Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə219/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   215   216   217   218   219   220   221   222   ...   306

Nəzarəti üzrə Bazel Komitəsinə müxtəlif ölkələrdə ümumi vəziyyətin qəflətən 

mürəkkəb-ləşməsinə səbəb olmaması üçün bankların kapitallarının səviyyəsini 

tənzimləmək  tapşırılmışdır.  «Bazel-2»  rejimi  çərçivəsində  bütün  ölkələrə 

kapitala  dair  tələbləri  tədricən  «Kapitalın  Yetərliyi  haqqında»  Sazişə 

uyğunlaşdırmaq  tövsiyə  edilmişdir.  Bazel  Komitəsinə  milli  hakimiyyətlərlə 

birgə olaraq, etibarlı likvidlik ehtiyatlarına münasibətdə maliyyə təsisatlarının 

stimullaşdırılması  mexanizminin  yaradılması  tapşırılmışdır.  Eyni  zamanda 

BVF  və  Maliyyə  Sabitliyi  Şurasına  (MSŞ)  G-20-nin  növbəti  iclasına 

hökumətlərə 

maliyyə 


təsisatının 

sistemyaradıcı 

olub-olmamasının 

qiymətləndinnək üçün rəhbər göstərişlərin işlənib hazırlanması tapşırılmışdır. 

Hecinq fondlarının fəaliyyətinə nəzarət gücləndirilmişdir. Bu fondlar və rəhbər 

şirkətlər qeydiyyatdan keçməli, nəzarət və yoxlama orqanlarına məlumatlarını 

təqdim  etməlidir. Risk-menecmentə və hecinq  fondları  ilə işləyən qurumlara 

dair tələblər müəyyənləşdirilmişdir. İlk dəfə olaraq, törəmə maliyyə alətlərinin, 

yəni  derivativlərin  tənzimlənməsi  mexanizmi  yaradılmışdır.  Bu  məqsədlə 

kredit  derivativləri  bazarlarının  standartlaşdırılması,  o  cümlədən  klirinq 

hesablaşmaları mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. 

•  BVF  idarəetmə  sistemlərinin  yenidən  qurulmasına  başlamışdır: 

məsələn, 2013-cü ilədək inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin 

kvotalarının  5%  artırılması  nəzərdə  tutulmuşdur.  Qurumla  əməkdaşlıqdan 

imtina edən ölkələrdə yaradılan ofşorlar, vergi sığınacaqları üzərində nəzarət 

gücləndirilmişdir.  Beynəlxalq  öhdəliklərini  yerinə  yetimıəyən  ölkələrə  qarşı 

«razılaşdırılmış tədbirlərin həyata keçirilməsinin» qarşısını almaq üçün onlara 

banklar  və  şirkətlər  haqqında  məlumatları  açıqlamaq  təklif  edilmişdir.  Bu 

ölkələrə  G-20  tərəfindən  qəbul  olunmuş,  lakin  tətbiqinə  dair  sərt  şərtlər 

qoyulmamış beynəlxalq standartlardan istifadə etmək tələbi irəli sürülmüşdür. 

Yeni  şəraitdə  G-20  bu  qərarın  bütövlüklə  icra  edilməsinə  nail  olmaq 

niyyətindədir. Məsələn, istənilən ölkə bundan yayınmağa çalışdığı halda Çirkli 

Pulların Yuyulmasına Qarşı Maliyyə Tədbirlərinin Hazırlanması Qrupu (FATF 

- The Financial Action Task Force) mexanizmi işə düşməlidir. 



Yoxlama sualları 

1.

 



Dünya maliyyə sistemi anlayışı və onun məzmunu. 

2.

 



Valyuta bazarı nədir? 

3.

 



Dünya maliyyə sistemlərinin - valyuta sistemlərinin tipləri. 

557 


4.

 

Valyuta məzənnəsi və dönərli valyuta anlayışları. 



5.

 

Ümumdünya valyuta sisteminin təkamülü - əsas mərhələlər. 



6.

 

Valyuta tənzimlənməsinin alətləri (mexanizmləri). 



7.

 

Valyuta məzənnələri, onların fəali]/yət mexanizmi. 



8.

 

Valyutaların alıcılıq qabiliyyəti. Valyutaların xassələri. 



9.

 

Valyuta  bazarlarında  ehtikarçılıq  amilinin  güclənməsi  nədə  təzahür 



olunur?  2008-2009-cu  illərin  qlobal  maliyyə-iqtisadi  böhranına  derivativlər 

necə təsir göstənmişdir? 

10.

 

Rusiyada derivativlər bazarı. 



11.

 

Valyuta məzənnələri sistemi: onun rolu, təyinatı. Nəyi tənzimləyir 



və müasir iqtisadiyyatdakı hansı prosesləri əks etdirir? 

12.


 

Dünyada  valyutaların  hansı  əsas  tipləri  mövcuddur?  XBH-in  rolu 

nədədir? 

13 Ümumdünya böhranının aradan qaldırılması və onlann gələcəkdə baş 

verməsinin  qarşısının  alınması  üçüm  beynəlxalq  təşkilatlar  tərəfindən  hansı 

tədbirlər həyata keçirilmişdir? 



Referatların mövzuları 

1.

 



Beynəlxalq maliyyə sistemi anlayışı, onun tərkibi və strukturu 

2.

 



Beynəlxalq  valyuta  sistemlərinin  təşəkkül  mərhələləri:  Bretton- 

Vudsdan Genuya sisteminədək 

3.

 

Dünyanın maliyyə mərkəzləri və beynəlxalq birjalar 



4.

 

Dünya  valyutalarının  müasir  mövqeləri:  müqayisəli  təhlil, 



2008-2010- cu illərin ümumdünya böhranının təsiri 

5.

 



Qlobal  böhranla  əlaqədar  olaraq  dünya  maliyyə-valyuta  sistemində 

dəyişikliklər 



558 


Fəsil 19 

AVROPANIN MALİYYƏ SİSTEMİ 

19.1.

 

Avropa valyuta sisteminin (European Monetary Sistem) 

təşəkkülünün çətin yolu 

Təkamülü. Dünyanın ən yeni valyutasının tarixi ötən əsrin ortalarından 

başlamışdır. 1958-ci ildə Avropanın bir sıra dövlətləri vahid Avropa bazarının 

yaradılması  məqsədlərinin  bəyan  olunduğu  müqavilə  imzaladı.  1986-cı  il 

Vahid  Avropa  Aktı,  1992-ci  il  Avropa  İttifaqının  yaradılması  haqqında  Akt 

birləşmə  istiqamətində  atılan  addımlar  olmuşdur.  Avropa  ərazisində  valyuta 

ittifaqının  yaradılmasının  məqsədləri  1969-cu  ildə  Haaqada  razılaşdırılmış, 

vahid valyutadan istifadəyə başlanması isə 1980-ci ilə təyin olunmuşdu. 

Amma 1971-ci ildə dünya maliyyə sisteminin böhranı düzəlişlərə səbəb 

oldu və yeni valyuta yalnız 1999-cu ildə meydana çıxdı. Müvafiq qanunların və 

sənədlərin qəbulu, ən başlıcası isə, onların ruhuna və bütün müddəalarına riayət 

olunması  Avropada  yeni  valyutanın  -  avronun  meydana  çıxmasına  şərait 

yaratdı. 

1957-ci  ildə  «altılıqdan»  ibarət  olan  AİB  yaradıldıqdan  sonra  vahid 

Avropa  öz  valyutasının  və  buna  müvafiq  olaraq  Avropanın  vahid  valyuta- 

maliyyə  sisteminin  təməlinin  qurulmasına  doğru  dönmədən  irəliləyirdi. 

Prosesin  əsasən  başa  çatdırıldığı  və  Avropa  İttifaqının  vahid  valyuta  sistemi 

yaradılanadək. Birliyin bütün siyasəti miqyasına və ümumi əhəmiyyətinə görə 

möhtəşəm olan bu vəzifəyə tabe edilmişdi. 



Avropa  valyuta  sistemi  -  ümumdünya  valyuta-maliyyə  sisteminin 

mühüm  hissəsi,  onun  ən  mütəşəkkil  və  mərkəzləşdirilmiş  regional 

altsistemidir. Bu altsistem həm Avropa bazarlarının kredit resursları ilə təchiz 

olunması,  həm  də  dünya  bazarının  ehtiyaclarına  xidmət  göstərilməsi  üzrə 

vəzifələri  və  funksiyaları  yerinə  yetirir.  Avropa  Valyuta  Sisteminin  əsas 

məqsədləri bunlardır; 

 

iqtisadi inteqrasiyanın əldə olunmasını təmin etmək; 



 

dollar  standartına  istinad  edən  Yamayka  valyuta  sisteminin 



müqabilində öz valyutası olan Avropa sabitlik bölgəsini yaratmaq

 



bazarı dolların ekspansiyasından müdafiə etmək

559 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə