Əliyev Rəşad Babas əlim İqtisadi t əhlük əsizliyin t əmin edilm əsind ə gömrük xidm ətinin rolu prof



Yüklə 381,21 Kb.
səhifə1/5
tarix21.10.2017
ölçüsü381,21 Kb.
  1   2   3   4   5


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ”
ƏLİYEV RƏŞAD BABASƏLİM OĞLU

(MAGİSTRANTIN A.S.A.)
İQTISADİ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİNDƏ GÖMRÜK XİDMƏTİNİN ROLU”
mövzusunda

MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adı 060401 Dünya iqtisadiyyatı

İxtisasın şifri və adı Gömrük işi

Elmi rəhbər Magistr proqramının rəhbəri

(A.S.A., elmi dərəcə və elmi adı) (A.S.A., elmi dərəcə və elmi adı)

Elmi rəhbər: i.e.d.,prof. A.Ş.Şəkərəliyev
Kafedra müdiri: i.e.d.,prof. A.Ş.Şəkərəliyev ____

(A.S.A., elmi dərəcə və elmi adı)


BAKI-2016
GİRİŞ

I FƏSİL:İQTİSADİ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİNDƏ GÖMRÜK XİDMƏTİNDƏN İSTİFADƏNİN NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI.

1.1. İqtisadi təhlükəsizlik anlayışı, onun nəzəri və metodoloji aspektləri.

1.2.İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin rolunun artması.
II FƏSİL:İQTİSADİ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİNDƏ GÖMRÜK XİDMƏTİNDƏN İSTİFADƏNİN MÜASİR VƏZİYYƏTİ VƏ ONUN QİYMƏTLƏNDİRİLMƏSİ.

2.1.İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin mövcud durumu və onun müqayisəli təhlili.

2.2.İqtisadi təhlükəsizliyin təmin edilməsinə gömrük xidmətindən istifadənin təsir mexanizmi.
III FƏSİL:İQTİSADİ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİNDƏ GÖMRÜK XİDMƏTİNDƏN İSTİFADƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ.

3.1.İqtisadi təhlükəsizliyin təmin edilməsi və daxili bazarın qorunmasında gömrük xidmətinin rolunun artması.

3.2.Müasir şəraitdə iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin qanunvericilik bazasının təkmilləşdirilməsi.


NƏTİCƏ VƏ TƏKLİFLƏR

ƏDƏBİYYAT SİYAHISI

GİRİŞ

Mövzunun aktuallıgı. Ulu öndər Heydər Əliyevin söylədiyi fikir bizim dissertasiya işinin aktuallığı üçün zəngin bir xəzinədir. “Gömrük xidməti hər bir müstəqil dövlətin əsas atributlarından biridir”. (15, s.3)

Dünya ölkələrində gömrük xidməti xüsusi səlahiyyətli dövlət idarəetmə orqanı olduğu kimi Azərbaycan Respublikasında da bu xidmət bu qaydadadır və gömrük xidməti əsasında idarəetmə qəbul edilir.

Bazar iqtisadiyatına keçid dövrünün inkişaf dövrünü nəzərə alsaq deyə bilərik ki, bugün iqtisadi təhlükəsizlik çox önəmli rol oynayır. İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətinin özünəməxsus yeri vardır. Beləki, gömrük xidmətinin inkişaf etdirilib, təmin olunması həm milli, həm də iqtisadi təhlükəsizliyin həyata keçirilməsində çox önəmli yerə malikdir. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, dissertasiya mövzusu çox aktualdır.

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər yuxarıda qeyd etdiyimiz kimi ilk növbədə strateji milli maraqların müdafiəsinə xidmət edir və aşağıdakı istiqamətləri özündə əks etdirir:



  • davamlı iqtisadi artımın təmin edilməsi;

  • milli iqtisadiyyatın, o cümlədən sahələr üzrə məhsul istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi;

  • əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, etibarlı məşğulluğun təmin edilməsi, əhalinin gəlirlərinin artırılması.

Müstəqillik əldə etdikdən sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də islahat və innovasiyaların yarandığı bir dövr başlamış oldu. Beləki, bu islahatlar Azərbaycanın dünya və Avropa iqtisadiyyatına inteqrasiya olunmasına, beynəlxalq aləmin bərabər hüquqlu üzvünə çevrilməsinə və s. təkan vermişdir. Məhz bunun nəticəsidir ki, hazırda ölkəmizin ümumi daxili məhsulun 84%-dən çox hissəsi özəl bölməyə aiddir.

Sözsüz ki, iqtisadiyyatımızın belə sürətlə inkişafı onun təhlükəsizliyinin təmin olunmasını tələb edir. Ümumiyyətlə, bu proses çox çətin və uzun müddətli bir prosesdir. Dünyada hər bir ölkənin özünəməxsus milli təhlükəsizlik konsepsiyası vardır. Bu da həmin ölkənin keçdiyi inkişaf yolundan və spesifik cəhətlərindən asılıdır.

Gömrük orqanlarının əsas vəzifəsi ölkənin iqtisadi təhlükəsizliyini təmin etməkdir. Bu ümumi anlayışı olduqca konkret məzmun daşıyır. Buna görə də gömrük orqanlarının fəaliyyətini qiymətləndirmək üçün ən üstün vaxt vahidi ilə orta gəlir seçilir. Həmçinin Azərbaycan gömrük orqanlarının qarşısında yeni vəzifə yaranır - inteqrasiyanın vəzifəsi beynəlxalq əməkdaşlıq prosesində dövlətin iqtisadi təhlükəsizliyinin təminatının gücləndirilməsi üçün gömrük-hüquq sahəsinin tənzimlənməsi.

İqtisadi təhlükəsizliyin təmin edilməsinin konkret vasitələri və mexanizmlərini müəyyənləşdirərkən ilk növbədə nəzərə almaq lazımdır ki, ölkənin iqtisadi maraqlarına təhlükə törədən daxili və xarici mənbədən olan bəzi tendensiyalar mövcuddur və onun qarşısının alınması üçün uzun müddətli tədbirləri özündə əks etdirən iqtisadi siyasət həyata keçirilməlidir. İqtisadi təhlükəsizliyə daxili və xarici mənbədən olan təhlükənin neytrallaşdırılmasına yönəlik iqtisadi siyasətin müvəffəqiyyəti ilk növbədə dövlət hakimiyyətinin möhkəmləndirilməsindən, güclü cəmiyyətin və iqtisadiyyatın formalaşmasından əhəmiyyətli dərəcədə asılıdır.

Belə ki, ölkəmizin milli iqtisadi təhlükəsizliyi iqtisadiyyatın inkişaf səviyyəsindən, sosial inkişaf istiqamətindən və ölkənin təhlükəsizliyinin təmin olunmasından asılıdır.

Dövlət gömrük orqanları vasitəsilə xarici ticarət fəaliyyətinin tənzimlənməsinə nəzarət etməlidir, bununla yanaşı prioritet iqtisadi metodların hüquqi metodların üzərində aparılmasına üstünlük verməlidir. Təsərrüfat fəaliyyətinin yeni şəraitində dövlət nəzarəti xarici ticarət fəaliyyəti sahəsində büdcənin doldurulma mənbəyi kimi ona mane olmamalıdır, əksinə xarici ticarətin inkişafına kömək etməlidir.

Mövzunun aktuallığı, eləcə də ondan ibarətdir ki, son vaxtlar gömrük qanunvericiliyində, gömrük ittifaqının təhsillə bağlı mühüm dəyişikliklərə məruz qalması diqqətdə olmuşdur.

Azərbaycanda həyata keçirilən islahatlar, qlobal şəkildə xarici iqtisadi fəaliyyət sahəsinə və gömrük tənzimlənməsi sisteminə toxunmuşdur .

1980-cı ilin II-ci yarısından başlayan bazar iqtisadiyyatının islahatları özünün başlıca istiqamətlərindən biri kimi, xarici ticarət fəaliyyətinin liberallaşdırılmasını güman edirdi.

Hal-hazır ki, mövzu, eləcə də onunla aktualdır ki, son vaxtlar , gömrük qanunvericiliyi və gömrük ittifaqı təhsillə bağlı mühüm dəyişikliklərə məruz qalmışdır.

Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli “Milli təhlükəsizlik haqqında” Qanunun 17-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının milli iqtisadiyyatının və iqtisadi münasibətlərinin inkişafına təhlükə yaradan daxili və xarici amillərdən qorunmasıdır.

Qanunda Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin olunmasının əsas istiqamətləri kimi aşağıdakılar qeyd edilir:

1)Dövlətin iqtisadi potensialının artırılması;

2)Təbii ehtiyyatların energetika əsaslarının, tranzit imkanlarının qorunması;

3)Daxili və xarici maliyyə ehtiyyatlarının ölkə iqtisadiyyatına yönəldilməsi;

4)Büdcə vəsaitlərinin və dövlət ehtiyyatlarının səmərəsiz istifadəsinə yol verilməməsi;

5)Bank sisteminin təkmilləşdirilməsi;

6)İqtisadiyyatda dövlət idarəetməsinin təkmilləşdirilməsi və s. (6, s.5)

Gömrük xidmətinin təmin olunması iqtisadi təhlükəsizlik üçün əsas şərtdir. Belə ki, istər ölkəyə daxil olan, istər də ölkədən xaric olan hər bir malın iqtisadiyyat üçün təhlükəsi vardır. Yəni, hətdən artıq malın daxil və ya xaric olması, əksinə, lazımi səviyyədən az malın daxil və ya xaric olması, habelə, qadağan olunan malların (Məsələn, silah, narkotik maddələr və s.) ölkəyə daxil olması ölkə iqtisadiyyatının zəifləməsi və çökməsi üçün zəmin yaradır. Bütün bunların tənzimlənməsi gömrük xidmətinin üzərinə düşür.

Gömrük orqanlarının fəaliyyətində bir çox nöqsan və çatışmazlıqlar hələ də mövcuddur: gömrük xidməti və gömrük nəzarətinin texniki vasitələrlə təchiz edilməməsi, ilk informasiyanın gömrük xidməti tərəfindən təkmilləşməmiş istifadəsi, və s.

Bütün bu hallar, necə deyərlər, "varlığı" dövlətin və cəmiyyətin iqtisadi təhlükəsizliyini yüksək dərəcədə aşağı salır.

Dövlət inhisarında sistemin demontajı xarici ticarətin gömrük-tarif tənzimlənməsinin normal təcrübəsinə gətirib çıxartdı, bu da gömrük siyasətinin əsas istiqaməti demək idi.

Bu sahədə tədqiqatlar aparan görkəmli alim, professor A.Şəkərəliyevin fikrinə əsasən qeyd edə bilərik ki, “Gömrük siyasəti ölkənin iqtisadi təhlükəsizliyin təmin edilməsinə xidmət etməlidir....” (46, s. 6)

Ölkəmizdə həyata keçirilən gömrük siyasəti ölkədaxili bazarın beynəlxalq normalara uyğunlaşması və milli iqtisadiyyatın inkişafının təmin olunması və s. kimi məsələlər üzərində hazırlanmışdır.

Ümumilikdə, tədqiqat işinin aktuallığını nəzərə alsaq belə bir fikri qeyd etmək məqsədəuyğun sayılardı: gömrük xidməti iqtisadi təhlükəsizlikdə beynəlxalq ticarət əlaqələri zamanı qarşıya çıxa biləcək riskin aradan qaldırılmasıdır.

Son illərdə gömrük işi və gömrük siyasəti dövlətin daxili və xarici siyasətinin tərkib hissəsinin istiqamətlərini, onların əhəmiyyətini artırmaqnan məşğuldur.

Gömrük siyasəti, həm ölkə daxilində, həm də onun xarici iqtisadiyyatının formalaşmasında, iqtisadi əlaqələrin yaradılmasında əsas amil kimi çıxış edir

Tədqiqatın məqsəd və vəzifələri. Azərbaycan Respublikasında iqtisadi təhlükəsizliyin təmin edilmə yollarını araşdırmaq və bu sahədə gömrük xidmətinin yerini müəyyənləşdirmək. Tədqiqatın əsas məqsədi ölkənin iqtisadi təhlükəsiszliyin təmin olunmasında gömrük xidmətinin analiz və sintez fəaliyyət mexanizminin və inteqrasiya proseslərinin, bazar iqtisadiyyatının fəaliyyətinin inkişafı planının və bazar münasibətlərinə keçidin təkmilləşdirməsi üzrə təkliflərin hazırlamasıdır. Dissertasiyanın məqsədindən irəli gələn aşağıdakı vəzifələr var.

1. Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmini istiqamətində yürüdülən dövlət siyasəti yollarını müəyyənləşdirmək.

2. İqtisadi təhlükəsizliyin təmin edilməsində qarşıya çıxan problemlərin təzahür xüsusiyyətlərini araşdırmaq.

3. Gömük xidmətinə nəzarətin təmin olunması yolları müəyyənləşdirmək.

4.İqtisadi təhlükəsizliyin səmərəli təşkilində gömrük xidmətinin rolu müəyyənləşdirmək.

5. İqtisadi qloballaşma şəraitində gömrük xidmətindən istifadənin üstün cəhətlərini aydınlaşdırmaq.



Tədqiqatın obyekti-

Tədqiqatın obyekti: İqtisadi təhlükəsizliyin təmin edilməsi, tədqiqatın subyekti-gömrük orqanlarıdır.

Tədqiqatın predmeti: İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətinin rolu.

Problemin öyrənilmə səviyyəsi. Bu sahədə olan həm Azərbaycan, həm də dünya təcrübəsinin öyrənilməsi. Tədqiqat işilə bağlı A.Əliyevin, A.Şəkərəliyevin, M.İ. Qrankinanı, K.A. Strelnikovanın, V.K.Sençaqovun, L.İ.Abalkinin və başqalarının əsərlərini qeyd edə bilərik. Belə ki, müasir ədəbiyyatda gömrük orqanlarına iqtisadi təhlükəsizliyin təmin edilməsinə lazımi qədər yer ayrılmamışdır.

Tədqiqatın nəzəri və metodoloji əsasları: Dissertasiya nəzəri cəhətdən müvafiq mövzularda mənbə kimi istifadə oluna bilər. Tədqiqat işi xarici ticarət əlaqələrinin tənzimlənməsinin klassik və müasir nəzəriyyələri, xarici və ölkə iqtisadçılarının əsərləri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, eləcə də, digər rəsmi sənədlər təşkil edir. Metodoloji əsaslar isə müşahidə, müsahibə və sənədlərin araşdırılması metodları təşkil edir.

Tədqiqatın informasiya bazası: İqtisadiyyat və Sənaye Nazirliyinin və Dövlət Gömrük Komitəsinin hesabatları, statistik məcmuələr və mühüm elmi ədəbiyyat, internet resursları və təhlil materialları təşkil edir.

Tədqiqatın elmi yeniliyi. Aprılmış araşdırmalar bir daha sübut edir ki, iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətinin özünəməxsus mövqeyi var. Bu da tədqiqat işinin elmi yeniliyini zənginləşdirir. Bu müddəalar aşağıdakılardan ibarətdir:

  1. Gömrük orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində iqtisadi təhlükəsizliyinin təmin edilməsinin məqsədi dövlət strategiyasının və iqtisadi siyasətin səmərəliliyinin artırılması, gömrük xidməti (GX) inkişafı, xarici ticarətin hərtərəfli inkişafıdır gözlənilməlidir;

  2. Gömrük orqanları vahid dövlət hakimiyyəti mexanizmindən idarə edilməlidirlər;

  3. Gömrük xidməti ölkənin konkret məqsədlərə nail olmaq üçün dövlətin sosial-iqtisadi institut kimi dövlətlə bazar arasında real şəraitə, “vasitəçi” yə çevrilməlidir;

  4. Gömrük orqanlarının işçilərinə verilən səlahiyyətdə inventarlaşdırma və təhlil aparmaq lazımdır;

  5. Cinayətlərin qarşısının alınması üzrə gömrük fəaliyyəti sahəsində dövlətin rolunun gücləndirilməsi. Dövlət azadlığı lazımdır, dövlət əsas islahatçı olmalıdır;

  6. GX çərçivəsində gömrük fəaliyyəti sahəsində cinayətlərlə mübarizədə vahid proqramın hazırlanması;

  7. Gömrük orqanlarının təkmilləşdirilməsi və texniki bazasının genişləndirilməsi;

  8. Gömrük fəaliyyətinin avtomatlaşdırılması və texnologiyaların yeni sistemlərinin işlənməsi, əmtəə istehsalının və kağızdan istifadə etmədən elektron sistemi texnologiyasına keçid;

  9. Gömrük orqanlarında həyata keçirilən islahatlar haqqında xalqın maarifləndirilməsi üzrə işlərin sistemli aparılması;

  10. Texnologiyanın təkmilləşdirilməsi üçün gömrük ödənişlərinin tam həcmdə büdcəyə daxil olması, və nəzarətin olması;

  11. Tam gömrük rəsmiləşdirilməsi ilə malların gömrük prosedurlarının eyni zamanda sadələşdirilməsi və unifikasiyası;

  12. Hüquq-mühafizə orqanı kimi gömrük xidmətinin rolunun artırılması; üslub və idarəetmə metodlarının təkmilləşdirilməsi, gömrük xidmətinin şaquli və horizontal bütün struktur bölgü üzrə aparılması.

  13. İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin təsir mexanizmlərindən biri də gömrük sərhəd nəzarətində texniki vasitələrdən istifadədir. Bu mexanizm mallar və nəqliyyat vasitələri barədə məlumat əldə etmək, malların eyniləşdirilməsində, bölünən və radioaktiv materialların keçirilməməsidə, gömrük qaydalarının yenidən işlənilməsi;

  14. Ölkəyə idxal və ixrac olunan malların rüsumları haqqında qərarların yenidən işlənilməsi;

  15. Hər bir məhsul üçün müəyyən olunmuş rüsumlar həm ölkənin iqtisadi inkişafını, həm də təhlükəsizliyini təmin etməlidir;

  16. Ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün əsas vasitələrdən biri də gömrük orqanlarının güclü struktura malik olmasıdır.

Tədqiqatın praktik əhəmiyyəti: Gömrük işinin təşkili ixtisasında keçiləcək mövzu kimi daxil edilə bilər. Tədqiqat işində olan yenilikləri nəzərə alsaq deyə bilərik ki, gömrük xidmətinin təmin edilməsində inkişafa müsbət təsir edilə bilər.

Tədqiqat işinin həcmi və strukturu. Dissertasiya işi giriş, üç fəsil, altı yarımfəsil, nəticə və istifadə olunmus ədəbiyyat siyahısından ibarətdir.


I FƏSİL: İQTİSADİ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİNDƏ GÖMRÜK XİDMƏTİNDƏN İSTİFADƏNİN NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI.

    1. İqtisadi təhlükəsizlik anlayışı, onun nəzəri və metodoloji aspektləri.

İqtisadi təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsi olmaqla yanaşı ölkənin iqtisadi müstəqilliyini təmin edir. Beləki, “iqtisadi təhlükəsizlik” termini leksikonmuza müstəqillik əldə etdikdən sonra daxil olmuşdur. Hər sahədə (təhsil, səhiyyə, siyasi sahə və s.) aparılan islahatlar iqtisadi sahəya da təsir edirdi. Təbii ki, bu sahədəki islahatları və müstəqilliyi qorumaq üçün onun təhlükəsizliyi vacib məsələ idi. Beləliklə, Milli təhlükəsizlik qanununa iqtisadi təhlükəsizlik məsələsi də daxil edildi.

İqtisadi təhlükəsizlik problemi cəmiyyətin inkişafının tarixi dönəmlərində mərhələli şəkildə təzahür etmişdir. Ümumiyyətlə, iqtisadi təhlükəsizlik problemi bütün dövrlərdə daxili və xarici şəraitin təsiri altında formalaşır. Bu baxımdan hər bir dövlətin müstəqilliyi, mövcud ictimai-siyasi, sosial-iqtisadi şəraiti və onun xüsusiyyətləri iqtisadi təhlükəsizlik probleminin spesifik mahiyyətini şərtləndirir.

Akademik Z.Ə.Səmədzadənin fikrincə desək:”iqtisadiyyatı inkişafının stimullaşdırılması son dərəcə vacib bir məsələ olub mütləq şəkildə dövlət yardımını tələb edir. Bu həmişə belə olmuş, əminəm ki, yeni əsirdə də belə olacaqdır. Təbiidir ki, hər bir ölkənin milli iqtisadiyyatının tənzimlənməsinə özünəməxsus yanaşması mövcuddur. Yeni yaranmış müstəqil ölkələrdə liberal iqtisadiyyatın formalaşdırılması vacibdir. Şübhəsiz ki, bu liberallığında hədləri olmalıdır və bu göstəricinin kritik hədlərinin yüksəlməsi arzuolunmaz nəticələr verə bilər. Daxili bazarın qorunması istənilən sivilizasiyalı dövlətin başlıca vəzifəsidir. Müasir dünyada bazarlar uğrunda mübarizə kəskin xarakter aldığından bu sahədə düşünülmüş iqtisadi mexanizmlərdən istifadə edilməsi vacibdir. Ona görə də gömrük, pul-kredit siyasətinin təkmilləşdirilməsi, iqtisadiyyatın dollarlaşmasının aşağı salınması ilə bağlı müdafiə tədbirlərinin həyata keçirilməsi vacibdir. Odur ki, qanunvericilik çərçivəsində milli iqtisadiyyatın stimullaşdırılmasının prinsipial istiqamətlərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.” (44, s.85)

Akademik Z.Ə.Səmədzadənin fikirlərilə razılaşaraq qeyd etmək istərdik ki, ölkənin iqtisadi təhlükəsizliyi həm stimullaşma, həm də qorunma mexanizmlərini təmin edir.

Dünya təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizlik səviyyə baxımından beynəlxalq (qlobal və regional), milli, lokal (regional və ya iqtisadiyyatın sahə quruluşu üzrə) və xüsusi aspektdə (firma və şəxsi) kimi təsnif edilir.

Beynəlxalq iqtisadi təhlükəsizlik dövlətlərarası razılaşmalar sistemini özündə əks etdirərək, dünya birliyinə üzv olan hər bir dövlətə öz sosial-iqtisadi inkişaf strategiyasını seçmək və həyata keçirmək imkanı qazanır.

İqtisadi təhlükəsizliyin ən mühüm elementini ölkənin iqtisadi sahədə milli maraqlarının çevik və effektiv şəkildə qorunması təşkil edir. Beləki, iqtisadi təhlükəsizlik əsasən istehsal sistemlərinin səmərəli fəaliyyəti ilə xarakterizə olunur.

Müasir şəraitdə hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi dövlətin ən mühüm funksiyalarından biri hesab edilir.

“İqtisadi təhlükəsizlik” anlayışı strateji əhəmiyyətli kateqoriya olmaqla, bütövlükdə müasir cəmiyyətin ictimai və siyasi həyatının mühüm və ayrılmaz tərkib elementini təşkil etməklə dövlətlərin daxili və xarici siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Bu baxımdan müasir şəraitdə dünyanın inkişaf etmiş sənaye nəhənglərinin milli təhlükəsizlik strategiyalarının ağırlıq mərkəzini iqtisadi təhlükəsizliyin təmin edilməsi təşkil edir.

Yuxarıda qeyd etdiyimiz kimi, milli təhlükəsizlik anlayışı iqtisadi təhlükəsizlik anlayışından daha geniş mənaya malik olmaqla yanaşı, özündə hərbi, ekoloji, informasiya, energetika və s. kimi təhlükəsizlik komponentlərini birləşdirir. Yalnız təhlükəsizlik sisteminin səmərəli qurulması üçün onun iqtisadi aspektləri olmadan keçinmək və bu prosesi təmin etmək mümükün deyildir.

Müəllifin fikrini ümumilləşdirsək belə qənaətə gələ bilərik ki, əslində milli iqtisadi təhlükəsizlik ölkənin daxili ehtiyyatları hesabına daxili və xarici mənbədən formalaşan neqativ təzahürlərin neytrallaşdırılmasını və bununla cəmiyyətdə siyasi və iqtisadi sabitliyin təmin olunmasını özündə əks etdirir.

Müəllifin fikrinə istinadən deyə bilərik ki, iqtisadi təhlükəsizlik həm ictimai istehsal prosesinə, həm də daxili və xarici faktorların təsirini neytrallaşdırmaq imkanına malikdir. Ölkə daxilində əgər bu məsələlərə nəzarət olunmasa, təbii ki, həmin ölkənin iqtisadiyyatı təhlükə qarşısında olar.

İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizlik anlayışını xarakterizə etməzdən əvvəl onun mühüm komponentləri olan milli-dövlət maraqları və iqtisadi məqsədlər üzərində dayanmaq zəruridir. Təbii ki, bu maraqlar ölkənin sərhədləri çərçivəsində mövcud olaraq fəaliyyət göstərir. Ölkənin milli-dövlət maraqları ilk növbədə dövlətin suverenliyini və müstəqil inkişafını beynəlxalq mövqeyini, beynəlxalq ticarətdə, beynəlxalq maliyyə və bank sistemində, qiymətli kağızlar bazarında və s. yerini özündə əks etdirir.

Həqiqətəndə milli iqtisadiyyatın ən mühüm keyfiyyət parametrlərindən biri də dayanıqlılıqdır. Belə ki, dayanıqlı iqtisadiyyatın formalaşması əhalinin sosial ehtiyaclarını ödəmək, bütün sahələrdə təkrar istehsalı təmin etmək imkanı verir.

Amma iqtisadi təhlükəsizliyin təmin edilməsini yalnız dayanıqlılıq faktoru ilə əlaqələndirmək yalnış fikir olardı. Dayanıqlılıq iqtisadi təhlükəsizlik sisteminin çox önəmli bir elementini təşkil etsə də digər vasitələrin təsirini unutmaq olmaz. Belə ki, inkişafa nail olmadan, iqtisadi artımı təmin etmədən təhlükəsiz iqtisadiyyat formalaşdırmaq mümkün deyildir.

Akademik L.İ.Abalkin iqtisadi təhlükəsizliyi – milli iqtisadiyyatın müstəqilliyini təmin edən faktorların, o cümlədən stabil və davamlı inkişafın məcmusu kimi dəyərləndirmişdir. (57, s. 57)

Belə ki, L.İ.Abalkin öz növbəsində iqtisadi təhlükəsizliyi müstəqilliyini təminatçısı və stabil və davamlı inkişafın məcmusu kimi qiymətləndirmişdir. Yəni bir ölkənin iqtisadiyyatı müstəqildirsə mütləqdir onun təhlükəsizliyi təmin edilsin və sözsüz ki, iqtisadiyyatın müstəqilliyi də ölkənin stabil və davamlı inkişafına təsir göstərir.

Rus iqtisadçı V.K.Sençaqov iqtisadi təhlükəsizliyi– milli iqtisadiyyatın və dövlət hakimiyyətinin qarşılıqlı inteqrasiyası kimi xarakterizə edir. V.K.Sençaqovun fikrincə iqtisadi təhlükəsizlik–iqtisadiyyat və hakimiyyət strukturlarının elə bir vəziyyətidir ki, bu zaman ölkənin sosial təmayüllü inkişafı, milli maraqları, müdafiə potensialı təminatlı şəkildə müdafiə edilir. (76, s.12)

Akademikin fikrinə əsasən deyə bilərik ki, iqtisadi təhlükəsizlik ölkənin sosial təmayüllü inkişafı, milli maraqları, müdafiə potensialı kimi izah olunur. Bu da iqtisadiyyatın hakimiyyətə qarşılıqlı inteqrasiyası əsasında mümkündür.

İqtisadi təhlükəsizliyin təmin edilməsinin konkret vasitələri və mexanizmlərini müəyyənləşdirərkən ilk növbədə nəzərə almaq lazımdır ki, ölkənin iqtisadi maraqlarına təhlükə törədən daxili və xarici mənbədən olan bəzi tendensiyalar mövcuddur. Bütün bunlar qarşısının alınması üçün uzun müddətli tədbirləri özündə əks etdirən iqtisadi siyasət həyata keçirilməlidir. İqtisadi təhlükəsizliyə daxili və xarici mənbədən olan təhlükənin neytrallaşdırılmasına yönəlik iqtisadi siyasətin müvəffəqiyyəti ilk növbədə dövlət hakimiyyətinin möhkəmləndirilməsindən, güclü cəmiyyətin və iqtisadiyyatın formalaşmasından əhəmiyyətli dərəcədə asılıdır.

Müasir şəraitdə, xüsusilə qloballaşma proseslərinin təsirinin güclənməsi iqtisadi təhlükəsizliyin, cəmiyyətin və dövlətin ictimai-siyasi həyatındakı rolunu davamlı olaraq artırır. Belə ki, hər bir ölkənin milli iqtisadiyyatının təhlükəsiz fəaliyyət göstərməsi üçün dövlət tərəfindən zəruri tədbirlər sisteminin həyata keçirilməsi tələb edilir.

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər yuxarıda qeyd etdiyimiz kimi ilk növbədə strateji milli maraqların müdafiəsinə xidmət edir və aşağıdakı istiqamətləri özündə əks etdirir:


  • davamlı iqtisadi artımın təmin edilməsi;

  • milli iqtisadiyyatın, o cümlədən sahələr üzrə məhsul istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi;

  • əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, etibarlı məşğulluğun təmin edilməsi, əhalinin gəlirlərinin artırılması.

Xalq təsərrüfatının sahə strukturu baxımın iqtisadi təhlükəsizliyin formalarını aşağıdakı kimi təsnif etmək olar:

  • maliyyə, investisiya təhlükəsizliyi;

  • enerji təhlükəsizliyi;

  • ərzaq təhlükəsizliyi.

Maliyyə təhlükəsizliyi iqtisadi təhlükəsizliyin ən mühüm tərkib hissəsi olmaqla yanaşı, müasir şəraitdə yeni iqtisadi inkişaf kursunun hazırlanmasında xüsusi yerə malikdir.

Enerji təhlükəsizliyi – inkişaf etmiş ölkələrin təcrübəsində yeni xammal mənbələri uğrunda həyata keçirdikləri siyasi, hərbi və iqtisadi savaşların strateji məqsədini təşkil edir. Bu baxımdan inkişaf etmiş ölkələrdə enerji təhlükəsizliyinə xüsusi önəm verilir.

Ərzaq problemi bütün zamanlarda özünü biruzə versə də, dünya təcrübəsində Fransa-İngiltərə yüzillik müharibəsi dövründə qabarıq şəkildə təzahür etmişdir. İqtisadi təhlükəsizliyin əsas formalarından biri olan ərzaq təhlükəsizliyi cəmiyyət üzünün hər bir üçün önəmli problemdir.

Aparılan araşdırmalar nəticəsində deyə bilərik ki, iqtisadi təhlükəsizliyin elmi-nəzəri məsələlərini, o cümlədən ona yanaşmaları və problemin mahiyyətini üç aspektdə qruplaşdırmaq olar.

Birinci qrup müəlliflər, (L.Albakin və başqaları) iqtisadi təhlükəsizlik anlayışını ölkənin milli iqtisadiyyatını daxili və xarici mənbədən formalaşan zərərli tendensiyalardan qorumaq üçün zəruri olan şərtlərin məcmusu kimi dəyərləndirirlər.

İkinci qrup müəlliflər, (Sençaqov və başqaları) iqtisadi təhlükəsizliyi milli iqtisadiyyatın mövcud durumunun ölkənin həyati əhəmiyyətli maraqlarını müdafiə etmək iqtidarında olması kimi xarakterizə edirlər.

Üçüncü qrup müəlliflər, iqtisadi təhlükəsizliyi iqtisadiyyatın imkanlarının beynəlxalq münasibətlər səviyyəsində ictimai tələbatın səmərəli şəkildə ödənilməsinə imkan verməsi kimi xarakterizə olunur.

Fikrimizcə, iqtisadi təhlükəsizlik-ölkənin iqtisadi sahədə strateji əhəmiyyətli milli maraqlarının qorunması, iqtisadiyyatın daxili və xarici mənbələrdən olan təhlükələri neytrallaşdırmaq, istehsalın rəqabət qabiliyyətini yüksəltmək və davamlı, geniş, təkrar istehsalı təmin etmək, daxili bazarın xarici rəqabətini bəzi təzahürlərdən səmərəli şəkildə müdafiə etmək kimi xarakterizə edilməlidir.

Deməli, milli iqtisadiyyatın formalaşması, onun təhlükəsizliyinin tənzimlənməsi istiqamətləri bir-birini tamamlayan – iqtisadi siyasət və iqtisadi təhlükəsizlik, vahid ayrılmaz sistemə malikdir.

İqtisadi təhlükəsizlik Qərb ölkələrinə nisbətən ölkəmizdə yeni anlayış hesab edilir. İqtisadi təhlükəsizlik, tənzimləmənin obyekti kimi aşağıdakı üç istiqamətlərdə həyata keçirilir: 1. Beynəlxalq iqtisadi təhlükəsizlik; 2. Milli iqtisadi təhlükəsizlik; 3. Xüsusi iqtisadi təhlükəsizlik.

İqtisadi təhlükəsizliyin subyektləri qanunvericilik, icraedici, məhkəmə qanunları, vergi, gömrük xidmətləri, milli məclisin müvafiq komissiyaları, banklar, bircalar, sığorta və pensiya kompaniyaları, ictimai istehlakçılar təşkil edirlər və bütün hallarda iqtisadi təhlükəsizliyin tənzimləyicisi dövlət hesab edilir.

Beləliklə, iqtisadi təhlükəsizlik şəraitində ölkə öz suveren inkişaf yolu ilə sosial-iqtisadi qüdrətini getdikcə daha da möhkəmləndirmiş olur.

Azərbaycanın iqtisadi alimləri N.Məmmədov və M.Bərxudarovun “İqtisadi təhlükəsizlik” adlı dəsliyində qeyd olunur ki, milli iqtisadi təhlükəsizlik milliiqtisadiyyatın inkişaf səviyyəsindən və ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsindən, milli mənafeyin əsas götürülməsindən, millətin mənəviyyatın sağlam və ya qeyri-sağlamlığının inkişaf istiqamətindən, müdafiə potensialının istifadə edilməsi bacarığından və s. asılıdır. (33, s.108)

Başqa sözlə desək, iqtisadi təhlükəsizlik- yalnız milli maraqların qorunması demək deyil, həm də iqtisadiyyatın inkişafı, cəmiyyətin sosial-siyasi sabitliyinin qorunması üzrə milli maraqların reallaşması və müdafiəsi mexanizmlərini yaratmaq yaratmaq qabiliyyətini ifadə edir.

Hər bir ölkə üzrə iqtisadi təhlükəsizliyin qiymətləndirilməsi üçün dünya təcrübəsində bir çox metodlardan istifadə edilir. Daha geniş yayılmış metodlar isə aşağıdakılardır:


  1. Ekspert qiymətləndirilmə metodları.

  2. Statistik təhlil metodları.

  3. Nəzəri-oyun metodları.

  4. Qeyri-dəqiq sistem nəzəriyyəsi metodları.

Aparılan araşdırmaların sonunda deyə bilərik ki, iqtisadi təhlükəsizlik özündə investisiya, innovasiya, energetika, elmi-texniki, informasiya, maliyyə, kredit-bank sisteminin, fond bazarının, xarici iqtisadi fəaliyyətin, iqtisadiyyatın maddi sferasının və s. təhlükəsizliklərini birləşdirir.

Rus iqtisadçı O.A.Belkovun fikrincə iqtisadi təhlükəsizlik, xalqın dövlət vasitəsilə suveren surətdə, kənardan heç bir müdaxilə və təzyiq olmadan öz iqtisadi inkişafının yol və formalarınımüəyyən etdiyi vəziyyətdir. (60, s.23)

Prof. Y.A.Oleynikova görə isə ölkənin iqtisadi təhlükəsizliyi onun xalq təsərrüfatının və regionlarının iqtisadi metodlarla mütərrəqi inkişafını və müvafiq müdafiəsini təmin etmək mümkünlüyü ilə səciyyələnir.(63, s. 129)

P.Q.Belov isə iqtisadi təhlükəsizliyi konkret olaraq “...... xoşagəlməz amillərin təsiri şəraitində iqtisadi, sosial-siyasi və sabitliyi təmin edən iqtisadi inkişaf səviyyəsi” kimi izah edir. (61, s.225)

M.İ.Qvardeytsev, P.Q.Kuznetsov, V.A.Rozenberq isə iqtisadi təhlükəsizliyi “.....iqtisadi sistemin əhalinin həyat fəaliyyəti üçün normal şərait yaratmaq, xalq təsərrüfatının inkişafını resurslarla daim təmin etmək, eləcə də ölkənin milli-dövlət maraqlarını ardıcıl olaraq reallaşdırmaq qabiliyyətini müəyyən edən ən mühüm keyfiyyət xarakteristikası” kimi dəyərləndirirlər. (62, s.148)

İqtisadi təhlükəsizlik haqqında bir sıra yerli və xarici iqtisadçı alimlərin əsərləri araşdırılıb və aşağıdakı ümumiləşdirmələr aparılıb:

-“... iqtisadi sistemin dinamik inkiş etməsinə, sosial məsələləri səmərəli həll etməyə, eləcə də dövlət tərəfindən sərbəst iqtisadi siyasətin işlənməsinə və həyata keçirilməsinə imkan verən vəziyyət”. (58, s.47)

- “... milli mənafeləri müdafiə etməyə, yeridilən siyasətin sosial yönümlüyünə, iqtisadiyyatın, ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə olmasına imkan yaradan iqtisadi vəziyyət”. (77, s.208)

- “... milli iqtisadiyyatın müstəqilliyini, onun sabitliyini və dayanıqlığını, daim yeniləşmə və öz-özünə təkmilləşmə qabiliyyətini təmin edən şərt və amillərin məcmusu” (62, s.37)

Aparılan araşdırmalar nəticəsində müəyyən etdik ki, iqtisadi təhlükəsizlik sisteminə İqtisadi təhlükəsizlik konsepsiyası, İqtisadi təhlükəsizliyin təşkili, İqtisadi təhlükəsizliyin hüquqi təminatı, İqtisadiyyat sferasında təhdidlər, İqtisadi təhlükəsizlik indikatorları və İqtisadi təhlükəsizliyin astana kəmiyyətləri daxildir.

Bu sistemdə öz növbəsində İqtisadiyyat sferasında milli maraqları təşkil edir.

Azərbaycan Respublikasının yalnız iqtisadi deyil, həm də siyasi təhlükəsizliyi üçün təhlükə yaradan ən ciddi iqtisadi xarici problemlərdən biri də xarici borc problemidir. Xarici borcun yüksək səviyyədə olması dövlətin öz milli maraqlarında müstəqil xarıcı siyasət aparmaq imkanlarını şübhə altına alır, çünki ölkə daim aparıcı kreditorlarının fikrini nəzərə almalıdır.

Dövlətin və cəmiyyətin iqtisadi təhlükəsizliyi və milli maraqları üçün təhlükə yaradan bir sıra daxili amillər vardır ki, bunlarda aşağıdakı kimi təsnif edilə bilər:


  • iqtisadiyyatın inhisarlaşmasının yüksək səviyyəsi;

  • infrastruktur obyektlərinin kifayət qədər inkişaf etməməsi və dayanıqlı olmaması;

  • iqtisadiyyatın keçmişdən miras qalmış deformasiyası;

  • inflyasiyanın yüksək səviyyəsi;

  • milli təsərrüfat sahələrinin çoxunun texnoloji baxımdan geridə qalması, yüksək enerji tutumluluğu və resurs tutumluluğu ilə bağlı aşağı rəqabət qabiliyyətliliyi;

  • ölkə əmtəə istehsalçılarının, xüsuilə istehlak məhsulları istehsalçılarının daxili bazardan xaricifirmalar tərəfindən sıxışdırılması;

  • mineral-xammal bazasının zəif öyrənilməsi və resursların təsərrüfat dövriyyəsinə cəlb olunma imkanlarının məhdudluğu;

  • ölkənin elmi-texniki vəziyyətinin pisləşməsi, elmi-texniki inkişafın ayrı-ayrı sahələrində, o, cümlədən xarici və başqa fəaliyyət sahələrinə “beyin axını” nəticəsində aparıcı mövqelərin itirilməsi, intellektual əməyin prestijinin aşağı düşməsi;

  • idarəetmə qərarlarının qəbul edilməsi zamanı region separatizmi və sahə lobbizminin yüksək səviyyəsi tendensiyasının mövcudluğu;

  • gəlirlərin kütləvi gizlədilməsi və vergidən yayınmalar;

  • əsaslı xərclərə deyil, cari xərclərə üstünlük verilməsi;

  • sosial münaqişələrin o, cümlədən əməyin haqqının ödənilməsi mexanizminin qeyri-kamilliyi, işsizliyin artması, təhsilin keyfiyyətinin və səviyyəsinin aşağı düşməsi səbəbindən, yaranmasına potensial təhlükə;

  • iqtisadiyyatın idarə edilməsi sahəsində kriminallaşma və korrupsiya;

  • hüquqi qanunvericiliyin qeyri-kamilliyi;

  • investisiya fəallığınn aşağı olması;

  • bazar agentlərinin maliyyə və müqavilə intizamının aşağı olması;

  • maliyyə vəsaitlərinin qeyri-qanuni xaricə köçürülməsi.

Belə ki, hər bir dövlətin daxili təhlükələrindən ən vacibi ölkədə işsizliyn artmasıdır. Sözsüz ki, bu vəziyyət işsizlik kütləvi və durğun səciyyə daşımağa başlayanda ölkə iqtisadiyyatı üçün xüsusi təhlükə doğurur.

İqtisadi nəzəriyyə və politologiya iqtisadi təhlükəsizliyin əsasını təşkil edən sahələrdir. İqtisadi təhlükəsizlik anlayışı özündə iqtisadi asılılıq, sabitlik, iqtisadi təzyiq, iqtisadi təxribat, iqtisadi suverenlik və başqa kateqoriyaları cəmləşdirib.

İqtisadi təhlükəsizlik anlayışı ümumi və geniş məfhumdur. Ona görə də beynəlxalq və regional iqtisadi təhlükəsizliyi, milli iqtisadi təhlükəsizliyi, habelə ölkə daxilində müəssisələrin və fərdlərin iqtisadi təhlükəsizliyini bir- birindən fərqləndirmək lazımdır.

Aparılan araşdırmalar nəticəsində deyə bilərik ki, amerika mütəxəssisləri iqtisadi təhlükəsizliyi ən azı iki şərtlə əsaslandırırlar:

1.Ölkənin iqtisadi müstəqilliyini saxlamaq, təsərrüfatın inkişafına aid qərarların qəbul edilməsi qabiliyyətini itirməmək;

2.Əhalinin əldə edilmiş həyat səviyyəsini saxlamaq və sonralar onu yüksəltmək imkanı.

Bildiyimiz kimi hər bir anlayışın, hər bir vəzifənin yerinə yetirilməsində özünəməxsus prinsiplər mövcuddur. Bu prinsiplər vəzifənin yerinə yetirilməsinin dolğuluğunu, etibarlılığını, ədalətliliyini və s. təmin edir. Belə ki, iqtisadi təhlükəsizlik prinsipləri də hər şeydən əvvəl vətəndaşların, cəmiyyətin və dövlətin mühüm həyatı mənafelərini əhatə etməlidir. Onların tələbatlarının daha yaxşı və etibarlı ödənilməsi ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasından asılıdır.

Qeyd edə bilərik ki, Respublikamızda iqtisadi təhlükəsizliyin təmin olunmasını əsasən aşağıdakı prinsiplərlə həyata keçirirlər:



  • Respublikanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında Konstitusiyaya və onun qanunlarına riayət olunmalıdır;

  • İqtisadi təhlükəsizlik vahid dövlət siyasətinə əsaslanmalıdır və onun təmin olunması istiqamətləri tarazlaşdırılmada və əlaqələndirilmədə müstəsna rola malik olmalıdır;

  • İqtisadi təhlükəsizliyin təmin olunmasında dövlət orqanları arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və həmin orqanların bir- birini qarşılıqlı surətdə operativ məlumatlandırması;

  • İqtisadi təhlükəsizliyin təminatı ilə fəaliyyətin həyata keçirilməsinə nəzarət;

  • Beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya;

  • İnsan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti.

İstər iqtisadi təhlükəsizliyin təmin olunması prinsiplərinə nəzarət edən orqan, istərsə də təhlükəsizlik sisteminin layihəsini verən komitə özləri də bir sıra prinsiplərə ciddi riayət etməlidirlər:

  • Əhatəlilik və operativlik: Əhatəli siyasi kursun formalaşdırılması dövlət səviyyəli tərəflərin təhlükəsizliklə bağlı maraqlarının hərtərəfli ifadə edilməsinin və bu maraqların vasitələrə və imkanlara uyğunlaşdırılmasının ən yaxşı yoludur.

  • Müzakirə və razılıq: Müzakirələrin aparılması və razılıq yollarının axtarılması geniş dəstəklənən və səmərəli həyata keçirilən təhlükəsizlik sistemlərinin hazırlanması üçün vacibdir.

  • Təhlükələrə böyük diqqət yetirilməsi : BMT-nin Təhlükələr, Risklər və Mümkün Hallar üzrə Ali Komissiyasının Hesabatında adı çəkilən təhlükələr də daxil olmaqla təhlükələrin böyük bir qisminə diqqət yetirilməlidir: iqtisadi və sosial təhlükələr (dövlətlərarası münaqişələr, dövlətdaxili münaqişələr, terrorizm, transmilli cinayətkarlıq, iqtisadiyyatın artım dinamikası, yoxsulluğun səviyyəsi və.s).

  • Şəffaflıq: Hazırlanma prosesinin şəffaflığı xüsusi maraqların, ayrı-ayrı nazirlərin və ya təhlükəsizlik orqanlarının maraqlarının son nəticədə üstünlüyünün qarşısını alır.

  • Daimi nəzarət və təhlükələrin qiymətləndirilməsi: Daimi komitə mövcud təhlükəsizlik sistemi ilə inkişaf etmiş milli və beynəlxalq mühit arasındakı uyğunluğa daimi nəzarət etməlidir. Nəzarət orqanları nəzarət komitələrinin riayət etdiyi prinsiplərə riayət etməlidir.

  • Beynəlxalq təsəvvürlər : Dövlətlər bir-birindən təcrid olunaraq mövcud olmadıqları üçün, heç bir dövlət ayrıca “milli”və “iqtisadi” təhlükəsizlik siyasəti hazırlaya bilməz. Dövlətin təhlükəsizliklə və ya iqtisadiyyatla bağlı çoxmillətli təşkilatlara və ya qruplara üzv olması labüddür.

  • Beynəlxalq hüquqa hörmət : Təhlükəsizlik sistemində dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərini , o cümlədən ümumi qəbul olunmuş məcburi qanunlar nəzərə almalıdır.

Onu da qeyd edək ki, iqtisadi təhlükəsizlik sisteminin kəmiyyət parametrləri vaxt etibarilə beynəlxalq hərbi və siyasi vəziyyətdən, bu və ya digər təhlükənin yaranması ehtimal dərəcəsindən, elmi-texniki yeniliklərdən, əhalinin, cəmiyyətin və dövlətin yeni tələblərindən asılı olaraq dıyişir. İqtisadi təhlükəsizlik üzrə astana kəmiyyətlərinin iqtisadiyyatın inkişafının faktiki və yaxud proqnozlaşdırılan səviyyə və xarakterindən mənfi istiqamətə kənarlaşması belə təhlükəsizliyin zəifləməsini göstərir və vəziyyətin nizamlanması üçün xüsusi o cümlədən dövlət tədbirlərinin həyata keçirilməsini tələb edir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizlik milli iqtisadiyyatın müstəqilliyini, dayanıqlığını, və daima təkmilləşmə qabiliyyətini təmin edir.

Qeyd etmək lazımdır ki, iqtisadi təhlükəsizlik xalqın müstəqil olaraq xaricdən heç bir təzyiq və müdaxilə olmadan öz iqtisadi inkişafının forma və yollarının müəyyən edilməsi vəziyyətidir. Ölkənin iqtisadi təhlükəsizliyi dedikdə onun elə vəziyyəti başa düşülür ki, orada zəruri maliyyə, istehsal, əmək, intellektual potensialı, onun effektiv funksiyalaşmasına təminat verən istehsalat təşkili sistemi olsun. O, ölkənin iqtisadi-sosial inkişafı ilə bağlıdır. İqtisadi təhlükəsizlk strategiyasının realizə edilməsi milli təhlükəsizliyin ümumi məqsədlərinə nail olmaq üçün maddi şərtlərin təminini zəruri edir. Azərbaycan Respublikası daxili və xarici iqtisadi siyasət aparmaqla ölkənin təhlükəsizliyini təmin edir.

Aparılan təhlillər nəticəsində qeyd edə bilərik ki, ölkə üzrə iqtisadi təhlükəsizliyin məqsədi hər şeydən əvvəl dövlətin milli marağını qorumaq olmalıdır.


: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə