərinin və fiziki şəxslərin valyuta ilə əməliyyatlar
apannası, mallar və xidmətləri alıb-satması üçün milli valyutaların sərbəst
dönərliyinin tətbiqi;
2)
milli valyutaların müəyyən hədd daxilində («ilan», «dəhliz»
hüdudlarında) sabitliyinin təmin olunması - tələb edilirdi.
Bu məsələ kollektiv pul vahidi olan EKYU-nun yaradılması ilə.
561
ümumiyyətlə, həll olunmuşdu. Lakin EKYU valyuta hesab oluna bilən pul
vahidinin əsas cəhətlərini özündə ehtiva etmədiyinə görə valyutanın bütün
əlamətlərinə cavab vermirdi. Burada aşağıdakı funksiyalar nəzərdə tutulur;
1)
tədiyyə vasitəsi;
2)
yığım vasitəsi;
3)
hesablaşma vasitəsi (əmtəələrin dəyəri pul vahidi ilə ölçülür).
Tədiyyə vasitəsi leqallıq tələbinə cavab verməli, yəni malların və
xidmətlərin dəyərinin ödənilməsi üçün mütləq qaydada ödənişə qəbul
olunmalıdır. İstiqrazlar, valyuta və pul bazarları EKYU əsasında fəaliyyət
göstərsə də, bu pul vahidi banknot olmadığından, ödəniş üçün qəbulu mütləq
deyildi.
19.2.
AİB-in tədricən Avropa İttifaqına çevrilməsi,
avroya keçid
Avropa ittifaqı ilə birlikdə avronun meydana çıxması. 1 iyul 2001-ci
ildən 12 Aİ ölkəsi (15 üzvdən) vahid hesablaşma valyutasına - avroya
keçdi və
avrozona
yaratdı. Yeni pul vahidinin tətbiqinə başlamasından sonrakı kiçik
müddət nəzərə alınmasa (Yuqoslaviyanın NATO tərəfindən bombardman
olunması ilə eyni vaxta düşməsi), bir çox nüfuzlu şəkkaklann fikrinə əks olaraq,
avro özünü dayanıqlı valyuta kimi göstənnişdir.
Ancaq avronun yolu çox çətin, aradan qaldırılması tələb edilən
ziddiyyətlərlə bol olmuşdur. Bəzi hallarda subyektiv-tarixi, milli, psixoloji
problemlər baş qaldırırdı. Məsələn, artıq qəbul olunmuş EKYU adından imtina
edildi. Aydınlaşdırıldı ki, bəzi iri dövlətlər (ilk növbədə Almaniya) Fransanın
tarixi valyutasının Ümumavropa pul vahidi kimi qəbul olunmasının əleyhinədir
və bununla da bütün avropalıları qane edən, neytral «avro»
adı meydana gəldi.
SSRİ-nin süqutu Avropa cəmiyyətinin siyasi elitasında ruh yüksəkliyi yaratdı,
yeni, daha mürəkkəb perspektivlər və vəzifələr aşkar olundu. Həmin vəzifələr
1991-
ci ilin dekabrında Aİ başçılarının Maastrixdə keçirilən sessiyasında son
dərəcə aydın təqdim olunmuşdu. 7 fevral 1992-ci ildə isə sonradan bütün
dünyaya Maastrix Müqaviləsi
kimi məlum olan Avropa İttifaqı haqqında
Müqavilə bağlandı. AİB transformasiya olunaraq Aİ-yə çevrildi və milli
parlamentlər tərəfindən ratifikasiya edildikdən sonra 1 noyabr 1997-ci ildən
qüvvəyə mindi.
562
Dostları ilə paylaş: |