Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə215/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   211   212   213   214   215   216   217   218   ...   306

lərinə  cavab  verməyən  üzv-dövlətlər  üçün  yeni  preventiv  kredit  xəttini 

(PBCX)  açmaq  qərarına  gəlmişdir.  BVF-in  sərəncamçı  direktoru  Domenik 

Stross-Kan  bəyan  etmişdir  ki,  «Bu  qərarlar  BVF-in  böhranların  qarşısını 

almaq üçün istifadə etdiyi alətlər toplusunu genişləndirir və gücləndirir, bizim 

üzv-dövlətlərin  maliyyə  müdafiəsinin  qlobal sisteminin  möhkəmləndirilməsi 

sahəsində  birgə  işimizdə  atılan  mühüm  addımların  təntənəsidir. 

Genişləndirilmiş  çevik  kredit  xətti  və  yeni  preventiv  kredit  xətti  üzv- 

dövlətlərə  bazar  qiymətlərinin  həddən  artıq  dəyişməsindən  (volatilliyindən) 

müdafiə olunmaqda. Fond tərəfindən dəstəklənmə təmin edilir. 

Fondun  sığorta  tipli  alətləri  möhkəmləndirməsi  ölkələrə  böhranların 

qarşısının  alınmasına  yönəlmiş  tədbirlərin  vaxtında  həyata  keçirilməsində, 

habelə sistemin böhranı  baş verdikdə, özlərini qorumaqda  yardım etməlidir. 

Stross-Kan  əlavə  etmişdir  ki,  «maliyyələşmənin  yenidən  baxılmış  alətləri 

əsaslandırılmış iqtisadi siyasət yeridən ölkələri həvəsləndirir. Güman edirik ki, 

bu kredit xətlərinin daha çox ölkə üçün açılması imkanının olması beynəlxalq 

valyuta-maliyyə sistemində sabitliyi daha da möhkəmləndirəcək.» 

Bu islahatlar qlobal maliyyə sisteminin müdafiəsi məsələsi üzrə G-20- 

nin  Seulda  (Cənubi  Koreya,  noyabr  2010-cu  il)  keçiriləcək  iclasının 

gündəliyinə daxil edildiyi şəraitdə aparılmışdır'. 

ÇKX Fond tərəfindən kreditləşdirmə əsaslarına 2009-cu ilin martında 

əhəmiyyətli  dərəcədə  yenidən  baxılması  çərçivəsində  yaradılmışdı.  Bu  alət 

əsas  iqtisadi  göstəriciləri  çox  yaxşı  olan,  əsaslandırılmış  iqtisadi  siyasətin 

həyata  keçirilməsində  uğurlar  qazanan  üzv-dövlətlər  üçündür  və  onlara  bu 

siyasətin  təsdiq  olunması  anında  xətdən  istifadə  etmək  yaxud  siyasət 

baxımdan dəyişkən şəraitdə preventiv vasitə kimi yararlanmaq imkanı verir. 

İcra Şurasının təsdiq etdiyi təkmilləşdirmələrə bunlar daxildir: 

 

kredit  xəttinin  qüvvədə  olma  müddətinin  2  dəfə  artırılması  (əvvəl 



ÇKX üzrə razılaşmalar 6 ay ərzində yaxud bu müddətdən sonra aralıq hesabat 

verilməklə 1 il qüvvədə olurdusa, indi 1 ilə yaxud bu müddətdən sonra aralıq 

hesabat verilməklə 2 il müddətinə qüvvədədir); 

 



üzv-dövlətin  kredit  xəttinin  onun  BVF-də  kvotasının  1000%-i 

həcmində olan hüdudun ləğvi. Bu halda kredit verilməsinin hüdudu konkret 

ölkənin maliyyələşməyə tələbatı əsasında müəyyən edilir

Международный Валютный Фонд. Департамент внешних связей. Вашингтон, округ 

Колумбия, 30 августа 2010 г. 

548 



 

kreditin  nəzərdə  tutulan  həddinin  və  kreditin  verilməsinin  BVF-in 



likvidlik  mövqeyinə  təsirinin  qiymətləndirilməsinin  ilkin  mərhələsində  İcra 

Şurasının  iştirak  etməsi  tələbinin  qoyulması  yolu  ilə  prosedurların  ciddiləş- 

dirilməsi. 

Yeni  preventiv  kredit  xətti,  ÇKX  meyarlarına  cavab  verən  ölkələrlə 

müqayisədə,  daha  çox  sayda  ölkə  üçün  əlçatandır.  Təcrübədə  ölkənin 

meyarlara cavab vemıəsi 5 ümumi sahə əsasında qiymətləndirilir: 

1)

 

xarici mövqe və bazara çıxış; 



2)

 

vergi-büdcə siyasəti; 



3)

 

pul-kredit siyasəti; 



4)

 

maliyyə sektorunun etibarlılığı və ona nəzarət



5)

 

məlumatların adekvatlığı. 



PKX bu sahələrdən çoxu üzrə yaxşı göstəricilərin olmasını tələb etsə 

də, bu meyarlardan biri yaxud ikisi üzrə mötədil zəifliyi olan üzv-dövlətlərin 

preventiv resurslardan istifadə etmək imkanının olmasına icazə verir. PKX- 

nin əsas cəhətləri bunlardır: 

 

vəziyyətin  yoxlanması  prosesində  keçmişdəki  iqtisadi  zəiflik 



amillərinin təsi-rinin azaldılması məqsədilə sadələşdirilmiş şərtlər qoyulması. 

Bu  halda  işlərin  gedişi-nə  proqramın  yerinə  yetirilməsi  haqqında  yarımillik 

icmallar vasitəsilə nəzarət edilir

 



razılaşma təsdiqləndikdən sonra kvotanın 500%-i  miqdarında kredit 

almaq imkanının 12 aydan sonra 1000%-ə qaldırılması. 

BVF-in  yenidən  qurulmasının  digər  istiqaməti  kvotalara  və  Fondun 

idarə olunması sisteminə təkrarən baxılmasıdır. BVF-in İcra Şurasının təsdiq 

etdiyi təkliflər kvotalarda və Fondun idarə olunması sistemində əhəmiyyətli 

dəyişikliklərdə, habelə BVF-in legitimliyinin və təsir gücünün yüksəlməsində 

öz əksini tapacaqdır. İcra Şurasının bu qərarından sonra BVF-in sərəncamçı 

direktoru Dominik Stross-Kan bəyan etmişdir: «Bu tarixi razılaşma Fondun 65 

illik  fəaliyyəti  ərzində  idarəetmə  sisteminin  fundamental  surətdə  yenidən 

qurulmasıdır  və  bazarı  formalaşmaqda  və  inkişaf  etməkdə  olan  ölkələrin 

dünya iqtisadiyyatında artan rolunu daha dolğun əks etmək üçün öz nüfuzunun 

onların xeyrinə mühüm yenidən- bölgüsüdür». 

BVF-in İcra Şurası onun yenidən qurulması çərçivəsində kvotalara 14- 

cü ümumi yenidən baxılmasını onların 2 dəfə artırılaraq, təqribən 476,8 



549 


milyard XBH-ə (cari mübadilə məzənnələri üzrə 755,7 milyard ABŞ dollarına 

yaxın)  çatdırılması  və  üzv-ölkələrin  kvotalarının  əhəmiyyətli  dərəcədə 

restruktizasiyası  ilə  yekunlaşdırmağı  təklif  edir.  Bu  təkliflər  kvotaların 

6%-dən çoxunun həddən artıq təmsil olunan ölkələr hesabına dinamik inkişaf 

edən,  bazarları  formalaşmaqda  və  inkişaf  etməkdə  olan,  amma  kifayət 

dərəcədə təmsil olunmayan ölkələrin xeyrinə yenidən bölüşdürülməsini təmin 

etməlidir.  Şura  daha  böyük  təmsilçiliyi,  tam  seçkili  olan  İera  Şurasının 

formalaşmasına yönəlmiş təklifləri də qəbul etmişdir. 

187  üzv-dövlətin  təmsil  olunduğu.  Fondun  gündəlik  fəaliyyətinə 

nəzarəti  həyata  keçirən  İcra  Şurası  islahatların  bu  zərfini  və  kvotaların 

artırılmasını. Fondun razılaşmalarının maddələrinə düzəlişlər edilməsi barədə 

təklifi təsdiq üçün Direktorlar Şurasına təqdim etmişdir. Düzəliş təyin olunan 

icraçı  direktorların  kateqoriyalarının  ləğvi  ilə  nəticələnməlidir.  Direktorlar 

Şurası  tərəfindən  təsdiq  edildikdən  sonra  kvotaların  artırılması  və  düzəliş 

üzv-dövlətlər  tərəfindən  qəbul  olunmalıdır.  Əksər  hallarda,  bu  proses 

parlament  müzakirələri  və  təsdiqi  ilə  bağlı  olduğuna  görə,  ölkələr  onun 

2012-ci  ildə  keçiriləcək  iclasa  qədər  başa  çatmasına  səy  göstərməlidir.  İcra 

Şurası  kvotaların  restruktizasiyası  və  artırılmasının  qüvvəyə  minməsi 

müddətini  2012-ei  ilin  oktyabrında  keçiriləcək  İllik  iclasadək,  islahatların 

aparılmasını  isə  Şuraya  seçkilərin  2012-ci  ildə  keçirilməsi  nəzərdə  tutulan 

müddətinədək başa çatdırılmasını müəyyən etmişdir.' 

Təklif 


edilən 

dəyişikliklər 

18.6 

və 


18.7-ci 

cədvəldə 

sistemləşdirilmişdir. 

^  Международный  Валютный  Фонд.  Департамент  внешних  связей.  5  ноября  2010,  в 

Вашингтон, округ Колумбия, 

550 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə