171
Nədənsə aktyorun dilindən eşitdiyim bu misralar onun
haqqında yazmaq fikrinə düşəndən beynimdə fırlanır.
Tale insanın xarakterindən asılıdır. Birincini əksər halda
ikincini, yəni xarakteri müəyyən edir. Xüsusən əgər şəxsiyyətlisən,
yarınmağı bacarmırsansa həyat sənə çətin olacaq, çox çətin. Xa-
rakterinə əks xarakterli insanlar səni hər addımda əzməyə, sındır-
mağa çalışacqlar, sənin şəxsiyyətin isə onların mənəvi əzilməsi
olacaq.
Hamı biləcək ki, sən sınmadın, əyilmədin, yenilmədin, yıxıl-
madın, bu dünyaya dimdik gəlib elə də getdin. Qiymətləndirməyi
bacaranlar tərəfindən seviləcəksən, sən dünyadan köçəndə
simalarda bir təəssüf ifadəsi yaranacaq. İllər ötəcək, hərdən yada
düşəcəksən, səni insanlara misal çəkəcəklər, “rəhmətlik yaxşı şəx-
siyyət idi” deyəcəklər. O birisinin isə adı çəkiləndə sifətlər əyiləcək,
hər kəsin daxilindən dilinə gətirmək istəmədiyi bir söyüş keçəcək.
Ailənin böyük övladı Kamal olub, amma bu Kamal yox, o,
tez dünyasını dəyişib, sonra bu dünyaya gəlib və adını Kamal
qoyublar. Bir qardaşı daha vardı.
İnqilabdan əvvəl babasının-Hacı Məmmədhəsənin neft mə-
dənləri olub. Kamal Xudaverdiyevin yaşadığı bina əslində bütün-
lüklə onun ata-baba mülkü imiş. Sovet hakimiyyəti qurulandan
sonra hər şey əllərindən çıxıb. Dövlət o binada aktyorun atasına
13 kvadrat metrlik mənzil verib.
Kamal Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Bir
il sonra atası dünyasını dəyişib, üç il sonra müharibə başlayıb.
Yeddinci sinfə qədər gündüz oxuyub. Səhər saat beşdə yuxudan
oyanıb dəri sexinə qaçırmış. Orda dəri təmizləyir, saat səkkizdə
məktəbə gedərmiş. Sonradan orta təhsilini 6 saylı fəhlə-gənclər
məktəbində başa vurub. “Beş ili birtəhər yola verdik, anam işə ge-
172
dirdi. Mənim üçün 300 qram çörək qoyardı ki, yeyib məktəbə
gedərəm. Anam gedən kimi o çörəyi yeyir, bir də axşama qədər ac
qalırdım”.
“Fəxri adlı çilingər”
Bu sözü ona dostu , həmkarı Eldəniz Zeynalov deyərmiş.
Müharibədən sonra Qazaxstana xam torpaqlara işləməyə ge-
dir. Burdan ora basanoşkalarda getmişdi, buna görə də ora düşən
kimi ayaqlarını don vurur. Zillətlə işləyib ayaqları üçün məlhəm
alır və özü müalicə edir.
Qayıdandan sonra 10 il çilingər işləyir. Bütün bu illər ərzində
ən çox sevdiyi iki məşğuliyyət varmış, biri hər gün Xəzər sahilinə
gedib içinin bütün dərdlərini ona açıb demək, biri də hər həftə
sonu teatra getmək. Bileti də həftənin əvvəlindən alırmış.
Yenilikçi ruhlu 60-cıların nümayəndəsi bu münvalla İncəsə-
nət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur. Daha doğrusu
birinci il rus dili imtahanından keçmir. İkinci il bir də ondan im-
tahan götürən Adil İsgəndərov soruşur ki, axı sən ötən il qəbul
olunmalı idin, mən səni xatırlayıram. Kamal Xudaverdiyev rus di-
lindən kəsildiyini deyir.
Adil İsgəndərovun kursunda təhsil alır. Onun sevimli tələbə-
lərindən olur. Qüdrətli sənətkarlar Mehdi Məmmədovdan və Rza
Təhmasibdən də ixtisas təhsili alır.
1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev
Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun tək-
lifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Raul. “Orlean
qızı”, Fridrix Şiller, Fərman. “Yalan”, Sabit Rəhman, Murov.
“Günahsız müqəssirlər” Aleksandr Ostrovski, Lətif. “Söz yarası”
Qeybulla Rəsulov, Demetr. “Antoni və Kleopatra” Vilyam
Şekspir, Aslan. “Kəndçi qızı”, Mirzə İbrahimov, Laert. “Hamlet”,
Vilyam Şekspir, Ədalət. “Məhv olmuş gündəliklər”, İlyas
Əfəndiyev,
Tahirov.
“Ümid”,
Maqsud
İbrahimbəyov.
173
Loğman. “Yollara iz düşür”, Bəxtiyar Vahabzadə, Sezar. “Kölgə-
lərin oyunu”, Yuri Edlis, Hüseynov. “Qızıl teşt”, Seyran Sə-
xavət, Kral Lir. “Kral Lir”, Vilyam Şekspir, Süpürgəçi. “Ah, Pa-
ris... Paris!..”, Elçin, Şah Edip. “Şah Edip”, Sofokl, Çingizxan.
“Sokratı anma gecəsi”. Çingiz Aytmatov və Muxtar Şahanov, İz-
zət paşa. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı.
Salman Tahirov. “Cəzasız günah”, Bəxtiyar Vahabzadə, Aqşin.
“Dar ağacı”, Bəxtiyar Vahabzadə, Dolbanezo. “Kəllə”, Nazim
Hikmət. Bunlar dram teatrında onun yaratdığı obrazların yalnız
bir hissəsidir.
Şöhrətin yox, sənətin əsiri
Deyirdi, bu sənətə gələndə gərək qazanc məqsədi güdməyə-
sən: “Dolanışığın olsa evlən, olmasa ona da cəsarət etmə, çünki
fikri ailənin dolanışığının yanında qalan adamdan aktyor olma-
yacaq”.
Elçinin “Ah, Paris, Paris” tamaşasında yaratdığı süpürgəçi
obrazı tamaşanın əvvəlindən sonuna qədər səhnədə olan, yalnız
danışmayan, mimikalarla yadda qalan bir obraz idi. Həmin rolu
rejissor kimə tapşırmaq üzərində çox düşünüb. Sonda teatrın d-
irektoru “bunu çox böyük aktyor oynamalıdır, ver Kamal Xudaver-
diyevə” deyib.
İlk çəkildiyi film isə “İstintaq davam edir” filmi idi. Əlisəttar
Atakişiyrv baş rola - Çingizov obrazına çəkilmək üçün xaricdən
aktyor dəvət etmək istəyirmiş Adil İsgəndərov kinostudiyanın di-
rektoru kimi bu fikrin əlehinə çıxıb və təkidlə həmin rola Kamal
Xudaverdiyevi təklif edib.
Ondan sonra da aktyor çox filmlərdə-«Azərbaycanfilm» kino-
studiyasında «Sonuncu müsahibə» (Həsənov), «Dağlarda döyüş»
(Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə»
(Kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (Ata), «Otel-
Dostları ilə paylaş: |