Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə31/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   27   28   29   30   31   32   33   34   ...   66

 
111 
vardı. Allaha şükür ki, yay idi, hələ gecələr bulvarımız isti, amma 
skamyalar gündüzkü kimi bərk olurdu...” Atası sürgündən sağ qa-
yıdır.  Görüşürlər.  Bu  təsirli  səhnə  Lətifin  xatirələrindən  yan  keç-
məyib:  “...Mənə  bu  yaxınlarda  atamı  görmək  xoşbəxtliyi  nəsib 
oldu. Bədbəxtlikdən o da uzun sürmədi... O, vəfat etdi...” 
1939-cu ildə texnikumu fərqlənmə diplomuyla bitirir. Arzusu 
Moskvada  Dövlət  Kinematoqrafiya  İnstitutunun  rejissorluq  fakül-
təsində oxumaq idi. 1940-cı ildə göndərişlə Moskvada ali məktəbə 
qəbul olur. Bundan böyük xoşbəxtlik yox idi onun üçün, nə yazıq 
ki, bir il sonra müharibə başlayır. Bir gün onu da cəbhəyə aparırlar, 
amma  orduya  yaramır,  tərxis  eləyirlər.  Müharibə  dövründə  heç 
sevmədiyi işlə məşğul olur-mülki tədris şöbəsində hərbi inspektor 
kimi çalışmaqla yaşayır. 
Qələbədən  sonra  təhsilini  davam  etdirmək  üçün  yenidən 
Moskvaya  yola  düşür.  Yenidən  tələbəlik  illərinin  sevinci,  üstəlik 
sevgi  hissləri  onu  çuğlayır.  Deyəsən,  ağ  zolağa  çıxıb  daha.  Kurs 
yoldaşı,  sevdiyi  Faina  Nikolayevna  ilə  evlənir.  Bir  oğlu,  bir  qızı 
olur. 
Diplom işi-“Yeni həyat qurucuları” adlı sənədli filminə görə 
“əla” qiymət alır.   
Qriqori  Kozintsevin emalatxanasında  təhsilini  uğurla  bitirib, 
diplom  və  müəlliminin  verdiyi  daşdan  keçən  xasiyyətnamə  ilə 
vətənə dönür. Xanımı və iki övladı da onunla  birgə. Gənc rejissora 
yaşamaq üçün kinostudiyanın həyətində kiçik bir otaq verirlər. 
Gənc,  həvəsli,  işi  ilə  xarüqələr  yaradacağına  inanan  rejissor 
bir-birinin  ardınca  “Gənc  leninçilər”,  “Azərbaycan  sərhədçiləri”, 
“Quba  bağlarında”  sənədli  filmləri,  “Ordenli  Azərbaycan”  və 
“Gənc nəsil” kinojurnalları, Moskvadakı mərkəzi xronika studiyası 
üçün süjetlər çəkir. İşinə o qədər aludə olur ki, ağ ciyərindəki prob-
lemi də unudur, ailəsini də. 
O,  yaradıcı  həmkarlarını  bir  yaradıcı  təşkilatda  birləşdir-
məkdə ikən, xanımı uşaqlarını da götürüb Lətif Səfərovu tərk edir. 
Lətif  Səfərov  da  deyəsən,  onun  yaradıcı  həyatına  duruş  gə-
tirməyən xanımının dığdığından bezmişdi, odur ki, onu saxlamağa 


 
112 
çalışmadı, yalnız uşaqlara atalıq edəcəyinə onu əmin etmək istədi, 
qadının  cavabı  isə  qəti  oldu:  “Hər  şey  bitdi,  sən  də  bizim  üçün 
bitdin, heç nəyini istəmirik”. 
Rejissor  isə  növbəti  yaradıcılıq işi  üçün, “Hacı  Qara” filmini 
çəkmək üçün çarpışırdı. 
İllər bir-birini əvəz edir. Bir gün nəhayət, “Bəxtiyar” bədii fil-
mini çəkir. Sonra daha iki bədii film. Həmin günlərdə çox tanınmış 
müğənni Şövkət Ələkbərova ilə rastlaşır. Musiqini gözəl bilməsi və 
sevməsi Şövkəti ona sevdirir. 
Xoşbəxt idilər, bir oğul övladları dünyaya gəlmişdi, Lətif ona 
atasının adını vermişdi – Bəşir. 
  
 
“Paraya dəymə, diriyə dəymə” prinsipi 
  
1958-ci ildə Lətif Səfərov əsasını qoyduğu Kino İşçiləri İttifa-
qının  sədri  seçilir,  Ümumittifaq  Kinofestivalının  üzvlüyünə  də  la-
yiq bilinir. İlk baxışdan bunlar yüksəlişdir, deməli həm də ayaqdan 
çəkənlərin, problem yaradanların da sayı artır. 
Zaman  gəlir  ki,  Lətif  Səfərov  öz  yaratdığı  Kinemotoqrafçılar 
İttifaqında  arzuolunmaz  insana  çevrilir.  Tələbkardır,  peşəkardır,  
beləsini sevmirlər. 
Yeganə  ümid  yeri  Moskvadakı  müəllimidir.  Tez-tez  Q.  Ko-
zintsevlə  məktublaşır,  Bakıdakı  mühitdən,  problemlərindən  söz 
açır. Bəlkə də, onu intiharının da  əsas səbəblərini bu məktublarda 
tapmaq  olar.  Müəlliminə  mühitin  onu  hər  tərəfdən  məngənə  kimi 
sıxdığından  söhbət  açır.  Deyir  ki,  film  çəkməyə  imkan  vermirlər, 
tənqidi  heç  kim  qəbul  etmir.  Düz  söz  deyənə  kino  verməməklə 
“gözünü  çıxardırlar”.  Üstəlik  ətrafdakı  yaradıcı  insanları  sənin 
əleyhinə çıxardırlar ki, guya sən onlara işləməyə imkan vermirsən.  
Onların  mənafeyi  üçün  çalışdığın  halda  onların  əli  ilə  vurulursan 
və bunu isbat edə bilmirsən.   
 “Leyli  və  Məcnun”  filminin  çəkilişləri  onun  əsəbləri  baha-
sına başa gəlir. “Onu çəkmə, bunu çək”, “belə çəkmə, elə çək”, “bu 


 
113 
sözü  çıxart,  bu  sözü  daxil  elə”  ilə  rejissor  necə  film  çəkə  bilərdisə 
elə də çəkmişdi. Ancaq Mərkəzi Komitə onların özlərinin “paraya 
dəymə, diriyə dəymə” prinsipi ilə ərsəyə gətirdiyi filmə görə Lətifə 
töhmət verdilər – şifahi, kollektiv içində. 
Və qəribə bir tendensiya yaradılır, axı o kino ittifaqa rəhbər-
lik edir, xoşagəlməz nə varsa günahkarı da odur. 
SSRİ  Kinemotoqrafçılar  İttifaqının  qurultayına  da  belə  na-
mizədi  göndərmək  olmaz.  Yaradıcı  insanın  əlində  isə  çəkəcəyi  fil-
min  ssenarisi  var.  Gəl  bu  qədər  təzyiqlə  çək  bu  filmi.  Sonra  da 
ittifaqın  sədrliyindən  uzaqlaşdırılması  daha  bir  zərbə  olur  ona.  
Üstəlik  də  get-gedə  güclənən  xəstəlik,  qızdırma,  ölüm-dirim 
mübarizəsi. 
Onu  incidən  itirdiyi  vəzifə  deyil,  bir  vaxt  həmkar  saydığı, 
böhtan  atan,  karyeraya  həris  adamların  xəyanətkarlığıdı.  Baş  mü-
hasib  Poqosovanın  qəfil  məktubu  yaxın  keçmişəcən  sədr  işləyən 
rejissorun  ittifaqdan  borc,  ezamiyyə  və  kredit  məqsədiylə  götür-
düyü  873,15  manat  pulun  qısa  vaxtda  qaytarılmasının  vacibliyi 
haqdaydı.  
Bakıdakı  yaxınlarından  borc  almağa  utanan  Lətif  Bərdəyə 
yollanır.  Bacı  onu  vəziyyətdən  çıxmağa  kömək edir,  ondan  götür-
düyü pulla ittifaqdan canını qurtarır. 
Həsən  Seyidbəylinin  “Möcüzələr  adası”  ssenarisi  təklif  olu-
nur,  götürür.  Üzərində  işləyib  düzəldəcəyinə  ümid  edir.  Tam  çə-
kilişə başlama ərəfəsində operator Rasim Ocaqov çəkilişdən imtina 
edir.  
Lətif davam etməyə çalışır. Amma daha gücü, taqəti qalmır. 
Xəstəlik canını yeyir, yaşamaq əzaba, işgəncəyə çevrilir. 
Dekabrdır, hava da insanlar kimi soyuyub. Lətif Səfərov ha-
mıdan gizli bir qərar verib. Həmkarı ilə öz evində yaradıcılıq plan-
ları qurur, ssenari üzərində işləyirlər, guya sabah işə başlayacaqlar. 
Onu  yola  salır,  hamama  girib  yuyunur.  Sonra  bir-bir  yataq  otaq-
larını  gəzib  xanımı  Şövkətlə,  oğlu  Bəşirlə  vidalaşır,  xəyalən  onlar-
dan  üzr  istəyir.  Gecə  saat  ikini  keçir.  Son  ssenarisini  vərəqləyir, 
“Azərbaycan  möcüzəsi”  çəkəcəkdi.  Vərəqlədikcə  son  olaylar  gəlib 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə