Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə44/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

 
160 
Ə
Ə
Ə
l
l
l
ə
ə
ə
k
k
k
b
b
b
ə
ə
ə
r
r
r
 
 
 
ə
ə
ə
m
m
m
i
i
i
n
n
n
i
i
i
n
n
n
 
 
 
n
n
n
a
a
a
ğ
ğ
ğ
ı
ı
ı
l
l
l
ı
ı
ı
 
 
 


 
161 
 
 
 
 
 
Epiloq:  
 
Balaca  qızcığaz  ağzını  açıb  yeməyini  yemək  istəmir.  Anası 
deyir  ki,  yeməyini  yeməsən  Ələkbər  əmi  bizə  gəlməyəcək.  Axı,  o 
gün  tamaşada  sənə  dedi  ki,  yeməyini  ye,  bir  gün  sizə  gəlib  anan-
dan soruşacam, yemisən, ya yox. Qız dərhal ağzını açıb həvəslə ye-
məyə başlayır.  
 
 
Yeganə bala 
 
Bakıda əslən Gəncədən olan Adıgözəl adlı bir kişi  yaşayırdı. 
Xanımının adı Yaqut, yeganə övladlarını adı Ələkbər idi.  Adıgözəl 
kişi  Bakı dəmir yolunda maşinist işləyirdi. Cavanlığında ixtisasca 
həkim Yaqutun xəstəsi olmuşdu, soyuqdəyməsi canından çıxandan 
sonra isə Yaqutun xəstəsinə çevrilmişdi. Onun üçün oxuduğu “Hə-
kim  qız”  mahnısının  sehrinə  düşən  Yaqut  Adıgözələ  necə  vurul-
muşdusa bu məhəbbət evliliklə nəticələnmişdi.  
1983-cü ildə-onda artıq Ələkbər də böyük oğlan idi-Adıgözəl 
kişini Binəqədi şosesini keçəndə “Volqa” markalı avtomobil vurdu. 
O  vaxtkı  Abşeron  tərəvəz  institutunun  direktorunu  gəzdirən  ma-
şının sürücüsü hər gün onlara gəlir yalvar-yaxar edir,  göz yaşları 
axıdırdı:  “Mənim  beş  balaca  uşağım  var.  İndi  hər  şey  sizdən 
asılıdır. Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın”. 
Ələkbər o vaxt əsgərlikdə imiş. Atasının başına gələni eşidən-
dən sonra icazə alıb evə gəlmişdi. Ələkbərin ürəyi dözməyib: “Ay 
ana, yazıqdır. Hər bir adamın başına gələ bilər. Onsuz da onu tut-
durmaqla  ata  sağalan  deyil”.  Beləliklə  anasını  razı  salıb  şikayət 
etməkdən çəkindirir.  


 
162 
Ata isə  yataq xəstəsinə çevrilir.  On bir il  yataqda qalır. 1994-
cü  ildə  Adıgözəl  kişi    elə  yataqda  ikən  təkrar  insult  keçirib 
dünyasını dəyişir.  
 
Anası Yaqut Hüseynova:  
“Ələkbər  1961-ci  ildə  anadan  olmuşdu.  Sakit  uşaq  idi.  Sək-
kizinci  sinfə  qədər  o  biri  uşaqlardan  heç  nəylə  fərqlənmirdi.    Öz 
otağına  çəkilər,  özünə  müxtəlif  məşğuliyyətlər  tapardı.  Daha 
burada nələr düzəltmirdi: təyyarə, maşın, qatar. Onun üçün “Tex-
nika-molodyoji”  jurnalını  alardıq.  Ordan  maraqlı  konstruksiyalar 
seçib  qurur,  redaksiya  ilə  əlaqə  saxlayır,  gənc  texniklər  üçün 
keçirilən  tədbirlərdə  iştirak  edirdi.  Bir  dəfə  indiki  Azadlıq  mey-
danında  keçirilən  yarışda  onun  quraşdırdığı  təyyarə  modelini 
uçurtdular.  Bu  an  mənə  elə  gəldi  ki,  bu,  Ələkbərin  fantaziyası, 
sakit, mülayim təbiətində gizlədib-saxladığı xəyallarıdır, genişliyə, 
ümmana doğru uçur. Ondan daim ehtiyat edirdim. Bir az zəif uşaq 
idi, tez-tez soyuqlayardı. Ona görə də çalışırdım onu bu işdən, açıq 
havada təyyarrə uçurmaqdan uzaqlaşdırım. 
Amma hardasa 13-14 yaşlarından o özü texnikadan daha çox 
musiqiyə, rəqsə meyil göstərməyə başladı. Nəyə görəsə son vaxtlar 
xırda-xırda  bizdən  pul  alır,  özü  üçün  yığırdı.  Günlərin  bir  günü 
gördük budur, həmin pula nağara alıb gətirib evə. Azca keçəndən 
sonra  qarmon,  sonra  maqnitofon  aldı.  Beləcə,  otağını  çevirib 
incəsənət  guşəsi  elədi.  Bununla  paralel  məktəbdə  də  özfəaliyyət 
musiqi  dərnəyinin  solisti  kimi  çıxış  edirdi.  Səs  ona  atasından 
keçmişdi. Adıgözəlin də gözəl səsi, qeyri-adi ifa tərzi vardı. Ələk-
bərin  səsi  isə  çox  nadir  rast  gəlinən  tembrə  malik  idi.  Bir  gün  də 
eşitdik  ki,  rəqsə  gedir.  Hardasa  bir  il  rəqsə  gedəndən  sonra  mü-
əllimi  ona  belə  xarakteristika  verdi:  bu  uşaq  artıq  peşəkar  rəq-
qasdır.  Sən  demə,  Ələkbərin  axtarışları  bununla  da  bitməyəcəkdi. 
Bir  gün  gəlib  bizə  xəbər  verdi  ki,  Yuri  Qaqarin  adına  Pionerlər 
Sarayında  (indiki Tofiq İsmayılov adına Uşaq və Gənclər Sarayı – red.
dram  dərnəyinə  yazılıb.  Bax  özünü,  nəhayət,  orda  tapdı.  Ona  baş 
rollar  verirdilər.  Bir  gün  məni  Mark  Tvenin  əsəri  əsasında  “Şah-


 
163 
zadə  və  dilənçi”  tamaşasına  çağırdılar.  Tamaşa anşlaq  keçdi.  Mən 
hətta  unutmuşdum  ki,  baş  rolda  oynayan  mənim  uşağımdır.  Ta-
maşaya  baxdıqca  gülür,  ağlayırdım.  Onuncu  sinfə  qədər  Ələkbər 
bütün  diqqətini,  gününü,  vaxtını  dram  dərnəyinə  sərf  etdi.  Bir-
birinin  ardınca  müxtəlif  tamaşalarda  çıxış  etdi.  Açığı,  istəmirdim 
bu  yolu  tutsun.  Onu  fikrindən  döndərmək,  başqa  sənət  seçməyə 
yönəltməyə çalışırdım: “Alik, bax a… Birdən artistliyə meyil salar-
san…  Biz  atanla  səni  tamam  başqa  sahənin  adamı  görmək 
istəyirik.” 
 
 
Bakıdan Şəkiyə və geri 
 
Taledən isə qaçmaq olmur.  Ələkbər özü də bu taleyin ardın-
ca  məmnunluqla  gedirdi.  O,  aktyor  olmalıydı.  Onuncu  sinfi  qur-
taran kimi sənədlərini İncəsənət İnstitutunun aktyorluq fakültəsinə 
verir və daxil olur. 
”İnstituta  imtahan  verəndə  mən  də  qarşıdakı  bağda  oturub 
nəticəni gözləyirdim. Mənimlə yanaşı dayanan, skamyada əyləşən 
valideynlər  dilənçilərə  pul  verir,  dua  eləyirdilər  ki,  uşaqları  yaxşı 
qiymət alsın. Mənsə ürəyimdə Allaha yalvarırdım ki, qoy, Ələkbər 
daxil olmasın. İstəmirdim o, aktyor olsun. İstəyirdim, texniki elm-
lərə yiyələnsin, alim olsun. Bu fikirlərlə institutun qarşısında məş-
hur aktyorların içəri girdiyini, içəridən çıxdığına baxır və onları ilk 
dəfə həyatda gördüyümə görə xoş təəccüb, maraq hissi keçirirdim. 
Rasim  Balayev,  Şəfiqə  Məmmədova,  Mikayıl  Mirzə…  Birdən 
görürəm, daha bir tanış institutdan çıxıb, sevincdən əllərini havada 
yellədə-yellədə  mənə  doğru  gəlir.  O  anda  başa  düşdüm  ki,  Allah 
belə  məsləhət  görür,  oğlum  aktyor  olacaq.  Mənim  yalvarışlarımın 
heç bir əhəmiyyəti yoxdur”. 
İxtisas  fənnindən  imtahan  götürən  müəllimlər,  professorlar 
Mehdi  Məmmədov,  Rza  Təhmasib,  Ələmdar  Quluzadə,  Nəsir  Sa-
dıqzadə  və  digər  hörmətli  pedaqoqlar,  sənətkarlar  Ələkbərə  şeir 
dedizdirdikdən,  etüd  oynadandan,  mahnı  oxutdurandan,  rəqs  et-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə