Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə25/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

 
88 
Evləndilər,  iki  övladları  dünyaya  gəldi,  bir  qız,  bir  oğlan. 
“Gənclik”də  bir  otaqlı  mənzildə  yaşayırdılar.  Bu  mənzili  onlara 
Heydər  Əliyev  hədiyyə  eləmişdi.  Teatrda  Səməndər  Rzayevin  ta-
maşasına  baxıb  ona  valeh  olandan  sonra.  Gürcüstanın  o  vaxtkı 
dövlət  başçısı  Şevarnadze  də  Səməndər  Rzayevi  çox  sevərmiş,  bir 
dəfə  Tiflisdə  qastrolda  onun  kürəyinə  əlini  vurub  “sən  böyük 
aktyorsan” demişdi. 
Onu ölkəsində az sevmirdilər. Sənət dostlarının dediyinə gö-
rə ölkənin elə bil rayonu, əyaləti yox idi ki, Səməndər Rzayev ora 
gedəndə bütün əhali onun pişvazına çıxmasın. Camaat onun ayaq-
ları  altında  qurban  kəsərmiş  ki,  Səməndər  Rzayev  bu  torpağa 
ayaqlarını basıb. 
Tanıyanlar  insan  kimi  də  Səməndər  Rzayevi  çox  sevərmiş.  
Kimliyindən  asılı  olmayaraq  bir  insan  onun  yanına  kömək  üçün 
gələrdisə,  Səməndər  varından  yox  olub  ona  kömək  edərmiş.  Dəs-
təyi  götürüb  bir  salam  verməyi  bəs  idi  ki,  böyük  idarə  rəisləri, 
məmurlar onun istənilən xahişini dərhal yerinə yetirsinlər. 
Çox  savadlı  və  yalnız  aktyor  kimi  deyil,  fitrətən  istedadlı 
insan  olub.  Yaxşı  rəsm  çəkməklə  yanaşı  pianoda  gözəl  ifa  edib. 
Hərdən özü çalıb, özü də pəsdən oxuyarmış. 
Radionun “Bulaq” verilişinin aparıcısı kimi ürəklərə xüsusən 
bulaq  kimi  axardı  Səməndər  Rzayev.  Çox  vaxt  verilişi,  mətni  özü 
redaktə edərmiş. Hər hansı bir səhv Səməndərin gözündən yayınıb 
efirə gedə bilməzdi. 
Həm istedad, həm savad-bilik, həm də insanlıq bir arada hər 
aktyora  qismət  olan  xoşbəxtlik  deyil.  Bu  xoşbəxtlikdir,  yoxsa  bəd-
bəxtlik-hökm vermək çox çətindir. 
Nə  yazıq  ki  bu  qədər  sevilən,  uğurlu  insanın  taleyi  çox  ağır 
olub. Və qəribəsi ondadır ki, onunla eyni nəsildən olan aktyorların 
hər  biri  çox  istedadlı,  böyük  sənətkarlardır  və  belə  ağır  tale  ya-
şayıblar – Hamlet Qurbanov, Hamlet Xanızadə, Şahmar Ələkbərov 
və. s. 


 
89 
 “Çox içirdi Səməndər, onun güdazına getdi”- söhbət etdiyim 
bütün  həmkarları,  dostları  ya  adını  eşidən  kimi,  ya  da  onun 
haqqında danışarkən sonda bu kəlməni dedilər. 
Evi həmişə qonaq-qaralı olardı. Dostları çox idi, yeyib-içdiyi 
dostlar.  Bunun  üstündə  bəzən  evdə  xanımı  ilə  söz-söhbət  olardı. 
Xanımı onu qorumağa çalışardı ki, çox içməsin. Görürdü ki, gözgö-
rəti  uçuruma  gedir  həyat  yoldaşı.    Bu  “dostbazlıq”  onu  ölümə 
sürüklədi. 
 
  
Son rol və qaraciyər serrozu 
  
Teatrda  bir-birinin  ardınca  uğurlu  rollar  oynayır,  hər  dəfə 
tamaşaçını  heyrətləndirirdi,  amma    özü  də,  ətrafdakılar  da  görür-
dülər  ki,  hər  gün  bir  addım  geri  gedir  Səməndər  Rzayev.  Sənətdə 
irəli, fiziki cəhətdən geri. 
Artıq yeriyəndə yer silkələnən, danışanda gözləri lərzəyə sa-
lan  Səməndər  deyildi,  nəfəsi  güclə  gəlirdi,  o  qədər  arıqlamışdı  ki, 
onu  görən  kimi  xəstə  olduğunu  hiss  etmək  asan  idi.  Qara  ciyər 
hədsiz  içkiyə  davam  gətirə  bilmirdi  artıq.  Fiziki  cəhətdən  sağlam 
olması 41 yaşına qədər içdiyi içkilərin ona yıxa bilməməyinin gös-
təricisi idi, amma artıq geri də yol qalmamışdı. 
Bütün  ömrü  boyu  çalışdığı  Dram  Teatrının  səhnəsində  “Sizi 
deyib  gəlmişəm”  tamaşasında  Xudayar  bəyi  oynayırdı.  Tərəf-
müqabili  Səidə  Quliyeva  danışır  ki,  çox  möhtəşəm  bir  səhnəmiz 
vardı, tamaşanın canı olan bu səhnədə mən Səməndəri sillə ilə vu-
rurdum: “Həmin yer gələndə Səməndər yavaşca pıçıldadı ki, Səidə, 
ölürəm, yola ver, vursan, yıxılacam, halım pisdir. Tamaşadan sonra 
səhnə  arxasından  onu  xəstəxanaya  götürdülər,  siması  ağappaq, 
özü də büzüşmüşdü”. 
İki gün sonra “Közərən ocaqlar” tamaşasında oynamaq üçün 
birbaşa xəstəxanadan səhnəyə gəlib Səməndər Rzayev. Onun üçün 
bilet  alıb  gələn  tamaşaçısını  məyus  etmək  istəməyib.  Tamaşadan 
əvvəl  bəsdir  demədən  içib,  bu  dəfə  ağrılarını  unutmaq,  tamaşanı 


 
90 
oynamaq  üçün.  O  qədər  içib  ki,  ayaq  üstdə  durmaq  belə  çətin  ol-
duğu halda tamaşanı oynayıb və səhnə arxasında yıxılıb, bu onun 
səhnədə son rolu olub. 
Özündən  sonra  həyatda  onu  saysız,  yadda  qalan  obrazları 
xatırladır, bir də övladları. Qızı Rübabə radioda çalışır. Oğlu Rəşid 
aktyordur. 
Çox  qədim  bir  əfsanə  var  -  Səməndər  adlı  quş  əbədi  odlara 
yanır, amma heç vaxt ölmür. Özünü odlara yaxmaq onun yaşamaq 
yanğısıdır, yanır və yaşayır. O vaxt ölür ki, yaxılmağa od tapmır. 


 
91 


 
92 
Y
Y
Y
a
a
a
n
n
n
l
l
l
ı
ı
ı
ş
ş
ş
 
 
 
d
d
d
i
i
i
a
a
a
q
q
q
n
n
n
o
o
o
z
z
z
 
 
 
v
v
v
ə
ə
ə
 
 
 
q
q
q
ə
ə
ə
f
f
f
i
i
i
l
l
l
 
 
 
ö
ö
ö
l
l
l
ü
ü
ü
m
m
m
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə