"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   35

 

Odur  ki,  oxşar  rəngləri  eyni  rəqəmlərlə  nömrələmək  qəbul  edilmişdir.  Deməli,  istifadə  olunan 
rənglərin  sayından  asılı  olaraq  istənilən  təsviri  kodlaşdırmaq  mümkündür.  Yəni,  rənglər  sayı 
azaldıqca,  az  sayda  nömrələrdən  istifadə  ediləcək,  nəticədə  kodlaşdırma  prosesi  daha  etibarlı 
olacaqdır.  
Ən  sadə  halda  iki  rəngdən:  ağ  və  qara  rəngdən  və  bu  rəngləri  kodlaşdırmaq  üçün  iki 
rəqəmdən,  “0”  və  “1”
‐dən  istifadə  edilir.  Belə  kodlaşdırma  fərdi  kompüterlərdə  istifadə  olunan 
ikilik say sisteminə xasdır.  
İnformatikanın  kompüterdən  istifadə  etməklə  təsvirlərin  yaradılması  və  redaktə  edilməsi  
üsulları  ilə məşğul olan sahəsi kompüter qrafikası adlanır.  
 Müxtəlif  peşə  sahibləri:  müxtəlif  elm  və  tətbiq  sahələri  ilə  məşğul  olan  tədqiqatçılar, 
rəssamlar,  konstruktorlar,  kompüter  dizaynı  ilə  məşğul  olan  mütəxəssislər,  dizaynerlər,  reklam 
məhsulları  hazırlayanlar,  Web-səhifələrin  hazırlanması  ilə  məşğul  olanlar,  multimedia  təqdimatı 
hazırlayan  müəlliflər,  səhiyyə  işçiləri,  parça  və  geyim  modelyerləri,  fotoqraflar,  tele-video 
montajla  məşğul  olan  mütəxəssislər  və  digərləri  öz  işlərini  sahmana  salmaq  üçüp  kompüter 
qrafikasından istifadə edirlər. 
Adətən  kompüterin  ekranında  təsvirlər  qrafika  proqramlarının  köməyi  ilə  yaradılır. 
Kompüter qrafikası proqramlarına rastr və vektor qrafikaları, fraktal grafika, üçölçülü obyektləri 
yaratmaq  və  redaktə  etmək  üçün  istifadə  edilən  proqramlar  (məsələn,  3  ds  MAX  proqramı), 
avtomatlaşdırılmış layihələndirmə sistemləri daxildir. 
Avtomatlaşdırılmış  sistemlər  çox  maraqlıdır,  lakin  nəzərə  almaq  lazımdır  ki,  onlardan 
peşəkar istifadə yaxşı hazırlıq tələb edir. Məsələn, avtomatlaşdırılmış layihələndirmə sistemi olan 
AutoCAD  proqramından  peşəkar  memarlar  binaların  layihələndirilməsi  və  şəhərlərin  planlaş-
dırılması üçün istifadə edirlər. Golden Software firmasının Grapher elmi qrafika proqramı cədvəl 
və  ya  analitik  formada  verilən  bir  dəyişənlə  şərh  edilən  məlumatların  işlənməsi  üçün  nəzərdə 
tutulmuşdur. 
Kompüter qrafikası fənninin əsas məqsədi təsvirlərin yaradılması və saxlanması prinsipləri 
barədə  ətraflı  məlumat  verməklə  yanaşı  daha  populyar  qrafik  redaktorların  əsas  imkanlarını 
araşdırmaqdan ibarətdir. 
Fənnin  tədrisi  prosesində  tələbələrə  aşılanan  biliklər  gələcək  mütəxəssislərin  kompüter 
qrafikası  sahəsində  daha  da  püxtələşməsi  və  ustalığının  təkmilləşməsi  üçün  əsas  (fundament) 
olacaqdır. 
"Kompüter  qrafikası"  fənni  informatika  fənninin  baza  kursunun  öyrənilməsi  prosesində 
formalaşan bilik və vərdişlərə əsaslanır. 
"Kompüter qrafikası" fənninin təyinatı kompüterin yaddaşında təsvirlərin kodlaşdırılması, 
yaradılması, redaktə edilməsi və saxlanması üsullarını hərtərəfli öyrətməkdən ibarətdir
Fənnin  öyrənilməsi  ilə  əldə  edilən  biliklər  fizika,  kimya,  biologiya,  eləcə  də  digər  elm 
sahələrinə  aid  olan  elmi  və    yaradıldığını  bilməyin  özü  bir  çox  problemləri  həll  etməyə  kömək 
edir. Bu məsələlər haqqında təsəvvür olandan sonra rahatca anlamaq olur ki, kağızda çap edilən 
təsvir, niyə ekranda göründüyü kimi dəqiq alınmır. 
Üçüncü  əsas  məsələ  grafik  faylların  formatlarıdır.  Sonrakı  mərhələlərdə  emal  ediləcək 


 

təsvirlərin saxlanması  problemi  olduqca böyük əhəmiyyət  kəsb edir. Qrafik redaktorların hamısı 
üçün qrafik faylları saxlamaqdan ötrü vahid format yoxdur və ola da bilməz. Lakin elə formatlar 
da var ki, onlar bir sira predmet oblastları üçün standart formatlar hesab edilir. Qrafik formatların 
xüsusiyyətlərini  bilmək  təsvirlərin  səmərəli  saxlanması  və  müxtəlif  əlavələr  arasında  məlumat 
mübadiləsinin həyata keçirilməsi üçun böyük əhəmiyyət kəsb edir. 
"Kompüter qrafikası" fənnində həmçinin daha cox istifadə edilən grafik redaktorların əsas 
imkanlarını da öyrənəcəyik. 
Kompüter qrafikasının əsas anlayışları 
Verilənlərin kompüterin monitorunda qrafik şəkildə təsvir olunması XX əsrin 50-ci illərinə 
təsadüf edir. Belə təsvirlərdən əsasən elmi və hərbi tədqiqatların aparılmasında istifadə edilirdi. O 
dövrdən  başlayaraq  verilənlərin  qrafik  şəkildə  monitorda  təsvir  edilməsi  fərdi  kompüterlərin 
ayrılmaz hissəsinə çevrilmişdir. 
Kompüter  qrafikası  ilə  iş  fərdi  kompüterdən  istifadə  etməyin  ən  yayılmış  istiqamətlərin-
dəndir. Bu işlə təkcə peşəkar rəssamlar və dizaynerlər deyil, istənilən fərdi kompüter istifadəçisi 
maraqlana bilər. İstənilən müəssisədə reklam vərəqəsi və buklet buraxılmasına, həmçinin qəzet və 
jurnallarda  reklam  elanlarının  verilməsinə  daima  ehtiyac  yaranır.  İri  firmalar  belə  işləri  xüsusi 
dizayner  bürolarına  və  reklam  agentliklərinə  tapşırırlar.  Məhdud  büdcəyə  malik  olan  kiçik 
müəssisələr isə belə işləri öz vəsaitləri hesabına, əksər hallarda isə mövcud proqram vasitələrindən 
istifadə etməklə həyata keçirirlər. 
Müasir  multimedia  proqramları  fərdi  kompüter  qrafikası  olmadan  fəaliyyət  göstərmir. 
Qrafika üzərində iş, kütləvi tətbiq edilən proqramlar proqramçılar qrupu tərəfindən hazırlanır və 
proqramçıların işinin təxminən 90%-ini əhatə edir. 
Redaksiya və nəşriyyatın işində əsas əmək məsrəfləri də qrafiki proqramlarla bərabər bədii 
və tərtibat işlərinin payına düşür. 
Qrafik proqram vasitələrinin geniş istifadəsi zərurəti İnternetin inkişafı ilə əlaqədar olaraq 
xüsusilə hiss olunmağa başlamışdır. Bu işdə aparıcı rol ayn-ayrılıqda yaradılmış milyonlarla Web 
səhifələrini  vahid  "ümumdünya  hörümçək  toru"nda  birləşdirən  sistemin  xidmətinə  məxsusdur. 
Həmin  səhifələrlə  əsaslı  tanışlıq  WWW  istifadəçisini  lazımı  səviyyədə  başa  salır  ki,  fərdi 
kompüter qrafikasından istifadə etməklə yerinə yetirilən tərtibat işlərinin yüksək səviyyədə həyata 
keçirilməsi firmalar arasında baş verən rəqabət nəticəsində birinin digərindən fərqlənməsinə səbəb 
olur.  Nəticədə  bu  işdə  fərqlənən  firmalar  kompüter  qrafikası  ilə  maraqlananların  və  məşğul 
olanların diqqətini özünə çəkməyə nail olurlar. 
Cazibədar Web səhifələri yaratmağa qoyulmuş tələbat belə işlərlə məşğul olan rəssam və 
dizaynerlərin imkanları  daxilində gördüyü işlərə qoyulmuş tələbatdan dəfələrlə çoxdur.  Bununla 
əlaqədar  olaraq  müasir  kompüter  qrafikası  vasitələri  elə  yaradılır  ki,  onlar  nəinki  rəssam  və 
dizaynerlər  üçün  əlverişli  alətə  çevrilsin,  hətta  rəssamlıq  və  dizayner  işləri  ilə  məşğul  olmağa 
həvəskar olan, amma kifayət qədər təcrübəsi və qabiliyyəti (və ya vərdişi) olmayanlar bu sahədə 
məhsuldar işləyə bilsinlər. 
Kompüter  qrafikası  ilə  işləmək  üçün  çoxlu  sayda  proqram  təminatının  olmasına 
baxmayaraq qrafikanın cəmi üç növünü bir-birindən fərqləndirirlər. Bunlara rastr, vektor və fraktal 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə