42
Pauzanı saxlamaq - ilk baxışdan bu fənd, son dərəcə asan
görünə bilər. Axı susmaqdan rahat nə ola bilər? Yaşar pauzadan-
mənalı gərgin sükutdan bir tamaşada çox istifadə etmir, onun
dəyərini qoruyur. Çünki bir dəfə, özü də obrazın hadisələrlə bağlı
ən gərgin epizod yerində istifadə edilən sükut, tamaşaçıya uzun-
uzadı monoloqlardan daha çox şey "deyir". Yaşarın ustadı Tofiq
Kazımov tamaşalarını (illah da ki, İlyas Əfəndiyevin lirik-psixoloji
dramları əsasında qoyulanları...) bu cür "çoxdanışan sükutlarla"
özünəməxsus ifadəliklə zənginləşdirirdi. Məncə Yaşar da ustadının
həmin fəndini məharətlə mənimsəyib, bundan səmərəlicəsinə fay-
dalanıb və ona öz şəxsi "rəngini" verib. Seyrçilərlə ünsiyyətə arxa-
lanaraq, Yaşar Nuri bu fəndi ("mənalı sükutu") qarşılıqlı dialoqun
əməli vasitəsinə çevirir. Bu, vasitəyə xüsusi ilıqlıq, istilik verən
həmsöhbətlərinin zövqünə inam və birgə yaradıcılığına çağırışdır.
Tamaşanın ilk anlarından qəhrəmanını birmənalı təqdim elə-
yən Yaşar, xüsusi dəqiqliklə onun (personajının) xasiyyətnaməsini
səhnəyə hər yeni gəlişində təsdiqləyir, rəngarəngləşdirir və ta-
maşanın, təxminən, ortasında obrazı seyrçilərin "köhnə tanışına"
çevirir”.
Firəngizlə olan sevgi
İlham Rəhimli Yaşar Nurinin teatrdakı fəndlərindən söz
açdı. Mən həyatdakı fəndlərindən danışacam. Rəhimə ilə evlilik-
lərindən iki qızları oldu. Yaşar Nuri ailəyə, qadınına sadiq bir in-
san idi. Sevgisi iki qütbə ayrılmışdı – sənəti və ailəsi. Heç birini o
birindən ayrı təsəvvür edə bilmirdi.
Amma sağlığında özünün də dediyi kimi, insanın qəlbində
elə bir sevgi olur ki, onunla dərdləşə bilirsən. Yəqin düşünəcəksi-
niz ki, bu Firəngiz xanım Mütəllimova ilə olan sevgisidir. Bəlkə də,
hə, bəlkə də, yox, amma bu sevgi vardı, indi də Firəngiz xanım Ya-
şar Nurini çox sevdiyini etiraf edir, amma hər kəs öz aləmində bu
43
sevgiyə istədiyi donu geyindirir. Yaşar Nuri isə bayaq dediyim ki,
bunu dərdləşdiyi sevgi hesab edirdi.
Firəngiz xanım deyir, o qədər çox sevirəm ki, Yaşarı, bir dəfə
hətta Rəhiməyə də dedim, iki qızınız var, biri olsun mənim, ver
mən baxım, o birinə də sən. Ailədə sədaqətə, inama baxın ki, təkcə
Rəhimə xanım bu sevgiyə onun əyninə biçilmiş donu geyindirə
bilib və bu səbəbdən münasibətlərdə problem yaranmayıb.
İçki, serroz, 4 illik xəstəxana həyatı
Azərbaycan kinosunda dürlü-dürlü obrazlar yaradıb. Komik
rolu da var, faciəlisi də. Hər birində də özünəməxsus çalarlar.
“Mozalan” satirik kinojurnalında yaratdığı hər obraz özü bir
kinodur. Teatrda, kinoda, “Mozalan”da, televiziyada yaratdığı bü-
tün obrazlar, onun sənətdəki əməyinin qiyməti 1981-ci ildə SSRİ-
nin əməkdar artisti fəxri adından tutmuş, 2011-ci ildə 60 yaşında
ona verilən “Şöhrət ordeni”nə qədər layiqli dəyərini alıb.
İnsan həyatının müəyyən bir dönəmində bəzən bilərəkdən,
bəzən bilmədən istəmədiyi yola düşə bilir. Yaşar Nuri ağıllı, şü-
urlu surətdə içki həvəskarı idi. Yeyib-içən oğlan idi – özünün təbi-
rincə ifadə eləsək. Bunun ona əksər hallarda ziyanı dəyirdi. İçkili
olduğuna görə bəzən çəkiliş təxirə salınırdı.
Bir dəfə dövlət televiziyasında yeni il şənliklərində Şaxta ba-
ba rolunda ikən içkili olması, həmin şənliyin çəkiliş prosesini
tamam əngəlləmişdi, bununla belə həmkarları, rejissorlar onu o
qədər məhəbbətlə sevirdilər ki, güzəştə gedirdilər. Kimsə ona dərs
vermək fikrinə belə düşmürdü ki, içmə, yaxud az iç. Buna Yaşar
Nuri özü rəvac verməmişdi ki, kimsə bu cəsarətli addımı ata bilsin.
Amma bu aludəçilik artdıqca öz izini, nəinki onun işində,
səhhətində qoymağa başlayırdı. Səhhət əldən gedirdi.
İlk dəfə qaraciyərində yaranan problem ona yeni ciyər köçü-
rülməsi ilə sonunclandı. Hamı belə başa düşdü ki, bu xəstəliyin
sonudur, yəqin Yaşar Nuri qalan həyatını sağlam, içkisiz keçirər.
44
Onunla eyni vaxtda müğənni Baloğlan Əşrəfova da qaraciyər
köçürülmüşdü. İkinci hələ də sağ-salamatdır. Yaşar Nuri isə heç bir
çərçivəyə sığmayan insan olduğundan, həkimin verdiyi məslə-
hətlərin tam əksinə həyat tərzi seçdi, daha doğrusu, əvvəlki həyat
tərzini davam etdirdi. Nəticədə, xalq artistimiz dörd il özü demiş,
xəstəxanların fəxri sakininə çevrildi.
Haqqında dörd-beş dəfə ölüm xəbəri yayıldı. Kim idi bu
xəbəri yayan, hardan qaynaqlanırdı belə xəbər? Bəlli deyildi. Bəlli
olan o idi ki, aktyor, həqiqətən də, bu dörd ildə, əslində, çox ölüb-
dirildi. Gah aparatın köməkliyi ilə, gah da onu sevənlərin sevgisi
sayəsində həyata qayıdırdı, tam bərpa olunmaq isə mümkünsüzdü
görünür.
Sonuncu görüşümü xatırlayıram Yaşar Nuri ilə. “Şöhrət
ordeni” almışdı, səhəri gün özü Milli Dram Teatrının qarşısna
gəlmişdi, əlində əsa. Teatrın qarşısındaca stul vermişdilər, əyləşib
ona gələn təbrikləri qəbul edirdi.
Səhhəti ilə maraqlandım. Dedi ki, səkkiz dondurmanı birdən
yediyi üçün bütün nəfəs yolları, o cümlədən, köçürülmə ciyəri so-
yuqlayıb. Adam bunu elə dedi ki, elə bil, qəhrəmanlıq edib, yəni
ölümün özü onun üçün qorxulu deyildi. İnsan 60 yaşını qeyd
etməyə hazırlaşırdı, amma daha çox 80-90 yaşlı adam təsiri ba-
ğışlayırdı, artıq o dünyaya hazır adam.
Həm də sabaha ümidi vardı, inanmırdı belə tezliklə bu
dünya ilə vidalaşa bilər. Qəribədir, elə bilirdi ki, ölümə də meydan
oxuya bilər.
Dörd dəfə ölüm xəbəri
“4 ildir bu xəstəliklə əlləşirəm. Amma yorulmaq olmaz, yo-
rulmaq mənlik deyil. Həyatda yorula bilərəm, səhnədə yox... İkin-
cisi də, lazım olmasan, gərək özün yavaş-yavaş gedəsən. Mən səh-
nəyə çıxarkən alqışlanıram. Bilirsinizmi, səni növbəsiz mağazaya
buraxarlar, qırmızı işıqda keçəsən bağışlayarlar, amma tamaşaçı
Dostları ilə paylaş: |