Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə24/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

 
83 
  


 
84 
A
A
A
r
r
r
a
a
a
q
q
q
,
,
,
 
 
 
s
s
s
e
e
e
r
r
r
r
r
r
o
o
o
z
z
z
,
,
,
 
 
 
s
s
s
o
o
o
n
n
n
 
 
 
r
r
r
o
o
o
l
l
l
 


 
85 
  
 
 
 
Çox  qədim  bir  əfsanə  var  -  Səməndər  adlı  quş  həmişə  oda  yanır, 
yanır,  amma  heç  vaxt  ölmür.  Özünü  odlara  yaxmaq  onun  yaşamaq 
yanğısıdır, yanır və yaşayır. O vaxt ölür ki, yaxılmağa od tapmır. 
  
 
Ləqəbi “Aktyor” olan Səməndər 
  
Atası adını Səməndər qoydu, taleyini Tanrı verdi. Tanrı yazdı 
ki,  Səməndər  aktyor  olacaq,  sənəti  üçün  əbədi  odlara  yaxacaq 
özünü.  Səhnədə, kinoda  misilsiz obrazlar yaradacaq, heç vaxt sü-
ni, ürəksiz oynamayacaq. Dublyajda da ürək qoyacaq.  Onun səsin-
də  başqasının  obrazı  elə  canlanacaq  ki,  elə  bil    Səməndər  Rzayev 
özü  oynayır,  oynayan  aktyor  onun  səsində  əriyib  itəcək.  Sənəti 
üçün belə yandığına görə cəmi 41 il yaşayacaq. 
O, dünyaya gələndə ölkədə Böyük Vətən Müharibəsi gedirdi.  
1945-ci  ilin  yanvarı  idi,  böyük  qələbəyə  beş  ay  vardı.  Çoxuşaqlı 
ailənin sonbeşiyi olan bu uşaq  müharibənin qan-qadasından uzaq 
Ağsu  rayonunda    doğulsa  da  müharibə  onun  da  taleyinə  təsirsiz 
ötüşmədi. 
Çox çətinliklə, qıtlıq, kasıbçılıqla böyüdü.  Anası onu, adının 
qısaldılmış  formasında  Səməni  –  deyib  çağırırdı.    Kasıbçılığı  uşaq 
hissiyatı  ilə  duyan  Səməni  istedadına  uyğun  işlər  tapıb  pul  qaza-
nanda hələ çox balaca idi.   
Tay-tuşları ilə kənd  klubun yanında oynayanda açıq qapıdan 
divarlara vurulmuş plakatlar onun marağını çəkir. Klubun müdirə-
sinin  diqqətini  isə  plakatlara  gözlərini  zilləyib  baxan  bu  toppuş 
uşaq cəlb edir. 
- Niyə elə baxırsan, oğlum, xoşun gəlir? 
-  Yox,  baxıram  ki,  mən  bunlardan  yaxşı  çəkərəm,  yazaram, 
rəngləri daha yaxşı yaraşdıraram bir-birinə. 


 
86 
 - Çək gətir, baxaq, xoşuma gəlsə, bunların yerinə sən çəkəni 
asaram. 
İki  gün  sonra  iri  bir  plakatı  qucağında  güclə  tutan  uşağı,  öz 
qapısı  ağzında  görən  qadın  təəccübünü  gizlədə  bilmədi.  “Bu 
uşağın  məsuliyyətinə  bax”,-deyə  düşünüb,  onun  çəkdiyi  plakatı 
klubun ən görkəmli yerinə asdı, üstəlik Səməniyə zəhmət haqqı da 
verdi. Bu minvalla Səməndər anasına tez-tez belə oğul qazancı gə-
tirdi. 
Bir  gün    qazandığı  pulu  anasına  verib  dostları  ilə  rahatlıqla 
oynamağa getdi. Hava yağışdan sonra çox gözəl idi, amma yer pal-
çıqdan sürüşkən olmuşdu. Üstündə oynadıqları körpüdən sürüşüb 
üzüaşağı yuvarlanan Səməndər dizindən ağır zədə alır. Diz qapağı 
sınan uşaq düz dörd il xəstəxana, sonra isə  ev şəraitində müalicə 
olunur. 
Həmin dörd il onun üçün gələcək həyatının bünövrəsini qo-
yub.  Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacı 
olmayan  uşaq,  tezliklə  bu  sənətin  sehrinə  düşür.  Xüsusən  “Arxib 
baba və Lyonka” radio-tamaşasındakı Arxib baba rolunda Ələsgər 
Ələkbərovun  səsi  Səməndəri  aktyor  olmaq  üçün  qərar  verməyə 
tələsdirir. 
 
  
Şöhrətə doğru 
  
Oxuduğu məktəbdə “aktyor” ləqəbi qazanan Səməndər Rza-
yev  orta  məktəbi  bitirib  İncəsənət  İnstitutunun  aktyorluq  fakültə-
sinə qəbul olunur. Bəxti gətirir, çünki Rza Təhmasibin kursuna dü-
şür.  Daha  doğrusu,  imtahanı  özü  götürən  Rza  Təhmasib  kursuna 
yığdığı uşaqlar arasında Səməndərin adını qırmızı haşiyəyə alır. 
Azərbaycan  mədəniyyətinə  isə  bu  ad  qırmızı  haşiyədə  yox, 
qırmızı  hərflərlə yazılır – Səməndər Rzayev. 
İlk  vaxtlar  Rza  Təhmasib  onu  filmə  çəkilməyə,  teatrda  işlə-
məyə  icazə  vermirdi,  “hələ  püxtələş,  tez  məşhurlaşıb  məhv  olar-
san”  –  deyirdi.  Ona  görə  də  Səməndər  Rzayev  yalnız  institutu 


 
87 
bitirəndən  sonra  təyinatla  Sumqayıt  teatrında  işləmək  hüququ 
qazandı. Kinoda isə ilk dəfə “Uşaqlığın son gecəsi”ndə ani bir kad-
ra çəkilmişdi, 1968-ci ildə. Ardınca “Tütək səsi” filmində, yenə epi-
zodik rol. 
Yalnız  1973-cü  ildə  artıq  teatrdan,  televiziyadan  tamaşaçıla-
rın sevdiyi Səməndər Rzayev ilk dəfə “Nəsimi” filmində böyük rol 
oynadı-Şirvan  şahı  rolunu.  Həmin  filmdəki    Nəsimi  roluna  görə 
“Ən  yaxşı  kişi  aktyor”  olan  Rasim  Balayevin  uğuruna  isə  ən  çox 
sevinən  elə  Səməndər  Rzayev  idi.  Çünki  Rasim  Balayevi  əlindən 
tutub bu sənətə gətirən, ona kömək edən Səməndər Rzayev olub. 
Ümumiyyətlə,  bu  aktyor  həyatda  heç  vaxt  özü  üçün  ya-
şamayıb, sənəti, bir də dostları onun həyat eşqi idi. 
babası"  (film,  1981),  "Bağ  mövsümü"  (film,  1985),  "Bəyin 
oğurlanması"  (film,  1986)  sonrakı  illərin  filmləri  idi.  Hər  birində 
fərqli,  maraqlı  obrazı  var.  Televiziya  tamaşaları  deyəndə  dərhal 
gözlərimiz qarşısında Şakir Şəkərov canlanır. Səməndər Rzayev ki-
noda çəkilməyindən danışanda “Ayə, niyə oynamırsınız?” məşhur 
ifadəsi  yadımıza  düşür.  Onun  teatr  səhnəsində  oynadığı  Xudayar 
bəy  obrazının  hələ  də  təkrarı,  yaxud  ondan  yuxarı  pilləsi  yoxdur. 
“Nə  deyir  ə,  bu”  –  əsərdə  bu  cümlə  yoxdur,  onu  məhz  Səməndər 
Rzayev  yaradıb  və  qalan  bütün  Xudayar  bəy  ifaçıları  bu  ifadəni 
ondan öyrəniblər. 
 
  
Sevgi və evlilik 
  
Sevib-seçdiyi  qızla  evlənəndə  Səməndəri  tanımayan  yox  idi. 
Qız  doğma  yurdundandır-Ağsudan.  Rayonda  qohumlardan  biri-
nin  toy  mərasimində   rastlaşmışdılar.  Onu  demək  olar  ki, qız  özü 
seçmişdi.  Səməndərin  çox  tanınması  və  cazibəli  gözləri  qızı  cəlb 
etmişdi, toy boyu ona o qədər baxmışdı ki, axırda Səməndərin də 
diqqətini çəkmişdi bu baxışlar. Səməndər Rzayev qadınlara meylli 
deyildi, amma qızın baxışları onun evlənmək qərarı verməsinə gə-
tirib çıxartdı. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə