Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə39/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

 
143 
 
 
 
 
1999-cu  ildi,  səhnəmizin  qayınanası,  həmkarlarının  anası 
hesab  olunan  83  yaşlı  Nəsibə  xanım  Zeynalova  ağır  xəstə  idi.  
Əslində  vəziyyəti  xəstəliyin  ağır  vaxtlarında  nisbətdə    bir  az 
düzəlmişdi, amma bu da, xoş gələcək vəd etmirdi. Bir il öncə dili 
tutulmuşdu, ayaqları sözünə baxmırdı. 1999-cu ildə isə yenicə ayaq 
açan  uşaq  kimi  addım  atır,  bir-iki  kəlmə  danışıb,  sonra  xeyli  su-
surdu. Bizim gəlişimizə görə nəvəsi Nəsibə onu yatağından qaldı-
rıb geyindirdi. Nəsibə xanım həvəssiz halda qollarını qaldırıb qiya-
fəsini əyninə keçirəndə nəvəsi ilə balaca bir dialoqları oldu. 
-  Qızım,  bayaq  Moskva  televiziyasında  dedilər  kir,  göydən 
hansısa  planet  qopub  yerə  yaxınlaşır,  2000-ci  ilə  qədər  hara  düşə 
düşə.  
- Düşsün də... 
- Axı, mən sizdən narahat gedirəm. Mən getdim, bəs, planet 
sizin başınıza düşsün?  
- Düşməz, bir əlac taparlar. 
Nənə nəvənin arxayın cavabından bir az rahatlaşdı. Bu kiçik 
dialoq  bir  nənənin  öz  gələcək  nəslindən,  nəvə-nəticəsindən  xırda 
narahatlığını  əks  etdirir,  amma  burda  həm  də  xarakter  var.  Nə-
nədən  başqa,  həm  də  bir  insanın,  şəxsiyyətin  portreti...  Bu  insan 
ona  verilən  qısa  zaman  çərçivəsində  nələr  yaşamadı,  yetimlik,  ac-
lıq,  kasıbçılıq,  sevinc,  sevgi,  göz  yaşı,  uğur.  Bu  qədər  müxtəlif, 
paradoks təşkil edən hissləri yaşamaq hər kəsin qisməti olmur. 
 
Atasının 60 yaşı olanda doğulmuşdu  
 
Cahangir  Zeynalov  dövrünün  çox  tanınmış,  məşhur  sənət-
karı  olub.  Adı  Azərbaycanın  teatr  tarixinə  yazılıb.  50-ni  artıq 
arxada qoymuş sənətkara bir gün sənət yoldaşları irad tuturlar ki, 


 
144 
sənin  var-dövlətinə  sahib  çıxmaq,  adını  yaşatmaq,  nəslini  davam 
etdirmək üçün bir övladın yoxdur.  
Cahangir  Zeynalovun  yeganə  övladı  Nəsibə  dünyaya 
gələndə isə onun yaşı 60-ı keçmişdi. Əslən Cənub Azərbaycandan 
olan Cahangir Zeynalov düşünür ki, gərək ailəsini aparıb ata-baba 
yurdunu  onlara  göstərsin.  Gedirlər,  bir  müddət  orda  qonaq  da 
qalırlar.  Taleyin  gərdişindən  bu  səfər  İranda  başlanan  iğtişaşlarla 
eyni vaxta təsadüf edir.  
 
 
Tifdən ölüm 
 
Qayıdanda yolda gəmini saxlayırlar, arvad-uşağa rəhm edən 
sərhəd  gözətçiləri  onları  buraxır,  amma  kişilər  o  cümlədən  həmin 
gəmidə  olan  Cahangir  Zeynalovun  ailəsi  8  gün  açıq  dənizdəki 
gəmidə  gecələməli  olur.  Bakıya  tif  xəstəliyi  ilə  qayıdan  sənətkar 
çox keçmir ki, dünyasını dəyişir. Onda Nəsibə yeniyetmə yaşlarına 
qədəm basmışdı. 
 
 
İlk işi fəhləlik olub 
 
Danışırdı ki, o vaxtdan onun ağır həyat tərzi başlayır: “Atam 
rəhmətə  getdi,  anam  da  savadsız  qadın  idi,  bir  müddətdən  sonra 
evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz”. 
Nəsibə  gəzib-dolaşıb  zavodlardan  birində  fəhləliyə  düzəlir. 
Tezliklə anasını da itirən qızın həyat üzünə bir də Şəmsi Bədəlbəyli 
ilə  rastlaşdığı  gün  gülməyə  başlayır.  Onun  istedadını  zavodun 
özfəaliyyət  dərnəyinin  çıxışında  görən  Şəmsi  Bədəlbəyli  Nəsibəni 
Musiqili  Komediya  Teatrına  işə  götürür.  Onun  köməkliyi  ilə 
Nəsibə  xanım  Bakı  Teatr  Texnikumunu  da  bitirir.  Sənətə  addım 
atdığı  ilk  günlər  də  onun  üçün  ağrılı-acılı  olur.  Texnikumu 
bitirəndə  1941-ci  il  idi,  bunu  demək  kifayətdir  ki,  səhnəyə  yenicə 
atılmış bir qızın əzablı sənət yolu gözlərimiz önündə canlansın.  


 
145 
Amma bir gün bu əzabların sonu çatır. 
Musiqili  Komediya  Teatrının  çox  uzun  bir  tarixi  Nəsibə 
Zeynalovanın  adı  ilə  bağlıdır.  İndi  həmin  tarixi  vərəqləyirik.  Rəx-
şəndə “Qızılaxtaranlar”, Afərin “Rəisin arvadı”, Kəblə Fatma “Hacı 
Kərimin  aya  səyahəti”,  Həmşəxanım,  Xeyransa  “Həmşəxanım”, 
“Sevindik  qız  axtarır”,  Qızbacı  “Hicran”.  Sonuncu  sonrakı  illərin 
məhsuludur. Həm də çox uğurlu məhsulu.  
Kinoda  da  Nəsibə  xanım  bir-birindən  maraqlı  obrazlar  ya-
radıb. “Ögey ana”, “Böyük dayaq, “Qanun naminə”, “Bizim Cəbiş 
müəllim” filmlərində yaratdığı obrazların hər biri filmlərin adlarını 
çəkən  zaman  tamaşaçının  gözləri  önündə  canlanır.  Özünəməx-
susluğu, yumoru, təbiiliyi ilə. Yaradıcılığı boyu isə onun qayınana 
obrazı izləyir, istər kinoda, istərsə də teatrda... 
 
 
Həyat yoldaşı cəbhədə həlak oldı, yenidən evləndi  
 
İlk  həyat  yoldaşının  müharibədə  həlak  olması  Nəsibə  xanı-
mın onsuz da əvvəldən cüzi işıq ucları görünən qaranlıq həyat yol-
larını  zülmətə  qərq  etmişdi.  Sonradan,  bəlkə  də  şəxsi  həyatını  ta-
mam arxa plana keçirib özünü yalnız sənətinə bağlayan aktrisanın 
yoluna bir insan çıxdı. 
Nəsibə  xanım  ailə  quranda  38  yaşı  vardı,  yoldaşının  isə  27. 
Musiqiçi idi, qastrollarda bir yerdə olurdular. İlk vaxtlar Nəsibə xa-
nımın ondan xoşu gəlmirmiş. Özbəkistan səfərində elə bil möcüzə 
baş  verdi,  əvvəlcə  gözü  artıq  onu  izləyən  bir  nəfərə  alışan  Nəsibə 
xanım  evlənmə  təklifini  qəbul  etmədi.  Bəhanəsi  isə  yaş  fərqi  idi. 
Qastrolun  sonunda  bütün  diqqət  və  qayğı  ilə,  özü  də  çoxdan,  lap 
çoxdan görmədiyi qayğıyla əhatə olunan aktrisa evlənməyə razılıq 
verdi.  
Bakıya  qayıdan  kimi  toy-büsat  quruldu.  İki  sənət  adamının 
gün-güzəranı  çox  gözəl  keçirdi.  Bəzən  ayrı-ayrı  qastrollara  gedir-
dilər,  həmin  qastrollar  hər  ikisi  üçün  telefon  dəstəyindən  asılı 
keçirdi.  Tamaşadan  sonra  yoldaşı  Nəsibə  xanımı  hökmən  qarşıla-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə