Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə30/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   26   27   28   29   30   31   32   33   ...   306

xarici  iqtisadi  siyasəti  ölkənin  texnoloji  inkişaf  səviyyəsindən,  malların  və 

xidmətlərin keyfiyyətindən, onun tədi^/yə balansından çox asılıdır. 



İxrac  üzrə  xarici  iqtisadi  siyasət  rəqabətqabiliyyətli  malların  dünya 

bazarlarında  satılmasının  və  onların  istehsalının  stimullaşdırılmasına 

yönəlmişdir.  İxracqabiliyyətli  istehsalların  stimullaşdırılması  üçün  dövlət 

sifarişlərindən,  büdcədən  maliyyələşdirmədən,  kreditlərdən,  ETTKİ-nin 

malİ3^ələşdirilməsindən və s. istifadə olunur. 

İdxal üzrə xarici iqtisadi siyasətin məqsədi ölkəyə xarici malların (işlərin, 

xidmətlərin)  gətirilməsini  tənzimləməkdir.  Bu  tənzimləmənin  alətləri 

aşağıdakılardır: 

 



milli iqtisadiyyatın müdafiəsi üçün idxalın birbaşa məhdudlaşdırılması. 

Bunun  üçün  idxalın  lisenziyalaşdırılmasmdan  və  kontingentləşməsindən, 

antidempinq və kompensasiya rüsumlarından, minimum idxal qiymətlərindən və 

s. istifadə olunur

 

kontingentləşdirmə  -  xarici  ticarətin  dövlət  tərəfindən  kontingent 



adlandırılan  ixrac  və  idxal  kvotalarının  müəyyənləşdirilməsi  vasitəsilə 

tənzimlənməsi  formalarından  biridir.  Kontingent  (latınca  contingens  -  paya 

düşən) - xarici ticarətdə bəzi malların ölkəyə gətirilməsi və ölkədən çıxarılması 

yaxud müəyyən dövlətlərə tranziti üzrə çəki yaxud dəyər vahidi ilə ifadə olunmuş 

ən yüksək hədd nonnasının müəyyənləşdirilməsidir; 

 



idxalın  birbaşa  məhdudlaşdırılmasına  yönəlməsə  də,  təsiri  nəticəsində 

xarici  ticarəti  çətinləşdirən  inzibati  rəsmiləşdirmələr.  Bunlara  gömrük 

rəsmiləşdirmələri,  sanitariya  və  baytarlıq  normaları,  texniki  standartlar  və  s. 

daxildir. İdxal üzrə xarici iqtisadi siyasət öz hərəkətlərində ölkə iqtisadiyyatında 

idxalın  rolunu  nəzərə  almalıdır.  Birincisi,  idxal  dövlətin  gömrükdən 

daxilolmalarının  ənənəvi  mənbəyidir;  ikincisi,  antiinhisar  alət  və  ölkədə 

buraxılan mallar üçün rəqabət yaradan elementdir; üçüncüsü (bu isə başlıcadır), 

idxal əhalinin ölkədə istehsal olunmayan mallara tələbatının ödənilməsini təmin 

edir. 

Xarici  investisiya  siyasəti  xarici  investisiyaların  ölkə  ərazisinə  cəlbi  və 

onlardan  istifadə  olunması,  öz  investisiyalarının  ölkədən  xaricə  çıxarılmasının 

tənzimlənməsi üzrə tədbirlər kompleksidir. İnvestisiya - investorun mənfəət əldə 

etmək  məqsədi  ilə  sahibkarlıq  fəaliyyət  obyektlərinə  qoyduğu  əmlak  və  əqli 

mülkiyyət  dəyərlərinin  bütün  növləridir.  İnvestisiyalarda  əsas  rolu  kapital 

oynayır. Sözün dar mənasında, kapital — gəlir əldə olunması üçün təyin olunan 



86 


puldur.  Kapital  idarəçilik  və  mənfəət  üzərində  hüquqların  əldə  edilməsi  üçün 

müəssisənin  yaradılmasına  (birbaşa  investisiyalar),  qiymətli  kağızların 

alınmasına  (portfel  investisiyaları)  yaxud  faiz  ödənilməsi  şərtilə  kreditə  verilə 

(kredit kapitalı) bilər. 



Xülasə 

 



ölkənin xarici iqtisadi əlaqələri - BİM-in tərkib hissəsi olmaqla, özündə 

ölkənin  ticari,  istehsal-sənaye,  elmi-texniki,  maliyyə,  əqli  və  başqa  əlaqələrini 

(məsələn,  işçi  qüvvəsinin  hərəkəti,  işgüzar  səfərlər  və  səyahətlər  sahələrində) 

birləşdirir.  Bütün  bu  əlaqələr  və  münasibətlər  beynəlxalq  ticari-  iqtisadi 

əməkdaşlıq adlandırılan mürəkkəb və qlobal kompleks təşkil edir. Bu sistemin 

mərkəzi həlqəsi mallar və xidmətlərlə ticarətdir; burada investisiyalar mühüm yer 

tutmağa başlamışdır. 

 



BİƏ  predmetinin  başa  düşülməsi  üçün  müvafiq  düşüncə  aparatını 

mənimsəmək,  xarici  əlaqələrin  həm  özünün  müxtəlif  formalarını,  növlərini  və 

əlamətlərini,  həm  də  xarici  iqtisadi  əməliyyatlarla  məşğul  olan,  o  cümlədən 

əcnəbi  tərəfdaşlarla  müxtəlif  işgüzar  əməliyyatlar  aparan  və  müqavilələr 

bağlayan mütəxəssisin spesifik lüğətinə daxil olan anlayışları bilmək lazımdır. 

 



İstənilən  xarici  fonua  (əməliyyat)  konkret  münasibətlərin  (əlaqələrin) 

meydana çıxmasını şərtləndirən müxtəlif növ tənzimləyicilərin (qaydaların) təsiri 

altında formalaşır və həyata keçirilir. Onların xüsusiyyətləri və yaranma mənbəyi 

müxtəlif olsa da, başlıcası, dövlət tərəfindən fəal tənzimləmədir. Buna görə də 

həmişə  dövlətin  xarici  iqtisadi  siyasətinin  nəzərə  alınması,  onun  əsaslarının 

nəzərdən  keçirilən  sahədə  dövlətin  kompleks  fəaliyyəti  kimi  öyrənilməsi 

zəruridir. 

 



Rusiya  təşkilatlarının  xarici  iqtisadi  fəaliyyətini  tənzimləyən  əsas 

normativ  aktlar  (qanunlar,  qərarlar)  Rusiyanın  Ali  Soveti  tərəfindən  1991- 

1993-cü  illərdə  ölkənin  transformasiyasının  əsas  mərhələsində  qəbul 

olunmuşdur. Sonrakı illərdə müəyyən dəyişikliklər edilmiş, 8 dekabr 2003-cü il 

tarixli 164-03 №-li «Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin əsasları 

haqqında» Federal Qanun qəbul olunmuşdur. Rusiyada xarici iqtisadi və gömrük 

tənzimlənməsinin  bazası  gömrük-tarif  sistemi  və  bu  sahədə  dövlət  siyasətidir, 

onun mərkəzi elementi isə RF-in 21 may 1993-cü il tarixli 5003-1 №-li «Gömrük 

tarifi haqqında» Qanunu və 28 may 2003-cü il tarixli 61-03 №- 

87 



li  Gömrük  Məcəlləsidir  (Gömrük  İttifaqı  yaradıldıqdan  sonra  onu  Avrasiya 

İqtisadi  Birliyinin Dövlətlərarası  Şurasının dövlət başçıları səviyyəsində qərarı 

ilə  qəbul  olunmuş  Gömrük  İttifaqının  Gömrük  Məcəlləsi  haqqında  Müqavilə 

əvəz etmişdir). Bir çox hallarda dövlət qeyri-tarif, məsələn, 8 dekabr 2003-cü il 

tarixli  165-03  №-li  «Mallar  idxal  edilərkən  xüsusi  müdafiə,  antidempinq  və 

kompensasiya  tədbirləri  haqqında»  Federal  Qanunu  əsasında  tənzimlənmə 

metodlarından  istifadə  edir.  Tez-tez  kvota  və  lisenziyaların  tətbiqi  vasitəsilə 

miqdar  məhdudiyyətləri  tətbiq  olunur.  Proteksionizm  aləti  qismində  vergi 

siyasətindən,  idxal  rüsumlarının  artırılmasından  və  s.  istifadə  edilir.  Belə  ki, 

2008-2010-cu illərdəki böhran zamanı köhnə avtomobillərin ölkəyə gətirilməsinə 

görə  idxal  rüsumlannm  artırılması  üzrə  birmənalı  qəbul  olunmayan  tədbirlər, 

habelə  bir  sıra  başqa  proteksionist  hərəkətlər  həyata  keçirilmişdi.  Qeyd 

olunmalıdır  ki,  hökumətlərin  bu  cür  hərəkətləri  konyunktura  xarakteri  daşıyır, 

konkret  vəziyyətdən  irəli  gəlir  və  bir  qayda  olaraq,  fors-major  şəraiti  aradan 

qaldırılanadək qüvvədə olur. 

Yoxlama sualları 

1. Xarici iqtisadi əlaqələrin mahiyyəti və məzmunu nədən ibarətdir

onların təsnifatı necədir, növləri və formaları hansılardır? 

2'. Dövlətin xarici iqtisadi siyasəti necə formalaşır, onun məzmunu, 

prinsipləri yə məqsədləri nədən ibarətdir? 

3. Xarici iqtisadi əlaqələr necə tənzimlənir? 



Referatların mövzuları 

1.

 



Xarici iqtisadi siyasət nəzəriyyəsi və Rusiyanın xarici iqtisadi əlaqələri 

2.

 



Xarici iqtisadi əlaqələrin tənzimləyiciləri 

88 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə