Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə247/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   243   244   245   246   247   248   249   250   ...   306

nümayəndələrə» telefonla tapşırıq verir. Sifarişin şərtləri vərəqəyə yazılır, texniki 

əməkdaş orada olan bütün lazımi məlumatları xüsusi qurğuya daxil edir və rabitə 

kanalları  vasitəsilə  NFB-yə  ötürür.  Əmrin  icra  (nadir  hallarda  isə  icra 

olunmamaq)  formasında  konkret  nəticəsi  təsbit  olunur.  Bütün  xırda  sifarişlər 

(2000-dək səhm) broker firmalarından birbaşa mütəxəssisin kompüterinə (Super 

DOT sistemi) daxil olur və onun tərəfindən müstəqil yerinə yetirilir. Müştərinin 

öz brokerinə sifarişi verməsi ilə onun icrası arasındakı müddət 30 saniyədən 1 

dəqiqəyədək  çəkir.  Adətən,  bütün  sifarişlərin  15-20%-i  müzai-  dələrin  açılışı 

zaman  yerinə  yetirilir.  Müzaidələr  başlanılanadək  daxil  olmuş  bütün  sifarişlər 

tələb və təklifin ümumi vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə çeşidlənir. 

Mütəxəssisin  vəzifəsi  müzaidələr  başlanana  qədər  əldə  olan  limit  sifarişləri 

əsasında  «kağızın»  qiymətini  müəyyən  etməkdir.  Bütün  cüt  sifarişlər  vahid  - 

müzaidələrin açılış qiyməti ilə icra olunur. 

Bir  qayda  kimi,  iri  sifarişlər  broker  fınnalarmdan  özünün  birjadakı 

nümayəndəsinə daxil olur. Növbəti əmri alan broker onu yalnız müvafiq ticarət 

postunda  yerinə  yetirməlidir.  Əmr  «bazar  üzrə»,  bazarın  özü  isə  həmin  anda 

kifayət  qədər  fəal  olduqda,  sifariş  «birja  izdihamında»  (bu  vəziyyətdə  broker 

«pozitiv təşəbbüs» göstərə bilər) yerinə yetiriləcək. 

Broker  «limitləşmiş  əmr»  aldıqda  isə  vəziyyət  bir  qədər  çətinləşir.  Bu 

halda broker sifarişin icra olunmasını komissiya haqqı müqabilində mütəxəssisə 

həvalə edir; mütəxəssis isə həmin sifarişi özünün necə deyərlər, qeyd dəftərinə 

daxil edir. 

Ticarətin nəzərdən keçirdiyimiz mexanizmləri nisbətən kiçik həcmli səhm 

zərfləri ilə əməliyyat aparıldığı hallarda tətbiq olunur. Səhmlərin böyük blokları 

ilə  ticarət  aparıldıqda  isə  onlar  ilkin  olaraq  fond  birjasının  ticarət  zalından 

kənarda diqqətlə öyrənilir, amma mütləq ticarət zalında icra olunur. Bu, bazarın 

həlledici tələbidir. Həmin bazarın digər tələbi iri zərflərlə aparılan əməliyyatların 

adi, başqa sözlə, fasiləsiz, «ikiqat» hərracların gedişində fonnalaşan qiymətlərlə 

yerinə yetirilməsidir. Eyni zamanda bu gün qüvvədə olan «blok əməliyyatları», 

başqa  sözlə,  səhmlərin  iri  zərfləri  ilə  ticarətin  dövriyyəsinin  yarısından  çoxu 

NFB-nin  payına  düşür.  Onların  göstəricilərinin  dəyişməsi,  prinsip  etibarilə, 

birjanın ümumu «mühitini» müəyyən edir. 



632 


21.4.

 

Beynəlxalq birjalar 

Beynəlxalq fond birjaları. Aparılan əməliyyatların miqyasına görə qlobal 

əhəmiyyətə malik olan fond birjaları sırasında bunlar fərqlənir: 

 

Nyu-York Fond Birjası (New York Stock Exchange); 



 

Amerika Fond Birjası (American Stock Exchange - ASE yaxud AMEX); 



 

NASDAQ  (National  Association  of  Securities  Dealers  Automated 



Quotation); 

 



Tokio Fond Birjası (Tokyo Stock Exchange); 

 



London Fond Birjası (London Stock Exchange); 

 



Alman Birjası (Deutche Boerse); 

 



Avropa Birjası (Euronext); 

 



Frankfurt Fond Birjası (Frankfurter Westpapierboerse); 

 



Paris Fond Birjası (Paris Stock Exchange). 

Beynəlxalq birjaların özəllikləri.

 

Beynəlxalq birjaların fəaliyyət göstərdiyi 

ölkələrdə milli birjaların ümumi sayının xeyli azalması, bəzilərində isə birləşmə 

prosesi  nəticəsində  ticarəti  aparılan  hər  mal  üzrə  yalnız  bir  birjanın  fəaliyyət 

göstənnəsi qanunauyğunluğu müşahidə edilir. 

Əlamətdardır  ki,  «həlledici»  yaxud  «möhkəm»  valyutası  olan  ölkələrin 

heç birində ixtisaslaşmış valyuta birjası yoxdur. Valyuta bazarı müstəsna olaraq 

banklararası  xarakter  daşıyır.  Xarici  valyuta  üzrə  fyuçers,  opsion  və  başqa 

müddətli  müqavilələr  müvafiq  ixtisaslaşmış  fyuçers  yaxud  opsion  birjalarında 

yayılmışdır.  Buna  görə  də  gələcəkdə  inkişaf  etmiş  ölkələrdə  beynəlxalq  birja 

deyildikdə,  fyuçers  və  opsion  birjaları  nəzərdə  tutulacaq.  Hazırda  yüksək 

dərəcədə inkişaf etmiş birja valyuta bazarı yalnız Almaniyada fəaliyyət göstərir. 

XXI  əsrin  əvvəlində  dünyada  lOO-dək  iri  birja  (əmtəə  birjalarından  başqa) 

mövcud idi və onlardan 55-i dünya bazarları siyahısına daxil edilmişdi. Onların 

əksəriyyəti  ABŞ-da  (13),  Yaponiyada  (9)  və  Almaniyada  (9)  yerləşirdi.  İlk 

növbədə aşağıdakı birjalar qeyd olunmalıdır: 

 

Çikaqo Opsionlar birjası (Chicago Board Exchange); 



 

Nyu-York Fyuçers Birjası (New York Futures Exchange); 



 

London Beynəlxalq Maliyyə Fyuçersləri və Opsionları Birjası (London 



International Financial Futures and Potions Exchange); 

 



Alman Müddətli Kontraktlar Birjası (Deutsche Termin Boerse); 

633 


 

Paris Opsionlar Birjası (Marche des Potins Negotiables de Paris); 



 

Sinqapur Beynəlxalq Valyuta Birjası (Singapore International Monetary 



Exchange). 

Açıqlama.  Beynəlxalq  birjalar  daimi  fəaliyyət  göstərən  topdansatış 

bazarının xüsusi növüdür. Müxtəlif ölkələrin işgüzar dairələrinin nümayəndələri 

onun üzvü ola bilər. Burada alqı-satqı obyektlərinə çevrilən müəyyən mallar üzrə 

müvafiq əqdlər bağlanılır. 

Beynəlxalq  birjaların  fəaliyyətinin  möhtəkirlik  cəhətləri  xüsusi 

əhəmiyyətə  malikdir.  Reuters,  Dow  Jones  Telerate  yaxud  Bloomberg  kimi 

birjadankənar elektron sistemlərindəki kimi aşkar ifadə olunmasa da, beynəlxalq 

birjaların  fəaliyyəti  ilə  möhtəkirlik  əməliyyatları  arasında  birbaşa  asılılıq 

mövcuddur.  Beynəlxalq  möhtəkirlər  yüksək  gəlirli  və  eyni  zamanda  etibarlı 

investisiya  alətləri  üçün,  sözün  əsil  mənasında,  ova  çıxmışdır.  Birja  bazarları 

məhz  yüksək  etibarhğı  ilə  fərqlənməsi  sayəsində  ehtikarçı  əhval-  ruhiyyəli 

investorların böyük məbləğdə pul vəsaitlərini cəlb edə bilir. Bu sahədə İnternet 

ildırım sürətli əməliyyatlar aparılmasının aləti kimi böyük əhəmiyyət kəsb edir. 

21.5.

 

Nyu-York Fond Birjası (NFB) 

Əməliyyatlarının miqyasına görə birinci yer tutan Nyu-York Fond Birjası 

(NYSE  -New  York  Stock  Exchange)  1871-ci  ildə  yaradılmışdır.  Birja  özünün 

indiki adını 1863-cü ildə almışdır. Uzun müddət ərzində könüllü assosiasiya olan 

NFB  1972-ci  ildən  üzvlərinin  mülkiyyətində  olan  qeyri-kommersiya 

korporasiyasıdır.  1953-cü  ildən  etibarən  NFB-nin  üzvlərinin  sayı  dəyişməz  - 

1366  qalır.  Birjanın  üzvü  olmaq  üçün  burada  qiyməti  tələb  və  təklifdən  asılı 

olaraq dəyişən konkret  yer almaq lazımdır. Birjadakı  yerlərin təqribən 



'/3 

hissəsi 


icarəyə  götürülür.  NFB-nin  üzvləri  fiziki  şəxslərdir.  Nizamnaməsinə  uyğun 

olaraq, əməkdaşı birjanın üzvü olan istənilən fınna NFB-nin assosiasiya olunmuş 

üzvü ola bilər. 

NFB-də  ticarətə  yalnız  listinqdən  keçən  qiymətli  kağızlar  buraxılır. 

Avropa  ölkələrinin  birjalarından  fərqli  olaraq,  burada  «ikinci»  və  «üçüncü» 

siyahı  yoxdur.  NFB-də  ticarət  aparılmasına  icazə  verilmiş  bütün  qiymətli 

kağızlara  dair  vahid  tələblər  müəyyən  edilir.  ABŞ-m  və  dünyanın  başqa 

ölkələrində fəaliyyət göstərən birjalarla müqayisədə NFB-də listinqə dair tələblər 

çox sərtdir. Məsələn, qiymətli kağızlarla ticarətə yalnız müvafiq növ 

634 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə