Kompüterin əsas xarakteristikası


meqahers (saniyədə milyon takt) götürüldü. Bugünkü fərdi kompüterlərin takt tezliyi  isə  gigaherslə



Yüklə 462,28 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix11.10.2023
ölçüsü462,28 Kb.
#127031
1   2   3
Kompüterin əsas xarakteristikası

meqahers
(saniyədə milyon takt) götürüldü. Bugünkü fərdi kompüterlərin takt tezliyi 
isə 
gigaherslə
(saniyədə milyard takt) ölçülür.
Prosessorun takt tezliyi ümumilikdə kompüter sisteminin məhsuldarlığının yeganə göstəricisi deyil. 
Eyni takt tezliyinə malik prosessorların məhsuldarlığı müxtəlif ola bilər. Bundan başqa, kompüterin 
məhsuldarlığı yalnız prosessordan asılı deyil. Başqa komponentlər verilənləri prosessora onun emal 
etdiyi sürətlə çatdıra bilmirsə, prosessor "boş dayana" bilər. Nəticədə sistemin ümumi məhsuldarlığı 
aşağı düşər.
Mərkəzi prosessorun bilavasitə hesablama işlərini görən hissəsi onun 
nüvəsi
adlanır. İlk 
prosessorlarda bir nüvə olurdu, ancaq müasir prosessorlarda onların sayı iki və ya daha çox olur. Bir 
neçə nüvənin olması bir neçə məsələni (proqramı) paralel yerinə yetirməyə imkan verir ki, bu da 
kompüterin sürətini önəmli dərəcədə artırır. Başqa sözlə, mərkəzi prosessorun nüvələrinin sayı nə 
qədər çox olarsa, onun məhsuldarlığı da yüksək olar.


Kompüter işləyərkən prosessor və operativ yaddaş arasında aramsız olaraq verilənlərin mübadiləsi 
gedir. Bu mübadilənin sürəti kompüter sisteminin məhsuldarlığının mühüm göstəricisidir. O, həm 
yaddaş mikrosxemlərinin parametrlərindən, həm də bütövlükdə kompüter sisteminin özəlliklərindən 
asılı olur. Adətən, prosessoru və yaddaşı birləşdirən şinin (verilənlərin ötürülməsi üçün nəzərdə 
tutulmuş elektrik keçiriciləri) tezliyi prosessorun işləmə tezliyindən bir neçə dəfə az olur ki, bu da 
prosessorun işində gecikmələrə səbəb ola bilir. Bu gecikmələrin təsirini azaltmaq üçün prosessor 
xüsusi yaddaşla – 
keş-yaddaşla
təchiz olunur. Prosessorun mikrosxeminə yerləşdirilən və tutumu o 
qədər də böyük olmayan keş-yaddaş onun tezliyində işləyir. Operativ yaddaşdan oxuma-yazma 
zamanı verilənlərin kopiyası keş-yaddaşa yazılır. Prosessor həmin verilənlərə yenidən müraciət 
etdikdə onlar birbaşa keş-yaddaşdan götürülür. Bu da qeyd olunan gecikmələri aradan qaldırır.
Komp
üterin prosessorunun və operativ yaddaşının sürət göstəriciləri hesablama məsələlərinin 
sürətlə aparılmasında mühüm rol oynayır. Ancaq, bildiyiniz kimi, bu gün fərdi kompüterlərin istifadə 
olunduğu sahələr təkcə hesablama məsələləri ilə məhdudlaşmır. Ona görə də kompüter sisteminin 
məhsuldarlığına başqa faktorlar da təsir göstərir:

operativ yaddaşın həcmi

xarici yaddaşın həcmi

videosistemin məhsuldarlığı
Kompüterin sürətinə təsir edən amillərdən biri də onun 

Yüklə 462,28 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə