Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə16/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

 
52 
“Fəryad”  filmindən  çox  sonralar  isə  belə  bir  hadisə  olub. 
Məlik  Dadaşov  instituta  gedəndə  “Malakan”  bağının  yanında  bir 
qadın onu görüb qışqırmağa başlayır. “Ay camaat, bu adam ermə-
nidi”,  –  deyib  camaatı  yığır  başına.  Bu  zaman  bir  əsgər  aktyora 
yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu 
üçün  aktyoru  tanıya  bilməmişdi.  Qadın  isə  dediyinin  üstündə 
təkid  edirdi:  “Mən  onu  televizorda  görmüşəm,  o,  erməni  hərbçi-
dir”.  Axırda aktyor  əsgərə  deyir:  “Bala,  mən  azərbaycanlıyam, er-
məni  yox.  Sən  cavansan,  məni  tanıya  bilməmisən.  Mən  tanınmış 
aktyoram.  Sadəcə  filmdə  erməni  obrazını  yaratdığım  üçün  qadın 
məni qarışıq salıb”. 
Daha bir maraqlı məqam yenə “Fəryad” filmi ilə əlaqədardır. 
Filmin  premyerasında-sırada  ondan  arxada  oturan  tamaşaçılar 
qulağı eşidə-eşidə Məlik Dadaşovu söyürmüşlər. Elə bil onlarla bir 
zalda  əyləşən  aktyor  Məlik  Dadaşov  deyil,  erməni  yaraqlısının 
özüdür.  Evə qayıdanda aktyor  qızı  Gülnarədən soruşub  ki, rolum 
xoşuna  gəldi?  Qız  cavab  verib  ki,  ata  çox  əclaf  bir  obraz  yaratmı-
san.  Aktyor  “Sən  də  nifrət  etmisənsə  atana,  demək  obraz  yaxşı 
alınıb” deyib. 
  
 
Onu teatrdan kim qaçaq saldı 
  
Uzun  çəkişmələrdən  sonra  bir  gün  Məlik  Dadaşov  Milli 
Dram  Teatrını  tərk  etməli  olur.  Ona  görə  uzun  çəkişmələr  dedim 
ki, bu  tərk etmə qərarı birdən-birə verilmir, vəziyyət bunun üçün 
yetişir.  Onda  teatrın  direktoru  Həsənağa  Turabov  idi,  amma  əs-
lində  Məlik Dadaşovun teatrdan getmə səbəbkarı Turabov deyildi. 
Qızı Gülnarə atasının teatrdan getmə səbəbini o vaxtkı mədəniyyət 
naziri Polad Bülbüloğlu ilə bağlayır. 
 Amma Milli Teatrdan uzaqlaşdırılan Məlik Dadaşov hərdən 
səhnəsində  bəzi  obrazlar  yaratdığı  Rus  Dram  Teatrına  direktor 
göndərilir.  Görünür,  bu  da  bir  gediş  idi,  çünki  cəmi  iki  il  sonra 
aktyoru burdan da təqaüd adı ilə çıxardılır işdən. 


 
53 
Gülnarə Dadaşovanın dediklərindən: 
“Atamı  xoşagəlməz  kommersiya  əməliyyatında  əli  olmaqda  
günahlandırırdılar.  Bunun  üçünsə  heç  bir  əsas  yox  idi.  Çünki  əsl 
yaradıcı  insan  olan  Məlik  Dadaşov  kommersiya  məsələlərini  o 
qədər də bilmirdi. Onu teatrdan uzaqlaşdırdılar. Hətta aktyor kimi 
fəaliyyət göstərməsinə belə imkan vermədilər. 1991-ci ildə təqaüdə 
göndərdilər”. 
Aktyor bundan çox böyük zərbə alır və işemiya keçirir. İki ay 
xəstəxanada  yatır  Məlik  Dadaşov.  Müalicədən  sonra  Həsənağa 
Turabov  onu  yenidən  “Azdrama”ya  dəvət  edir.    Sənətkarı  yalnız 
sənətkar anlaya bilər. Həsənağa Turabov nazirliyin təhriki ilə Mə-
lik  Dadaşovu  teatrdan  uzaqlaşdırmışsa  da,  çox  keçmədən  bu  gü-
nahı içində daşıya bilmədiyindən onu geriyə, teatra qaytarır.  Artıq 
Məlik Dadaşov tək aktyor kimi yox, rejissor kimi də fəaliyyət gös-
tərməyə başlayır.  Bir müddət sonra aktyor könüllü şəkildə  yalnız 
müəllimlik fəaliyyəti ilə məşğul olub teatrdan uzaqlaşır. 
Artıq  içində  hər  şeydən,  hamıdan  –  zamandan,  məkandan, 
teatr, kino rəhbərlərindən, özündən, dünyadan belə incikliyi vardı 
Məlik  Dadaşovun. Ürək hər gün yeni sarsıntıların qurbanı olurdu.  
Səhhəti onsuz da qaydasında deyildi. Bir gün də Tədris Teat-
rında  tələbələrlə  “Arşın  mal  alan”ı  məşq  edirmiş.    Başı  ağrıdığı 
üçün zalda oturub mizan verirmiş tələbələrə, özü səhnəyə çıxmır-
mış  ki,  qalxsa  ayağa,  təzyiq  onu  yıxar.  Verdiyi  epizodu  isə  tələbə 
ürəyincə  göstərə  bilmir,  aktyor  özünü  unudub  qalxır  ayağa,  çıxır 
səhnəyə.  Həmin  epizodu  necə  eləmək  lazım  olduğunu  göstərmək 
istəyəndə    müvazinətini  itirib  yıxılır.  Gicgahı  yaxınlıqdakı  stolun 
küncünə dəyir. Onu xəstəxanaya çatdırırlar, bundan sonra altı gün 
yaşayır  böyük aktyor.  Altı gün ərzində dili də tutulur.  Eşidir, gö-
rür,  amma  danışa  bilmir.  Axırıncı  gün qızından qələm-dəftər istə-
yir. Yazır ki, məni Dram Teatrından götürməsinlər. Kimlərisə dəf-
ninə  buraxmamağı  xahiş  edir.  O  adamların  adını  yazır  ki,  onlar 
damla-damla  Məlik  Dadaşovu  bu  son  yataq  vəziyyətinə  təhrik 
ediblər. Hər halda o, belə düşünürdü.  70 yaşı vardı, ikinci nikah-


 
54 
dan  olan  qızı  xərçəngdən  dünyasını  dəyişəndə  Məlik  Dadaşov 
“mən artıq yaşaya bilməyəcəm” demişdi. 
1996-cı ildə 72 yaşında dünyasını dəyişən aktyorun dəfnində 
çox adam vardı. Oğlu Rafael Dadaşov yox idi, incik ata ilə oğul son 
məqamda  da  halallaşmamışdılar.  Bir  də  xanımı  Dolares  əlindəki 
siyahıda kimlərin adı vardısa, onları buraxmadı dəfnə. 
Bir  vaxtlar  müəllimi,  Adil  İsgəndərov  “Axırıncı  aşırım”  fil-
mində  Kərbəlayi  roluna  görə  ona  verilən  mükafatdan  imtina  edə-
rək  “Bu  mükafat  Məlik  Dadaşova  düşür,  Qəmlonu  yaratdığına 
görə” demişdi. 
İnsan  taleyi  belədir,  hansı  məqamdasa  qədri  bilinir,  qiymət-
ləndirilir, hansı məqamdasa çox ucuz tutulur.  Əsas odur özündən 
sonra xəyallarda, düşüncələrdə qala biləsən. Məlik  Dadaşov ikinci-
lərdəndir. Bu gün onun adını çox övladlar daşıyır, onlardan biri də 
öz nəvəsidir, Gülnarə Dadaşovanın oğlu. 
 


 
55 


 
56 
A
A
A
k
k
k
t
t
t
r
r
r
i
i
i
s
s
s
a
a
a
 
 
 
i
i
i
l
l
l
ə
ə
ə
 
 
 
e
e
e
v
v
v
l
l
l
ə
ə
ə
n
n
n
i
i
i
b
b
b
,
,
,
 
 
 
o
o
o
n
n
n
u
u
u
 
 
 
k
k
k
i
i
i
n
n
n
o
o
o
y
y
y
a
a
a
 
 
 
h
h
h
ə
ə
ə
s
s
s
r
r
r
ə
ə
ə
t
t
t
 
 
 
q
q
q
o
o
o
y
y
y
a
a
a
n
n
n
 
 
 
r
r
r
e
e
e
j
j
j
i
i
i
s
s
s
s
s
s
o
o
o
r
r
r
 
 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə