"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

 
36 
Buradan  aydın  görünür  ki,  sıxılmamış  rastr  kvadratın  şərhi  üçün  həmin  kvadratın  vektor 
şərhindən təqribən 1333 dəfə artıq (40000 : 30 = 1333.33) yaddaş sahəsi tələb edilir. 
Beləliklə, vektor təsvirləri yerləşdirmək üçün nisbətən az yaddaş sahəsi tələb edilir. 
2.Vektor obyektlər şərh vasitəsi ilə verilir. Odur ki, vektor obyekti dəyişdirmək üçün onun 
şərhini dəyişdirmək lazımdır.Məsələn, ellipsi böyütmək və ya kiçiltmək üçün onu məhdudlaşdıran 
düzbucaqlının yuxarı sol və aşağı sağ kuncünün koordinatlarının qiymətini dəyişdirmək kifayətdir. 
Koordinatlarınn  qiyməti  dəyişdiriləndən  sonra  qurulan  (dəyişdirilən)  obyekt  üçün  də  maksimal 
mümkün sayda elementlərdən (videopiksellərdən və ya nöqtələrdən) istifadə ediləcək.    Beləliklə,    
vektor   təsvirlər    keyfiyyətinə   xələl gəlmədən asan miqyaslaşdırıla bilir. 
Bir sıra hallarda rastr təsviri vektor təsvirə çevirmək mümkün olur. Bu proses trassirovka 
adlanır. Trassirovka programı rastr təsvirdə yeni rəngə malik olan piksellər qrupunu tapır və ona 
uyğun gələn vektor obyekt yaradır. Əksər hallarda alınan nəticə üzərində işləmək lazım gəlir. 
VEKTOR QRAFİKANIN ÇATIŞMAZLIQLARI 
l.Vektor təsvirin əsas təşkilediciləri xətlər, çevrəiər, ellipslər və digər sadə fiqurlardır. Ona 
görə də son vaxtlara qədər vektor qrafikadan çertyojların, diaqramların, qrafiklərin qurulması və 
eləcə  də  texniki  illüstrasiyaların  yaradılması  üçün  istifadə  edilirdi.  Kompüter  texnologiyasının 
inkişafı  ilə  vəziyyət  xeyli  dəyişdi.  Bu  günkü  vektor  təsvirlər  reallığa  daha  çox  yaxındır.  Lakin, 
vektor  qrafika  ilə  fotoqrafiya  keyfiyyətinə  malik  olan  təsvirlər  almaq  mümkün  deyil.  Məsələ 
ondadır  ki,  fotoqrafiya  rənglərin  və  parlaqlıqların  çox  mürəkkəb  bölündüyü  mozaikadır.  Belə 
mozaikanı vektor primitivlər formasında təsvir etmək isə çox çətin məsələdir. 
2.Vektor  təsvirlər  onlarla,  bəzən  də  minlərlə  əmrlərin  köməyi  ilə  şərh  edilir.  Çap 
prosesində bu əmrlər çıxış qurğusuna (məsələn, lazer printerə) verilir. Bu zaman elə ola bilər ki, 
təsvir kağızda istifadəçinin istədiyindən tamam fərqli formada çap edilsin və ya umumiyyətlə çap 
edilməsin.  Belə  ^əziyyət  ona  görə  baş  verir  ki,  printerin  özünəməxsus  Drosessoru  ona  verilən 
əmrləri interpretasiya edir. Ona görə jə hər hansı sadə vektor təsviri çap etməklə printerin yerilmiş 
standarta  uyğun  olan  vektor  əmrləri  yerinə  yetirə  Dilib-bilmədiyini  yoxlamaq  lazımdır.  Hər  şey 
normal  olarsa həmin printerlə mürəkkəb vektor təsvirləri  çap  etmək olar. Əgər printer hər hansı 
primitivi tanımasa, təsviri başqa printerdə çap etmək lazımdır. Bəzən kağıza çap edilə bilmir. 
 
RASTR VƏ VEKTOR QRAFİKALARIN MÜQAYİSƏSİ 
Rastr və vektor qrafikaların müqayisəli xarakteristikası cədvəldə verilmişdir. 
Müqayisə kriteriyasi 
Rastr qrafika 
Vektor qrafika 
Təsvirin verilmə üsulu 
Təsvir 
piksellər 
çoxluğu ilə qurulur 
Təsvir əmrlər ardıcıllığı ilə şərh edilir 
Real 
həyatda 
obyektlərin 
təsviri 
Real 
obyektlərin 
təsvir 
edilməsi 
üçün 
səmərəli istifadə edilir 
Fotoqrafiya keyfiyyətinə malik təsvirlər 
almağa imkan vermır 
Təsvirin 
redaktə 
keyfiyyəti 
Miqyaslaşdırma  və 
döndərmə zamanı təhrif  baş 
verir 
Təsvir  keyfiyyətinə  xələl  gəlmədən 
dəyişdirilə bilir 


 
37 
Təsvirin 
çap 
xüsusiyyətləri 
Təsvirlər  printerdə 
rahat çap edilir 
Təsvirlər  bəzən  çap  edilə  bilmir,  bəzi 
hallarda isə istənilən kimi çap edilmir 
 
RASTR VƏ VEKTOR REDAKTORLARIN XÜSUSİYYƏTLƏRİ 
Qrafik  redaktorlar  kompüter  təsvirləri  yaradanlar  üçün  alətdir.  Bunların  köməyi  ilə 
istifadəçilər  təsvirləri  yaradır  və  redaktə  edirlər.  Hal  hazırda  çoxsaylı  qrafik  redaktorlar 
mövcuddur.  Ona  görə  də  konkret  məsələ  üçün  hansı  redaktorun  münasib  olduğunu  bilmək  çox 
vacibdir.  Təsvirlərin  keyfiyyətinin  yaxşılaşdırılması  və  fotomontaj  əməliyyatları  rastr  qrafik 
redaktorlarla aparılır. Illüstrasiyaları yaratmaq üçün vektor redaktorlardan istifadə edilir. 
İxtiyari qrafik redaktor təsvirlərlə işləmək üşün alətlərə malik olur. Əyri aləti (fırça və ya 
karandaş)  düz  və  əyri  xətlərin  çəkilməsi  üşün  nəzərdə  tutulmuşdur.  Restangle 
(llpyiMoyronbHHK-Düzbucaqlı),  Ellipse  (Ənnnnc-Ellipis)  və  Polygon  (MHoroyro/ibHMK-
Çoxbucaqlı) alətlərindən həndəsi fiqurların qurulması üçün, rəngləmədən ötrü isə Fill (3a/ınBKa-
Doldurma)  alətindən  istifadə  edilir.  Mətnlərin  və  sərlövhələrin  yaradılması  üçün  Text  (TexT-
Mətn)  aləti  tətbiq  edilir.  Təsvirlərlə  işləyərkən  çox  vaxt  təsvirdəki  xırda  detalları  yaxşı  görə 
bilmək üçün fraqmenti  böyütmək lazım gəlir. Bu məqsədlə Zoom  (MacujTa6-Miqyas) alətindən 
istifadə  edilir.  Rastr  və  vektor  qrafikası  redaktorlarında  eyni  alətlərdən  istifadə  edilməsinə 
baxmayaraq, həmin alətlərlə yaradılan obyektin təsvir üsulu fərqli olur. 
Qrafik  redaktorlarda  təsvirin  ayrı-ayrı  hissələrini  köçürməyə,  yerini  dəyişdirməyə,  ləğv 
etməyə,  miqyaslaşdırmağa,  güzgü  əksini  almağa,  döndərməyə  imkan  verən  imkanlar 
reallaşdırılmışdır.  Fraqment  üzərində  hər  hansı  əməliyyatı  aparmazdan  əvvəl  onu  ayırmaq 
lazımdır.  Vektor  qrafika  redaktorlarında  obyektlər  (vektor  primitivlər),  rastr  qrafika 
redaktorlarında  isə  oblastlar  (piksellər  toplusu)ayrılır.  Obyekti  ayirmaq  üçün  Mouse-un  oxunu 
onun  üzərinə  gətirib  sol  düyməni  sıxmaq  kifayətdir.  Oblastın  ayrılması  isə  bir  qədər  mürəkkəb 
məsələdir.  Ona  görə  ki,  oblastı  ayıranda  hansı  qrup  piksellərin  oblast  əmələ  gətirdiyini 
muəyyənləşdirmək  lazımdır.  Məhz  buna  görə  rastr  qrafikası  redaktorlarında  müxtəlif  ayırma 
alətlərindən  istifadə  edilir.  Rastr  redaktorlarda  həm  sadə  formalı  oblastları,  həm  də  mürəkkəb 
(əyrixətli) oblastları ayırmaq üşün nəzərdə tutulan ayırma alətləri olur. 
Rastr  qrafikada  əsas  anlayış  piksel  olduğuna  görə  rastr  qrafikası  redaktorlarında  alətlərin 
və  əmrlərin  əksəriyyəti  ayrı-ayrı  piksellərin  parlaqlığını  və  rəng  çalarını  dəyişdirir.  Bu  da 
təsvirdəki  kəskinliyi  yaxşılaşdırmağa,  təsvirin  ayrı-ayrı  fraqmentlərinin  tünd  və  ya  açıq 
görünməsini təmin etməyə, xırda qüsurları (qırışları, cızıqları və s.) ləğv etməyə imkan verir. 
Vektor  qrafikada  əsas  anlayış  obyektdir.  Ona  görə  də  vektor  grafikası  redaktorlarında 
qaydayasalma,  qarşılıqlı  tənləşdirmə,  obyektlərin  kəsişməsi,  bir  obyekti  digərindən  istisna  edən 
əmrlər olur. Odur ki, vektor grasfikası redaktorlarında murəkkəb formalı obyektləri sadə formalı 
obyektlərdən yaratmaq olur. 
Adətən  rastr  və  vektor  grafikası  redaktorlarında  həcm  effekti  almaq  üçün  vasitələrdən 
istifadə  etmək  mümkündür.  Lakin  real  obyektlərin  (personajların,  interyerlərin  və  s.)  üçölçülü 
obrazını üçölçülü modelləşdirmə proqramları ilə yaratmaq daha məqsədəuyğundur. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə