Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə48/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   44   45   46   47   48   49   50   51   ...   66

 
174 
də bir otaq» (Alim), «Dədə Qorqud» (Ata)-xaraktercə fərqli obraz-
lara çəkilib. 
Tamaşaçıların  yaddaşında  isə  daha  çox  Azərbaycan  Dövlət 
Televiziyasında hazırlanan tamaşalarda oynadığı obrazlarla qalıb. 
İlyas  Əfəndiyevin  «Atayevlər  ailəsində»  (İldırım),  Ənvər 
Məmmədxanlının  «Şərqin  səhəri»  (Cavanşir  bəy),Mehdi  Hüsey-
nin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar» (Müəllim), 
Nazim Hikmətin  «Bayramın  son günü»  (Firuz)  və  «Şöhrət  və  ya 
unudulan adam» (Doktor).  
Doktor onun ən çox sevilən obrazı idi.  Bir vaxtlar şöhrətdən 
başı  gicəllənən  insanın  sonradan  necə  unudulduğunu  Kamal  Xu-
daverdiyev  elə  məharətlə  yaradırdı  ki,  tamaşanı  görənlər  indi  də 
onu yaddaşlarında saxlayıblar.  Televiziyada son rolu  Elçin Meh-
rəliyevin  «Yurd  yeri»    film-tamaşasında  Mahal  kişi  oldu.  Aktyor 
ev-eşiyindən,  doğma  yurd  yerindən  didərgin  düşmüş  milyonların 
ümumiləşdirilmiş  obrazı  Mahal  kişi  ilə  o  dərdin  nə  olduğunu 
anlamayanlara da anlatdı.  
Bu o dövr idi ki, teatr tənəzzülə doğru surətlə gedirdi. Ömür 
boyu şöhrətin yox, sənətinin əsiri olan aktyor bu vəziyyətlə barışa 
bilmirdi.  
Oğlu  Hüseyn  Xudaverdiyev:
 
“Atam  sənəti  çox  yüksək 
tuturdu. Çox da şəxsiyyətli insan idi, çətinliklərlə yaşamışıq, amma 
heç vaxt heç  kimdən  özü,  ailəsi  üçün nə isə  xahiş etməyib.  Yalnız 
teatrın düşdüyü vəziyyət onu çox incidirdi. Təsəvvür edin ki, Mos-
kvada  xəstəxanada  yatanda  teatr  üçün  çox  darıxırdı.  Əməliyyat 
olunacağını  biləndə  isə  həkimə  sualı  bir  bu  oldu  ki,  mən  səhnəyə 
çıxa biləcəm? Həkim dedi hə, dedi, onda nə edirsiz edin. Əməliy-
yatdan  sonra  səsini  itirdi.  Dedi  ki,  görürsən  həkim  məni  aldatdı. 
Ağ  ciyərində  olan  problemə  görə  ciyərin  bir  hissəsini  kəsib  gö-
türdülər.  Ondan  əvvəl  isə  ürək  fəaliyyətini  artırmaq  üçün  ürəyini 
əməliyyat  etmişdilər.  Xəstəxanada  diaqnozunu  özü  bildi,  amma 
qətiyyən  sınmadı.  Onu  sarsıdan  yalnız  teatra  gedə  bilməməsi  idi. 
Sonra  bir  az  düzələndə  gedirdi.  Altı  ay  sonra  müayinə  olundu. 
Burda  müayinədə  ciyərində  yenidən  yaranan  işartıları  həkimlər 


 
175 
tikiş  yerləri  kimi  qəbul  ediblər.  Sonra  da  Moskva  həkimi  “artıq 
gecdir”  dedi.  Dəfn  günü  ömür  boyu  onu  izləyən  ədalətsizliyi    bir 
daha hiss etdim. 
Ailə  onun  üçün  sənətdən  sonra  idi.  Demirəm  bizi  sevmirdi, 
amma ailəni də gec qurmuşdu ki, sənətdə özünü təsdiq etsin sonra. 
Anamı  sevmişdi,  ona  görə  evlənmişdi.  Xalamın  əri  atamın  dostu 
olub.  Onların  toyunda  atam  anamı  görüb,  tez  bir  zamanda  da 
evləniblər. Atamın 37 yaşı varmış.  
25 ildən artıq mənzil növbəsində olub. Bir-iki dəfə öz növbə-
sinin  tamam evsiz  olan aktyorlara  güzəştə  getmişdi.   Evi  ona  xəs-
tələnəndən  sonra  verdilər.  Ədalətsizlikdən  narazı  idi,  teatrın  və-
ziyyətindən  nigaran  getdi.  Ona  təqaüd  kəsilmişdi,  ev  də  verdilər, 
diqqətdən  kənarda  qalmadı.  Teatrın  düşdüyü  ümumi  durum  onu 
incidirdi”.  
Xalq artisti 70 yaşının tamam olmasına 10 gün qalmış 2008-ci 
23 apreldə dünyasını dəyişdi.   
Adi məzarlıqda dəfn olundu.  
Bu gün ondan qalan iki oğul övladı, özünün hələ sağlığında 
adını  verdiyi  nəvəsi  Kamal  Xudaverdiyev,  bir  də  şəxsiyyətinə 
hədsiz sevgidir
.  
Beləcə  xarakteri  taleyini  müəyyən  etdi.  O  tale  ki,  bu  gün  də 
onun ruhunu, xatirəsini izləyir. 


 
176 
G
G
G
ü
ü
ü
l
l
l
 
 
 
ç
ç
ç
ö
ö
ö
h
h
h
r
r
r
ə
ə
ə
n
n
n
i
i
i
n
n
n
,
,
,
 
 
 
y
y
y
a
a
a
x
x
x
u
u
u
d
d
d
 
 
 
G
G
G
ü
ü
ü
l
l
l
ç
ç
ç
ö
ö
ö
h
h
h
r
r
r
ə
ə
ə
n
n
n
i
i
i
n
n
n
 
 
 
h
h
h
e
e
e
k
k
k
a
a
a
y
y
y
ə
ə
ə
t
t
t
i
i
i
 
 
 
 


 
177 
  
 
1938-ci  ildə  Moskvada  Azərbaycan  Mədəniyyəti  günləri  ke-
çirilirdi.  Mədəniyyət  kollektivinə  Üzeyir  bəy  Hacıbəyov  rəhbərlik 
edirdi. Konsertlərdən birinə Stalin də gəlmişdi. Azərbaycan Dövlət 
Filarmoniyasının  rəqs  kollektivinin  çıxışından  sonra  Stalin  onlarla 
görüşdü və yanında əyləşmiş Üzeyir bəyə qızlardan birini göstərib 
kimliyi  ilə  maraqlandı.  Üzeyir  bəy  “Leyladır  bizim  rəqqasə 
qızlardan  biri”  cavabını  verdi.  Stalin  qızı  yanına  çağırıb  onu 
qucaqladı və alnından öpdü: “Sən əsl Azərbaycan gözəlisən”-dedi.  
 
 
Xan nəvəsi, bəy qızı  
 
Həmin  bu  Azərbaycan  gözəli  Bakıda-İçəri  Şəhərdə  doğulub 
boya-başa  çatmışdı.  Atası  Ağalar  Bədirbəyov  Şəmkir  bəylərinin 
nəslindəndir. Anası şəmkirli Bikə xanım isə  xan qızıydı.  
Leyla  ailədə  tək  uşaq  deyildi,  amma  ailənin  ərköyünü  idi. 
Atası  da  ona  xüsusi  diqqət  göstərərdi.  Onu  əlinə  batan  tikan  ata-
sının  ürəyinə  sancılırdı  sanki.  12  yaşında  belə  atasının  qucağında 
gəzərmiş.  Bir  qonaqlıqdan,  gəzintidən  qayıdanda  “yoruldum” 
deyən kimi atası Leylanı qucağına alarmış.  
Anası  Bikə  Əli  Bayramov  klubuna-qadınların  dərnəyinə  ge-
dirdi.  Qızını  da  özü  ilə  aparırdı.  Leylanın  incəsənətə  marağı  da  o 
vaxtdan yaranmağa başlayır. 
O,  səhnəyə  çox  gənc  ikən  çıxıb.  16  yaşı  tamam  olmamışdı, 
amma  Filarmoniyada  solist  kimi  çalışırdı.  Şəxsən  Leyla  üçün 
rəqslər qurulurdu. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, 
bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu. Filarmo-
niyada çalışdığı illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəki-
lir.  1941-ci  ildə  isə  onu Azərbaycan  Dövlət Akademik  Dram  Teat-
rına dəvət edirlər.  Beləcə Azərbaycan teatrına bir imza daxil olur- 
Leyla Bədirbəyli. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə