Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə33/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   29   30   31   32   33   34   35   36   ...   66

 
119 
onlarla. Sumqayıta gedən kollektiv yaxşı idi, mən də onlarla dost-
laşmışdım”. 
Teatrda  Kamil  Məhərrəmovun  yaxşı  rolları  vardı,  artıq 
kinoya da çəkilirdi. İki övladı vardı. Tezliklə onlara Sumqayıtda ev 
də  verdilər.  Amma  nədənsə  Kamil  Məhərrəmov  aludə  olduğu 
içkidən  ayrıla  bilmirdi.  Xanımı  danışır  ki,  nə  vaxt  onu  ayrılmaqla 
qorxudurdum, bir həftə içmirdi, sonra yenidən başlayırdı.  
 
Kino və teatr taleyi 
 
Rejissor  Cahangir  Mehdiyevin  iki  filmində  xarakterik  ob-
razlar  yaradıb.  Cahangir  Mehdiyev  deyir  ki,  çox  gözəl  aktyor  idi, 
amma içməyinin dərdindən oynamalı olduğu rollar əlindən çıxırdı: 
“Mən  onu  çəkilişlərdən  əvvəl  bir  neçə  dəfə  qaçmağa  məcbur 
etmişəm ki, ayılsın, qaçıb, ləhləyə-ləhləyə üzümə baxıb, görmüşəm 
ki, özünə gəlib, kadrı çəkmişəm”.  
Kinostudiyada  hər  gün  çəkilişdə,  dublyajda  olurdu.  Orda 
aldığını  elə  yerindəcə  içkiyə  verib  “dostları”  ilə  bir  küncə  çəkilir, 
içir, sonra da rejissorun qəzəbinə tuş gəlib qovulurdu. Bu vaxta qə-
dər xəstə ana da dünyasını dəyişmişdi, atası da. Qardaşı ilə bacısı 
isə onu nə qədər dilə tuturdularsa xeyri olmurdu.  
Mahirə xanım deyir: “Etiraf edim ki, bəzən qapını üzünə aç-
mırdım  ki,  bəlkə  bundan  bir  dərs  götürə,  özünə  gələ,  ata  içkini. 
Heç nəyin xeyri olmadı. Qapını ona açmayıb səhərə qədər yatağım-
da ağladığım vaxtlar olub”.  
Teatrda da rejissorlar artıq ona rol vermək istəmirdilər. Bəzən 
premyeraya içkili gəlib tamaşanı məhv eləyirdi. Aktyor həmkarları 
deyirlər  ki,  birdən  üz-gözünü  təraş  edirdi,  yuyunurdu,  ayıq  başla 
gəlirdi işinin başına. Həmkarları deyirmişlər ki, həmişə belə olsan 
nə olar. Heç nə demirmiş. Səhər görürdün yenə dağılıb tökülür. 
Xanımı  deyir  ki,  diqqətsizlik  də  ona  yer  eləyirdi:  “Onunla 
birgə  Sumqayıt  teatrına  gələnlərin  hamısı  fəxri  ad  almışdılar,  ona 
vermirdilər. Kinoya da çəkilirdi, qonorarından razı qalmırdı ”. 


 
120 
 
Acı sonluq 
 
Bir  gün  yenə  o  qədər  içir  ki,  ayaq  üstdə  dura  bilmir.  Səhər 
evdən çıxanda da xanımı “ona içsən, evə gəlmə”, - deyibmiş.  
1993-cü  ilin  soyuq  oktyabrı  idi.  Teatrın  avtobusu  hamını 
evinə  düşürüb,  Kamil  Məhərrəmov  avtobusda  necə  yuxuya  ge-
dibsə,  sürücü  onu  oyada  bilməyib,  bəlkə  də  qəsdən  oyanmayıb. 
Sürücü də avtobusun qapısını da açıq qoyub çıxır gedir evinə ki nə 
vaxt  oyansa  çıxa  bilsin.  Səhər  gəlib  görürlər  ki,  üzü  üstə  necə 
yatmışdısa, elə də oturacaqda quruyub qalıb.  
 “Onun  tay-tuşları  hamısı  yaşayır.  Nə  etdisə  özünə  etdi. 
Uşaqlar da yerbəyer oldu, vaxtsız gedən Kamil oldu. Çox sevirdim 
onu,  bu  gün  həyatım  təkrar  olunsa,  yenə  o  adamla  ailə  qurar,  bu 
qədər zülmə rəğmən yenə ona ərə gedərdim”,  –  xanımı belə deyir. 
 


 
121 


 
122 
Z
Z
Z
a
a
a
l
l
l
ı
ı
ı
m
m
m
o
o
o
ğ
ğ
ğ
l
l
l
u
u
u
n
n
n
u
u
u
n
n
n
 
 
 
 
 
 
f
f
f
a
a
a
c
c
c
i
i
i
ə
ə
ə
l
l
l
i
i
i
 
 
 
t
t
t
a
a
a
l
l
l
e
e
e
y
y
y
i
i
i
 


 
123 
 
 
 
 
 
Həyat  çox  qısadır  -  bir  göz  qırpımı  qədər.  Bizə  müvəqqəti 
bəxş olunan və nə vaxt bitdiyini bilmədiyimiz qısa zaman kəsiyin-
də gərək heç nəyin aludəçisinə çevrilməyək. Nəyəsə aludə olmaq o 
zamanı  daha  da  qısa  edə  bilər.  Ələsgər  İbrahimovun  həyatı  kimi. 
1942-ci  ildə  doğuldu,  cəmi  37  il  yaşadı.  Bu  37  ilə  ali  məktəbi  bi-
tirmək, bir neçə filmə çəkilməklə yaddaşlarda qalmaq ancaq sığdı. 
Bəs  görəsən,  belə  qısa  zaman  kəsiyinə  bu  adam  necə həm  də  boş, 
mənasız  məşğuliyyətlər  yerləşdirə  bilib?  Həm  də  bu  alışqanlıq 
onun ömrünü qısaldan amil olub. Bəlkə bilsəydi, ömrü çox qısadır 
belə  yaşamazdı?!  Anlasaydı  ki,  özü  öz  əli  ilə  qəbrini  qazır,  həyat 
tərzini dəyişərdimi? Bəlkə də yox, kim bilir.  
İçəri  Şəhərdə  bir  ailə  yaşayırdı.  Ata  fəhlə,  ana  evdar  qadın. 
Ailədə  iki  oğlan  böyüyürdü.  Böyük  Vətən  Müharibəsinin  adamın 
axırına çıxan gərgin illəri idi. Yarıac, yarıtox ömür sürürdülər. Ata 
bütün günü gərgin əməklə məşğul olurdu, o vaxt evdarlığı unudan 
bütün  qadınlar  kimi  bu  ana  da  zavoda,  dəmir-dümürlə  işləməyə 
gedirdi. Bu həm ailənin dolanışığı, həm də Vətən üçün lazım idi.  
Bu minvalla uşaqlar orta məktəbi bitirdilər. Ata gərgin əmək 
sayəsində  əlillik  statusu  “qazanmışdı”.  Ana  işləyirdi,  amma  onun 
qazancı ailəni dolandırmağa çatmırdı.  
Ələsgər  indiki  Neft  Akademiyasını  bitirmişdi.  Döymədiyi 
qapı qalmamışdı, çətin vaxtlar idi, iş tapa bilmirdi.  
İçəri  Şəhərdə  kinorejissor  Arif  Babayevlə  qonşu  idilər.  Re-
jissor çoxdan bu  qəddi-qamətli,  yaraşıqlı  oğlanın  varlığını  sezmiş-
di. Onun damda quş uçurtması rejissorun xoşuna gəlməsə də Ələs-
gərin  kino  üçün  yarandığına  əmin  idi.  Onu  bir  gün  kinoya 
çəkəcəyini özü üçün qət etmişdi.  
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə