Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə19/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

 
65 
bütün diqqətini özünə cəlb etmişdi. Həsən çəkilişlərdən vaxt tapan 
kimi  bu  qızı  qarabaqara  izləyərdi.  Bunu  görən  rəfiqələri  Lətifəni 
qısqanırdılar.  Artıq  kino  ulduzuna  çevrilmiş  bir  aktyorun  həyat 
yoldaşı  olmaq  o  vaxt  hansı qızın  arzusu  deyildi?!  Bu  minvalla  bir 
ailənin  də  təməli  sevgi  ilə  qoyulur.  Çox  keçmir  ki,  onlara  ev  də 
verilir,  çox  uzaqda  yox,  elə  kinostudiyanın  həyətində  tikilən  yeni 
binalarda. 
Bu illər ərzində Həsən Məmmədov Akademik Teatrda müx-
təlif  obrazlar  yaradır.  1972-ci  ildə  kino  çəkilişlərinin  çoxluğu  ilə 
əlaqədar teatrdan kinostudiyaya işə keçirilir. 
Yaradıcılığının lirika dövrünü isə artıq qəhrəmanlıq obrazları 
əvəz  etməyə  başlayır.  “Arxadan  vurulan  zərbə”  (Qəmərlinski), 
“Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad). 
Öhdəsinə  hansı  obraz  düşürdüsə  onun  Tanrıdan  bəxş  olun-
muş  fakturasına  yaraşırdı.  Azərbaycan  kinosunda  çox  az  tapılan 
gözəl  səs  tembri  vardı.  Ələsgər  Ələkbərovda,  Həsən  Turabovda, 
Məlik Dadaşovda olan səs tembrinin fərqli çalarlarından biri də on-
da  idi.  O  qədər  də  qəddi-qamətli  deyildi,  amma  kamera  önündə, 
obrazda  möhtəşəm  görünürdü.  “Dədə  Qorqud”  (Dədə  Qorqud), 
“Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yed-
di oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Qızıl 
qaz”  (Fərman),  “Bakıda  küləklər  əsir”  (General),  “Alma  almaya 
bənzər”  (Qurban),  “Səmt  küləyi”  (Əlibala),  “İstintaq  davam  edir” 
(Əzimov), “Şahid qız” (polkovnik), “Qəm pəncərəsi” (Məmmədhə-
sən  əmi),  “Papaq”  (Mirzə  Səfər),  “Həm  ziyarət,  həm  ticarət”  (Əli-
murad),  “Zirvə”  (Kamil)  “Bizi  bağışlayın”  (Nəriman).  Siyahını 
ümumilikdə götürəndə adam heç nə demir bu obrazlar, amma bir-
bir  yada  saldıqca bu  qədər  fərqli  xarakterlərin  bir  bədəndə  öz  ək-
sini necə tapdığına təəccüb edirsən. Dədə Qorqud hara, Balaş hara? 
“Papağını  da  götürüb  kontordan  gedən”  Mirzə  Səfər  hara,  Məm-
mədhəsən  əmi  hara?  Eləcə  də  Abbasqulu  ağa  ilə  “Alma  almaya 
bənzər”dəki  Qurban  nə  qədər  təzadlı  obrazlardır.  Bu  xoşbəxtlik 
hər  aktyora  nəsib  olmur.  Hər  aktyor  da  bu  qədər  müxtəlif 
obrazlara öz canını verməyi bacarmır. 


 
66 
 
 
Sevimli müraciəti “Qurban” idi 
 
Ailədə isə artıq iki övlad böyüyür, bir oğlan, bir qız. Ata kino 
ulduzudur.  Ətrafda  hamı  bunu  bilir,  uşaqlar  məktəbdə  əvvəlcə 
qeyri-adi qarşılanırlar. Axı Həsən Məmmədovun övladlarıdır. Yol-
daşları onlara qəribə baxırlar. Bir müddət keçir görürlər ki, onlarda 
qeyri-adi heç nə yoxdur. Əksinə, hansısa mağaza müdirinin övlad-
larının geydiyi pal-paltarı heç onlar yuxularında görmürlər. 
Məktəbə  xüsusi  maşınla  gəlib-gedən  sinif  yoldaşları  onlara 
nağıl  qəhrəmanları  kimi  baxsalar  da  əslində  nağılda  yaşayan 
imkanlı uşaqların özləridir. 
Həsən Məmmədov çox təvazökar insan olub. Onun qədər tə-
vazökar insan çox az tapılar. Sovet vaxtı film qəhrəmanları kolxoz-
lara, zəhmətkeşlərlə görüşlərə gedərdilər, yəni onları aparardılar o 
görüşlərə.  Həsən  Məmmədov  gedib  həmişə  arxada  bir  yerdə 
çəkilib  oturarmış.  Onu  çəkib  irəli  dəvət  edəndə  sifəti  rəng  verib, 
rəng  alırmış.  Heç  vaxt  yaşadığı  zəmanəyə  uyğunlaşmırmış.  Həm-
karlarının  dediklərinə  görə  Həsən  Məmmədovla  dost  olduğuna, 
hətta  təsadüfi  şəkil  çəkdirdiyinə  görə  nələrisə  əldə  edən  insanlar 
var.  Amma  Həsən  Məmmədov  özünə  görə  kimsəyə  ağız  açmağı, 
xahiş  etməyi  xoşlamazmış.  Heç  vaxt  “mənim  yaratdığım  rollar” 
ifadəsini onun dilindən eşidən olmayıb. 
İllər  keçir,  zaman  dəyişir,  insanlar  zamana  adaptasiya  olu-
nur.  Həsən  Məmmədov  dəyişmir.  Sovet  quruluşu  iflasa  uğrayır, 
hər kəs bu dolanbacda nələrsə əldə etməyə çalışır, mənfəət güdür. 
Onun  yenə  halına  təfavüt  etmir,  bacardıqca  filmə  çəkilir,  dostu 
Həsən  Turabovun  dəvəti  ilə  yenidən  qayıtdığı  Akademik  teatrda 
1992-ci il noyabrın 21-dən elə ömrünün sonunadək aktyor truppa-
sında çalışır. 
Heç  vaxt  onun  dilindən  kimsə  sərt  cavab,  təhqir  eşitməyib. 
Olduqca mülayim adam olub. Hamıya “qurban sənə” deyə müra-


 
67 
ciət edirmiş.  Bəzən  onun  “sənə”sini  də  demirdi,  elə  “qurban” for-
masında qalmışdı dilində. 
 
 
Azərbaycan mədəniyyətində ən əxlaqlı adam olub 
 
Yaxın  dostu  kino  adamı  Şeyx  Əbdül  Mahmudov  deyir:  “O 
vaxt kinoya Gürcüstandan, Orta Asiyadan, Baltik yanı respublika-
lardan  aktyorlar  dəvət  olunardı.  Hər  biri  Həsənlə  bir  kadra  çəkil-
disə  heyrətə  gəlirdilər.  Çəkilib  kənara  onun  ustalığına  tamaşa 
edirdilər. Həsən indi sağ olsaydı, dünya kinosu ondan əl çəkməzdi. 
Sovet məkanında onun kimi ikinci aktyor Tixonov hesab olunurdu. 
Bir onu soruşurdu ki, filmi hansı planda çəkirsən? Qalanını özü bi-
lirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə elə-
məlisən. “Kapriz” deyilən bir şey onda yox idi. Çəkilişi qurtarırdı, 
meydançadan getmirdi ki, birdən rejissorun ağlına nə isə gələr la-
zım olaram, bir də niyə arxamca maşın göndərib axtarsın məni. İşə 
gəlmişəm,  çəkilişim  qurtarsa  da  çəkiliş  boyu  burda  olmalıyam. 
Onun qədər ikinci əxlaqlı aktyor yoxdur, içi mən qarışıq. Zarafatı-
mız  vardı,  bir  dəfə  qastrolda  gördüm  ki,  ətrafda  nə  qədər  qadın, 
qız var hamısı bunun əsiridir, bunun heç eyninə deyil. Eyham vur-
dum ki, adə, hərəkət elə, mənə elə acığı tutdu ki, olmayan kimi”. 
 
 
Bütün fəxri adları almışdı  
 
Kino  sənətində  göstərdiyi  xidmətlərə  görə  1971-ci  ildə 
Azərbaycan  Respublikasının  əməkdar  artisti,  1982-ci  ildə  isə  xalq 
artisti  fəxri  adlarına  layiq  görülüb.  “İstintaq”  bədii  filmindəki 
Murad  roluna  görə  SSRİ,  “Birisi  gün  gecə  yarısı”  kino  lentindəki 
Baba  Əliyev  obrazı  üçün  Azərbaycan  SSR  dövlət  mükafatları  ilə 
təltif edilib. 1970-ci ildə “7 oğul istərəm” filmindəki Bəxtiyar roluna 
görə  Respublika  Lenin  komsomolu  mükafatı  laureatı  olub.  Bütün 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə