Kompüterin əsas xarakteristikası



Yüklə 462,28 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix11.10.2023
ölçüsü462,28 Kb.
#127031
1   2   3
Kompüterin əsas xarakteristikası

operativ yaddaşının
(RAM) 
həcmidir

Müasir kompüterlər 
çoxtapşırıqlı rejimdә
işləyir. Eyni anda çalışan hər bir məsələ (proqram) üçün 
əməliyyat sistemi operativ yaddaşda ayrıca sahə ayırır. Bütün məsələlərin tələb etdiyi yaddaşın 
ümumi həcmi mövcud operativ yaddaşın tutumundan çox olarsa, əməliyyat sistemi əlavə yaddaşı 
sərt diskdə formalaşdırır. Ancaq operativ yaddaşla müqayisədə sərt diskə müraciət sürəti yavaş 
olduğundan bu, bütün kompüter sisteminin sürətini aşağı salır. Kompüterə əlavə operativ yaddaş 
modullarının artırılması belə əməliyyatların zəruriliyini azaldır və bütövlükdə sistemin sürətini 
yüksəldir.
Kompüterin başlıca xarakteristikalarından biri də onun 
sərt diskinin
tutumudur. Proqramların və 
verilənlərin uzun müddətə saxlanması üçün nəzərdə tutulmuş bu disklərin tutumu yetərli olmadıqda 
daha böyük tutumu olan disklərə ehtiyac yaranır.
Kompüterdə iş zamanı daim monitorun ekranına baxmaq lazım gəldiyindən 
monitor 
– 
videoadapter
birləşməsinin düzgün seçimi çox önəmlidir. Burada başlıca göstərici 
bir saniyәdәki 
kadrların sayıdır.
Bu tezlik bir saniyədə 70 kadrdan az olduqda insanın gözü (və ya beyni) ekranda 
görüntünün titrəməsini hiss edir ki, bu da tez yorğunluğa səbəb olur.


Kompüterlərin yuxarıda göstərilən və digər parametrlərini təsvir etmək üçün xüsusi yazılışdan istifadə 
olu
nur. Latın hərfləri və rəqəmlərin "qarışığından" ibarət olan və parametrləri bir-birindən vergüllə və 
ya "\
" simvolu ilə ayrılan belə yazılışlarla kompüter alan hər kəs rastlaşır. Məsələn, verilmiş noutbuk 
nümunəsində ilk olaraq prosessorun modeli (Intel Core i3-3217U) və onun takt tezliyi (1,7 GHz) 
göstərilib. Sonra operativ yaddaşın tutumu və modeli (4GB DDR3L), ardınca isə sərt diskin tutumu 
(500 GB HDD) verilib.

Yüklə 462,28 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə