Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə220/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   216   217   218   219   220   221   222   223   ...   306

 

AİB  üzvü  olan  dövlətlərin  iqtisadi  və  maliyyə  siyasətlərini 



yaxmlaşdımıaq. 

AİB-in  əhalinin  (370  milyon  nəfərdən  çox)  pul  xidmətlərinə  olan 

tələbatının ödənilməsində, Avropa İttifaqının qurumlarının  inkişafındakı rolu 

əhəmiyyətlidir.  AİB-in  yaradılmasına  doğru  irəliləyiş  uzun  müddət  davam 

etmiş, öz inkişafında bir neçə mərhələdən keçmiş və Avropanın vahid valyutası 

-  avronun  meydana  çıxması  ilə  başa  çatmışdır.  Ancaq  buna  qədər  EKYU 

yaradılmışdır.  EKYU  qədim  fransız  qızıl  sikkəsidir  və  1979-cu  ildə  AİB 

ölkələri tərəfindən hesablaşma vahidi kimi qəbul edilmişdir. Əvvəlcə EKYU 

Avropanın 9 dövlətinin valyutası əsasında qiymətləndirilirdi və həmin ölkələr 

onun  təminatı  üçün  2800  ton  qızıl  (amma  qızıl  yalnız  yazı  şəklində  idi)  və 

dollar aktivlərini deponentləşdirmişdi. AİB-in valyutası avropalılar tərəfindən 

qızıl  standartı  iflasa  uğradıqdan  və  Bretton-Vuds  valyuta  sisteminin  böhranı 

nəticəsində  Yamayka  sisteminin  tətbiqindən  sonra  işlənib  hazırlanmışdır. 

Tədricən EKYU hesablaşma vahidindən, demək olar ki, real pula, beynəlxalq 

hesablaşmaların tənzimlənməsi alətinə çevrildi. Ancaq EKYU-nun yaradıcıları 

onu sadəcə hesablaşma vahidi kimi deyil, birləşməkdə olan Qərbi Avropanın 

ehtiyaclarını ödəyə bilən gələcək valyuta sisteminin nümunəsi kimi nəzərdən 

keçirirdilər.  Yamayka  konfransından  sonra  AİB  strukturlarında  Avropanın 

gələcəyi ciddi müzakirə olunurdu. 1979-cu ildə Avropa valyuta sistemi tətbiq 

edildikdə  isə  EKYU  onun  əsası  oldu.  Aİ-nin  1991-ci  ilin  dekabrında 

Maastrixdə keçirilən sessiyasında XX əsrin sonunadək EKYU-nun real tədi}^ə 

vasitəsinə çevrilməsi barədə qərar qəbul edildi (o vaxt yeni pul vahidinin məhz 

EKYU adlanacağı nəzərdə tutulurdu və avro haqqında heç bir fikir yox idi). 

Avropa  Valyuta  Sistemində  hər  bir  valyutanın  EKYU-da  ifadə  olunan 

məzənnəsi müəyyənləşdirilmiş və valyutaların ikitərəfli əsas məzənnələri onun 

əsasında  hesablanırdı.  Valyutaların  faktiki  məzənnələri  müəyyənləşdirilmiş 

həddən ən çoxu ± 2,26% kənarlaşa bilərdi (məzənnəsi müvəqqəti olaraq 6% 

kənarlaşa bilən italyan lirəsi istisna edilməklə). Böyük Britaniya və İsveçin Aİ- 

nin  yaradılmasında  iştirakı  davam  etsə  də,  onlar  bu  yeni  valyuta  sistemində 

iştirakdan imtina etdilər. 

Həmin  dövrdə  milli  valyutaların  EKYU-ya  nisbəti  aşağıdakı  kimi 

olmuşdur: 

 

Belçika frankı - 39,7897; 



 

Danimarka kronu - 7,72336; 



560 


 

AFR markası - 2,48208; 



 

Fransa frankı - 5,84700; 



 

Niderland quldeni - 2,74362; 



 

İrlandiya funtu - 0,668201; 



 

İtaliya lirəsi - 1157,79. 



Bu məhdudİ3ryətlərə əməl olunması Aİ-nin üzv-dövlətləri tərəfindən ilkin 

məbləği  25  milyard  ABŞ  dolları  olan  ümumi  fonda  20%  qızıl  və  20%  başqa 

ehtiyatlar  köçürüldükdən  sonra  onların  sərəncamına  verilən  EKYU  resursları 

kütləsinin  tənzimlənməsi  yolu  ilə  təmin  olunmalı  idi.  Ayrı-ayrı  ölkələr  öz 

valyutalarının  məzənnəsini  müəyyən  olunmuş  diapazon  hüdudunda  saxlaya 

bilmədikdə,  onun  məzənnəsi  valyutanın  devalvasiyası  yaxud  revalvasiyası 

vasitəsilə dəyişdirilir və bununla da müxtəlif valyutalar üçün EKYTJ-nun əsas 

norması  dəyişdirilirdi.  EKYU-nun  yaradıldığı  vaxtdan  bir  neçə  belə  dəyişiklik 

aparılmışdır (məsələn, AFR markası yüksəlmiş, Fransa frankı enmişdi və s.). 

Yeni  valyutanın  konstruktorlarımn  ideyasına  görə,  onun  yaradılması 

AİB-i  yalnız bir valyutanın,  yəni  dollara əsaslanan Bretton-Vuds sistemindəki 

ABŞ  dollarının  məzənnəsinin  qarşısıalınmaz  enib-qalxmasının  mənfi 

nəticələrindən  qorumaq,  onun  dominanthğmı  aradan  qaldırmaq  məqsədi 

güdürdü.  Beləliklə,  sadə  hesablaşma  vahidi  deyil,  Avropa  İttifaqının  bütün 

valyuta-pul  sisteminin  istinad  etdiyi,  yaradıcılarının  niyyətinə  görə  ABŞ 

dollarından  asılılıqdan  nisbətən  azad  olan,  real  fəaliyyət  göstərən  valyuta 

meydana  çıxırdı.  Aİ-nin  üzv-dövlətləri  Amerika  dollarının  iri  saxlayıcıları 

olduğundan  və  tədiyyə  balanslarının  tarazlaşdırılması,  cari  ticarət  üzrə 

ödəmələrin, valyuta bazarlarının tənzimlənməsi və s. üçün ondan geniş istifadə 

etdiklərinə görə, təbii ki, burada tam sərbəstlik mümkün deyil və bu, heç nəzərdə 

də tutulmurdu. 

İnteqrasiya  olunmuş  valyuta  zonası.  Avropa  iqtisadiyyatının 

qurulmasında  əldə  edilən  müvəffəqiyyətlər  inteqrasiya  olunmuş  valyuta 

zonasının  formalaşmasının  təməlini  qoydu.  Məlumdur  ki,  bunun  üçün  2 

elementin birləşdirilməsi: 

1)

 

təsərrüfatçılıq subyektlərinin və fiziki şəxslərin valyuta ilə əməliyyatlar 



apannası,  mallar  və  xidmətləri  alıb-satması  üçün  milli  valyutaların  sərbəst 

dönərliyinin tətbiqi; 

2)

 

milli  valyutaların  müəyyən  hədd  daxilində  («ilan»,  «dəhliz» 



hüdudlarında) sabitliyinin təmin olunması - tələb edilirdi. 

Bu məsələ kollektiv pul vahidi olan EKYU-nun yaradılması ilə. 



561 


ümumiyyətlə,  həll  olunmuşdu.  Lakin  EKYU  valyuta  hesab  oluna  bilən  pul 

vahidinin  əsas  cəhətlərini  özündə  ehtiva  etmədiyinə  görə  valyutanın  bütün 

əlamətlərinə cavab vermirdi. Burada aşağıdakı funksiyalar nəzərdə tutulur

1)

 



tədiyyə vasitəsi; 

2)

 



yığım vasitəsi; 

3)

 



hesablaşma vasitəsi (əmtəələrin dəyəri pul vahidi ilə ölçülür). 

Tədiyyə vasitəsi leqallıq tələbinə cavab verməli, yəni malların və 

xidmətlərin  dəyərinin  ödənilməsi  üçün  mütləq  qaydada  ödənişə  qəbul 

olunmalıdır.  İstiqrazlar,  valyuta  və  pul  bazarları  EKYU  əsasında  fəaliyyət 

göstərsə  də,  bu  pul  vahidi  banknot  olmadığından,  ödəniş  üçün  qəbulu  mütləq 

deyildi. 



19.2.

 

AİB-in tədricən Avropa İttifaqına çevrilməsi, 

avroya keçid 

Avropa  ittifaqı  ilə  birlikdə  avronun  meydana  çıxması.  1  iyul  2001-ci 

ildən 12 Aİ ölkəsi (15 üzvdən) vahid hesablaşma valyutasına - avroya



 

keçdi və 



avrozona

 

yaratdı.  Yeni  pul  vahidinin  tətbiqinə  başlamasından  sonrakı  kiçik 

müddət  nəzərə  alınmasa  (Yuqoslaviyanın  NATO  tərəfindən  bombardman 

olunması ilə eyni vaxta düşməsi), bir çox nüfuzlu şəkkaklann fikrinə əks olaraq

avro özünü dayanıqlı valyuta kimi göstənnişdir. 

Ancaq  avronun  yolu  çox  çətin,  aradan  qaldırılması  tələb  edilən 

ziddiyyətlərlə  bol  olmuşdur.  Bəzi  hallarda  subyektiv-tarixi,  milli,  psixoloji 

problemlər baş qaldırırdı. Məsələn, artıq qəbul olunmuş EKYU adından imtina 

edildi.  Aydınlaşdırıldı  ki,  bəzi  iri  dövlətlər  (ilk  növbədə  Almaniya)  Fransanın 

tarixi valyutasının Ümumavropa pul vahidi kimi qəbul olunmasının əleyhinədir 

və bununla da bütün avropalıları qane edən, neytral «avro»

 

adı meydana gəldi. 

SSRİ-nin  süqutu Avropa cəmiyyətinin  siyasi  elitasında ruh  yüksəkliyi  yaratdı, 

yeni, daha mürəkkəb perspektivlər və vəzifələr aşkar olundu. Həmin vəzifələr 

1991-

 

ci ilin dekabrında Aİ başçılarının Maastrixdə keçirilən sessiyasında son 



dərəcə  aydın  təqdim  olunmuşdu.  7  fevral  1992-ci  ildə  isə  sonradan  bütün 

dünyaya  Maastrix  Müqaviləsi



 

kimi  məlum  olan  Avropa  İttifaqı  haqqında 



Müqavilə  bağlandı.  AİB  transformasiya  olunaraq  Aİ-yə  çevrildi  və  milli 

parlamentlər  tərəfindən  ratifikasiya  edildikdən  sonra  1  noyabr  1997-ci  ildən 

qüvvəyə mindi. 

562 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə