Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə17/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   13   14   15   16   17   18   19   20   ...   66

 
57 
 
 
 
Azərbaycan  kino  tarixində  saysız  rejissorlar  olub.    “Balaxa-
nıda  neft  fantanı”  müəllifindən  tutmuş  “Dolu”,  “Sübhün  səfiri” 
filmlərini çəkən rejissorlara qədər. Peşəkar filmlər çəkiblər. Ola bi-
lər ki, çəkdikləri filmlər arasında indiyə qədər sevilənləri var. Am-
ma  həmin  rejissorları  ustad  adlandırmaq  olmaz,  çünki  özlərindən 
sonra  nə  onların  yolunu  davam  etdirən  rejissor  var,  nə  də  kəşf 
etdikləri  aktyor.  Hazır  “məhsullardan”  yararlanıb  filmlərini  çə-
kiblər,  vəssalam. Elələri də olub ki, onlarla assisentlik edənlər indi 
peşəkar  rejissorlardır.  Kəşf  etdikləri  aktyorlar  isə    kinomuzun 
inciləri...  
Haqqında söhbət açacağımız rejissor Rasim Ocaqov ikincilər-
dəndir.  O,  yalnız  film  çəkməklə  işini  bitirmiş  hesab  etmədi.  Həm 
film çəkdi, həm də Azərbaycan kinosu üçün peşəkar kadrlar yetiş-
dirdi.  Kəşf  edib  kinoya  bəxş  etdiyi  aktyorlara  hələ  də  çox  böyük 
ehtiyac var. 
Rasim  Ocaqov  təbiətcə  qaraqabaq,  başıaşağı  adam  idi.  Dü-
şüncəli görkəmi vardı. Onu həmişə barmaqlarının arasında siqaret 
nə  isə  düşünən  görərdin.  Özü  heç  vaxt  ünsiyyətə  can  atmazdı. 
Amma onunla ünsiyyət qurmaq da çətin deyildi. Elə ki, səni tanıdı, 
məmnuniyyətlə söhbət edər, isinişərdi. 
Şəkidə dünyaya gəlmişdi.  Uşaqlıqdan foto ilə maraqlanmağa 
başladı. Həvəskar şəkillər çəkirdi, amma arzusu geoloq olmaq idi. 
Bir  dəfə  Şəkiyə  sənədli  film  çəkən  qrup  gəlir.  Bu  vaxt  fotoqrafiya 
ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək 
üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, 
gənc  fotoqraf  bu  sənəti  dərindən  öyrənməyi  qərara  alır.  Orta 
məktəbi bitirdikdən sonra Moskvaya gedir. MÜDKİ-nun kinoope-
ratorluq  fakültəsində  (1951-1956,  B.Qolovnya  və  L.Kosmatovun 
emalatxanası)  təhsil  alır.  1956-cı  ildən  “Azərbaycanfilm”  kinostu-
diyasında quruluşçu-operator kimi çalışmağa başlayır. 


 
58 
Çox  filmlərdə  operator  kimi  çalışıb.  “Bir  cənub  şəhərində”, 
“Bizim  küçə”  filmləri  onun  kamerası  ilə  çəkilib.  “Bir  cənub  şəhə-
rində”ni kino aləmində çox vaxt Eldar Quliyevin yox, Rasim Oca-
qovun  filmi  hesab  edirlər.  Bəzən  heç  rejissorla  məsləhətləşmədən 
çəkilişləri  aparır, sonradan  bu  kadrlara birgə  tamaşa edəndə  rejis-
sorlar  onun  işinə  qibtə  edirdilər.  “Əsl  dost”,  “Bizim  küçə”,  “Mən 
rəqs edəcəyəm”,  “Sən  niyə  susursan?” və  “Skripkanın  sərgüzəşti” 
filmlərində  Rasim  Ocaqov  Azərbaycan  kinosunda  operatorluq 
sənətinin ən layiqli nümunələrini yaratdı. 
Bir  gün  Rasim  Ocaqov  hiss  edir  ki,  onun  içində  aşıb-daşan 
yaradıcılıq  istəyi  kamera  ilə  kifayətlənmir.  Rejissor  kimi  film  çək-
mək  istəyir.  Bu  arzu  ilə    M.A.Əliyev  adına  ADİİ-nun  rejissorluq 
fakültəsini bitirir. (1977). 
Bu  yerdə  düşünürəm:  kim  olsaydı  deyərdi  ki,  MÜDKİ-nun 
diplomunu  alandan  sonra  nəyimə  lazımdır,  İncəsənət  İnstitutunu 
bitirmək? 
Amma Rasim Ocaqov həmişə peşəkarlığa xüsusi önəm verib, 
üstəlik çox məsuliyyətli insan idi. 
İki il kino çəkmək arzusunu həyata keçirə bilməyib, ona film 
verməyiblər.  Bir  gün  “Azərbaycanfilm”in  rəhbəri  onu  çağırıb  və 
deyib ki, sənə Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək 
üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan kino üzünə 
həsrət qalacaqsan. Beləliklə “Qatır Məmməd” filmi Rasim Ocaqova 
həvalə olunur. Rejissor artıq hazır bir filmi “söküb” yenidən “toxu-
yur”. Ayrılan vəsait xərclənib, plyonka işlənib, çəkilən çəkilib. Min 
bir  əziyyətlə  filmi  yenidən  ərsəyə  gətirir.  Moskva  baxır  və  film 
nümayişə buraxılır. 
O  vaxtdan  Rasim  Ocaqovun rejissorluq  yolu  başlayır.    1973-
cü  ildən quruluşçu-rejissor  kimi çalışır.  “Ad  günü”,    “Bağlı qapı”, 
“İstintaq”, “Onun böyük ürəyi” filmlərini çəkir. “Onun böyük ürə-
yi”  filmi    Ocaqovun  ilk sərbəst işi idi. 1958-ci ildə  Bakı  kinostudi-
yasında lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü psi-
xoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt metallurq-
larının həyatına həsr olunmuşdu. Filmə baxanda hiss edirsən ki, bu 


 
59 
ağır  peşə  adamlarının  ekran  həyatı  operatorun  kamerası  ilə  ro-
mantik və cəzbedici bir formaya salınıb. İnsanların od püskürən so-
ba qarşısındakı gərgin anları, bəzən romantik məqamlarda geniş və 
orta  planlardakı  vəziyyətləri  elə  ustalıqla  yaradılıb  ki,  tamaşaçı 
həqiqətən onun yaradıcılarının istedadına heyran qalır. 
Doğrudan da, tamaşaçı filmə operatorun gözü ilə baxır. Əgər 
kinooperator  duyumlu,  texniki  cəhətdən  mükəmməldirsə,  deməli, 
filmin baxımlılığı təmin olunub. 
Orta  məktəbdən  tapıb  bu  filmdə  Rəna  roluna  dəvət  etdiyi  
Sveta  Cavadovaya  aşiq  olması  isə    filmlərə  ara  verməyinə  səbəb 
olur.  Orta məktəbi qurtaran ərəfədə kinoya çəkilməsi ilə bu aləmin 
möcüzəliyinə  vurulub  ondan  ayrılmayacağını  zənn  edən  gənc  qız 
özü də bilmirdi ki, gənc rejissor da ona vurulub və onu bu sahəyə 
gətirdiyi kimi də ayırmağa çalışacaq. 
Bu  sevgi  onların  evliliyi,  Svetanın  isə  kinoya  həmişəlik  vida 
etməsi ilə nəticələnir.  
Rasim  Ocaqov  filmlərini  çəkməklə  məşğul  olur  və    1990-cı 
ildə  “Ocaq”  studiyasını  yaradıb  öz  sevimli  işini  müstəqil  davam 
etdirməyə başlayır. 
 “Tütək  səsi”,  “Özgə  ömür”,  “Park”  “Təhminə”,    “Bağlı  qa-
pı”, “Həm ticarət, həm ziyarət”,  “Ölsəm, bağışla” filmləri Ocaqo-
vun  yaradıcılığının məhsuludur.  
Deyirdi, müharibə filmləri çəkə bilmirəm, çünki onu yaşama-
mışam.  Rasim  Ocaqov  yalnız  içindən  keçənləri,  yaşadıqlarını  or-
taya qoyan rejissorlardan idi. Ona görə də çəkdiyi filmlər sevilir və 
illər sonra da tamaşaçıya təsirsiz  ötüşmür. 
Səhhətindəki problemlərdən əziyyət çəksə də onu yıxan siqa-
reti  atmırdı.  Deyirdi,  onun  hər  qullabı  beynimdə  yaranan  bir  sü-
jetdən çıxır. 
Kinematoqrafçılar İttifaqında işləyəndə isə film çəkmirdi da-
ha. Düşünürdü ki, kimsə, işi olmayan rejissor çəksin, onun artıq işi 
var  və  kifayət  qədər  də  film  çəkib.  Özü  deməsə  də  hamı  bilir  ki, 
Hacı İsmayılov, Fəxrəddin Manafov kimi bir çox sənətkarlar  onun 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə