Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə52/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   48   49   50   51   52   53   54   55   ...   66

 
189 
Bu  da  belə  bir  tale  idi.  İnsanın  dəyişməyə  can  atdığı,  amma 
dəyişmək gücündə olmadığı tale.  Necə kodlaşdırılmışdısa elə ya-
şadı və... getdi.  
 
 
Epiloq 
 
İndi Amerikada Siyavuşun qızı və əkiz nəvələri yaşayır.  Hə-
ləlik ailəsində onun yolunu bacısı Gülçöhrə Şəfiyeva davam etdirir. 
Uzun  illərdir  ki,  Heydər  Əliyev  adına  Respublika  sarayının  baş 
rejissorudur.    Başqa  bir  bacısı,  bizimlə  qardaşı  haqda  xatirələrini 
bölüşən Nazilə Şəfiyeva isə kardioloqdur.  


 
190 
H
H
H
ə
ə
ə
s
s
s
ə
ə
ə
n
n
n
 
 
 
A
A
A
ğ
ğ
ğ
a
a
a
 
 
 
q
q
q
ü
ü
ü
d
d
d
r
r
r
ə
ə
ə
t
t
t
i
i
i
 
 
 
 


 
191 
 
 
 
 
 
 
2003-cü  ilin  fevral  ayının  23-ü-bazar  günü  idi.    Marta  nə 
qalmışdı  ki...  Qarşıdan  yaz  gəlirdi,    Novruz  kandarda,  havada 
ümidli günlərin qoxusu. Yaz özü ilə bərabər yeni, uğurlu, sevincli 
günlər  gətirəcəkdi.    Fevralın  sonlarında  istər-istəməz  həyatda  bir 
canlanma başlayır, sabaha ümid yaranır. Elə bilirik ki, həyatımızda 
yaxşı  olmayan  nə  varsa  qışda  qalacaq,  qoxusu  gələn  yazdan  o 
qədər umacağımız var ki… 
Nə  yazıq  ki,  kimsə  yalnız  gözəlliklər,  yaxşılıqlar  umulan  o 
yaza çıxa bilmir və onun  kim olacağını da bilə bilmirik ki… O gün 
də elə oldu. Biri  sadəcə üz çevirib getdi.  
Amma bu gündən hər birimiz üçün var. Hamımız hansısa bir 
yazı  görməyib  gözlərimizi  bu  dünyaya  əbədi  qapadacağıq.  Nə 
xoşbəxt  o  şəxsə  ki  dünyanı  tərk  edəndən  neçə  il  sonra  da  yada 
düşəcək  və  arxasınca  “Allah  rəhmət  eləsin”,  “Hayıf  o  insandan” 
kimi ifadələr səslənəcək. Bunun üçün nə lazımdır ki? Əslində çətin 
heç nə, bəlkə də kənardan baxanda asan gələn, amma çox çətin bir 
nəsnə - şəxsiyyət olmaq.  Hansı sahədə olursan ol, az tanın, çox ta-
nın, heç tanınma, ətrafında öz dairənin tanıdığı, qohum-əqrabanın 
bildiyi bir kəs ol, yetər ki, insan ol. İnsan olmaq tanınmış, məşhur 
səxs üçün göründüyündən daha çətindir.  
Onu  hamı  tanıyır,  hətta  Azərbaycandan  kənarda.  Çəkildiyi 
filmlər Sovet dönəmində  Amerikada belə göstərilib. Təkcə “Yeddi 
oğul istərəm” filmində Gəray bəy obrazını demək kifayədir.  
Onun əsl adı Həsəndir. Tələbə ikən ağayanalığı, şux qaməti, 
yerişi-duruşu ilə tələbə yoldaşlarından “ağa” titulu qazanıb.  Son-
ralar  “ağa”  sözü  adının  yanında  çəkilb  və  Həsən  Həsənağa  olub. 
Onu  çox  yüksək  qiymətləndirən  rejissor  Tofiq  Kazımov  Turabova 
“Turab”  deyərmiş.    Aktyor  dostları  arasında  ona  Turabov  deyə 


 
192 
soyadı ilə müraciət edənlər də vardı.  Bəlkə bu onun həm də uzun 
illər  rəhbər  vəzifələrdə  işləməsi  ilə  bağlıdır.  Həm  teatr  direktoru, 
həm də Teatr Xadimləri İttifaqının (TXİ) sədri. Yeri gəlmişkən, TXİ-
na  rəhbərlik etdiyi  dövrlərdə  həmin  ittifaq  qədər  aktif  fəaliyyətdə 
olan  ikinci  qurum  yox  idi.  Turabov  özü  də  aktyor,  həm  də  çox 
kövrək  insan  olduğundan  o  təşkilatda  xatirə  gecələri,  yaradıcılıq 
gecələri,  görüşlər  mütəmadi  xarakter  almışdı.  Tez-tez  müxtəlif 
teatr  festivalları  keçirilirdi.  Teatrda  yaxşı  alınan  tamaşanın  prem-
yerasından  sonra  yaradıcı  qrupu  özü  yeyib-içməyə  aparırdı.  Belə 
vəzifə adamı idi.     
“Bəyin oğurlanması”nda  rejissor  Əsəd – bir az baməzə, bir 
az dilxor, həyatdan bezmiş kimi. “Qəm pəncərəsi”ndə Mirzə Cəlil - 
klassikin, tarixi şəxsiyyətin obrazı. “Yaramaz”da Qəzənfər -  yara-
mazın özündən yaramaz.  “Təhminə”də Dadaş - loyal, yaşlı bir elm 
adamı.  “Qorxma, mən səninləyəm”də əzazil bəy Cəfər. “Dantenin 
yubileyi”ndə    aktyor  olmaq  üçün  özünü  oda  atan,  nə  yazıq  ki, 
istedadsız Kəbirlinski.  “Dərviş Parisi partladır”da   atları özündən 
də  çox  sevən,  vecsiz    Rəşid  bəy.    “Axırıncı  aşırım”da  sıradan  bir 
bolşevik - Xəlil. “Yeddi oğul istərəm”də  Gəray bəy,  “Qanlı zəmi” 
də  qaçaq    Nəbi  (həm  də  filmin  quruluşçu  rejissorudur),  “Tənha 
narın nağılı” – Əli ( həm də quruluşçu rejissor).  Bütün bunlar adi 
sıralama  deyil,  hər  biri  digərinin  əksi  olan  xarakterlərdir.  Biri  di-
gərinə  heç  bir  xüsusiyyəti  ilə  bənzəmir.  Adamın  inanmağı  gəlmir 
ki,  bu  obrazların  hamısını  eyni  aktyor  yaradıb  –  Həsənağa  Tura-
bov. 
Onun  kino  yaradıcılığı  hər  birimizin  gözlərin  önündədir. 
Bizim  nəsil  Həsən  Turabovun  teatr  tamaşalarını  görməyib.  Yalnız 
lent  yazılarından  ayrı-ayrı  tamaşalardan  qısa  fraqmentlər  görmüş 
olarıq.    Məsələn,  “Aydın”dan,  yaxud  “Sən  həmişə  mənimlsəsən”, 
“Unuda  bilmirəm”  tamaşalarından.  Qalanlarının  lent  yazıları  da 
yoxdur.  
Həsən Turabov həm də çox gözəl qəzəl sözyləyirmiş.  
Yox...  onun  haqqında  “miş”,  “miş”lə  yaxud,  kiminsə  dilin-
dən  xatirlərini  qeyd  etməklə  yaza  bilməyəcəm.  Çünki  bu  adamla 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə