36
Buradan aydın görünür ki, sıxılmamış rastr kvadratın şərhi üçün həmin kvadratın vektor
şərhindən təqribən 1333 dəfə artıq (40000 : 30 = 1333.33) yaddaş sahəsi tələb edilir.
Beləliklə, vektor təsvirləri yerləşdirmək üçün nisbətən az yaddaş sahəsi tələb edilir.
2.Vektor obyektlər şərh vasitəsi ilə verilir. Odur ki, vektor obyekti dəyişdirmək üçün onun
şərhini dəyişdirmək lazımdır.Məsələn, ellipsi böyütmək və ya kiçiltmək üçün onu məhdudlaşdıran
düzbucaqlının yuxarı sol və aşağı sağ kuncünün koordinatlarının qiymətini dəyişdirmək kifayətdir.
Koordinatlarınn qiyməti dəyişdiriləndən sonra qurulan (dəyişdirilən) obyekt üçün də maksimal
mümkün sayda elementlərdən (videopiksellərdən və ya nöqtələrdən) istifadə ediləcək. Beləliklə,
vektor təsvirlər keyfiyyətinə xələl gəlmədən asan miqyaslaşdırıla bilir.
Bir sıra hallarda rastr təsviri vektor təsvirə çevirmək mümkün olur. Bu proses
trassirovka
adlanır. Trassirovka programı rastr təsvirdə yeni rəngə malik olan piksellər qrupunu tapır və ona
uyğun gələn vektor obyekt yaradır. Əksər hallarda alınan nəticə üzərində işləmək lazım gəlir.
VEKTOR QRAFİKANIN ÇATIŞMAZLIQLARI
l.Vektor təsvirin əsas təşkilediciləri xətlər, çevrəiər, ellipslər və digər sadə fiqurlardır. Ona
görə də son vaxtlara qədər vektor qrafikadan çertyojların, diaqramların, qrafiklərin qurulması və
eləcə də texniki illüstrasiyaların yaradılması üçün istifadə edilirdi. Kompüter texnologiyasının
inkişafı ilə vəziyyət xeyli dəyişdi. Bu günkü vektor təsvirlər reallığa daha çox yaxındır. Lakin,
vektor qrafika ilə fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər almaq mümkün deyil. Məsələ
ondadır ki, fotoqrafiya rənglərin və parlaqlıqların çox mürəkkəb bölündüyü mozaikadır. Belə
mozaikanı vektor primitivlər formasında təsvir etmək isə çox çətin məsələdir.
2.Vektor təsvirlər onlarla, bəzən də minlərlə əmrlərin köməyi ilə şərh edilir. Çap
prosesində bu əmrlər çıxış qurğusuna (məsələn, lazer printerə) verilir. Bu zaman elə ola bilər ki,
təsvir kağızda istifadəçinin istədiyindən tamam fərqli formada çap edilsin və ya umumiyyətlə çap
edilməsin. Belə ^əziyyət ona görə baş verir ki, printerin özünəməxsus Drosessoru ona verilən
əmrləri interpretasiya edir. Ona görə jə hər hansı sadə vektor təsviri çap etməklə printerin yerilmiş
standarta uyğun olan vektor əmrləri yerinə yetirə Dilib-bilmədiyini yoxlamaq lazımdır. Hər şey
normal olarsa həmin printerlə mürəkkəb vektor təsvirləri çap etmək olar. Əgər printer hər hansı
primitivi tanımasa, təsviri başqa printerdə çap etmək lazımdır. Bəzən kağıza çap edilə bilmir.
RASTR VƏ VEKTOR QRAFİKALARIN MÜQAYİSƏSİ
Rastr və vektor qrafikaların müqayisəli xarakteristikası cədvəldə verilmişdir.
Müqayisə
kriteriyasi
Rastr
qrafika
Vektor qrafika
Təsvirin
verilmə üsulu
Təsvir
piksellər
çoxluğu
ilə qurulur
Təsvir əmrlər ardıcıllığı
ilə şərh edilir
Real
həyatda
obyektlərin
təsviri
Real
obyektlərin
təsvir
edilməsi
üçün
səmərəli istifadə edilir
Fotoqrafiya keyfiyyətinə malik təsvirlər
almağa imkan vermır
Təsvirin
redaktə
keyfiyyəti
Miqyaslaşdırma və
döndərmə zamanı təhrif baş
verir
Təsvir keyfiyyətinə xələl gəlmədən
dəyişdirilə bilir
37
Təsvirin
çap
xüsusiyyətləri
Təsvirlər printerdə
rahat
çap edilir
Təsvirlər bəzən çap edilə bilmir, bəzi
hallarda isə
istənilən kimi çap edilmir
RASTR VƏ VEKTOR REDAKTORLARIN XÜSUSİYYƏTLƏRİ
Qrafik redaktorlar kompüter təsvirləri yaradanlar üçün alətdir. Bunların köməyi ilə
istifadəçilər təsvirləri yaradır və redaktə edirlər. Hal hazırda çoxsaylı qrafik redaktorlar
mövcuddur. Ona görə də konkret məsələ üçün hansı redaktorun münasib olduğunu bilmək çox
vacibdir. Təsvirlərin keyfiyyətinin yaxşılaşdırılması və fotomontaj əməliyyatları rastr qrafik
redaktorlarla aparılır. Illüstrasiyaları yaratmaq üçün vektor redaktorlardan istifadə edilir.
İxtiyari qrafik redaktor təsvirlərlə işləmək üşün alətlərə malik olur. Əyri aləti (fırça və ya
karandaş) düz və əyri xətlərin çəkilməsi üşün nəzərdə tutulmuşdur. Restangle
(llpyiMoyronbHHK-Düzbucaqlı), Ellipse (Ənnnnc-Ellipis) və Polygon (MHoroyro/ibHMK-
Çoxbucaqlı) alətlərindən həndəsi fiqurların qurulması üçün, rəngləmədən ötrü isə Fill (3a/ınBKa-
Doldurma) alətindən istifadə edilir. Mətnlərin və sərlövhələrin yaradılması üçün Text (TexT-
Mətn) aləti tətbiq edilir. Təsvirlərlə işləyərkən çox vaxt təsvirdəki xırda detalları yaxşı görə
bilmək üçün fraqmenti böyütmək lazım gəlir. Bu məqsədlə Zoom (MacujTa6-Miqyas) alətindən
istifadə edilir. Rastr və vektor qrafikası redaktorlarında eyni alətlərdən istifadə edilməsinə
baxmayaraq, həmin alətlərlə yaradılan obyektin təsvir üsulu fərqli olur.
Qrafik redaktorlarda təsvirin ayrı-ayrı hissələrini köçürməyə, yerini dəyişdirməyə, ləğv
etməyə, miqyaslaşdırmağa, güzgü əksini almağa, döndərməyə imkan verən imkanlar
reallaşdırılmışdır. Fraqment üzərində hər hansı əməliyyatı aparmazdan əvvəl onu ayırmaq
lazımdır. Vektor qrafika redaktorlarında
obyektlər (vektor primitivlər), rastr qrafika
redaktorlarında isə
oblastlar (piksellər toplusu)ayrılır. Obyekti ayirmaq üçün Mouse-un oxunu
onun üzərinə gətirib sol düyməni sıxmaq kifayətdir. Oblastın ayrılması isə bir qədər mürəkkəb
məsələdir. Ona görə ki, oblastı ayıranda hansı qrup piksellərin oblast əmələ gətirdiyini
muəyyənləşdirmək lazımdır. Məhz buna görə rastr qrafikası redaktorlarında müxtəlif ayırma
alətlərindən istifadə edilir. Rastr redaktorlarda həm sadə formalı oblastları, həm də mürəkkəb
(əyrixətli) oblastları ayırmaq üşün nəzərdə tutulan ayırma alətləri olur.
Rastr qrafikada əsas anlayış piksel olduğuna görə rastr qrafikası redaktorlarında alətlərin
və əmrlərin əksəriyyəti ayrı-ayrı piksellərin parlaqlığını və rəng çalarını dəyişdirir. Bu da
təsvirdəki kəskinliyi yaxşılaşdırmağa, təsvirin ayrı-ayrı fraqmentlərinin tünd və ya açıq
görünməsini təmin etməyə, xırda qüsurları (qırışları, cızıqları və s.) ləğv etməyə imkan verir.
Vektor qrafikada əsas anlayış obyektdir. Ona görə də vektor grafikası redaktorlarında
qaydayasalma, qarşılıqlı tənləşdirmə, obyektlərin kəsişməsi, bir obyekti digərindən istisna edən
əmrlər olur. Odur ki, vektor grasfikası redaktorlarında murəkkəb formalı obyektləri sadə formalı
obyektlərdən yaratmaq olur.
Adətən rastr və vektor grafikası redaktorlarında həcm effekti almaq üçün vasitələrdən
istifadə etmək mümkündür. Lakin real obyektlərin (personajların, interyerlərin və s.) üçölçülü
obrazını üçölçülü modelləşdirmə proqramları ilə yaratmaq daha məqsədəuyğundur.