Kompaniyanin idarə ediLMƏSİNDƏ İnformasiya sistemləRİNİN İSTİfadəSİNİn səMƏRİLİLİYİNİN



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix03.04.2022
ölçüsü1,23 Mb.
#85010
1   2   3   4   5   6   7   8   9   10   ...   22
Əliyev Elçin 060632-İdarəetmədə İnformasiya Sistemləri 738ms

Agile metodologiyası 

Layihənin texniki icra müddətində ən  böyük yük texniki mütəxəsislərin üzərinə 

düşür.Proqramçı  heyəti  ilk  dövrdə  proqram  təminatının  və  verilənlər  bazasının 

qurulmasını əsas tutaraq layihənin eskizini və demo variantını qurmağı hədəfləyirlər. 

Layihənin ilkin versiyası, lazımı şöbələrin əməkdaşlarına təqdim olunur.İlkin baxış 

zamanı nəzərə çarpan səhvlər və təkliflər təhlil  olunur.Bu mərhələdən sonra iş prosesi 

davam  etdirilir.Qeyd  edək  ki,  demo  versiyaların  mütəmadi  şəkildə  test  olunması 

Şəkil 1.2 




15 

 

zəruridir.Əks təqdirdə tələb  və  təkliflərə  uyğun olmayan proqram təminatı gələcəkdə 



böyük problemlərə yol aça bilər. 

Layihənin  gedişinə,  layihənin  “tester”-ləri  də  nəzarət  edir.Testerlər  layihənin 

uyğunluğunu,proseslərə adekvat olmasını yoxlayır və baş verən xətaları aşkarlayır, bu 

bərədə mütəxəsislərə sənədli hesabatlar göndərilir.Texniki məsələlər üçün proqramçılara, 

məntiqi məsələlər üçün analitiklərə müraciət olunur. 

Proqram təminatı və  verilənlər  bazası qurulduqdan sonra ilkin  olaraq müəssisə 

daxilində ilkin testlər keçirilir.İnformasiya sistemi mərhələli şəkildə tətbiq olunur.Ortaya 

çıxan problemlər nəzərdən keçirilir. 

 Qeyd edək ki, layihənin hazırlanmasından sonrakı dövr də böyük əhəmiyyət kəsb 

edir.Buraya texniki xidmət,xətaların aradan qaldırılması, digər  funksionallıqların əlavə 

edilməsi daxildir. 

İnformasiya sistemi ilkin sınaq müddətindən sonra, müəssisə daxilində tam olaraq, 

real  iş  prosesində  sınaqdan  keçirilir.Bütün  iş  prosesində,  mütəxəsislər  tərəfindən 

müşahidə prosesi həyata keçirilir. 

Nəzərə  almaq  lazımdır  ki,  müəssisə  daxili  proseslərin  və  qanunvericiliyin 

dəyişməsi informasiya sistemində struktur dəyişikliklərinin aparılmasına ehtiyac yarada 

bilər. 

İş  prosesinin  avtomatlaşdırılması,  elektron  sənəd  dövriyyəsinin  qurulması 

kompaniyaya aşağıdakı üstünlükləri verir: 

 



İş prosesinin effektivliyini təmin edir 

 



Sənədlərin arxivləşdirmə prosesini asanlaşdırır 

 



Müəssisə daxilində şöbələr arası əlaqələrin qurulmasına imkan verir 


16 

 



 

Vahid  idarəçilik  modulunun tətbiqi  statistik  məlumatların  tez  bir  zamanda 

hazırlanmasına xidmət edir 

 



Statistik  məlumatların  dolğunluğu qərar  qəbuletmə  prosesinin  effektivliyini 

təmin edir 

 

Müəssisə daxili münaqişəli məsələlərin aşkara çıxarılmasını təmin edir 



 

Müəssisə daxilində etibarlı iş üslubunun yaradılmasına kömək edir 



İnformasiya sistemlərinin qurulmasından əvvəl, ilk  olaraq kompaniyanın həcmi 

nəzərə  alınmalıdır.Əgər  şirkətin həcmi  kiçikdirsə  böyük  xərclərə  başa  gələn,  böyük 

sistemin qurulması əlverişli deyil.Bu tip şirkətlərdə kiçik həcmli modulların tətbiqi, daha 

sərfəli  və  effektivdir.Kiçik  həcmli  şirkətdə  böyük  və  bahalı  sistemin  qurulmasının 

aşağıdakı çatışmaz cəhətləri mövcuddur: 

 



İnformasiya sistemlərinə xərclənən maliyyə xərclərinin böyük olması 

 



Sistemin  iş  prosesi  üçün  texniki  təminatın    qurulmasının  çətinliyi  (Server 

otağı,server avadanlıqları) 

 

Sistemə texniki dəstəyin göstərilməsi üçün mütəxəsislərin saxlanmasına çəkilən 



xərclərin böyük olması 

Məhz bu və digər səbəblərdən kiçik həcmli kompaniyaların bir çoxu əsasən açıq 

mənbəli proqram təminatlarına üstünlük verirlər. 

 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə