Kompüterin əsas xarakteristikası



Yüklə 462,28 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix11.10.2023
ölçüsü462,28 Kb.
#127031
  1   2   3
Kompüterin əsas xarakteristikası



Kompüterin əsas xarakteristikası 
Kompüterlərin ilbəil gücləndiyini və onların məhsuldarlığının (hesablama gücünün) yüksəldiyini, yəqin 
ki, bilirsiniz. Bu yüksəliş, ilk növbədə, kompüter sistemini təşkil edən əsas qurğuların göstəricilərindən 
asılı olur. Bu qurğuların məhsuldarlığı yüksəldikcə kompüterin ümumi məhsuldarlığı da artır.
Kompüterin başlıca hissəsi 
mərkəzi prosessor
və ya, sadəcə, 
prosessordur
və onun sürəti 
kompüterin məhsuldarlığına təsir edən əsas amildir. Tarixən prosessorun sürəti olaraq 
bir saniyәdә 
yerinә yetirilәn әmәliyyatların sayı
götürülüb. Belə qiymətləndirmə müxtəlif əməliyyatların icrası üçün 
təxminən eyni zaman tələb olunması, kompüterin isə eynitipli məsələlərlə işləməsi təsəvvürünə 
əsaslanıb. Çağdaş kompüterlərdə isə bu belə deyil. Mürəkkəbliliyi müxtəlif olan komandaların yerinə 
yetirilmə sürəti bir-birindən onlarca dəfə fərqlənə bilər. Bununla belə, proqramların işləmə sürəti təkcə 
prosessora görə deyil, kompüter sisteminin başqa komponentlərinə (məsələn, videosistemin 
məhsuldarlığına) görə də müəyyən olunur.
B
undan başqa, müasir kompüterlər bəzi əməliyyatları (o cümlədən ayrı-ayrı 
komandaları) 
paralel 
(yəni eyni anda) yerinə yetirə bilir. 
Əgər kompüterin prosessoru indiki sürətlə deyil, insanınhesablama sürəti ilə işləsə idi:

siqnal klaviaturadan prosessora 10 
ilə çatardı;

siçanın göstəricisinin ekranın bir küncündən o birinə yerini dəyişmək üçün 1000 il lazım 
gələrdi.
Prosessorun istənilən komandanı icra etməsini elementar əməliyyatlar ardıcıllığının yerinə yetirilməsi 
kimi təsəvvür etmək olar. Prosessorun durumunu dəyişən hər bir elementar əməliyyata müəyyən 
zaman 
– 
bir takt
tələb olunur. Komandaların əksəriyyəti bir neçə takta yerinə yetirilir. Prosessorun 
taktlarının tezliyi (
takt tezliyi
) kənardan xüsusi generator tərəfindən təyin olunur.
Əgər iki prosessor bir-birindən yalnız takt tezliklərinə görə fərqlənirsə, onda verilənləri emaletmə 
sürətləri onların takt tezlikləri ilə düz mütənasibdir. Ona görə də prosessorun takt tezliyini onun 
məhsuldarlığının başlıca göstəricisi kimi istifadə etmək olar.
Tezliyi ölçmək üçün fiziki vahid 1 
Hers
qəbul olunub. Artıq ilk fərdi kompüterlərdə taktların sayı 
saniyədə bir neçə milyona bərabər olduğundan takt tezliyinin standart ölçü vahidi olaraq 
1

Yüklə 462,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə