Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə49/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   45   46   47   48   49   50   51   52   ...   66

 
178 
Tamaşalarda həmişə baş rolları oynayırdı. Öz işinə çox ciddi, 
məsuliyyətlə  yanaşması  onu  hamıya  sevdirmişdi.  Çıxış  edəcəyi 
tamaşaya 2 saat əvvəl gələrmiş. Peşəsinə çox sadiq və məsuliyyətli 
olduğundan  onun  sirrlərinə  də  dərindən  yiyələnirmiş.  Məsələn 
“Solğun  çiçəklər”də  Saranı  oynayırdı.  Bu  tamaşada  sonda  Sara 
ölür. O tamaşanı Leyla dəfələrlə oynayıb, amma bir dəfə də olsun 
səhnəyə  baş  əyməyə  çıxmayıb.  Deyirmiş  axı,  Sara  ölüb,  mən 
tamaşaçıların  qarşısında  necə  baş  əyim?  Leyla  Bədirbəylinin 
teatrda  ilk  çıxışı  M.İbrahimovun  «Məhəbbət»  tamaşasında  Zəhra 
rolu  olub,  bunun  ardınca  A.Ostrovskinin  «Tufan»ında  Klaşa 
obrazını  yaradıb.  Bundan  sonra  teatr  səhnəsində  «Pəri  cadu»  ta-
maşasında Pəri, «Vaqif»də Gülnar və Xuraman, «Xanlar»da Mehri-
ban,  «Solğun  çiçəklər»də  Sara,  «Almaz»da  Almaz,  «Şərqin  sə-
həri»ndə Dilarə, «Xoşbəxtlər»də İncə, «Əliqulu evlənir»də Qumral, 
«Kəndçi  qızı»nda  Göyərçin,  «Şeyx  Sənan»da  Zöhrab,  «Uzaq 
sahillərdə» Ancelika, «Otello»da Dezdemona, «Canlı meyit»də Liza 
və digər rollar ifa edib. 
 
 
Gülçöhrəni ona Üzeyir bəy sınaqsız,  
amma imtahanla verib 
 
1945-ci  il...  Leyla  Bədirbəyli  həm  teatrda,  həm  də  kinoda 
neçə-neçə obrazlar oynayıb, tanınır, sevilir. Stalin “Arşın mal alan” 
musiqili komediyasını çox sevdiyindən onun filminin çəkilməsi ilə 
bağlı  göstəriş  verir.  Üzeyir  bəy  Hacıbəyli  əsas  rollara  Rəşid 
Behbudovla Leyla Bədirbəylini seçir. Gülçöhrə roluna 100-dən artıq 
namizəd var idi. Üzeyir bəyin dəvəti və təşəbbüsü ilə filmə Leyla 
Bədirbəyli  çəkilib.  Filmin  çəkilişləri  yay  aylarında  Şüvəlanda 
gedirdi.  Məşq  zamanı  rol  alınmırmış.  Bunu  görən  Üzeyir  bəy 
Leylanı  yanına  çağırıb  deyir:  “Qızım,  mən  səni  bu  filmə  çəkə 
bilməyəcəm. Çünki bu rol səndə alınmır”. Leyla qayıdır evə. Gecə 
nə isə düşünürsə, səhər yenidən gəlir Üzeyir bəyin yanına və onun 
roluna sonuncu dəfə baxmağı xahiş edir. Bu dəfə Gülçöhrə obrazı 


 
179 
uğurlu  yaradır.  Üzeyir  bəy  isə  “mən  belə  dedim  ki,  gedib  öz 
üzərində çalışasan” deyir. Və beləcə Leyla Bədirbəyli dünya ekran-
larına çıxan “Arşın mal alan” filminə çəkilir.  
Leyla xanımın bacısı xatirələrində yazır: “Onda Rəşid Behbu-
dovun  Bakıda evi  yox  idi.  Köhnə  “İnturist”də  qalırdı.  Özü  də  gec 
evlənmişdi.  Anam  çox  xeyirxah  qadın  idi.  Deyirdi  ki,  evi  yoxdu, 
yeməyini heç kim bişirmir. Rəşid bizimlə ailəvi yaxınlaşmışdı. Yez-
nəmizlə də yaxın dost idilər.” 
 
 
Anasının dişləri onun sevgisinin güdazına gedib 
 
Leyla  Bədirbəyli  1937-ci  ildə,  yəni  hələ    16  yaşı  olarkən  ailə 
həyatı qurub. Lakin bu ailənin ömrü çox qısa 1-2 il olub. 1942-ci il-
də  isə Kamil Aslanova  ərə  gedir.  Onların  tanışlıqları  Filarmoniya-
dan başlayıb. Kamil Aslanov ixtisasca diş həkimi olub, amma rəqs 
etməyi  xoşlayırmış  və  gözəl  də  rəqs  edirmiş.  O,  da  Əli  Bayramov 
klubuna gedirmiş. Görünür, elə o vaxtdan Leylada gözü olub.   
Yenə  bacısı  xatırlayır:  “Anam  danışardı  ki,  bir  gün  Leyla 
gəlib deyib ki, yaxşı bir diş həkimi var gedək onun yanına. Yəqin 
anamın dişi ağrıyırmış. Görünür, onlar görüşürmüşlər, ancaq ana-
ma deməyə utanıb. Hər dəfə də anamı aparanda Kamil olun bir di-
şini çəkirmiş.  Anam həmişə deyərdi ki, mən dişlərimi qızımın yo-
lunda  qurban  elədim.  Elçi  gələndə  isə  artıq  hər  şey  bəlli  oldu. 
Anam dedi ki, bunu elə əvvəldən deyərdin, mən də dişlərimi çək-
dirməzdim”.  
Leyla ilə Kamilin bir neçə il övladları olmur.  
Bu illər ərzində Leyla Bədirbəyli artıq bütün SSRi məkanında 
tanınmışdı.  
«Arşın mal alan» qısa vaxt ərzində dünya şöhrəti qazandı və 
dünyanın bir çox xalqları bəstəkarın sehrli musiqisinə, mənalı yu-
moruna  valeh  oldular.  «Arşın  mal  alan»a  görə  yaradıcı  qrup,  o 
cümlədən Leyla Bədirbəyli 1946-cı ildə Stalin mükafatına (sonralar 
SSRİ Dövlət mükafatı adlandırıldı) layiq görüldülər. 


 
180 
Leyla Bədirbəyli yaratdığı Gülçöhrə obrazına görə dünyanın 
müxtəlif  ölkələrindən  məktublar  almışdı.  Bolqarıstandan  gənc 
qadının  göndərdiyi  məktub  bu  sözlərlə  qurtarır:  «Mən  beş  oğlun 
bir bacısına məharətlə oynadığınız Gülçöhrənin adını verdim. Bol-
qarıstanın  Gülçöhrəsi  Sizin  kimi  şöhrət  qazansa,  özümü  xoşbəxt 
sayaram». 
Onun kino taleyi uğurlu olub. Həmişə yüksək insani keyfiy-
yətlərə malik milli koloritli qadınların obrazlarını oynayıb. O, 50-yə 
yaxın bədii, televiziya bədii, qısametrajlı bədii filmdə çəkilib. Onun 
«Fətəli xan» və «Koroğlu» filmlərində yaratdığı Tuti Bikə və Nigar 
obrazları təkcə sevimli ərlərinin nəzakətli, incə və etibarlı arvadları 
deyil, həm də igid, cəsur məsləkdaşlarıdır. 
«Onun  böyük  ürəyi»  filmindəki  Xalidə  rolunda  isə    aktrisa 
böyük  psixoloji  həssaslıqla  insan  xarakterinin  pərakəndəliyini  və 
inamsızlıq hissini açıb göstərə bilib. Xalidə obrazı aktrisa Leyla Bə-
dirbəylinin xarakterinə, təbiətinə uyğun olmasa da, bu rolun öhdə-
sindən bacarıqla gəlib. 
Azərbaycan  və  Özbəkistan  pambıqçılarının  ənənəvi  dostlu-
ğundan  söhbət  açan  «Görüş»  kinokomediyasında  məhəbbət 
mövzusu ilə bağlı bir neçə süjet xətti var. Bunlardan biri Bilqeyis - 
Musa  xəttidir.  Filmdə  gənc  pambıqçı  Bilqeyisin  obrazını  Leyla 
Bədirbəyli yaradıb. 
Aktrisa müxtəlif illərdə çəkilmiş-«Kölgələr sürünür» filmində 
Leyla,  «İntizar»da  Ana,  «Sevil»  film-operasında  Tafta,  «Gilas  ağa-
cı»nda  nənə,  «Bizim  küçənin  oğlanları»nda  Leyla,  «Çarvadarların 
izi  ilə»də  Məfruzə,  «Vulkana  doğru»da  Gülsum,  «Kişi  sözü»ndə 
Ana,  «Dərviş  Parisi  partladır»da  Şəhrəbanu  xanım,  «Asif,  Vasif, 
Ağasif»də  nənə,  «O  dünyadan  salam»da  Kəblə  Fatma-filmlərdə 
maraqlı surətlər yaradıb. 
 
 
 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə