"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4417
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   35

 
10 
 
 
MÖVZU 2: KOMPÜTER QRAFİKASINDA RƏNG 
 
Plan: 
1.
 
Additiv rəng modeli 
2.
 
RGB modelində xüsusi rənglərin formalaşdirilmasi 
3.
 
Subtraktiv rəng modeli 
4.
 
Additiv və subtraktiv rəng modellərinin qarşiliqli  əlaqəsi 
5.
 
Rəng modeli, rəng çaları, dolğunluq və parlaqlıq 
 
Təbiətdə  baş  vermiş  bütün  hadisələri,  həmçinin  gündəlik  həyatda  rastlaşdığımız 
predmetləri  ona  görə  görmək  mümkün  olur  ki,  onlar  ya  işıq  saçır,  ya  da  işığı  əks  edir.Rəng-
şüalanmanın  gözə  təsirinin  xarakteristikasıdır.  Beləliklə,  işıq  şüası  gözün  torlu  qişasına  düşəndə 
rəng hissi yaradır. Şüalanan işıq mənbədən (məsələn, günəşdən, lampadan, monitorun ekranından 
və s.) çıxan isığa deyilir (şəkil 9.). 
Mənbədən  bilavasitə  gözə  düşən  şüalanan  işıq,  özündə,  onu  yaradan  bütün  rəngləri 
saxlayır. Obyektdən əks olunan işıq dəyişə bilir. İşıq mənbəyi olmayan ixtiyari predmet işığı  ya 
müəyyən qədər udur, ya da əks etdirir. 
Günəş və digər işıq mənbələri kimi monitor da işıq şüalandırır. Təsvir çap edilən kağız isə 
işıgı əks etdirir. İşıq həm şüalanma, həm də əks olunma proseslərində alina bildiyinə görə işığin 
şərh edilməsi üçün bir birinin əksi olan iki üsul: additiv və subtraktiv rəng modeliəri mövcuddur. 
 
ADDİTİV RƏNG MODELİ 
Şüalanan  işıq  additiv  rəng  modeli  ilə  şərh  edilir.  Işləyən  monitorun  və  ya  televizorun 
ekranina  yaxın  məsafədən  və  ya  lupa  ilə  baxanda  çoxlu  sayda  xırda  qırmızı,  yaşıl  və  göy 
rəngnlərdən ibarət olan nöqtələr görmək olur, çünki, rəngli ekranda hər bir videopiksel müxtəlif 
(qırmızı, yaşil və göy) rənglərdən ibarət olan üç nöqtənin məcmuyundan ibarətdir. Müxtəlif rəngli 
bu nöqtələr çox xırda olduğuna görə gözdə onların qarışığı bir rəng kimi görünür. Beləliklə, qonşü 
nöqtələrin rəngləri qarışaraq başqa rəng əmələ gətirir . 
Qirmızı + yaşıl = sarı; 
Qırızı + göy = al-qırmızı; 
Göy + yaşıl = mavi; 
Qırmızı + yaşıl + göy = ağ 
Rəngli nöqtələrin işıqlanma 
 intensivliyini dəyişməklə 
 çoxsaylı rəng çalarları yarat 
maq mümkündür.Additiv 
 rəng üç əsas rəngin (qırmızı, 
 yaşıl, göy) toplanması ilə 


 
11 
 alınır. Bu üç rəngin hamısının 
 intensivliyi 100%-ə çatanda 
 ağ rəng alınır. Rənglərin hamı 
sı olmayanda qara rəng alınır. 
Kompüter monitorlarında istifadə 
 edilən additiv modeli RGB (Red- 
qırmızı, Green-yaşıl, Blue-göy) ab- 
breviaturası ilə işarə etmək qəbul edilmişdir 
 
RGB MODELİNDƏ XÜSUSİ RƏNGLƏRİN FORMALAŞDIRILMASI 
Qrafik redaktorların əksəriyyətində istifadəçi redaktorun təklif etdiyi palitraya əlavə olaraq 
qırmızı,  yaşıl  və  göy  rənglərdən  istifadə  etməklə  özünə  lazım  olan  xüsüsi  rəngləri  yarada  bilər. 
Adətən grafik redaktorlar lazım olan rəngi qırmızı,  yaşıl və göy rəngin hər birinin 256 çaları ilə 
yaradır.  Bu  halda  formalaşdırıla  bilən  rənglərin  ümumi  sayı  256x256x256  =  16  777  216  -  ya 
bərabər  olacaqdır.  Müxtəlif  redaktorlarda  xüsusi  rəngləri  formalaşdırmaq  üçün  istifadə  edilən 
dialoq  pəncərələrinin  quruluşu  fərqli  olur.  Deməli,  istifadəçi  həm  qrafik  redaktorun  təklif  etdiyi 
palitrada olan hazır rənglərdən, həm də dialoq pəncərəsindəki R, G, B ilə işarə edilən daxiletmə 
sahələrinə  qırmızı,  yaşıl  və  göy  rəng  üçün  parlaqlığin  uyğun  qiymətlərini  daxil  etməklə  alınan 
xüsusi çalarlardan istifadə edə bilər. R, G və B parametrləri üçün 0-dan 255-ə qədər diapazonunda 
olan qiymətlərdən istifadə edilir. Bu qayda ilə yaranan rəngdən həm yeni obyektlərin yaradılması, 
həm də təsvirlərin fraqmentlərinin rənglənməsi üçün istifadə edilə bilər.CorelDRAW proqramında 
RGB rəng modeli əlavə olaraq üçölçülü koordinat sistemi ilə verilir. Bu sistemdə sıfır nöqtəsi qara 
rəngə,  koordinat  oxları  isə  əsas  rənglərə  uyğundur.  Üç  koordinatin  hər  birinin  qiyməti  yekun 
çalarda  əsas  rənglərin  qiymətini  göstərir.CorelDRAWproqramındakı  RGB  modelində  rənglərin 
formalaşması üçiin dialoq pəncərəsi 
 
 
 
 
 
 
 
 
 
Adobe Photoshop proqramında rənglərin formalaşması iiçiin dııaloq pəncərəsi 
 
 
 
 
 


 
12 
 
 
 
 
 
 
Koordinat  sistemi  üzrə  sürüngəcin  yerinin  dəyişdirilməsi  daxiletmə  sahələrindəki 
qiymətlərə  və  əksinə  təsir  göstərir.  Koordinat  sisteminin  başlanğıcı  ilə  bütün  təşkiledicilərin 
maksimal parlaqlıq səviyyəsi yerləşən nöqtəni birləşdirən diaqonalda ağ rəngdən qara rəngə qədər 
olan  boz  rəngin  çalarları  yerləşir.  Boz  rəng  çalarları  üç  təşkiledicinin  hamısının  parlaqlıq  səviy-
yələrinin eyni qiymətlərində alınır. 
SUBTRAKTİV RƏNG MODELİ 
Əks  olunan  rənglər  subtraktiv  rəng  modeli  ilə  sərh  edilir.  Kağız  işıq  şüalandırmır,  isığı 
udur və əks etdirir. Gözə kağızdan   əks   olunan   işıq   düşür.   Ona   görə   də   qrafik təsvirlərin 
çap edilməsi üçün subtraktiv modeldən istifadə edilir. 
Ağ  rəng  göy  qurşağına  daxil  olan  bütün  rəngləri  özündə  birləşdirir.  Ağ  rəng  prizmadan 
keçəndə  tərkib  hissələrinə  ayrılır.  Qırmızı,  narıncı,  sarı,  yaşıl,  mavi,  göy,  və  bənövşəyi  rənglər 
işığın görünən spektrini əmələ gətirir. Ağ kagız ağ isıqla işıqlandırılanda bütün rəngləri əks etdirir. 
Rənglənmiş  kağız  isə  bəzi  rəngləri  udur,  yerdə  qalan  rəngləri  isə  əks  etdirir.  Ağ  isıqla 
işıqlandırılan  qırmızı  rənglə  rənglənmiş  kağız  ona  görə  qırmızı  görünür  ki,  o,  qırmızı  rəngdən 
başqa bütün rəngləri udur. Həmin qırmızı kagızı göy işıqla işıqlandıranda o, göy rəngi udduğuna 
görə qara görunəcək. Subtraktiv rəng modelində mavi, al-qırmızı və sarı rənglər əsas rənglərdir. 
Onların  hər  biri  çap  səhifəsinə  düşən  ag  rəngin  müəyyən  rənglərini  udur  və  ya  ağ  rəngdən 
müəyyən rəngləri çıxarır. Subtraktiv modelin adı da bundan götürülmüşdür. İngiliscə "subtrakt' - 
cıxma  deməkdir.  Qara,  qırmızı,  yaşıl  və  göy  rənglərin  alinmasından  ötrü  bu  modeldə  əsas 
subtraktiv rərglərdən aşağıdakı qaydada istifadə edilir: 
mavi + al-qırmızı + sarı = qara; mavi + al-qırmızı = göy;  
sarı + al-qırmızı  = qırmızı; sarı + mavi = yaşıl. 
Əsas  subtraktiv  rəngləri  də  müxtəlif  nisbətlərdə  qarışdırmaqla  çoxsaylı  çalarlar  almaq 
mümkündür. 
Subtraktiv modeldə ağ rəng əsas subtraktiv rənglərin heç biri olmayanda alınır. Şəkil 14-də 
müxtəlif subtraktiv rənglərin qarışdırılması ilə alınan rənglər göstərilmişdir. 
Mavi, al-qırmızı və sarı rənglər yüksək faizlə qarışdırılanda qara rəng əmələ gətirir. Daha 
dəqiq desək bu rənglər qarışdırılanda nəzəri olaraq qara rəng alınmalıdır. 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə