Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə18/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

 
60 
aktyor  tapıntılarıdır.  Operator  Kənan  Məmmədov  həmişə  Rasim 
Ocaqov məktəbindən bəhrələndiyini deyir. 
Sonuncu filmi “Otel otağı” oldu. Yenə insan mənəviyyatı, in-
sanın iç dünyası filmin əsasını təşkil etdi. Hər filmin bütöv bir fikir
tutarlı söz olması Rasim Ocaqov yaradıcılığının məğzi idi. 
Azərbaycanın  (1967),  Çeçen-İnquş  Respublikasının  əməkdar 
incəsənət xadimi (1964), xalq artisti (1982), Azərbaycanın (1980) və 
SSRİ-nin  (1981)  dövlət  mükafatları  laureatı  Rasim  Ocaqov  7  iyul 
2006-cı ildə 73 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi. 
"Bu gün Azərbaycan kinosundan Rasim Ocaqovun filmlərini 
götürsək, canlı varlıq olan kino yarıçılpaq qalar”. 
Bu  onun  filmlərində  çəkilən  rusiyalı  aktyor  A.Kalyaginin 
fikridir. 
 


 
61 


 
62 
F
F
F
i
i
i
z
z
z
i
i
i
k
k
k
a
a
a
n
n
n
ı
ı
ı
 
 
 
a
a
a
t
t
t
ı
ı
ı
b
b
b
 
 
 
a
a
a
k
k
k
t
t
t
y
y
y
o
o
o
r
r
r
 
 
 
o
o
o
l
l
l
a
a
a
n
n
n
 
 
 
a
a
a
d
d
d
a
a
a
m
m
m
 
 
 
 


 
63 
 
  
 
 
2003-cü  il  fevral  ayının  23-də  Milli  Dram  Teatrının  səhnəsində 
Həsən  Turabovla  vida  mərasimi  idi.  Səhər  hələ  adamlar  toplaşmamışdı. 
Turabovun cənazəsi vida üçün səhnəyə qoyulmuşdu. Zalın düz ortasında 
Həsən  Məmmədov  əyləşmişdi.  Səssiz-səmirsiz  gözlərini  son  dəfə  sevimli 
səhnəyə  “çıxan”  həmkarına  zilləmişdi,  onun  “son  roluna”  baxırdı. 
Baxırdı  və  eynəyinin  altından  dağdan  səssiz-səssiz  qaynayıb  aşağı  yol 
alan bulaq suyu kimi yanaqları boyu göz yaşları axırdı. Və elə bil deyirdi, 
məni də apar, nə xoşbəxtsən, gedirsən, çox çəkməz, gələrəm arxanca. 
Çox  qəribədir,  Turabov  özü  də  getməyə  çox  böyük  yanğı  ilə 
tələsirdi, Həsən Məmmədov da göz yaşları ilə bunu deyirdi. Həm dostuna
həm də özünə ağlayırdı elə bil. Cəmi altı ay sonra avqust istisində səhnədə 
o, özü “son rolunu” oynadı... 
 
 
Əli qabarlı atanın oğlu “qoltuğu papkalı”  
olmaq istəmədi 
 
Sadə  bir  ailədə  dünyaya  göz  açıb.  1938-ci  il  noyabrın  22-də 
Salyan rayonunda  doğulub.  Sovet vaxtı  bu rayona  “Azərbaycanın 
Sibiri” deyirmişlər. Hökumət kimi cəzalandırmaq istəsə, bu rayona 
işləməyə,  ən  yaxşı  halda  uzun  müddətli ezamiyyətə  göndərərmiş. 
Sonralar  bu  rayon  Azərbaycan  elminə,  mədəniyyətinə  çox 
görkəmli şəxsiyyətlər bəxş etdi. O cümlədən Həsən Məmmədovu. 
Həsən Məmmədov Salyanda 2 saylı orta məktəbi 1956-cı ildə 
bitirib.  Sovet  dövrünün  bütün  nümunəvi  gəncləri  kimi  valideyn-
lərinin  istəyinə  rəğmən  Azərbaycan  Dövlət  Universitetinin  (indiki 
Bakı  Dövlət  Universiteti)  fizika-riyaziyyat  fakültəsinə  daxil  olub. 
Əlləri  qabarlı  atası  oğlunu  ali  təhsilli  müəllim  görmək  istəyirdi. 
Düşünürdü  ki,  oğlu  ali  təhsil  almaqla  onun  da  yarımçıq  qalan 
arzularını  həyata  keçirər.  “Əynində  kostyum,  qoltuğu  qovluqlu” 


 
64 
məktəbə gedib-gələr. Daha onun kimi əziyyətlə çörək pulu qazan-
mağa  məcbur  olmaz.  Oğlunun  isə  içində  aktyor  olmaq  yanğısı 
günü-gündən  alovlanırdı.  Nəhayət,  universitetin  2-ci  kursunda 
içindəki  bu  yanğı  onu  ali  ocağı  atmağa  məcbur  etdi.  Artıq  teatr 
dərnəklərində  təcrübə  qazandığından  bu  dəfə  yolunu  teatrlara 
salır. Bir müddət müxtəlif teatrların yardımçı heyətində aktyorluq 
edir.  İstədiyinə  yavaş-yavaş  çatmağa  başlayır.  Qınaqlar,  tənələr 
onu əzsə də artıq sevdiyi işlə məşğul olmağı hər şeyə qalib gəlmə-
sinə kömək olur. 
1958-ci  ildə  Mirzağa  Əliyev  adına  Azərbaycan  Dövlət  Teatr 
İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olan Həsən 
tələbəlik illərində dövlət radiosunda diktor da işləyib (1960-1961). 
1962-ci  ildə  Mehdi  Məmmədovun  kursunu  bitirib  təyinatla 
Akademik Milli Dram Teatrına göndərilir. 
 
 
Ağaməmmədin oğlu Həsəni televizorda göstəriblər 
 
Bu  vaxta  qədər  qəzəbi  soyumayan  ata  hələ  də  oğlunun  o 
yoldan  qayıdacağını  gözləyirdi.  Bir  səhər  eşidir  ki,  rayonda  hamı 
Ağaməmmədin  oğlu  Həsəndən  danışır.  “Zalım  oğlu  yaman  ya-
radıb,  elə  bil  elə  Rüstəm  kişinin  oğludur”,  “hələ  məktəbdə  oxu-
yanda hiss olunurdu ki, ondan bir şey çıxacaq”, “bəxtəvər anasının 
başına,  daha  gözləri  ayaqlarının  altını  görməz”.  “Böyük  dayaq” 
filmindən sonra dillərdə dolaşan bu söhbətlər ata-anasına çatmışdı. 
Üzə  vurmasa  da  Ağaməmməd  kişi  oğlunu  bağışlamışdı,  artıq 
içində bir qürur hissi də baş qaldırmışdı. Oğlu hansı yolu seçməyi 
özü  daha  yaxşı  bilirmiş.  İlk  rolundan  sonra  atasından  xeyir-dua 
alan  Həsən  Məmmədov  bir-birinin  ardınca  dürlü-dürlü  obrazlar 
yaradır.  “Böyük  dayaq”da  Qaraşdan  sonra  “Arşın  mal  alan”da 
Əsgər, “Gün keçdi ”də Oqtay kimi lirik obrazların ifaçısının öz hə-
yatının lirik dövrü gəlib çıxır. 
Kinostudiyanın  yaxınlığında  kirayə  qaldığı  həyətdə  ondan 
başqa  da  tələbələr  qalırdı.  Onlardan  biri-Lətifə  adlı  qız  Həsənin 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə