14
Cədvəldə RGB və CMYK modellərində (təşkiledici rənglərin diapazonu 0-dan 255-ə kimi
dəyişir) bəzi rənglərin şərhi verilmişdir.
Rəng
RGB
CMYK
Qızılı
202R, 153G, 51B 38C, 105M,
204Y,3K
Tünd-
bənövşəyi
102R, 51G, 104B 97C, 183M,
67Y, 67K
Narıncı
255R, 102G, OB OC, 187M,
253Y, OK
Qəhvəyi
153R, 102G, 51B 1 58C, 134M,
174Y, 29K
Əgər RGB modelində piksel təmiz qırmızı rəngə malikdirsə (100% R, 0% G, 0%
B), CMYK modelində al-qırmızı və sarı rənglərin bərabər qiymətlərinə malik olmalıdır (0% C,
100% M, 100% Y, 0% K).Burada əhəmiyyətli məsələ ondan ibarətdir ki, rəngayırma proqramı
bütöv rəngli oblastlar əvəzinə ayrı ayrı nöqtələrdən ibarət olan rastrlar yaradır və nöqtəvi rastrlar
bir birinə nəzərən rahat döndərilə bilir ki, yanaşı yerləşən müxtəlif rənglər bir birinin üzərinə
düşməsin.
Mavi
Al-qırmızı Sarı
Qara
Dördrəngh çap üçün nöqtələr şəkilində alınmış rastr
Bir birinə yaxın yerləşən müxtəlif rəngli nöqtələr qovuşma təsiri bağişlayır və yekun rəng
qovuşmuş bir rəng formasmda görünür.
RGB və CMYK modellərində rənglərin alınma üsulu fərqli olduğuna görə monitorda
görünən rəngləri olduğu kimi çap etmək olduqca çətindir. Adətən ekranda olan rənglər çap edilən
15
eyni rənglərdən daha parlaq olur. Rəng modeli ilə yaradıla bilən rənglər çoxluğu
rəng
əhətəs/ad\arur. Ən geniş rəng əhatəsi gözün fərqləndirə bildiyi rənglərin məcmuyudur. Bu natural
rəng əhatəsi adlanır.
Natural rəng əhatəsinə nəzərən RGB modeli daha az, CMYK modeli isə RGB modelinə
nisbətən kiçik əhatəyə malikdir .Nəzərə almaq lazımdır ki, çap edilə bilən rənglərin sayı ekranda
yaradıla bilən rənglərin sayından xeyli azdır. Ona görə də bir sıra qrafik redaktorlarda RGB
modeli ilə yaradılan rənglərin CMYK modelinin rəng əhatəsindən kənara çıxması haqqında xəbər
verən göstərici nəzərdə tutulmuşdur. Adobe Photoshop proqramında xəbərdarlıq göstəricisi kimi
kiçik nida işarəsindən istifadə edilir. Belə xəbərdarlıq meydana gələndə Mouse-un sol düyməsini
sıxmaqla Adobe Photoshop poqramını məcbur etmək olur ki, həmin rəngi CMYK modelindəki
yaxın rəng spektri ilə əvəz etsin.
CorelDRAW proqramı da çap prosesində dəqiq çap edilə bilməyən rənglər barədə
informasiya verir. Bu halda CMYK modelinin rəng əhatəsinə daxil olmayan rənglər xüsusi,
məsələn, açıq yaşıl rənglə əvəz edilir.
CorelDRAW və Adobe Photoshop kimi redaktorlar RGB modeli ilə yanaşı həm də CMYK
modelində təsvirlər yaratmağa imkan verir. Bu halda istifadəçi istifadə edilməsi mümkün olan
rəng məhdudiyyəti ilə barışmalıdır ki, təsvirin necə çap ediləcəyini ekranda görə bilsin. CMYK
modelində ixtiyari rəng yaratmaq üçün RGB modelində oldugu kimi əsas rənglərin faiz nisbəti
göstərilməlidir.Kompüter qrafikası ilə yeni məşğul olmağa başlayanlar üçün CMYK modelində
rəngləri formalaşdırmaq bir qədər çətinlik törədir. Rəng dairəsindən istifadə bu işi xeyli
sadələşdirir, çünki, rəng dairəsində hər bir rəng onun ibarət olduğu rənglərin arasında yerləşir.
Məsələn, qırmızı rəngi artırmaq üçün sarı və al-qırmızı rənglərin faizini artırmaq lazımdır.
Göy rəng yaratmaq üçün al-qırmızı və mavi rənglər əlavə etmək lazımdır. Rəng yaratmaq üçün
üçölçülü koordinat sistemindən də istifadə etmək olar. Koordinat oxları mavi, al-qırmızı və sarı
rəngləri tənzimləyir. Parlaqlıq tənzimləyicisi çalarda qara rəngin miqdarını müəyyən etməyə
imkan verir .
RƏNG MODELİ, RƏNG ÇALARI, DOLĞUNLUQ VƏ PARLAQLIQ
RGB və CMYK rəng modelləri aparat təminatı ilə bağlı məhdudiyyətə (kompüter
monitorlarına və mətbəədə istifadə edilən rənglərə) əsaslanır. Rəngin şərh edilməsi üçün daha
intuitiv üsul onun Hue (OrreHKa-Çalar), Saturation (HacbimeHHOCTb-Dolğunluq) və Britness
(flpKOCTb-Parlaqlıq) formasinda verilməsidir.
Dolğunluq rəngin «təmizliyini» göstərir. Dolğunluq azaldılanda rəngə boz rəng
«qarışdırılmış» olur.
Parlaqlıq verilmiş rəngə qarışdırılan qara rəngin miqdarindan asılıdır. Rəngin tərkibində
qara rəng azaldıqca onun parlaqlığı artır.
Təsvir kompüterin monitorunda əks olunmaq üçün HSB modelindən RGB modelinə,
printerdə çap edilmək üçün isə CMYK modelinə çevrilir. H, S və B sahələrinə uyğun qiymətlər
daxil etməklə (0-^255 diapazonunda) ixtiyari rəng yaratmaq olar.