29
−
Riyazi
−
Texniki
−
Proqram
−
İnformasiya
−
Hüquqi təminat
−
Təşkilati təminat
Sxem 2.1.İnformasiya sistemin alt sistemləri
Bu təminedici alt sistemlərinin hər birinin özünəməxsus təyinatı vardır.Kompaniya
üçün informasiya sistemi qurulduqda bu 6 təminedici altsistem mütləq nəzərə alınmalıdır.
Riyazi və proqram təminatı informasiya sisteminin məqsədini və vəzifələrini
reallaşdırmaq və texniki vasitələri kompleksinin fəaliyyətini təmin etmək üçün lazım olan
alqoritm,metod və modellər toplusudur.
Hüquqi təminat – informasiya sisteminin hüquqi tərəflərini nəzərə alan təminedici
alt sistemdir.Buraya informasiya sisteminin hüquqi sənədlər toplusu,hüquqlar,vəzifələr və
məsuliyyətlər daxildir.
30
Təşkilati təminat – informasiya sistemi hazırlanmamışdan qabaq araşdırmalar
aparılaraq hazırlanan təmin edici alt sistemdir.
İnformasiya təminatı alt sisteminin əsas vəzifəsi informasiya sistemini vaxtında və
zəruri informasiya ilə təmin etməkdir.
Kompaniyanın idarəedilməsi üçün informasiya sisteminin qurulmasında bir sıra
mərhələlər mövcuddur.İnformasiya texnologiyalarının tarixinə baxsaq görərik ki,
layihənin qurulması üçün bir neçə metodologiya mövcuddur:
−
Kaskad modeli
−
Prototip modeli
−
Spiral modeli
Kaskad modeli.
Kaskad (şəlalə) modeli kompaniya idarəetməsi üçün informasiya sistemlərinin
qurulmasına klassik yanaşmanı tətbiq edir.Bu modeldən 70-80-ci illərdə istifadə
olunmuşdur.Bu modeldə hər bir mərhələdə proseslər ardıcıllıqla yerinə yetirilir.Bir
mərhələdə bütün işlər qurulduqdan sonra, digər mərhələyə keçirilir. Kaskad modelinin iş
mərhələləri aşağıdakıardır:
−
Təhlil
−
Layihələndirmə
−
Hazırlama
−
Testləmə
−
İstismar
Bu modelin çatışmazlıqları mövcuddur.Beləki, mərhələlər ardıcıl şəkildə yerinə
yetirildiyi üçün sonrakı mərhələdə hansısa problem yarandıqda, təkrar əvvəlki mərhələyə
qayıtmaq lazım gəlir.Bu da layihənin müddətinin uzanmasına səbəb olur.
31
Digər çatışmazlıqlar:
−
Nəticələrin alınmasının gecikməsi
−
Layihə işlərinin paralel aparılmasının çətinliyi
−
İdare etmənin çətinliyi
−
Risk səviyyəsinin yüksəlməsi
−
İnvestisiyasının etibarsızlığı
Məhz bu səbəblərdən dolayı, bu modeldən istifadə əlverişli deyil.
Dostları ilə paylaş: